Türk Mədəniyyəti
və İrsi Fondunda
“Aqibətnamə” kitabının
təqdimatı keçirilib
Sentyabrın 15-də Türk Mədəniyyəti
və İrsi Fondunun mərkəzi qərargahında təşkilatın
əməkdaşı, şair,
Azərbaycan Yazıçılar
Birliyinin Gənclər
Şurasının sədri
Fərid Hüseynin dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindəki ölüm məqamlarına
həsr olunmuş “Aqibətnamə” kitabının
təqdimat mərasimi
keçirilib. Tədbir
çərçivəsində gənc şairin yaradıcılığına həsr
olunan poeziya gecəsi də təşkil olunub.
AZƏRTAC
xəbər verir ki, “Aqibətnamə” əsəri
Nizami Gəncəvinin
“Xəmsə”sindəki
ölüm mövzularına
dair ədəbi şərhlərdən ibarət
esselər toplusudur.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, fond türk xalqlarının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində mühüm
layihələr həyata
keçirir.
Fondun təşəbbüsü ilə
hazırlanmış nəşrlər
və müxtəlif beynəlxalq tədbirlər
türk xalqlarının
zəngin ədəbi
və mədəni ənənələrinin geniş
auditoriyaya çatdırılmasına
xidmət edir. Bu istiqamətdə Fərid Hüseynin əməyi böyükdür. O, fondun
bir çox tədbirlərində iştirak
edərək Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Türkiyə və digər ölkələrdə
fondu uğurla təmsil
edib. Onun redaktorluğu ilə hazırlanan nəşrlər
müxtəlif kitab sərgilərində
nümayiş etdirilib",
- deyə A.Raimkulova
vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə
katibi, şair və tərcüməçi
Səlim Babullaoğlu
çıxışında fondun nəşrləri və tədbirin əhəmiyyəti barədə
məlumat verib. O bildirib ki, fondun təşəbbüsü ilə
hazırlanmış nəşrlər
yalnız klassik və müasir ədəbiyyatın təqdimatı
deyil, həm də türkdilli ölkələr arasında
mədəni əlaqələrin
möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Fərid Hüseynin yaradıcılığından danışaraq bildirib ki, şairin əsərlərində
milli dəyərlərin qorunması
və türk dünyasının ortaq mədəni irsinin təbliği açıq
şəkildə görünür.
“‘Aqibətnamə" oxuculara
insan taleyi, mənəviyyat və mədəniyyət mövzularını
dərindən təqdim
edir. Əsərdəki
hekayələr və
təhlillər milli dəyərlərin
qorunması, insan xarakterinin incəlikləri
və cəmiyyətlə
fərd arasındakı
münasibətləri geniş
şəkildə əks
etdirir”, - deyə akademik bildirib.
Tədbirdə kitabın redaktoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent, nizamişünas Zəhra Allahverdiyeva, filologiya elmləri doktorları, professorlar Cavanşir Yusifli, Rüstəm Kamal və digər çıxış
edənlər fondun təşəbbüsü ilə
işıq üzü
görən nəşrlərin
oxucular arasında böyük maraq yaratdığını, həmçinin
türkdilli xalqlar arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar. Onlar Fərid Hüseynin əsərlərində milli dəyərlərin
qorunması və insan taleyi mövzularını
ustalıqla işləməklə
yanaşı, türk
dünyasının ortaq
mədəni irsinin təbliğini də yüksək qiymətləndiriblər.
Tədbir
zamanı Fərid Hüseynin müxtəlif mövzularda yazdığı
şeirlər səsləndirilib.
Qiraətçilər və
teatr aktyorları şairin şeirlərindəki
mənəvi dərinliyi
və emosional çalarları iştirakçılara
çatdırıblar.
Kitabın müəllifi Fərid
Hüseyn çıxışında
kitabda əsas məqsədin Nizami Gəncəvinin çoxqatlı
ideyalarını müasir
oxucuya çatdırmaq,
hər kəsi öz aqibəti haqqında düşünməyə
sövq etmək olduğunu deyib.
Müəllifin fikrincə, “Nizami
Gəncəvi çoxqatlı
ideyaları ilə hər insanı öz aqibəti haqqında düşünməyə
vadar edir, bəşər övladının
xarakteri həm də onun son gününün süjetini
müəyyənləşdirir” və bu cür
ideyalar baxımdan bu kitab həm ədəbi, həm də fəlsəfi mahiyyət daşıyır.
Daha sonra tədbir bədii proqramla davam edib.
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.24.