Antişeir
Sözsüz,
Sözsüz,
o əvvəllərdi
Məktəbdəki
böyük tənəffüs,
səni
bir dünya gözəli ilə
görüşdürürdü
üzbəüz.
Sözsüz,
İndi
siz o şansı ötürdüz.
İndı
antişeir dövrüdü,
İndi
şairlər də, kitablar da sözsüzdür,
Sözsüz.
İndi
külək də gücsüzdü
kitabları
vərəqləyə,
tam
gücsüz.
İndı
cəzalanır küləkdən, ürəkdən gələn
Hər
cür oxşar təşəbbüs!!!
İndi,
qatar pəncərəsinə
yapışmış
bir
gözəl üz,
ovucda sənə
göndərilən öpüş
day demir sənə
ki,
qatardan
düş.
Öpüş
mənlə, öpüş.
Sözsüz.
İndi hər
üçünüz, üstəlik,
bütün sirlərinizi
bilən sürücünüz,
Ölürsüz.
Çunki
indi
başlayıb
antişeir
dövrümüz.
O əvvəllərdı,
gırirdız zülmət küçəyə,
avtomobilinizin
işıqlarını söndürdüz...
qucaqlaşıb
öpüşdünüz.
Şəklinizi
Rembrant kimi lümlüt çəkirdi
Avtomobildəki
yan güzgünüz.
İndi
silindi həyatımızdan bu 3D sevgi ölçümüz.
Başladi
antişeir dövrümüz.
Sözsüz.
Sözsüz.
Sözsüz.
Divardakı
Ürəyə
sancılmış ox təsvirini
Siz
çox gec gördüz...
Küsülüm
Uzaq
taksinin yaşıl gözünü
mən
lap anında,
tez də
lap öz yanımda,
lap
vaxtında gördüm.
Sənlə
axır görüşdüm.
Gördüm,
Bu kafenin,
bu gecənin
yarıaçıq
pəncərə jalüzləri,
Gizlətmir,
gizlədəmmir
Bizim kimi
küsülüləri.
Təkrar
baxanda
Başqa
cürdü
Bütün
mələküzlüləri.
Mənim
kimi bütün üzütüklüləri
Bir
başqa tərcümədə, tamam yad dildə
Canlandırır
blüzdə, musiqidə....
Budu
bütün üstünlükləri.
Gördüm...
Sonra səni,
"Master və Marqarita"dakı kimi,
Şeytan
balında,
Sonra Vyana
valsında,
Axır,
öz qarşımda...
Sənlə
axır öpüşdüm.
ancaq nədən
o gün güzgüdə
bizləri
görmürdüm?
Yaxşı,
onda de görüm,
banyomdan
başlayan,
heç
vaxt qurumayan
incə
qadın ayaq izlərini
haraya qədər
izləyim,
Güdüm?
Ey mənim
küsülüm!!!
"Kəndimiz"
nəğməsinə rep
qanlı
sərçə,
yaxud bədənsiz
striptiz
Nənəmin
növrağı sovrulmuş güzgüsündə
başladı
bədənsiz striptizimiz.
bu bizim
axır od çərşənbəmiz...
Gördüm
nar kolunda azıb, çaşıb,
əsir
qalıb, yaralanıb, öz dəstəsindən aralanıb
sinəsi
qanlı,
Cehizsiz
boz sərçəmiz...
Onun səsləndirmə
dublyajında
Unudulmazdı
"Kəndimiz,
kəndimiz" nəğməmiz.
Sanki
ümummilli teleefirdəydi bu nəğmə
Reklam
fasiləsiz.
Buydu bizim
ilk bahar mənzərəmiz.
Bu nəğməylə
həlak olurdu
Nar koluna əsir
düşmüş,
Bizdən
küsmüş
Sinəsi
qanlı,
Hələ
də canlı,
sərçəmiz...
Telefonum
"titrəmə" rejimindəydi,
içəri
qoltuq cibimdəydi...
Ancaq eynəndi
ürək
döyüntülərimiz.
yaşıl
meşəli, ömrü nəşəli,
Sevirəm
səni, gözəl kəndimiz...
Kəndimiz...
Kəndimiz...
Kəndimiz,
kəndimiz, kəndimiz...
Sinəsi
qanlı sərçəmiz...
Unudulmazdı
bu striptiz.
Bahardakı
ilk görüntülərimiz.
İnternetdən
darknetə
Görmürsənmi,
necə
bu gecə
lapdan, qəfildən
yetim itləri
dirildir,
ac
pişikləri sevişdirir,
öz rəngini
təkmilləşdirir
oğru-qatillərin
göz bəbəklərində?
Darknetin dərinliyində...
Sonra, kor ərəbin
nəğməsinə çevrilir
"ANS-ÇM",
"106-FM" tezliyində?
Görmürsənmi,
necə
bu gecə,
oğraşın
birisiylə qumar oynayıb heç-heçə,
necə
sakit, necə incə
pişikləri
qoşub özünə,
Son qoyur sənin
sevginə...
O gözəlin
küçədəki
uzun kölgəsinə...
İnternetdən
ayrılıb gedək
Vahiməli
DARKNET-ə.
Yeni
antivirus arzusu
Küləkmi,
mələkmi vərəqləyir qəfil
əlyazmalarımı?
Cütləyir
dəhlizdəki
ayaqqabılarımı?
Kimdi gecələr
yarımçıq pıçıldayan adımı?
Deyirsən,
qulyabanıdı?
Hanı?
Hanı
dünən aldığım bir şüşə
"Badamlı?"
Qapıdakı
o nə qaraltıdı?
Axı hələ
saat altıdı...
Kim
yığıb bu cür səliqəynən
çamadanımı? -
- Corablar
ayrıdı, köynəklər ayrı.
Kim sevgi məktublarımı
oxuyub,
Sonra
yanına qoyub
Təzyiqölçən
aparatımı?
İçib
barımdakı bahalı viskidən
Məxfi
məlumatlar toplayır hard diskimdən?
Ah bu
koronavirus, mediavirus
O tam
qanunsuz
Məni
qoyub youtubsuz...
Soxulub
bilgisayarıma...
Od qoyub X
fayllarıma.
Dünya
futbol çempionatını
mənə göstərir
topsuz...
Manısları
qoyub toysuz.
Məclisləri
göstərir mənə,
nədənsə Eyyub
Yaqubovsuz.
"Qafqazinfo"
saytını Elbrus Ərudsuz!
Göyləri,
sütunsuz səmaları redaktə edib,
Göstərir
ulduzsuz.
Məni salmır siyahıya.
Aparmır
Şuşaya!!!
Guya...guya...
Ah bu
virus... mediavirus...
Koronavirus...
Misirdəki
qədim bir papirus
Deyir:
fikir ver, bütün filmlərin son titrlərinə...
Ordakı
izahsız, labüd titrəmələrə,
Seytani
ritmlərə...
Gizli mətinlərə...
Day
çox dərinə getmə,
Ordadır
bu əclaf ibnə.
Qoy
hamı bundan utansın...
Dərdimin
əlacı
"MİCROCOFT"un
yeni antivirus
proqramına qalsın.
Qoy
yetimliyim gedib tənha bir məzardaşıyla
Qucaqlaşsın,
Ağlaşsın
Köhnə
Bakı məzarlığında.
Dərdlərimin
əlacını tapın
Sabahın
Yeni
antivirus proqramlarında...
Əleyhqaz
tələbi
"Halal+"
şirkətinin tikdiyi
çoxmərtəbəli
lüks binada
bütün pəncərələrin
gözü kordur.
Göydələn
dörd ildir ətraf sakinlərini
öz qatı zülmətiylə
qorxudur.
Mənzillər
satılmır.
Yalnız
gözətçinin daxmasından
ətrafa nur damır az-az.
Demək,
həyatın dıbində,
kasıbların
cibində
ümid
kimi nəsə qalıb
Az-maz.
Striptizdəki
kimi, eynən.
Son
cindanı, əskini soyunmaq Olmaz!
Vaxtilə
oxşar mənzərələrlə
Süqut
etmişdi qədim Bizans.
Bu taleyə
qarşı
Hələ
ixtira edilməyib
Tam yeni əleyhqaz!
Həmid
HERİSÇİ
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, ¹40.- S.8.