Şəkil
Xalq yazıçısı
Elçinin xatirəsinə
Bir gözəl görəndə
ayaq saxladı,
Anrıda
onunla şəkil çəkdirdi.
Yaxınlar darıxdı qoşa
şəkilsiz,
Anrı
da onunla şəkil çəkdirdi.
Sevinc bir tərəfə çəkilək, dedi,
Olarmı,
bir şəkil çəkdirək? dedi.
"Mənim yazıçımsan!"
hər ürək dedi,
Yanında onunla şəkil
çəkdirdi.
Barat, yaxına bax, haqqa yaxına,
Heç
kim istəməzdi belə yıxıla!
Elə heyran oldu yaratdığına,
Tanrı
da onunla şəkil çəkdirdi!
01.09.25
Barat VÜSAL
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.7.