Dünyanın yeni fəlakətinə
qarşı həyəcan siqnalı...
Sultan Rayevin “Daşqın” romanı haqqında
Həyatın sirrini bilsəydi
ürək,
Bilərdi ölümün sirrini
demək.
Bu gün sağlığında
bir şey bilməyən,
Ölüb getdi, sabah nə dərk edəcək.
Ömər Xəyyam
Birbaşa mətləbə keçirəm.
Məqsədim Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatının (TÜRSKOY) Baş katibi, türk dünyasının
ədəbi yaradıcı
korifeylərindən Sultan Rayevin
bədii yaradıcılığı
barədə fikir və düşüncələrimi
sayğıdəyər oxucularla
bölüşməkdir. Əvvəlcə
yazıçının yüksək
insani keyfiyyətləri
barədə bir neçə kəlmə:
o, müdrik, səmimi,
həssas və sədaqətlidir! Zənnimcə
təkcə bu dörd yüksək keyfiyyətin üstünə
onun zirvələri fəth edən yaradıcılıq istedadını
da əlavə etməklə
deyə bilərik ki,
Sultan Rayev müasir dövrümüzdə bütün
keyfiyyət göstəriciləri
ilə türk dünyasının böyük
mədəniyyət xadimləri
sırasında öncüllərdəndir.
Qeyd edək ki, Qırğızıstanın Xalq
yazıçısı Sultan Rayev dünya ədəbiyyatının inkişafına
verdiyi töhfəyə
görə Dünya Yazıçılar Təşkilatının
(WOW) qızıl medalı
ilə təltif olunub. Dünya Yazıçılar Təşkilatı
(World Organization of Writers, WOW) ədəbi əməkdaşlığın inkişafı və mənəvi-dəyərlər sisteminin təbliği məqsədilə yaradılmış
beynəlxalq təşkilatdır.
Təşkilat 2 fevral
2023-cü ildə Misirdə
keçirilən VI Avrasiya
Ədəbiyyat Festivalı
- "LİffT" çərçivəsində
təsis olunub. WOW-un qərargahı Moskvada yerləşir. Təşkilatın
prezidenti şairə Marqarita Alıdır. Türkiyə Yazarlar Birliyi (TYB) tərəfindən böyük
yazıçıya verilən
Türk Dünyası
Ədəbiyyat Mükafatı
Sultan Rayevin son illər
layiq görüldüyü
ali mükafatlardandır.
Qırğız Respublikasının d?vl?t xadimi Sultan Akimov oğlu Rayevin şəxsiyyəti,
Azərbaycan da daxil olmaqla, bütün türk dünyasına yaxşı tanışdır.
Onun "Daşqın"
romanı insanın mənəvi aləmini, varoluşun mahiyyətini, dünya və insan münasibətlərini
təhlil etdən metafizik əsərdir. Yazıçı bəşər
tarixinin keçmişini
və gələcəyini
sintez edir. Lakin təəssüf ki, hələlik
onun yaradıcılıq
nümunələri Azərbaycanda
geniş oxucu kütləsini əhatə
etmir.
Əvvəlcə görkəmli yazıçının
"Daşqın" romanı barədə
bir neçə söz deyək: Murat Auezova ithaf olunan
bu əsər "Nuhun tufanı yeni dövrdə baş versə, nələr olar?" sualına cavab axtarır. Yazıçı böyük
ədəbi istedad sərgiləyərək əsərdə
Nuhun tufanının, əslində müasir zamanda baş verdiyini göstərməyə
nail olub və bukünkü dünya fəlakətinin səbəblərini
izah edib. Belə ki, hazırda insanlar suya deyil,
internetə qərq olub boğulurlar. Texnologiyaların sürətli
inkişafı bütövlükdə
insan cəmiyyətini
əsir edib. İnsan övladının
Nuh dövründəki günahları
müasir dövrdə
yeni bir formada baş versə də, romanda hər iki dövrdəki
günahların mahiyyəti
eyni göstərilir.
Roman barədə düşüncələrimizi
geniş şəkildə
təqdim etməzdən
əvvəl "Kimdir
Murat Auezov?" sualı
ətrafında yazıçının
sənət, mədəniyyət
və nəhayət türksevərliyinin mahiyyətini
ortaya qoya bilirik.
Qeyd edim ki, bir il əvvəl (2024, iyun) Almatıda Muxtar Auezov adına Qazax Milli Dram Teatrında
Murat Auezovlə vida mərasimi təşkil olunmuşdu.
Qazaxıstanın mədəniyyət və
informasiya naziri Aida Balayeva, ölkənin parlamentariləri, görkəmli
şəxsiyyətləri, ziyalıları və Auezovun qohumlarının iştirakı ilə keçirilən mərasimdə
çıxış edən
TÜRKSOY-un baş katibi
Sultan Raev deyib:
"Murat Auezov Qazax mədəniyyətinə, Qazax
sivilizasiyasına və
Türk Dünyasının
mədəniyyətinin inkişafına
mühüm töhfələr
vermiş bir insandır. O, bütün
həyatı boyu Türk Dünyası xalqlarının birliyinə
və mədəni inteqrasiyasına, Türk Dünyasının qardaşlığı
və dostluğuna mühüm töhfələr
verib." Filologiya elmlər üzrə fəlsəfə
doktoru Murat Auezov səmərəli fəaliyyətinə
görə müxtəlif
orden və medallarla təltif olunub, geniş ictimaiyyətin rəğbətini
qazanıb, Türk Xalqları tərəfindən
sevilib. Əminliklə
deyə bilərəm
ki, "Daşqın" Murat Auezova ithaf olunduğu
kimi onun həmişəyaşar adı
da bu romanın əbədiyyətə qədər
sevilməsinə öz
töhfəsini verəcəkdir.
Məqaləmizin girişi romanın
ithaf olunduğu şəxsiyyətin ucalığı
barədə aydın
təsəvvür yaradır
ki, bu da "Daşqın"
barədə ilk təəssürat
deməkdir. Yazıçı
Sultan Rayev Murat Auezovin adına, şəxsiyyətinə və
misilsiz xidmətlərinə
ehtiva olunan məhz belə bir möhtəşəm əsər yarada bilərdi ki, bunu da böyük ədəbi ustalıqla edə bilib.
Romanın əvvəlindən bir
parça: "Gecə
səmanı bəzəyən
saysız-hesabsız ulduzlar
sayrışaraq bir anın içindəcə
parlayıb dərhal
da sönür, nazik iynə kimi yerə düşür. Kosmik fəzada dəyirman daşı kimi hərlənən Yer kürəsi insan kəlləsini xatırladır, sanki bu kəllənin dərisini soyublar, üstündə də heç nə qalmayıb... Yer kürəsi də kəllə kimi hərlənir, fırlanır,
öz beyin rişələrini açır,
o, sıxılmış yumruğu,
kainat boyda kiçicik xalı xatırladır - Nəhəng
Kosmosdakı digər saysız-hesabsız dünyaların
arasında Yer kürəsi balaca bir nöqtəyə çevrildi..." Yazıçı
bu hissədə böyük ədəbi məharətlə göstərə
bilir ki, texnologiyaların
sürətli inkişafı
insan mahiyyətini də sürətlə adiləşdirir. Bəli,
əgər Yer kürəsi dərisi soyulmuş kəlləyə
bənzəyir və çox-çox uzaqlardan balaca bir nöqtə
kimi görünürsə,
deməli onun bənzəri olan kəllə ardıq düşünən bir beyin halından çıxır və öz mahiyyətini qorumaqda, insan övladını və cəmiyyəti normal idarə
etməkdə acizdir.
"Daşqın" dünya
romançılıq tarixinə
bir sıra yeniliklər gətirib. Bu fikrimizi əsaslandırmaq
üçün əvvəlcə
professor Salidə Şərifovanın
romançılıq tarixi
və onun inkişafına dair fikir və düşüncələrini
ehtiva edən yığcam bir məlumata müraciət edək: "Yaxın Şərqdə roman janrı
Avropaya nisbətən
xeyli gec meydana çıxdı. Ərəbistanda oyanış
və intibah dövründə Cürcü
Zeydanın İslam dininin
tarixi ilə bağlı silsilə romanları yaranmışdı.
Çində, Hindistanda,
Türkiyədə və
başqa ölkələrdə
də romanın yaranması kapitalizmin, burjuaziyanın gəlişi,
milli oyanışı, özünüdərk
və mübarizələr
dövrünə düşürdü.
Bu ölkələrdə roman artıq XIX əsrdə göründü.
Azərbaycanda da roman məhz
XIX əsrdə yarandı.
M.F. Axundzadənin "Hekayəti-Yusif
şah" ("Aldanmış
kəvakib"), "Kəmalüddövlə
məktubları", M.Ə. Talıbovun "Kitab yüklü
eşşək", "Əhmədin
kitabı", Z. Marağalının
"İbrahimbəyin səyahətnaməsi",
N.Nərimanovun "Bahadır və Sona",
S.M. Qənizadənin "Məktubati-Şeyda
bəy Şirvani"
məhz Azərbaycan və fars dillərində
yaranan ilk romanlarımız
və romantipli əsərlərimizdəndir."
Türk dünyasının nəsr yaradıcılığında keçdiyi inkişaf yolu və buna mane olan cəhətlər birbaşa siyasi səbəblərdən qaynaqlanıb. Bütün bu siyasi qadağalara, amansız senzura tətbiqlərinə baxmayaraq nəsrimiz dünya ədəbiyyatı ilə ayaqlaşmaqdadır. Keçmiş SSRİ-nin süqutu bu prosesi daha da sürətləndirib. Görkəmli Qırğız yazıçısı Sultan Rayevin qələmə aldığı roman dini, mifik və estetik-fəlsəfi səviyyəsi ilə zirvələri fəth edir. Bəli, görkəmli tarixi şəxsiyyətlərimizdən - Yusif Has Hacib, Nizami Gəncəvi, Əlişir Nəvai, Abay Kunanbayev, Hüseyn Cavid, Toktoğul Satılğanov, Oljas Süleymenov, Murat Auezov və digərləri öz dövrlərində türk dünyasının ortaq mədəniyyətinin inkişafı üçün nələr etməyi bacarıblarsa, Sultan Rayev də öz dövründə uyğun yaradıcılıq yolunun davamlı olmasına töhfə verməyi bacarıb. Fərq ondan ibarətdir ki, Sultan Rayev müstəqil Qırğız Respublikasının vətəndaşıdır, Türk dünyasının mədəniyyət diplomatiyasını məharətlə həyata keçirən TÜRSKOY-un Baş katibidir. Onun hazırkı yaradıcılığı türk dünyasının sürətli inteqrasiya dövrünə təsadüf edir ki, məhz bu amil yazıçıya öz istedadını və potensialını yetərincə sərf etmək imkanları verir. Sultan Rayevin timsalında deyə bilərik ki, keçmiş sovetlər birliyinin amansız tətbiqləri, digər sahələrdə olduğu kimi, bədii ədəbiyyatımızın inkişafına da amansız zərbələr vurub. Əks halda, 70 illik zaman kəsiyində tamam başqa nailiyyətlərə sahib ola bilərdik.
"Daşqın" görkəmli yazıçının Azərbaycan oxucusu ilə öz ana dilində ilk ünsiyyətidir. Yaxşı ki, bunun davamı var və bizə doğru hərəkətdədir (məqalənin sonunda bu barədə bəhsimiz olacaq). Dünya romançılıq salnaməsinin hazırkı vəziyyəti haradadırsa, Sultan Rayev müdrik baxışlarının nəsrə tətbiqi ilə ondan daha da irəlidədir.
...Romanda oxuyuruq: "Dünya Daşqınından əvvəl - çox qədim zamanlarda Yaradan, Nuha etimad göstərərək onu böyük bir sınağa çəkdi - Nuh təkcə insan nəslini deyil, Yer üzündəki bütün məxluqları xilas etməliydi. Və indinin özündə bir nəfər də bilmir ki, bu kiçik ailə Böyük Fəlakət zamanı necə xilas olub...
Qurunun bu
kiçik hissəsində
cəmi dörd nəfər bir-birinə qısılaraq sağ qala bildi. Bu, bir ailə idi - ata - Kxe, ana - Man, oğul - Etix və qız - Duna..."
(səh19).
Varlığı Su, Torpaq, Od və Havadan yoğrulan insan övladı hər zaman bu dörd ünsürdən güc alıb. Bu mövzuya müraciət edən bütün alimlər və mütəfəkkirlər bu dörd ünsürü sıralayarkən ilk yerdə suyun adını yazıblar. Bəlkə də ona görədir ki, suyun özünün də tərkibi digər üç ünsürsüz təsəvvür edilmir. Yazıçı Sultan Rayev də bu ənənəyə sadiq qalaraq böyük fəlakəti yaradan dünya daşqınında dörd insanı - Kxe, Man, Exit və Dunanı bir-birinə sığınaraq xilas edir. Lakin o, Nuh dövründən fərli olaraq məntiqi mühakimə ilə Kxenin xilaskarlıq missiyasına Yer kürəsinin bütün canlılarını xilas etmək şansı vermir və bununla müasir insan cəmiyyətinin real yerinin hansı nöqtədə olduğunu göstərə bilir. Tutaq ki, Kxe, Man, Exit və Duna böyük daşqının fəlakətindən xilas ola bildilər, ətrafda başqa bir canlı yoxsa onsuz da qocalıq və süqut öz sözünü deyəcək və onlar məhvə məhkum olacaq.
(Davamı gələn sayımızda)
Sabir ŞAHTAXTI
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.30.