Gümüş kəmər

 

Hekayə

 

Yaxşı yadımdadır, evimizdə dədə-babadan qalma bəzəkli bir gümüş kəmər var idi. Üstünə vurulan naxışlarından, bəzək-düzəyindən hiss olunurdu ki, bu gözoxşayan kəməri hansısa peşəkar usta düzəldib. Kim bilir, bəlkə , onu  hazırlayan sənətkar bu işə bütün bacarığını sərf etmişdi. Amma zəhməti hədər getməmişdi, əlindən gözəl sənət əsəri çıxmışdı.

Min bir naxış vurulmuş gümüş kəmər evdə ən çox xoşumuza gələn "oyuncaq" idi. Gün ərzində onu əlimizdən yerə qoymazdıq. Tez-tez kəməri belimizə bağlayıb əsgər kimi addımlayar, otaqda ora-bura qaçardıq. Ölçüsü böyük olduğuna görə aradabir belimizdən sürüşüb düşərdi. Amma biz yenə təkrar-təkrar bağlayar, addımlamaqdan yorulmazdıq. Beləcə, gün ərzində başqa "oyuncaqlar"la bərabər, gümüş kəmərlə başımızı qatar, vaxtımızı şən keçirərdik. Valideynlərimdən kəmərin kimə məxsus olduğunu soruşanda deyirdilər ki, babalarından, babalarına ulu babalarından qalıb. Belə başa düşürdük ki, deməli, kəmərin yüz-iki yüz ildən çox yaşı var. Nəslimizin uşaqlarının hamısı o kəməri belinə bağlayıb evdə oynaya-oynaya, addımlaya-addımlaya böyümüşdü. Yəqin ki, bizdən sonra gələnlər bu cür böyüyəcəkdilər.

Qardaş-bacılarımdan yuxudan kim tez oyanardısa, kəməri birinci  belinə o bağlayardı. Bəzən onun üstündə dalaşıb-küsüşərdik . Amma yaxşı ki, küsülülüyümüz uzun sürməzdi, beş-on dəqiqədən sonra barışıb yenə mehribancasına oynayardıq. Dəcəlliklə dolub-daşan günlərimiz bir-birindən maraqlı keçərdi.

Payız günlərinin birində başqa uşaqlar kimi, mən əynimə təzə paltar geyinib sevinə-sevinə birinci sinfə getdim. Həmin gündən məktəb həyatı, qayğısız günlər bizi ağuşuna aldı. Günlərimiz bir-birindən maraqlı keçirdi. Ötüb keçən aylar, illər bizi böyütsə , gümüş kəmər yenə ən sevimli "oyuncağ"ımız olaraq qalırdı.

Bir dəfə mismarın iti ucu ilə kəmərin tərəfinə adımı yazdım. Onu cızdığıma görə valideynlərim məni xeyli danladılar. Hətta atam mənə möhkəm bir şillə ilişdirdi. Zərbədən gözlərimdə od parladı.

Kasıb dolanırdıq. Bunu valideynlərimin bir-biri ilə gizlin söhbətlərindən eşidirdim. Günlərin birində atam pulsuzluqdan sevimli kəmərimizi - ulu babalarımızın yadigarını  kəndin məhəllələrini dolaşıb, qədim əşyaları ucuz qiymətə alan ağköynəkli, donqarburun, saqqallı, həmişə balaca diplomatla gəzən bir erməniyə satdı. O, elə çox pul vermədi. Əlli manata güclə sata bildi. Qiymət üstündə xeyli çənə döyməli oldular. Mən ağlayıb atamdan gümüş kəməri erməniyə satmamağı xahiş etsəm , xeyri olmadı. O, başımı sığallayıb dedi: "Bala, çətinliklə dolanırıq, sabah un almağa heç pulumuz qalmayıb. vaxt imkanımız olsa, pulunu qaytarıb, kəmərimizi geri alarıq. Qorxma, itib-batmaz, üstünə adını da yazmısan, harada olsa, tapacağıq". Erməni atamın dediklərini təsdiqlədi: ", vaxt istəsəniz, onu sizə qaytararam". Deyilən sözlərin həqiqət olduğunu zənn edib bir az sakitləşdim. Fikirləşdim ki, həmişə kasıb qalmayacağıq ha, yəqin, vaxtsa pulumuz olacaq.

Eşitdiyim sözlərdən bir az təskinlik tapsam da, gümüş kəmərin satılmasından çox məyus olmuşdum. Uzun müddət onun xiffətini çəkdim. Hərdən mənə elə gəlirdi ki, kəmər satılandan sonra evimiz əvvəlki yaraşığını itirib. Sanki atam saqqallı erməniyə gümüş kəmərlə birlikdə evimizin sevincini, süfrəmizin xeyir-bərəkətini, uşaqlığımızı, ulu babalarımızın ruhunu da satmışdı. Kəmərin satılmasından sonra sanki həyat mənim gözümdə  mənasını itirmişdi. üzümüz əvvəlki kimi gülür, ürəyimiz açılırdı. Aradan xeyli zaman keçsə , gümüş kəməri atamdan alan erməninin hiyləgər sifətini, bic-bic gülümsəməyini unuda bilmirdim.

Kəməri xatırlamadığım gün olmurdu. Çünki uşaqlıq xatirələrimin xeyli hissəsi onunla bağlı idi. Gündüzlər çox düşündüyümə görə gecələr hərdən  kəmər yuxuma da girirdi. Görürdüm ki, "oyuncağımız" evimizdədi. Yenə əvvəlki kimi onu belimə bağlayıb əsgər kimi addımlayıram. Səhər tezdən səs-küyə gözlərimi açıb gördüklərimin yuxu olduğunu biləndə qəlbimi məyusluq dumanı bürüyürdü. Həmin anlarda düşünürdüm ki, kaş gördüklərim yuxu olmayaydı. Belə əsəbi vaxtlarımda gümüş kəməri bizdən alan saqqallı erməninin biclik yağan, hiyləgər sifəti gəlib gözlərim qarşısında dayanırdı. Kəməri əlimizdən aldığına görə ona nifrət edirdim. O, dilimizdə çətinliklə, sözlərin qol-qıçını qıra-qıra danışırdı. Hiss olunurdu ki, dilimizi öyrənməyə yenicə başlayıb. Kaş heç öyrənməyəydi. Çünki öyrəndikcə kəndimizə gəlib camaatı dilə tuta-tuta qədim əşyalarını ucuz qiymətə alıb aparırdı. Mən istəməklə deyildi ha. Ağköynəkli, saqqallı erməni kəndimizin məhəllələrində hərdən tez-tez gözə dəyirdi. Ac itlər kimi bütün məhəllələri sülənirdi.

İki-üç ildən sonra atam gəlirli bir sahədə işə düzəldiyinə görə dolanışığımız getdikcə yaxşılaşdı. Hiss edirdim ki, yavaş-yavaş pulumuz artır. Çünki xeyli vaxt idi valideynlərim xəlvətdə pulsuzluqdan gileylənmirdilər. İndi daha çox pulu hara nəyə xərcləmək haqqında danışırdılar. Pul çoxaldıqca atam özünə , anama da, mənə , qardaş-bacılarıma da təzə pal-paltarlar alırdı. Qapımızdakı heyvanların, toyuq-cücələrin sayı artıb çoxalırdı.

Bir gün şam yeməyindən sonra gümüş kəmərlə bağlı verdiyi vədi atama xatırlatdım. Dedim ki, pulumuz çox olanda kəməri saqqallı ermənidən alacağına söz vermişdin. İndi, maşallah, deyəsən, əvvəlkinə baxanda maddi vəziyyətimiz düzəlib. İstəyirəm ki, erməninin pulunu qaytarıb, babalarımızdan yadigar qalmış kəməri geri alasan. Atam əvvəl susub, bir-iki dəqiqə fikrə gedəndən sonra dedi ki, düz deyirsən, o saqqallı ermənini vaxt kənddə görsən, mənə xəbər elə, pulunu qaytarıb kəmərimizi alaq.

O gündən başladım ağköynəkli, saqqallı erməninin yolunu gözləməyə. Tərs kimi donqarburun da son zamanlar kənddə gözə dəymirdi. Bəlkə , saqqallı kəndimizdəki bütün qədim əşyaları alıb qurtarmışdı. İndi qonşu kəndlərə üz tutmuşdu. 

...İllər bir-birinin ardınca sıralanıb gedirdi. Hiss olunmadan keçən aylar, illər yavaş-yavaş bizi böyüdürdü. Onuncu sinifdə oxuyurdum. Artıq məktəbdən, sevimli müəllimlərimizdən ayrılıb arzularımızın arxasınca şəhərə yollanacaqdıq. 

Bir gün məktəbdə xəbər yayıldı ki, iyirmi nəfər şagirdi üçgünlük Ermənistana ekskursiyaya aparacaqlar. Səfər zamanı erməni məktəblilərlə görüş keçiriləcək. Görüşdən sonra da şagirdlər muzey kitabxanaları gəzəcəklər. Sinif rəhbərimiz Firuzə müəllimdən xahiş etdim ki, mənim adımı ekskursiyaya gedənlərin siyahısına yazsın. Müəllim xahişimi yerə salmadı. Atam da ekskursiyaya getməyimə etiraz eləmədi.

Ermənistana iki gündən sonra getdik. Şagirdləri ekskursiyaya aparmaq üçün avtobus ayrılmışdı. İkram müəllim bizimlə gedirdi. O, tarix müəllimi idi. Atam cibimə çoxlu pul qoyub dedi ki, ürəyin istəsə, alarsan.

İrəvana günortaya yaxın çatdıq. Ermənilər bizi şəhərin girəcəyində qarşıladılar. Qısa tanışlıqdan sonra dedilər ki, məktəblilərlə görüş sabah olacaq. Ona görə bizi İrəvanın mərkəzindəki kitabxanaya apardılar. Kitabxananı gəzəndə öyrəndik ki, burada azərbaycanlılar da işləyir. Onlardan bir-ikisi bizə pıçıltı ilə dedi ki, özünüzü ermənilərdən qoruyun, ehtiyatlı olun. Bu sözlər hamımıza qəribə gəldi. Özümüzə sual etdik ki, axı nəyə görə ermənilərdən qorunmalıyıq? Onların öz şəhərinə qonaq çağırdıqları ilə işləri ola bilər ki? Kitabxanada işləyən azərbaycanlılardan eşitdiklərim məni xeyli düşündürdü. Fikirləşdim ki, bu sözü elə-belə deməzlər. Yəqin ki, bu işdə nəsə qaranlıq məsələlər var.

Axşam mehmanxanada gecələdik, yerimiz rahat oldu. İkram müəllim hamıya dönə-dönə tapşırmışdı ki, heç kim qaldığı yerdən kənara çıxmasın. Biz onun dediklərinə əməl edib, ayağımızı mehmanxanadan qırağa qoymadıq.

Erməni məktəbliləri ilə görüşümüz maraqlı keçdi. Öyrəndik ki, bu təhsil ocağında çoxlu azərbaycanlı uşaq da oxuyur. Onlarla tanış olduq, söhbət etdik, dərsləri ilə maraqlandıq. Məktublaşmaq üçün ünvanlarını aldıq.

Görüşdən sonra bizi qədim əşyaların nümayiş olunduğu muzeyə apardılar. Bura addımımı qoyan kimi gümüş kəmər gəlib gözlərimin qarşısında dayandı. Fikirləşdim ki, kaş günlərin birində həmin erməni kəndimizə gələ, atam onun pulunu qaytarıb gümüş kəmərimizi geri ala.

Bu arzu ürəyimdə dolaşa-dolaşa nümayiş etdirilən eksponatlara baxırdım. Bələdçi erməni olsa da, dilimizi yaxşı bilirdi. O, dil-boğaza qoymadan ermənilərin qədim tarixindən danışır, dediklərini əsaslandırmaq üçün muzeydə nümayiş etdirilən eksponatları göstərirdi. Biz diqqətlə ona qulaq asır, göstərdiyi qədimi əşyalara baxırdıq.

Muzeydəki bölmələrin birində qədimi kəmərlər nümayiş etdirilirdi. Bələdçi danışır, biz İkram müəllimin yanınca addımlaya-addımlaya maraqla kəmərlərə baxırdıq. Şüşənin altındakı kəmərlərdən birini görəndə gözlərimə inanmadım. Bu, neçə ildən bəri həsrətini çəkdiyim gümüş kəmərim idi. Onu görən kimi ürəyim sevinclə doldu. Deməli, ağköynəkli saqqallı erməni kəməri bizdən alıb muzeyə gətirib qoymuşdu. Bələdçi kəməri bizə göstərib dedi ki, onu qədim zamanlarda yaşamış Nerses adlı erməni usta düzəldib. Bu sözü eşidən kimi bələdçiyə yaxınlaşıb əsəbi halda dedim ki, siz danışırsınız, Nerses kimdi? Bu gümüş kəməri mənim babalarımın babalarının babaları düzəldib. İnanmırsınız, baxın, üstünə adımı da yazmışam. Bayaqdan dil-boğaza qoymayıb ermənilərin qədim tarixindən danışan bələdçi yüngülcə gülümsünüb dedi ki, bu ola bilməz. Gördüyünüz bu qədim kəmər erməni ustasının əl işidir. Üstündə onun adı da var. Bunu deyən bələdçi kəməri əlinə götürüb erməni ustanın adının yazıldığı yeri bizə göstərdi. Doğrudan da, kəmərin üstünə ermənicə nəsə yazılmışdı. Mən kəmərin adımı yazdığım hissəsini ona göstərdim. Bələdçi çətinlik çəkmədən adımı oxudu. Dedim ki, bu gümüş kəmər uzun illər bizim evimizdə olub. Onu ağköynəkli, saqqallı, yekəburun bir erməni atamdan pulla alıb. Kəmər bizdə olanda üstündə ermənicə yazı yox idi. Onu kimsə sonradan yazıb. Bu kəməri erməni yox, azərbaycanlı usta düzəldib. Bələdçi çaşqın halda dedi ki, sən, yəqin, nəyisə səhv salırsan. Bu gümüş kəməri erməni usta Nerses iki əsr əvvəl düzəldib. Uzun illərdir muzeydə nümayiş etdirilir. Bələdçiyə dedim ki, mən heç nəyi səhv salmıram. Siz səhv salıb, ata-babalarımızın düzəltdiyi kəmərin üstünə ustalarınızın adını yazıb erməniləşdirmisiniz.

Bələdçi ilə aramızda olan mübahisə salonda səs-küy yaratdı. Bir anda ətrafımıza xeyli ziyarətçi yığışdı. Bir baxdım ki, atamdan kəməri alan saqqallı, ağköynəkli, donqarburun erməni başımıza toplaşanların  arasındadı. Tez üzümü ona tərəf çevirib hamının eşidəcəyi səslə dedim:

- Bax, atamdan gümüş kəməri bu erməni əlli manata alıb. Özü alanda söz vermişdi ki, pulumu vaxt qaytarsanız, kəmər sizinkidi. Sonra o, kənddə görsənmədi, elə o gedən getdi. Xahiş edirəm ki, əlli manatınızı verim, gümüş kəməri qaytarın. O, babalarımızdan bizə qalan əvəzsiz yadigardır.

Dediklərimi eşidən saqqallının sifəti qıp-qırmızı pörtdü. Özünü tanımazlığa qoyub dilini sürüyə-sürüyə dedi ki, mən səni birinci dəfədir görürəm: "Sən düz danışmırsan, yalançılıq məktəbliyə yaraşmaz. Biz qədimi əşyaları qapı-qapı düşüb almırıq. Nümayiş etdirilən eksponatların hamısı Ermənistan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış əşyalardır. Mən bilmirəm, sizin kəmərinizi kim alıb, kim aparıb. Yaxşı olar ki, onu bizim muzeydə yox, başqa yerlərdə axtarasınız".

Ermənidən bu sözləri eşidəndə bir az da əsəbi halda dedim: "Bəs yalan danışmaq böyüklərə yaraşarmı? Siz kəndimizdə qapı-qapı gəzib ucuz qiymətə camaatdan qədimi əşyalar almırdınızmı? Neçə dəfə bizim həyətə gəlmişdiniz. Xahiş edirəm ki,  gümüş kəməri qaytarın, pulunuzu da bu dəqiqə verirəm".

İkram müəllim üzünü erməniyə tutub sözlərimi təsdiq edərək dedi ki, uşaq düz danışır: "Siz niyə həqiqəti danırsınız? Məgər yadınızdan çıxıb? Siz tez-tez bizim kəndimizə gələr, camaatdan ucuz qiymətə qədim əşyalar alardınız?!"

Saqqallı erməni özünü eşitməzliyə vurub, üzünü çevirib tez aradan çıxdı. İki-üç dəqiqə keçməmiş kəmərlər nümayiş etdirilən bölməni bağlayıb bizi oradan uzaqlaşdırdılar. İkram müəllim mənə ürək-dirək verib dedi; "Bala, qorxma, ermənilər bizə heç edə bilməzlər. Saqqallı şərəfsizin üzünə o sözləri çox yaxşı dedin. Halal olsun cəsarətinə".  

Ekskursiyadan qayıdandan sonra olanları atama danışdım. O, eşitdiklərindən çox heyrətləndi. "Deməli, ermənilər bizim camaatdan ucuz qiymətə aldıqları əşyaları Ermənistandakı muzeylərdə göstərərək öz adlarına çıxarırlar. Gör bic, yalançı, saxtakar millətdir bu ermənilər!"

Kəməri muzeydə tapmışdım, amma onu oradan götürmək, demək olar ki, mümkün deyildi. Yəqin ki, orada nümayiş etdirilən eksponatların çoxunu ermənilər bizim camaatdan ucuz qiymətə almışdılar. Muzeyə qoyanda isə həmin əşyaların üstünə erməni ustaların adlarını yazmışdılar. Bu əşyalardan özlərinə qədimi tarix düzəltmişdilər. Ata-babalarımızın qədimi əşyaları qısa müddət ərzində çox asancasına erməniləşdirilmişdi. Nəyin bahasına olursa-olsun, gümüş kəməri , o biri qədimi əşyaları da geri almalı idilər. Amma necə, hansı yolla? Bax, bu suala hələlik cavab tapa bilmirdim.

Ümidsiz deyildim. İnanırdım ki, günlərin birində mütləq mütləq İrəvandakı muzeylərdə nümayiş etdirilən babalarımızın qədimi əşyalarını əsirlikdən azad edəcəyik. Gümüş kəmərlərimizi , başqa qədimi əşyalarımızı da evlərimizə qaytaracağıq. Onda ata-babalarımızın ruhu da şad olacaq!

 

Aprel - 2023

 

Vahid MƏHƏRRƏMOV

 

Ədəbiyyat qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.28-29.