Folklor İnstitutundaBəxtiyar Vahabzadə yaradıcılığının

folklor kontekstimövzusunda elmi sessiya keçirilib

 

AMEA Folklor İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq ictimai xadim, SSRİ Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuşBəxtiyar Vahabzadə yaradıcılığının folklor kontekstimövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev açıb. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamını xatırladaraq bildirib ki, dövlət başçısının müvafiq sərəncamına əsasən Bəxtiyar Vahabzadənin 100 illiyi ölkə miqyasında qeyd olunur.

Şairin yaradıcılığı təkcə poetik hadisə deyil, həm milli düşüncənin, azadlıq ideyasının mənəvi bütövlüyün bədii ifadəsidir,” – deyən Hikmət Quliyev Bəxtiyar Vahabzadə yaradıcılığının ictimai missiya miqyasına diqqət çəkib.

Alim qeyd edib ki, Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti təkcə xalq deyim duyumlarının, folklor obraz, süjet motivlərinin onun əsərlərindəki təcəssümü ilə məhdudlaşmır. Əslində, Vahabzadə yaradıcılığı kollektiv mədəni yaddaşın xalq düşüncəsinin emosional-ekspressiv ifadəsi, fərdi performativ diskursudur. Çünki şairin yaradıcılığı folklorla yazılı ədəbiyyatın qovuşduğu nöqtədə formalaşaraq xalqın mənəvi dəyərlərinin milli kimliyinin poetik təcəssümünə çevrilib.

Elmi sessiya Folklor İnstitutununDədə Qorqudşöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan QafarlınınBəxtiyar Vahabzadə: sənəti şəxsiyyətimövzusunda məruzəsi ilə davam edib. Məruzədə XX əsr Azərbaycan ədəbiyyatının mənəvi yaddaşını formalaşdıran ən parlaq simalardan biri olan Bəxtiyar Vahabzadənin həyat yaradıcılıq yolu təhlil olunub.

Qeyd olunub ki, şairin yaradıcılığı üç əsas mərhələni əhatə edir. Birinci mərhələ ideoloji çərçivədəki mübarizə dövrünü əks etdirir burada Bəxtiyar Vahabzadə sözün məhdudiyyət içində azadlıq axtarışına çıxır. İkinci mərhələ azad düşüncə milli dirçəliş dövrünə həsr olunur; bu mərhələdə vətəndaşın öz Vətəninə, dilinə tarixinə qayıdışı əsas ideya xəttini təşkil edir. Üçüncü mərhələ isə mənəvi simvolizmin poeziyası kimi səciyyələndirilir burada söz, ruh zaman anlayışları birləşərək şairin yaradıcılığında fəlsəfi bütövlük yaradır.

Professor Ramazan Qafarlı məruzəsində vurğulayıb ki, Bəxtiyar Vahabzadə həm dövrünün vicdanı, həm xalqının ruh səsi kimi tarixə düşmüş sənətkardır. Onun poeziyası milli düşüncənin, mənəvi azadlığın vətəndaşlıq məsuliyyətinin bədii təcəssümüdür. “ŞairinGülüstan”, “İstiqlal”, “İki qorxu”, “Fəryad”, “Dar ağacıkimi poemaları Azərbaycan milli kimliyinin mənəvi suverenliyinin bədii-fəlsəfi manifestidir,” – deyə alim vurğulayıb.

Vahabzadə poeziyasını semantik, arxetipik, mifoloji-folklor, funksional, psixosemantik, poetik-fəlsəfi semiotik-sinergetik aspektlərdə təhlil edən professor Ramazan Qafarlı qeyd edib ki, onun əsərlərifikirdən fəlsəfəyə, duyğudan ideyayadoğru yüksələn mənəvi spiral yaradır Azərbaycan milli kimliyinin poetik manifesti kimi dəyərləndirilir.

Sonda məruzəçi vurğulayıb ki, Bəxtiyar Vahabzadə yalnız bir şair deyil, xalqın özünü dərk etmə prosesinin memarı, mənəvi enerjinin katalizatoru sözün vicdanla qovuşduğu məqamın təcəssümüdür. Onun sənəti milli poeziyanın gələcəyinə yönəlmiş mənəvi enerji axını – “keçmişin yaddaşından doğan gələcəkkimi təqdim edilir.

İnstitutun Folklor yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar OsmanovaBəxtiyar Vahabzadə poeziyası folklor kontekstindəmövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Azərbaycan poeziyasında vətənpərvərlik ruhunun güclənməsində, şeirimizin sənətkarlıq imkanlarının genişlənməsində Xalq şairi Bəxtiyar Vahabzadənin xüsusi xidmətləri olmuşdur.

Onun istər fəlsəfi məzmun daşıyan ahəngdar lirikası, istər insan talelərinin güzgüsü olan poemaları, istərsə həyati konfliktlər əsasında qurulmuş pyesləri ədəbiyyatımızın parlaq bir səhifəsini təşkil edir. Çağdaş insanın taleyi daxili aləmi haqqında incə duyğuların, narahat düşüncələrin tərənnümçüsü olan Bəxtiyar Vahabzadə hər şeydən əvvəl xalq ruhuna bağlılığı əsas meyar kimi götürmüş, qələmə aldığı hər bir əsərə məhz bu prizmadan yanaşmışdır.

Bəxtiyar Vahabzadə poeziyasında özünü göstərən yüksək bədii ümumiləşdirmələr, zəngin şair təxəyyülü, sənətkarın demək istədiyi fikirlər xalq yaradıcılığı fonundaonun obraz, motiv, süjet qaynaqlarından bəhrələnməklə oxucu qarşısına mühüm sənət əsəri kimi çıxır,” – deyə məruzəçi çıxışını yekunlaşdırıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilova isəBəxtiyar Vahabzadə yaradıcılığında xalq deyimlərimövzusunda çıxış edərək, şairin əsərlərində yer alan xalq deyimləri atalar sözlərini təhlil edib. Alim qeyd edib ki, Bəxtiyar Vahabzadə xalq deyimlərindən yalnız sitat olaraq istifadə etməmiş, onları yenidən yaradaraq poetik biçimdə yeni həyat vermişdir. Bu yanaşma şairin milli kimliyi qorumaq xalq müdrikliyini gələcək nəsillərə çatdırmaq məqsədinə xidmət edir. “Onun əsərlərindəki atalar sözləri məsəllər xalq ruhunun ifadəsi olan nümunələr kimi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat arasında möhkəm bir körpü yaradır,” – deyə Gülsümxanım Hasilova vurğulayıb.

Bəxtiyar Vahabzadə yaradıcılığında rəqəmlərin simvolikasımövzusunda məruzə edən filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasına orijinal üslub, dərin fəlsəfi məzmun milli ruh gətirən görkəmli söz ustadıdır. Onun yaradıcılığında xalq ədəbiyyatı, folklor mifoloji düşüncə ilə müasir poetik təfəkkürün sintezi xüsusi yer tutur. Şairin bədii irsində diqqətçəkən cəhətlərdən biri rəqəmlərin simvolik mənada işlədilməsidir.

Bəxtiyar Vahabzadə rəqəmləri sadəcə say ifadəsi kimi deyil, poetik-fəlsəfi məna daşıyıcısı kimi təqdim edir. OnunAzərbaycan oğluyam”, “Zaman”, “An-min il”, “Təlatüm”, “Təklik”, “Anamın kitabı s. kimi şeirlərindəbir”, “iki”, “üç”, “yüz”, “minrəqəmləri dərin semantik çalarlar qazanır. “Birrəqəmi vəhdəti, bütövlüyü milli birliyi; “yüzminrəqəmləri isə çoxluq, davamlılıq sonsuzluğu simvolizə edir. Şair folklor ənənələrindən gələn bu simvolları poetik təfəkkürün bədii dilinə çevirərək həm milli, həm ümumbəşəri ideyaları ifadə etməyə nail olur. Rəqəmlərin onun yaradıcılığında zaman, həyat, ölüm, vətən insan anlayışları ilə əlaqəli işlənməsi Bəxtiyar Vahabzadə poeziyasının fəlsəfi-psixoloji dərinliyini artırır.

Elmi sessiyada, həmçinin Folklor İnstitutununDədə Qorqudşöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova, Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova, Azsaylı xalqların folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Oruc Əliyev, “Dədə Qorqudşöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Kərimova, Folklor Yazılı Ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova Azsaylı xalqların folkloru şöbəsinin kiçik elmi işçisi Cəmilə Novruzova çıxış edərək Bəxtiyar Vahabzadənin bədii yaradıcılığının poetik xüsusiyyətlərinə, xalq ədəbiyyatı ilə əlaqəsinə şairin əsərlərindəki milli dəyərlərin roluna dair dəyərli fikirlərini bölüşüblər.

Elmi sessiya Folklor İnstitutunda təcrübə keçən Xəzər Universitetinin IV kurs tələbələriNəzrin Şahsuvarlı Fidan Bağırlının şairin yaradıcılığı barədə düşüncələri səsləndirdikləri poeziya nümunələri ilə davam edib.

Sonda, Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Bəxtiyar Vahabzadə yaradıcılığına həsr olunmuş elmi sessiyada təqdim olunan məruzələri yüksək qiymətləndirərək Çingiz Aytmatovun şair haqqında səsləndirdiyi məşhur fikri xatırladıb: “Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən”. Alim qeyd edib ki, bu sözlər Bəxtiyar Vahabzadə yaradıcılığının əsas mahiyyətini ifadə edən dəyərləndirmədir. Çünki onun poeziyasında xalqın dili, düşüncəsi folklor yaddaşı bütöv bir mənəvi sistem kimi yaşayır milli şüurun bədii ifadəsinə çevrilir.

 

Ədəbiyyat qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.3.