Erməni adında ləkən var,
dünya!
11 oktyabr,
2020-ci il. Tarixin yaddaşından silinməyəcək vəhşilik
Göyçədən
Gəncəyə raket atıldı,
O doğma mahalım, bu, doğma şəhər.
Zəfər sevincimə zəhər
qatıldı,
Viran olub çıxdı səhərə şəhər.
Göyçədən
Gəncəyə raket atıldı,
Qanadı
"Xocalı" adında
yaram.
Tanrının ən böyük
bəlasına gəl,
Ay yatmış insanı, körpəni vuran!
Birə-min
artacaq indi qisasım,
Gətir
qəzəbimə sən
duruş, görüm!
Gücünü yatmışa göstərən
namərd,
Döyüş meydanında gəl
vuruş, görüm!
Sənin
nə işin var axı, Göyçədə!?
Göyçə deyil, sənin məkanın gordu.
Sən
var olmasaydın, vurulardımı,
Ələsgər yurdundan Nizami yurdu!?
Göyçə
də mənimdi, Gəncə də mənim,
Sən hardan haranı nişan alırsan!?
Orda başa çatıb
"100 illik" dövrün,
Bəlkə bunu özün
yada salırsan!?
Biz
özümüz bunu xatırlatmamış,
Ət ilə dırnağın arasından çıx!
Mənə tuşladığın namərd gülləni
Çevirib, o murdar gicgahına
sıx!
Dözməyə
məhkumsan sən də, bizimtək,
Uda bilmədiyin tikən var,
dünya!
Təmizlə üzünü, sonra
üzə çıx!
"Erməni" adında ləkən var, dünya!
Daş
meşəlik
Qəbiristanlıqda
düşüncələr
Daşdı
ağacların, a daş meşəlik,
Yer tutmusan yerdə, daş adasıtək.
Durub baş daşları insan ömrünə,
Taleyin
son hökmü, son nidası tək.
Bir zaman
barmaqla göstərilənin
İndi ünvanını daşdı
göstərən.
Bitən
payız ömrü, yaz ömrü olsun,
Yerini buz kimi qışdı
göstərən.
Qalmaqallılar
da kiriyib burda,
Qərq
olubdu hər yan bir lal sükuta.
Hönkürtü, hıçqırıq dəyib yox olur,
Dəmir
qaya kimi bu sal sükuta.
Bu əbədi
sonluq deyil dəyişən,
Gətirə bilməyib kim
ki, nə yığıb.
Gündə bir ev alan, mənzil dəyişən
Burda özü boyda "mənzil"ə sığıb.
Kiminsə
yoluna daş diyirlədən,
Burda əbədilik daşlarda donub.
Bir kəsə zərrəcə
yaxşılıq edən,
O kəsin qəlbində heykəlin yonub.
Haqq
dünyasındadır, bir nəfər kimi,
Haqqa gəlməyən də, gələn də burda.
Kiminsə haqqına girib bir zaman,
Sonunu bilməyən, bilən də burda.
Bu yerin
üstündə, göyün altında
Kim nə cür yaşasa, yeri buradır.
Üstdə hamı "bir"dir,
amma bilinmir
Torpaq altda kimin yeri
haradır.
Dünyanın
gedimli yeri buradır,
Kim deyər ki, daha say
artmayacaq?
Amma min təəssüf, körpə
fidanlar
Çıxıb daş altından
boy atmayacaq.
Yerin nə
genişdi, a daş meşəlik,
Yerdə
yer tutmusan, daş adasıtək.
Durub baş daşları insan ömrünə,
Taleyin
son hökmü, son nidasıtək.
Zamanla
yolçuluq
Yol gedirik
"Zaman" adlı minikdə,
Kimsə
bilmir harda, nə vaxt düşəcək.
Kimin
"yolçuluğ"u keçəcək
necə?
Kimə
nə şans, kimə nə baxt düşəcək?!
Yol gedirik
dayanmadan, beləcə,
Yatanda
da, duranda da... gedirik.
Daşdan-daşa dəyəndə də
başımız,
Həyat
bizi yoranda da, gedirik.
Gedirik,
biz tale dolu yük ilə,
Dizi yerə qoyanda da, gedirik.
Uğurlardan qanad açıb
uçanda,
Yerimizdə sayanda da, gedirik.
Ən
çətin, keçilməz yollardan keçər
Doğulandan mindiyimiz bu minik.
Nə kimsəni fərqləndirər,
nə seçər
Tək yoxluğa endiyimiz bu minik.
Biz bir
ömür gedəcəyik, o isə,
Bizdən
qalan izlə, izsiz gedəcək.
Adamlardan
kəm-kəsiri yox onun,
Dayanmadan,
bizlə, bizsiz gedəcək.
Yol gedirik
"Zaman" adlı minikdə,
Ünvanı sonsuzluq, yolu öz yolu.
Hər şey dəyişəndir
həyatda, yalnız
Dəyişməz zamanın hamar,
düz yolu.
Kəlağayı
Bu günə
Oğuz-türk elindən qalıb,
Nənələrin bəyaz telindən
qalıb,
Həya,
ismətli qız-gəlindən
qalıb,
Bizə
əmanətdi bil, kəlağayı.
İncəlikdə
zərif çiçək ləçəyi,
Daha göyçək edər
başda göyçəyi,
Ürkək nəvazişlə örtər
birçəyi
Narıncı, qızılı, al kəlağayı.
Sevgi
butalıdı, ar haşiyəli,
Var güllü, naxışlı,
var haşiyəli,
Zərif
dənəcikli qar haşiyəli...
Olar hər naxışdan bol, kəlağayı.
Görən
milliliyi uzaqdan seçər,
Onu örtən, başqa bəzəkdən keçər,
Elə incədir ki, üzükdən
keçər,
Açılanda yamac, yal-kəlağayı.
Zərif
kəpənəkdir başda duruşu,
Gül-çiçək qızlarda
bitər uçuşu,
Fərqlidir onun hər yaşda duruşu,
Keçirir neçə hiss, hal
kəlağayı.
Təbiətdən
gəlir ondakı boya,
Onnan olmayacaq, olmayıb doyan,
Hər çıxan dəbləri
kölgədə qoyan,
Ən nəfis, ən qədim şal-kəlağayı.
Bizə
əmanətdi bil, kəlağayı.
Səyyarə MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.24.