Su pərili sonata
Elə
ki, qaranlıq qınından çıxır,
elə
ki, səmadan parlaq Ay baxır,
mavi
paltarını soyunur dəniz,
Ayın
işığında yuyunur dəniz.
Unudub
dünyanın dərdi-sərini,
dalğalar
kəsirlər nəğmələrini.
Balıqlar
dayanır öz üzgüsündə,
ulduzlar
sayrışır su güzgüsündə.
Gözə
görünməyən əsrarlı bir maq
dənizi
yatırdır hipnozçu sayaq.
Birdən
göy suların sınır aynası,
dağılır
dənizin bir anlıq yası.
Hörümçək
torutək titrəyir sükut,
dalğalar
üstündə kükrəyir sükut.
Adlayıb
uyumuş dilsiz qatları,
sahilə
yan alır dalğa atları.
Atların
belində bəzəkli dəyə
müsafir
gətirir aylı gecəyə.
Qonaq da nə
qonaq, bir qızdı qəşəng,
yoluna
tökülür göy, fişəng-fişəng.
Gəlir
dəniz kimi, gəlir lüt-üryan,
yan, ey Adəm
oğlu, paxıllıqdan yan!
Nə əlin
əlinə çatası deyil,
nə də
sənin ilə yatası deyil.
Onu
görmək haqqı mənimdir, ancaq,
onun nəğməsi
də mənə çatacaq.
Mən xəyal
dünyamı eyləyərkən fəth,
cin kimi
şüşədən çıxdı bu afət.
Göy
sulardan gəldi pəri qızcığaz,
Ayın
işığında qızınsın bir az.
Gümüş
Ay işığı, ətirli röya,
doğrudan,
gözəldi sevdalı dünya.
Dənizdə
balıqtək üzsə də azad,
yoxdu bu
şirinlik, yoxdu belə dad.
Canlılar
yaranıb məhəbbət üçün,
eşqsiz
mənası varmıdır ömrün?!
o da
insanlara məxsusdur ancaq,
onasa bir dəniz,
dəniz qalacaq.
Soyulmuş
qəlbini bürüyüb qara,
nə qədər
o baxsın lal balıqlara?
Əvvəllər
yenə də işi yaxşıydı,
dalğalar
gümüşü Ay baxışıydı.
Barı,
harda olsa, rahat üzürdü,
yosundan-yosuna
inci düzürdü.
Axırdı
köksünə asudə nəfəs,
pərilər
heç zaman tünlük istəməz.
İndi
hardan gəldi bəs bu adamlar?
deyirlər,
dənizdən neft çıxarırlar.
Quru
azlıq edir onlara yoxsa?!
lap tutaq,
onların əlacı yoxsa,
doyunca
alsınlar nə istəyirlər,
niyə
bu suları zəhərləyirlər?
Qırılır
balıqlar, yox olur tamam,
görən,
yaşamağa varmı bir güman?
Bu boyda dənizdə
qalıbdı tənha,
yaşamaq
nə qədər olubdu baha.
Bu lap
möcüzədir, necə qalıb sağ?
onasa rəhm
qıl, rəhm, ay Allah.
Qoyma məhv
olmağa belə gözəllik,
insafmı
dünyada ölə gözəllik?
Gözəllik
günəşin gözündə ziya,
gözəllik
ölürsə, nəymiş bu dünya...
İşıq
şırımları su üstündə lək,
qızılı
saçları oynadır külək.
Dəli
dalğaların siçrantısı toz,
bir yan
qayalardı, bir yan yakamoz.
Su
qızı oturub qayanın üstə,
altın
saçlarını darayır asta.
Şərqilər
oxuyur qəmli və ürkək,
mən
burda yalnızam, o da orda tək.
İlahi,
necə də sirli səs gəlir,
ölünü
dirildən bir nəfəs gəlir.
Bu səsdə
muğamın mayası dinir,
tanrısal
Orfeyin arfası dinir.
Qayalar
oxuyur, dəniz oxuyur,
nəğmələr
həzzində dalğalar uyur.
Bu gün
duyğuların ən xoş anıdır,
bu sevgi
tanrısı - Mehri Banudur.
Yığır
ulduzları sevgi tasına,
öygülər
söyləyir Qız qalasına...
Günəşin
xəncəri üfüqü yardı,
səmanın
qübbəsi qandan qızardı.
Qondu
göy sulara şəfəq kələğay,
yığıb
ulduzları yoxa çıxdı Ay.
Dənizin
içinə qayıtdı pəri,
dəniz
pəriləri sevmir səhəri.
Hər
işıq gözündə neçə nəzər var,
akuladan
acgöz olub adamlar.
Gözəllik
onların deyil gərəyi,
qan ilə
çıxmırmı ovçu çörəyi?
Su
qızı baş vurur bir az dərinə,
yosunlar
ilişir ağ əllərinə.
Üzür
forel kimi o yan, bu yana,
bəlkə
tənhalığın aynası sına.
Bu boyda dənizdə
bir həmdəmi yox,
pərilər
üzəydi burda, gəmi yox.
Çapaydı
dörd yana dəniz atları,
şərqilər
deyəydi su arvadları.
Balıq
gülüşləri fişəng atardı,
dənizin
dadını zaman apardı.
Dadsızdı
bu yaşam, nursuzdu dilək,
bu boyda dənizdə
o, tək qalıb, tək.
Gərək
varıydımı belənçi hıza?!
dedi
dönəcəyəm öz dünyamıza.
O, neftli
suların üzünə çıxdı,
son dəfə
sevdiyi qalaya baxdı.
"səni
xoş görmüşəm, mənim Qız qalam,
mənim
yalqız qalam, baxımsız qalam.
Xəzərə
atıldım sənin qoynundan,
bəlkə
onun üçün qaçırsan sudan?!
İsmətin
üzündə dönüb yaşmağa,
gəlmişəm
səninlə vidalaşmağa".
qızmar
qışqırıqla pozuldu sükut,
"sudakı
qıza bax, tez tut onu, tut".
Geriyə
qanrıldı Xəzərin qəmi,
üstünü
almışdı nəhəng bir gəmi.
Bir an
donuqlaşdı, bir an üşündü,
"bu da
mənim sonum", - deyə düşündü.
Doldu
qulaqları dualı yasla,
fəqət
ölümündən qaçmadı, əsla.
Gəminin
altına yan aldı pəri,
onu
parçaladı gəminin pəri.
Pərdəki
hər tikə bir neyə döndü,
ölən
su pərisi nəğməyə döndü.
Elxan
ZAL QARAXANLI
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, №40.- S.5.