Meyvələrin söhbəti
Elektrik
qatarında oxuduğun kitablar
səni
çox uzaqlara apardı, dostum...
Əvvəlcə
xərabata yetirdi,
sonra ədəbiyyata
gətirdi,
sonra ədəbiyyatda
itirdi...
Kaş
elektrik qatarında tərəvəz daşıyaydın
Sabunçu
vağzalına,
sərmayə
qoyaydın bir meyvə dükanına,
adı da
olaydı: "Meyvələrin söhbəti".
Gəl,
burda - Əbədiyyət qatarında
bağlayaq
bu söhbəti,
yolumuz
uzundu,
çoox,
çoox uzundu,
qoy bizim əvəzimizə
kitablar danışsın...
Hardasan,
dost?
Ey kimsəsiz
bağ evində
məğlubedilməz
tənhalığıma
qonaq gəlmiş
dost!
yadındadı,
bir
almanı iki böldük,
bir ucuz
arağa çatmışdı ikimizin pulu,
bir də
iki plastik stəkana,
yamanca
üşüyürdük
noyabr
sazağında,
bir azdan
qanımız qaynayacaqdı,
isinəcəkdik
və qəfildən
diksinəcəkdik,
iki
bölünmüş alma
gözümə
dağ kimi görünəcəkdi,
sənin
adın Musa idi...
İndi sən
hardasan, min ildi görmədiyim dost?..
Yaşıl
mələklər
Dəli
külək dürtüb məni bir ucuz kafeyə,
Sığınmışam
"Mandel dərəsi"nə -
Quido
Qezelleyə,
bu qoca
pıçıldayır qulağıma:
canım-gözüm,
küləkdi bu, küləkdi,
onun
çarıxını fırladan fələkdi,
küləyin
qolları arasında çırpınan ağacların
hərəsi
bir mələkdi,
səbr
edin, yaşıl mələklər,
bir azdan təslim
olacaq külək...
Yuxu
oğrusu
Ey yuxu
oğrusu - ilham pərisi,
istəyirəm
biləsən,
mən
şeir yazmaq yox,
metaforalar
içində azmaq yox,
bir azca
yatmaq istəyirəm,
yuxumu yox,
yorğunluğumu oğurla,
mənə
layla de, layla...
Ovcumdakı
xətlər
Yenə də
sağ çıxdım
özümlə
savaşdan,
dünən
falçı ovcumdakı xətlərə baxıb
söylədi:
çox yaşayacaqsan.
Pulum
olmadı sevindirim ovcunu,
dedi: qəmin
kəm,
sən
yaşa biqəm,
şad-xürrəm...
ovcumdakı
xətlərə baxdım,
bir də
falçının qara gözlərinə,
inanmaq istədim
yalan sözlərinə,
ömrün
xəritəsi - savaş meydanı,
kimlə
savaşıram, rəqiblər hanı?!
Palıd
mehrabı
Çoox,
lap çoox yaşamışdı
palıd
ağacı,
minilliklərin
izi qalmışdı
cadar-cadar
olmuş gövdəsində,
gövdəsi
min qucaq idi,
kölgəsi
min kələ sığınacaq idi,
tənhalığa
məğlub olmuşdu
yarpaq-yarpaq,
budaq-budaq...
Bu
ağacın budağında uyuyurdu
mışıl-mışıl
xatirələr
yelləncəyi,
dülgər
laqeyd addımlarla
ötüb
keçdi uzaqdan,
baltasını
çıxarmadı torbadan,
düşündü
ki, yararsızdı qoca palıd,
yoxsa bu qədər
yaşamazdı.
Qoca
palıd
dülgərdən
çox yaşadı...
Kənan
HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, №40.- S.29.