İftixarın qeyri-səlis teatr sistemi
SƏHNƏ SƏNƏTİ VƏ
ELMİ ZƏKANIN PARALELLƏRİ
İFTİXAR PİRİYEV – 65
“İncəsənət – elə
bir sahədir ki, burada izahı, öyrənilməsi
qeyri-mümkün olan
üçün
geniş imkanlar məkanı daima açıq qalır... Mənə kifayət etdi ki, sizin şüurunuzu oyada, qıcıqlandıra
bilim... “Sənət əsəri necə yaranır?” sualına cavab vermək qeyri-mümkündür... Hazır
formula olsaydı, mən
çox asanlıqla bu suala cavab
verərdim, lakin
formula olmadığına görə
çıxış yolunu
amal və nigarançılıqlarımı, məni həyəcanlandıran bəzi məsələləri
söhbət əsnasında
sizinlə birlikdə dərk etməkdə görürəm...”
“Kolleqalarla söhbətlər: rejissor
təcrübəsinin dərk
olunmasına cəhd”.
Georgi Tovstonoqov
PROLOQ
Yaradıcı intellektualın həyatında
65 yaş – mənəvi
inkişafın, idrakı
yüksəlişin və
sənət axtarışları
zirvəsinin pik nöqtəsinin təcəssümüdür.
Ömrünün bu məqamında incəsənət
xadimlərinin çılğın
yaradıcı ruhlarının
azad düşüncə
qüvvəsinin sonsuz
enerji burulğanı və cəmiyyət qarşısında Tanrı
tərəfindən verilən
missiyanı
yerinə yetirmək
məsuliyyəti refleksiyasından
törənən hisslərin
tufanı arasında ahəngdar müvazinət
axtarışları nəticədə
“ali məqsəd”ə
çevrilərək onları Ustad məqamınadək ucaldır.
Teatr sənətində
Ustad məqamına yetişən yaradıcı
intellektuallar innovativ bədii baxışın
daşıyıcıları, yeni teatr sistemlərinin müəllifidir. Onların
anlamına görə,
teatr dünyanı dərk etmək və insanların şüurunu dəyişdirmək
üçün ən
güclü vasitədir.
XXI əsrdə mənəvi dəyərlərin transformasiyası
dönəmində teatr
xadimləri qarşısında
mühüm vəzifələr
durur. Bu gün yaradıcı ziyalılar
təkcə istedad və sənətkarlıq
qabiliyyətinə deyil,
həm də intellektual potensiala, analitik təfəkkürə
və sənətə
istənilən elmi-nəzəri
aspektdən öz baxış bucağına
malik olmalıdırlar. Bədii-fəlsəfi
mətnlər kontekstində
yaratdıqları mürəkkəb,
dərin, çoxlaylı
obraz və ideyalar yaradıcı intellektualları bəşəriyyətin
sosial-kulturoloji təkamülünün
hərəkətverici aktoruna
çevirir.
2025-ci il sentyabrın 7-də Azərbaycanın
XXI əsr yaradıcı
intellektualları sırasında
müstəsna sənətkarlıq
mövqeyinə malik olan
C.Cabbarlı adına İrəvan Dövlət
Teatrının direktoru,
Əməkdar mədəniyyət
işçisi, Prezident
mükafatçısı (2018-2021), sənətşünaslıq üzrə
fəlsəfə doktoru
İftixar Piriyevin 65 illik yubileyi qeyd olunur. Ustad-sənətkar
İftixarın adı milli teatr mədəniyyətinə ulu öndər Heydər Əliyev bədii obrazını səhnədə
canlandıran istedadlı
aktyor, şair-dramaturq,
ekstraordinar qeyri-səlis
məntiq teatr sisteminin banisi və özünəməxsus
iş prinsiplərinin
müəllifi olan rejissor, dramaturgiya və teatr sənətinin,
ümumiyyətlə humanitar
sahənin öyrənilməsində
“qeyri-səlis” ölçünün
tətbiqinin mümkünlüyünü
əsaslandırmaqla dahi
Lütfi Zadənin vəsiyyətini yerinə
yetirən tədqiqatçı-alim kimi
daxil olub.
İFTİXARIN
AKTYOR YARADICILIĞI
İftixarın yaradıcılıq yolu – usanmadan özünütəkmilləşdirməni tələb edən aktyorluqdan başlayıb, qələmini
şair-dramaturq kimi sınaqdan keçirib, teatr təşkilatçılığı
məharətini doğruldaraq
unikal müəllif üslubunun formalaşmasını
ehtiva edən rejissorluğa qədər
yüksələn gərgin
təkamül prosesidir.
1981-ci ildə Azərbaycan
Dövlət İncəsənət
İnstitutunu (indiki
ADMİU) dram-kino aktyorluğu ixtisası üzrə bitirən İftixar Piriyev Azərbaycanın görkəmli sənətkar
və teatr pedaqoqları – Rza Təhmasib, İsmayıl Dağıstanlı, Əliabbas
Qədirovdan
xeyir-dua alıb peşəkar sənət
yoluna çıxır. Həmin
ildən Akademik Milli
Dram Teatrında (1981-1998), daha
sonra C.Cabbarlı
adına İrəvan
Dövlət Azərbaycan
Dram Teatrında (2009-2025) aktyorluq
fəaliyyəti
göstərir. 45 ilə yaxındır ki, İftixar
milli və dünya dramaturgiyasının xəzinəsinə
daxil olan pyeslərə qurulan tamaşalarda yaddaqalan obrazlar yaratmağa davam edir. Onun
aktyor kimi canlandırdığı rollar
Böyük xarakterlər
yaradan Şekspir, B.Brext, İ.Əfəndiyev,
N.Xəzri, H.Cavid, Anar, M.F.Axundzadə, V.Səmədoğlu, Ç.Aytmatov,
A.Babayev, Hidayət və digər yazıçıların bədii
təfəkkür məhsuludur.
1991-1998-ci
illər ərzində
Akademik Milli Dram Teatrında
İftixar çoxsaylı
fərqli xarakterlərə
malik obrazlar qalereyası
yaratmışdır. İftixarın
obrazlar qalereyasının
fərdi cəhətlərilə
seçilən tabloları:
Litavrçı (“Maqbet”,
Şekspir), Birinci şəxs, Bayandur, Samir,
Ayaz (“Xurşidbanu Natəvan”.
“Büllur sarayda”, “Bizim qəribə taleyimiz”, “Şeyx Xiyabani”, İ. Əfəndiyev),
Əkbər, Xəzər,
Poladgüc (“Mirzə Şəfi Vazeh”, “Gecə döyülən
qapılar”, “Mənsiz
dünya”, “Torpağa sancılan qılınc”, N.Xəzri), Oğlan
(“Medeya” J.Anuy), Elcan (“Məhəbbət yaşadır”, N.Hacıyev),
Vəliqulu, Namiq (“Sizi deyib gəlmişəm”,
“Şəhərin yay günləri”,
Anar), Qaraçı
(“İblis”, H.Cavid), Yıxan
(“Atabəylər”. N.Həsənzadə), Çingiz
(“Bəxtsiz cavan”, Ə.Haqverdiyev), Altay (“Od gəlini”,
C.Cabbarlı), Qədir
bəy (“Lənkəran
xanının vəziri”,
M.F.Axundov), Məlikməmməd
(“Məlikməmməd” nağılı),
Əli bəy (“Vaqif”, S.Vurğun), Fərhad (“Günah”, R.Əlizadə), Polis (“Üç
quruşluq opera”. B.Brext, K.Vayl), Niftalı (“Yayda qartopu oyunu”, V.Səmədoğlu), Zəki
(“Yalan”, S.Rəhman), Aşıq İftixar (“Qədr Gecəsi”, E.Baxış), Edqar (“Kral Lir” Şekspir),
Talap (“Sokratı anma gecəsi” Ç. Aytmatov, M. Şaxanov) – həmin qalereyanın qiymətsiz sənət əsərləridir. Aktyor
hər oynadığı
tamaşada obrazlarının
dərin psixoloji tədqiqini aparır, onların daxili dünyasını mimika, jestlər və intonasiya vasitəsilə ifadə etməyə cəhd edib. Məhz bunun sayəsində İftixarın
hər yeni mürəkkəb
obrazı tamaşaçıların
qəlbində dərin
iz buraxır.
Tamaşaçını həyəcanlandıra
və inandıra biləcək obrazlar qalereyası İftixarı
daima öz üzərində çalışan
aktyor kimi səciyyələndirir. Gərgin əmək
nəticəsində İftixarın
nail olduğu
mükəmməl aktyor
oyunu məhz ona müstəqil Azərbaycanın memarı,
ümummilli lider Heydər Əliyev obrazını canlandırmaq
cəsarətini verib.
2000-ci ildən bu günə kimi direktoru olduğu C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrının səhnəsində
dramaturq Aqşin Babayevin "Xilaskar", İftixar Piriyevin "Qurtuluş dastanı",
Hidayət Orucovun
"Burdan min atlı keçdi" pyesləri əsasında qurulan tamaşalar sənətkarı bir neçə ilklərə
imza atmağa sövq edir. Azərbaycan və nüfuzlu xarici teatr səhnələrində
(Türkiyə, Gürcüstan,
Rusiya) İftixara
100 dəfəyə yaxın
Heydər Əliyevin bədii obrazını “yaşamaq şərəfi”
nəsib olur.
Xüsusilə, qeyd edək ki,
2009-cu ildə C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrı ölkəmizdə
ilk teatr idi ki, Aqşin Babayevin “Xilaskar” sənədli-publisistik
pyesi əsasında hazırlanan tamaşada Heydər Əliyev – dahi tarixi şəxsiyyət
mövzusuna müraciət
edirdi. Bu sadə təsadüf deyil – bu, ulu öndərin xatirəsinə böyük
ehtiramın sərgisi
idi. Heydər Əliyevin İrəvan Teatrına göstərdiyi
diqqət və qayğı onu teatrın salnaməsinə böyük
hamisi kimi əbədi həkk edib. İftixarın
aktyor ampluasında Heydər
Əliyev obrazı –
ilk tarixi şəxsiyyət
obrazı idi. Rejissor Oruc Qurbanovun
quruluşunda
"Xilaskar" tamaşasında İftixarın
qarşısında Heydər
Əliyevin Vətəninə,
Azərbaycan xalqına
sonsuz sədaqət və məhəbbət hisslərini, onun prinsipial və qətiyyətli xarakterini tamaşaçılara çatdırmaq
və bunu bacaracağına inandırmaq
məsuliyyəti dururdu.
Göstərilən etimadı
doğrultdu və inandırdı... Heydər
Əliyev obrazını
məharətlə ifa
edən İftixar onun
yerişini, duruşunu,
jestlərini, mimikasını,
nitq tərzini, hətta tarixi çıxışlarındakı səsinin avazını birə-bir canlandırmağa
müvəffəq oldu.
İfa etdiyi obrazın dərin emosional və psixoloji qatlarına
varan İftixarın aktyor energetikası “Xilaskar” tamaşasında
təsvir olunan dönəmdə
Heydər Əliyev fenomeninin tarixi missiyasını təfərrüratı
ilə tamaşaçıya
nəql edə bildi. Tamaşa, ələlxüsus da, İftixarın
aktyor oyunu teatral tənqid tərəfindən yüksək
qiymətləndirildi.
“Xilaskar” İftixarı “Qurtuluş dastanı”nı
qələmə almağa
ilhamlandırır. Bu səfər
İftixarın iti qələmi tariximizin səhifələrini ədəbi
əsərdə canlandırdı.
Onu da qeyd edək ki, sözügedən
əsərə qədər
İftixar artıq qələmini mənzum pyeslər janrında sınamışdır. Belə ki, Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevin anadan
olmasının 50 illiyi
münasibəti ilə
yazılmış “İşıqlı,
nurlu sabah” (2011), Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq təbliğat
və təşviqat kompaniyası çərçivəsində
hazırlanmış – “Soyqırımı
tarixinin dastanı”
(2011) pyesləri həmin
qəbildəndir.
2013-cü
ildə İrəvan Teatrının 131-ci mövsümü
ulu öndərin 90 illik
yubiley tədbirləri
çərçivəsində İftixarın “Qurtuluş
dastanı”nın epik-tarixi dramının premyerası Akademik Milli
Dram Teatrının səhnəsində
baş tutdu. Daha sonra – 2015-ci ildə C.Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında da uğurla
tamaşaya qoyuldu. “Qurtuluş dastanı”nda
ümummilli liderə dərin hörmət və ehtiram hisslərindən qaynaqlanan
İftixarın mükəmməl
aktyor oyunu səhnədə və tamaşaçıların qəlbində
Heydər Əliyevin abidəsini ucalda bildi.
2014-cü
ildə dramaturq, ictimai-siyasi xadim Hidayətin ulu öndərin
yurdsevər mübariz
obrazını yaratdığı
“Burdan min atlı keçdi” pyesi əsasında qurulan tamaşada Heydər Əliyev obrazını canlandırmaq yenə də İftixara həvalə olundu. Bu tamaşada da İftixar Heydər Əliyev obrazının ifa edilməsinin məsuliyyətini
dərk edir və böyük fəxr hissi duyur. “Burdan min atlı keçdi” tamaşasında İftixarın
Heydər Əliyev obrazı aktyor ilə birlikdə artıq böyük təkamül yolunu keçmişdir. Bu təkamül
prosesini İftixarın
həmin rola olan münasibətində
izləmək mümkündür:
“2009-cu ildə oynanılan
“Xilaskar” tamaşasında
Heydər Əliyev obrazını Azərbaycan
teatrında ilk dəfə
olaraq ifa etmək böyük məsuliyyət tələb
edən məsələ
idi. Bu məsuliyyəti
varlığımla dərk
edərək ulu öndərin
obrazının portret
cizgilərindən daha
çox, onun zəngin daxili aləmini əks etdirməyə, bu obrazı istənilən səviyyədə təqdim
etmək üçün
sənətçidən tələb
olunan bütün komponentlərdən yararlanmağa
çalışırdım. 2013-cü ildə müəllifi olduğum “Qurtuluş dastanı” adlı pyesimdə yenidən ulu öndərin obrazı üzərində işə
başlamaqdan fərəh
hissi keçirirdim.
2014-cü ildə Hidayətin
“Burdan min atlı keçdi” dramında isə ulu öndərin obrazı artıq daha geniş miqyasda – Heydər Əliyevçilik – Azərbaycançılıq
ideyası ətrafında
öz bədii mücəssəməsini tapmış
oldu”.
Aktyor İftixarın İrəvan
Teatrı dönəmi
bu günə kimi fərqli rollar palitrasından fərqlənir. İftixarın Hidayətin
“İrəvanda xal qalmadı”– Tarix (2017), Elçinin “Akvariuma xüsusi sifariş” – Kəbləyi
Muxtar (2020), Şekspirin
“Kral Lir” – Kral Lir (2025) kimi ifa etdiyi obrazları
aktyor ampluasının
geniş diapozonundan, onun klassik əsərdən
tutmuş, absurd janrında
olan pyeslərə qədər məharətli
oyununun çoxplanlığından
xəbər verir. Bu
da İftixarın yaradıcı
təfəkkürünün qeyri-səlis ölçü məntiqindən
bəhrələnməsinə sirayət edir.
İftixarın aktyor yaradıcılığı
teatr səhnəsilə
kifayətlənməyib. Onun
aktyor kimi portretini tamamlamaq üçün
televiziya tamaşalarında
(Cavid – “Təkan”. M.
Murad; Sərvər – “Ürək
yaman şeydir...” Ə.Əylisli; Oğul –“Oğulla görüş”,
M. Oruc; Abbas – “Közərən
evin işığı”,
S.Budaqlı), televiziya
seriallarında (Əbdül
– “İtkin gəlin”, Ə.Hacızadə;
Vədad bəy – “Dodaqdan qəlbə – Taleyin qisməti beləymiş yəqin”, R.N.Güntəkin; Aslan – “Yağışdan
sonra”, B.Vahabzadə,
Tahir – “Toy gecəsi”,
S.Sədaqətoğlu), bədii
televiziya filmlərində (Nofəl – “Canavar balası”, Şef – “Qırmızı
qar”, A.Rəhimov) oynadığı rolları
da qeyd etməliyik.
İftixar, həmçinin Azərbaycan
Televiziyasında “Ozan” folklor
toplusunun aparıcısı,
bir çox ədəbi-bədii proqramlarda
bədii qiraətçi
kimi də tanınır.
ŞAİR-DRAMATURQ
İFTİXAR
Ümumiyyətlə, ulu öndər
Heydər Əliyev obrazı, dövlət və dövlətçilik,
azərbaycançılıq İftixarın aktyor
ampluasının zirvəsi
olmaqla yanaşı, onun şair kimi yaradıcılığının
əsas leytmotividir. Onun poemaları əsasında hazırladığı
filmləri yada salmaq yerinə düşər.
Heydər Əliyevin
ulu öndərlik missiyasını
tərənnüm edən
“Müstəqil vətənin
memarı” (2019), ümummilli
liderin layiqli davamçısı, Azərbaycan
xalqına qalibiyyət
yaşadan, tarixi torpaqlarını erməni
təcavüzündən xilas
edən Müzəffər
Ali Baş Komandan, Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevin qurucu
siyasi fəaliyyətini
əks etdirən “Sən özün memar oldun” (2020) və s. filmləri onun şeiriyyatı üzərində çəkilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq İftixarın dəsti-xətti Azərbaycan
teatr səhnəsində
layiqli mövqeyini tutub. Onun pyesləri
nəinki Azərbaycanda,
həmçinin xarici
teatrlarda da tamaşaya
hazırlanıb. İftixarın
dram əsərləri İrəvan
Dövlət Azərbaycan
Dram Teatrı (“Qurtuluş dastanı”, “İşıqlı, nurlu
sabah”, “Soyqırımı
tarixinin dastanı” “Nurlu ömrün anları”, “Qalx ayağa, Azərbaycan!”, “Azərbaycan bayrağı”,
“Qurtuluş”, “Osman və
Süsən – Qanlı
qızıl toy”, “Haqq mənəm”),
Naxçıvan Dövlət
Musiqili Dram Teatrı
(“Qurtuluş dastanı”),
Gəncə Dövlət
Dram Teatrı
(“Dan yeri söküləndə”)
səhnələşdirilib. İftixarın pyesləri
Gürcüstan (“Eşqin
tikan dairəsi” –
Tiflis Dövlət Azərbaycan
Dram Teatrı), Rusiya
(“Eşqin tikan dairəsi” – Dərbənd
Dövlət Azərbaycan
Dram Teatrı), Özbəkistan
(Xəmsə: “Könüllər
mülkünün sultanı
– Şeyx Nizami Gəncəvi” – Səmərqənd
Dövlət Musiqili
Dram Teatrı, “Turan” –
Özbəkistan Respublikası
Kattakurqan Şəhər
Dövlət Dram Teatrı)
teatrlarının səhnələrində
anşlaqla qarşılanıb.
Müsahibələrin birində “şeirlər mənim səsimdir” deyən İftixarın vətənpərvərlik
və lirik poeziya əsərləri “Yaşadığım bu ömür” (“Gənclik”,
1998), “Nə qəribə
yuxuymuş” (“Gənclik”,
2004), “Böyük Turanın Himni” (“Gənclik”, 2004), türk, rus, ingilis, alman, fransız, italyan, ispan, ərəb, fars dillərinə tərcümə
olunmuş – “Müstəqil
Vətənin Memarı”
(“Çaşıoğlu”, 2013 nəşriyyatı, “Bağımsız
Vatanın Mimarı”
(“Apostroff” , türk dilində, 2013), “Sevgilim” –
(“Apostroff”, 2014)
kitablarında dərc
olunub.
İftixarın şeir yaradıcılığı
Azərbaycan bəstəkar
və müğənnilərinin
gözündən yayınmayıb.
Tofiq Bakıxanov, Cavanşir Quliyev, Xanım İsmayılqızı
kimi görkəmli bəstəkarlar İftixarın
şeiriyyətindən ilhamlanıb
dinləyicilərin ruhunu
və zövqünü
oxşayan musiqi əsərləri yaradıblar.
İftixarın şeirlərinə
yazılmış bəstələrin
ifaçıları sırasında
xalq artistləri – Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, Səməd Səmədov,
Samir Cəfərovu; əməkdar
artistlər – Aybəniz
Haşımova, Sevda Ələkbərzadəni və
d. göstərmək olar.
İFTİXARIN
TEATR TƏŞKİLATÇILIĞI MİSSİYASI
İrəvan Teatrının direktoru
vəzifəsinə təyin
olunmamışdan öncə
də İftixar Piriyev peşəkar teatr təşkilatçısı
kimi özünü artıq layiqincə doğrulda bilmişdir. Hələ 1991-ci ildə İftixar Azərbaycan
Milli Dastan Teatrı yaratmaqla
böyük cəsarət
tələb edən addım atır. Ölkəmiz üçün
təlatümlü olan
90-ci illərin əvvəlində
həmin yaradıcı
kollektivin çətinliklərlə
üzləşməməsi üçün teatrın
idarəetməsində qeyri-səlis yanaşmaya əsaslanan innovativ iş prinsiplərini tətbiq etməyə başlayır. 1998-2000-ci illərdə
ulu öndər Heydər Əliyevin Tiflis Teatrının
bərpasına kömək
məqsədi ilə verdiyi xüsusi tapşırığa əsasən
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
tərəfindən, hazırda
ümummilli lider Heydər Əliyevin adını daşıyan
Tiflis Azərbaycan Dövlət
Dram Teatrının bərpa
prosesinə rəhbərlik
etmək İftixar Piriyevə həvalə olunmuşdur. Tiflis Teatrının
bərpasını uğurla
başa çatdıraraq
etimadı doğruldan
İ.Piriyev 2000-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrına direktor
vəzifəsinə təyin
olunur.
Tarixdən məlumdur ki, peşəkar
Azərbaycan teatrının
bünövrəsi 10 mart 1873-cü ildə Bakıda və elə həmin ildə Tiflisdə Mirzə Fətəli Axundzadənin komediyalarının
səhnələşdirilməsi ilə qoyuldu. Az sonra, 1882-ci il aprelin 2-də İrəvanda
peşəkar teatrın
təməli qoyuldu.
İrəvan Azərbaycan Teatrının
yaradıcılıq yolu
heç də rəvan olmayıb. Teatr dəfələrlə
düşmən qəsdinə
məruz qalıb, mərkəzdən əyalətə
köçürülüb, bir neçə dəfə doğma yurdundan didərgin salınıb. Yaradıcı
kollektivin əzmkar və fədakar fəaliyyəti 1928-ci ildə
Ermənistan Sosialist Respublikasını teatra dövlət statusu vermək məcburiyyətində
qoyur. Lakin millətçi ermənilər teatrın məhv edilməsi üçün atdıqları
xəyanətkar addımlardan
əl çəkmir və 1989-cu ildə bu sənət
məbədi öz dədə-baba yurdundan zorla çıxarılır.
Erməni məkrinin qurbanına çevrilən
İrəvan Teatrı
didərgin salındıqdan
sonra bütün həyatını yenidən
başlamaq məcburiyyətində
qalır, bir çox çətinliklərdən
keçməli olur. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişindən az
sonra, 1995-ci ildə İrəvan Teatrına ikinci dəfə dövlət statusu verilir. 2000-ci ildə İftixar Piriyevin Heydər Əliyevin adını daşıyan Tiflis Dövlət
Azərbaycan Dram Teatrının
bərpa işlərinə
rəhbərlik missiyasının
bitməsi İrəvan
Teatrının inkişafı
məqsədilə Mədəniyyət
Nazirliyinin apardığı
islahatlarla eyni vaxta təsadüf edir. Onun İrəvan
Teatrına direktor təyin olunması sənət ocağının
yeni inkişaf mərhələsinə
qədəm qoymasını
şərtləndirir.
İftixar Piriyevin quruculuq
strategiyasının prioritetlərinə
İrəvan Teatrının
maddi-texniki bazasının
möhkəmləndirilməsi, istedadlı aktyor, rejissor, dramaturq, rəssam, bəstəkar, xoreoqrafların cəlb edilməsi, repertuarın zənginləşdirilməsi, teatrı
tanıdıb təbliğ
etmək üçün
qastrol səfərlərinin
təşkili, KİV ilə
əməkdaşlıq kimi
məsələlər daxil
olur. Nəhayət, tamaşaçı kütləsinin,
ümumiyyətlə ölkə
ictimaiyyətinin diqqəti
bu teatra yönəlir. Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin
ali diqqət və qayğısı 30
avqust 2006-cı il tarixdə
imzaladığı sərəncamında təzahürünü
tapır ki, 2007-ci il oktyabr
ayının 16-da Bakıda
İrəvan Teatrının
125 illik yubileyi dövlət səviyyəsində
təntənəli şəkildə
qeyd olunur. Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevin İrəvan
Teatrına diqqət və himayəsi sahəsində növbəti
addımı M.Rəsulzadə adına
Mədəniyyət Sarayının
onun balansına verilməsi olur. Bu gün İrəvan Teatrının kollektivi İftixarın sözləri
ilə desək, “öz doğma yuvasına qayıtmaq, yenidən öz doğma ocağının
istisinə qızınaraq
böyük sənət
yolunu davam etdirmək qətiyyətindədir,
hətta qəhrəmancasına!”
REJİSSOR
İFTİXARIN QEYRİ-SƏLİS TEATR SİSTEMİ:
SƏHNƏ
SƏNƏTİ İLƏ İNTELLEKTUAL
DÜŞÜNCƏNİN
PARALELLƏRİ
KƏSİŞMƏSİNDƏ
Teatrın, lakin təəssüf
ki, teatr tədqiqatçılarının
çox vaxt tədqiqat predmetindən kənarda qalan problemlərindən
biri səhnə sənətinə tamaşaçı
diqqəti və onun cəlb edilməsinin əməli mexanizmlərinin işlənilməsidir.
Bu məsələ sürətlə
inkişaf edən texnologiyalar əsrində gündən-günə aktuallaşır,
yeni həlli yollarının
axtarışını diktə
edir. Müasir dövrdə mündəricatlı
tamaşaçı diqqətinin
cəlb edilməsi ən mürəkkəb problemlərdən biridir.
2000-2010-cu illərdə İrəvan
Teatrının rəhbəri
kimi islahatları reallaşdıran İftixarı
düşündürən məsələlərdən biri
də, məhz teatra tamaşaçı diqqətini, tamaşaçı
kütləsini cəlb
etmək idi. Bunun üçün yeni sənət
mexanizmlərinin işlənilməsini,
yeni bədii metod və formalara müraciəti
zəruri edirdi. İftixarın teatr xadimi kimi yaradıcılıq
yolunu izləyərkən
belə qənaətə
gəlirsən ki, o artıq
2011-ci ildən
bu prosesdə
yeni sənətkarları və
dramaturqları dəvət
etməklə kifayətlənmir.
İftixar özünü
rejissor kimi sınamaq
qərarına gəlir...
XXI əsr tamaşaçısının
diqqətini, sözün
əsl mənasında,
zəbt edən yüksək texnoloji və effektli filmlər, kompüter oyunları, internet əsrində
teatr öz mövqeyini necə qorusun? Pyesin ali ideyasından ilhamlanan rejissor öz həyəcan və nigarançılıqlarını
aktyorlara necə ötürsün? Aktyor tamaşanın “ali məqsəd”ini itirmədən
tamaşaçının qəlbini
necə fəth etsin? Bu suallar İftixarı hər pyesə verdiyi quruluş prosesində durmadan düşündürür.
Onun “İşıqlı,
nurlu sabah”, “Soyqırımı tarixinin
dastanı”, “Nurlu ömrün anları”, “Qalx ayağa, Azərbaycan!”, “Azərbaycan
bayrağı”, “Qurtuluş”
(İftixar), “Siluet” (İ.Məmmədli), “Səs” (A.Nəzər),
“Stalin-İzm” (Elçin)
tamaşalarında rejissor
kimi fəaliyyəti müxtəlif “izm”lərin
bədii prinsiplərinin
tətbiqindən milli teatr
məkanında
“İftixarın qeyri-səlis
məntiq teatr sistemi”nin yaradılmasına
qədər inkişaf
edən yaradıcı
təkamüldür.
Teatr təcrübəsinə çox
sayda müxtəlif sistem və təlimlər məlumdur.
Onlar məzmun və formaca müxtəlif olsalar da, bu təlimləri birləşdirən yeganə
amil – İnsandır. Stanislavski, Çexov, Qrotovski, Arto, Brext, Kreq,
Meyerhold, Vaxtanqov, absurd teatrı və sairə sistemlər müasiri olduğu tarixi şəraitə uyğun
olaraq bəşəriyyətin
insan, dünya, mədəniyyət, səhnə
sənəti haqqında
əldə etdiyi bilikləri sayəsində
daima inkişafda olan təlimlərdir.
Teatr sistemləri durmadan inkişaf edir, bir-birlərini əvəzləyir, bir-birlərindən
bəhrələnərək daha da zənginləşirlər.
Zamanın çağırışlarını
anında duyub, yeni sistem və təlimləri formalaşdırıb
tətbiqini reallaşdıran
teatr rejissorları – novator kimi səciyyələndirilirlər.
İftixar teatra Lütfi Zadənin qeyri-səlis məntiqini gətirməklə
zamanın çağırışlarına,
reallıqlara vaxtında
reaksiya bildirir və artıq XXI əsrin ilk rübündə
quruluş verdiyi “Siluet” tamaşası ilə milli teatr tarixinə yenilikçi rejissor kimi daxil
olur. İftixarın rejissor üstünlüyü
ondadır ki, o aktyor təcrübəsinə malik olduğuna
görə obrazın
psixologiyasına daha dərindən varır, daha real və inandırıcı bədii
səhnə obrazları
yarada bilir. Beləliklə, 2024-cü ilin
iyul ayının 11-də
Azərbaycan teatr mədəniyyəti tarixində Milli Gənc
Tamaşaçılar Teatrının
səhnəsində İrəvan Teatrının 142-ci mövsümündə,
dramaturq İmir Məmmədlinin “Qadın”
mono pyesi əsasında İftixarın
qeyri-səlis məntiqlə
uydurmaya çevirdiyi birhissəli psixoloji, mistik, qroteskvari “Siluet” tamaşası Azərbaycan teatrında
yeni sənət yolu və yeni teatr sisteminin “Qeyri-səlis teatrı”nın bünövrəsini
qoymaqla əlamətdar
hadisəyə çevrilir.
(Davamı gələn sayımızda)
Yeganə Əliyeva
AMEA-nın aparıcı elmi işçisi,
kulturologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.22-23.