Mirmehdi Ağaoğlunun "Həcc gündəliyi",
yaxud "Bu vüsalə yuxu əhvalı demək mümkün idi"
"İçimdə həmişə belə bir əminlik vardı ki, nə vaxtsa Həcc ziyarətinə getmək mənə də nəsib olacaq. Həcc ziyarətinin dinimizin vacib əməli sayılması bir yana, İslamın təşəkkül tapdığı yerləri, uşaq vaxtlarımdan İbrahim, İsmayıl peyğəmbərlər haqqında eşitdiyim rəvayətlərin, oxuduğum hədislərin, İslam tarixindən öyrəndiyim hadisələrin baş verdiyi yerləri öz gözlərimlə görmək istəmişdim".
Mirmehdi Ağaoğlunun əksər mətnlərində bu istək daim duyulub, hətta dini mövzuda yazdığı və ona bir çox mükafatlar qazandıran "85-ci gün" hekayəsindəki metafizik qat onu Həcc ziyarətinə aparan yolun addımları idi. Niyə? Çünki müəllif bu hekayəni yalnız dini bilgilər əsasında yazmamışdı, həm də ruhsal bağlılıq və sevgi ilə qələmə almışdı. İndi budur, "Həcc gündəliyi, yaxud Allahı sevməyin 56-cı dərəcəsi" ilə üz-üzəyik!
Bizim ədəbiyyatda belə təəssürat yazıları o qədər də çox deyil. Azər Turanın "Məkkədən Mədinəyə" kitabını çıxmaq şərti ilə bu aspektdə - müqəddəs məkana ziyarətin diqtəsi ilə ərsəyə gətirilən mətnlər demək olar ki, gözə çarpmır. Hərçənd, ədəbiyyatın belə bir öhdəliyi də yoxdur. Amma hər şeyə öhdəlik də deyib keçməmək lazım. Bütün hallarda olması olmamaqdan yaxşıdır. Kitabda yer alan "Sizin həcc bələdçiniz" ifadəsi bu mənada, mətnin nə qədər gərəkliliyini meydana qoyur və sətir-sətir oxunduqca belə bir yolçuluğun feyzini yaşadan bələdçiyə minnətdar olmaya bilmirik. Mirmehdi Ağaoğlunun nəzərləri, sevgisi, yorğunluq və marağı ilə o müqəddəs məkanları qarış-qarış adlayan oxucunun gözləri qarşısında Həcc ziyarətinin bütün sirli-səmavi, mübhəm-qaranlıq lövhələri taybatay açılır. Bu, elə müəllifin təsvir üslubunun gücüdür ki, oxucu görmədiyi yerlərin təşnəliyinə dalır, Həcc gözəlliklərini duyub yaşamağa, bütün yaşananların bir parçası olmağa can atır. Amma bu kitabda biz sadəcə, seyrçiyik. Zəvvar isə onlardır. Səkkiz yolçu - yazıçı Mirmehdi Ağaoğlu, "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov və digər altı nəfər.
"Bu vüsalə yuxu əhvalı demək mümkün idi"...
Amma Mirmehdi Ağaoğlu yuxu hüdudlarından kənar dünyadan söz açır.
"Həcc gündəliyi" Mirmehdi Ağaoğlunun metafizik düşüncələrinin obrazıdır, Romen Rollanın ifadəsi ilə desək, "ruhunun bioqrafiyası"dır. Amma həm də yaradıcı bir aktdır, bədii ifadə resurslarının gerçəkləşdiyi məkandır, yaşam, maraq təcrübəsinin qeydə alınmasıdır. Bəzi məqamlarda isə publisistik yanaşma və təhkiyənin sərhədlərini aşıb nəsr formasına çevrilməsidir. İki həftəlik Həcc ziyarəti zamanı baş verən vaqeələr, çətinlik və yorğunluqlar, sevgi və həsrət, maraq və heyrət - bütün bu yaşantılar düzümü kitabın süjetini oxunaqlı edən nüanslarla yadda qalır. Amma önəmli olan əsas çalar o müqəddəs torpaqlardakı bütün incəliklərin arxasında dayanan hekayətlərlə motivlənməsidir.
Ziyarətin gedişatında, müəllif təsvirlərində həm də tarixin o üzündə qalan -həqiqətmi, əfsanəmi, sualmı, nidamı - hadisələrin mübhəmliyi dayanır. Mirmehdi Ağaoğlunun sakral-mənəvi dünyası ilə bədii təxəyyülü, iman və inancı birləşərək bizim üçün bir az sirli, bir az örnək kimi görünən tarixi şəxsiyyətlərlə ruhsal əlaqə saxlamaq imkanı və zikr feyzi qazandırır.
Bütün təsvirlər boyu duymaq çətin olmur: Mirmehdi Ağaoğlu boynuna ağır missiya görürüb. O, ziyarət çətinliyi və gözəlliyi içrə bütün mərhələləri addım-addım keçməli, həm də o mərhələlərin içində varlığına hopmuş iman işığını oxucularla bölüşmək üçün yaşantılarını modelləşdirməli, Rolan Bartın təbirincə desək, dil maşınını "işə salmalıdır".
Mirmehdi Ağaoğlu ziyarət etdiyi hər məkanla bağlı onun arxasında dayanan tarixi nəql etməklə oxucunun diqqətini dini əhvalatlar şəbəkəsinə qoşur. Bu üsul kitabı daha magik, ezoterik mətnə çevirir. Onun siqlətini estetik baxımdan tamamlamaqla yanaşı, mistik mənalar məkanını genişləndirir. Ona görə "Həcc gündəliyi" yalnız müqəddəs yolçuluq haqqında, insanın duyum və düşüncələri ilə bağlı təsəvvürlər mənbəyi deyil, həm də sakral mətndir. Məsələn, bildiyimiz Ərəfatla bağlı kimlər nələr yazıb? Yaddaşımı tərpədib bir neçəsini xatırlamağa çalışıram.
XVII yüzildə şair Nabi "Tuhfətul Harameyn" kitabında Ərəfatdakı möhtəşəm səs kütləsindən - üstünə qadınların əyləşdiyi alov süslü dişi dəvələrin bağırtısından, at kişnərtilərindən, zınqırov səslərindən, dərdli aşiqlərin iniltisindən bəhs edirdi.
Qazalinin düşüncəsinə görə dünyanın hər yerindən gələn insanların Ərəfatda durub, ayrı-ayrı dillərdə dua etməsi Ərəsətə bənzədilir ki, Qiyamət günündə bütün insanlar bu meydanda toplanıb, eynilə belə - qəbul ilə rədd arasında tərəddüd edib duracaqlar.
Hz. İbrahim Hacəri və İsmayılı tərk edib gedəndən sonra onları ilk dəfə Ərəfatda görüb.
Ər
Razi bildirir ki, "Hz. İbrahim daha öncədən bildiyi sifət və xüsusiyyətlərinə
baxaraq Ərəfatı
görən kimi, oranı dərhal tanıdığı üçün
buraya Ərəfat demişdir".
Mirmehdi Ağaoğlunun da Ərəfatla
bağlı təsvirləri
maraq və həyəcanla oxunur:
"Ərəfat Məkkə
yaxınlığında dağın
və onun ətrafındakı düzün
adıdır. Həcc
ziyarəti buradan başlayır. Bir rəvayətə
görə, Adəm babamızla Həvva nənəmiz Yer üzünə qovulduqdan sonra Ərəfatda qovuşublar, digər rəvayətə görə
yaxınlıqdakı Müzdələfədə.
Məhəmməd peyğəmbər
vida xütbəsini də Ərəfatda söyləyib. Zilhiccə
ayının 8-i bura gəlməyə başlayan
zəvvarlar, 9-u günortadan
axşam qürub edənə qədər burada vüquf edirlər, yəni qalırlar. ... Zəvvarlara
bunca məhrumiyyət
dolu yolu qət etdirən, bu yolda hər
cür məşəqqətə
dözməyə vadar
edən qüvvə nədir? Əlbəttə
iman, Allah eşqi. O eşq ki, səhrada susuz dolaşmağı da
gözə aldırır.
O eşq ki, zəvvarı
məcnun edib çöllərə salır.
Həcc vaxtı milyonlarla aşiq Ərəfatda, Müzdəlifədə,
Minada bir yerə cəm olur. Bütün günü Məkkə üzərində uçuşan
əbabil helikopterlərdən
baxsan, sanarsan nəhəng qarışqa
kaloniyası öz yuvası ətrafında qaynaşır".
Amma kitabda Ərəfatla bağlı təəssüratlar
dalğası bizim üçün həm də 44 günlük müharibədən sonra qazandığımız Zəfərimizə
verilən dəyərin
ölçüsü, miqyası
ilə yadda qalır:
"Axşamüstü bütün
hotel heyəti ilə birlikdə Ərəfata gəlmişik. ... Zəvvarlar
iki bir, üç bir, beş bir topalaşıb
söhbət edirlər,
bir-birləri ilə tanış olurlar. Türkiyədən gələn
zəvvar qardaşlarımızla
- Ercan bəylə,
Faruk abiylə, Habibi Muhammed xocayla hoteldən tanışıq. Hər dəfə bizi görəndə üzləri
bahar ağacları kimi təbəssümlə
çiçəklənir, söhbət, əlbəttə,
hansısa şəkildə
gəlib 44 günlük
müharibəyə söykənir.
Burada hamının qibtə obyektiyik, təkcə türkiyəli
arkadaşlarımız yox,
elə qazaxlar da, qırğızlar da, özbəklər
də, taciklər də bizi alqışlayır.
Bizimlə birlikdə sevinirlər".
Məscidül-haram, Aişə məscidi,
Səfa-Mərva təpələri,
Ərəfat, Müzdəlifə,
Mina, vadiləri, Mədinə
torpağı, Məscidül-nəbəvi,
Hücrəyi-səadət, Bəqi qəbiristanlığı,
Uhud dağı və
s. Müəllif üçün
bütün bunlar tarixi yaddaşın gizli canlı işarələridir. Mirmehdi
Ağaoğlunun qələmində
bu müqəddəs məkanların topoqrafiyası
mifoloji mənalarla, mistik aura ilə doludur. İnsanların fərqli davranışından
tutmuş, özüməxsus
görünüş, təsvir
ansamblına qədər
hər şey yazıçının müşahidə
predmetinə daxildir.
Amma ən gözəl
olanı nədir? Bütün bu yolçuluq yorğunluğu
içində inam və sevginin qorunması! Müəllif
Məkkənin landşaftını
bütün nüans və təfərrüatları
təsvir edəndə
də, ayaq basdıqları hər ərazinin arxasında dayanan tarixi fonu səciyyələndirəndə
də, özünün
təəccüb və
heyrət nidası, Əflatun Amaşovun replika və zarafatları ilə süslənmiş dialoqunu
mətnin içinə
ayrılmaz bənd kimi yerləşdirəndə
də sanki başqa dünyanı vizuallaşdırır və
bu başqa, mistik dünyanın mərkəzi İnam və Sevgidir! Bu iki hiss əsərin ovqat süjetini təşkil edir.
"Həcc ziyarəti ömür səmamda qəfil ildırım kimi çaxıb onu ikiyə böldü. Bundan sonrakı həyatıma necə təsir göstərəcək?" Bu ritorik sual bəlkə
də İslam peyğəmbərinin
əbədi uyuduğu
müqəddəs məkanı
ziyarət edən hər kəsin içində dövr edib, etməkdədir... Yəqin hikmət də elə bundadır: ruhun qutsallaşmasına yol açmasında, əməllərə
məzmun və anlam aşılamasında!
Bəlkə də bu məsuliyyətin mistik məna enerjisi sonda insanın tale və ömür yolunun proyeksiyasına çevrilir.
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.5.