Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığında

postmodernist poetika modelləri  

 

Postmodernizmin əsasını mətn hiperreal dünya təşkil edir. O, əvvəlki mətnlərə, miflərə, arxetiplərə söykənir, oxucudan ensiklopedik bilik tələb edir. Müxtəlif ölkələrdə postmodern vurğular fərqlidir: Amerika postmodern ədəbiyyatında ironiya parodiya, ingilis postmodernizmində tarixi alt mətn ön plana çıxır. Azərbaycanda isə məhz Kamal Abdulla ilə postmodernizmin intellektual mərhələsi başlayır. Kamal Abdulla, öz əsərlərində dilin mədəniyyətin sərhədlərini aşaraq, oxucunu yeni düşüncə yollarına dəvət edir. Postmodernizmin bu intellektual mərhələsi, oxucuya yalnız əyləncə təqdim etmir, eyni zamanda onu dərin düşüncələrə müzakirələrə yönləndirir. Kamal Abdullanın yaradıcılığı postmodernizmin Azərbaycan ədəbiyyatında necə formalaşdığını bu prosesin mədəniyyətimizə necə təsir etdiyini əyani şəkildə göstərir. "Kamal Abdulla Azərbaycanın milli Umberto Ekosudur", deyə bilərik. Hər iki müəllif məhz alim-tədqiqatçı kimliklərindən nasirliyə keçid edərək postmodernin intellektual qatını yaratmağa nail olublar. "Qızılgülün adı" "Yarımçıq əlyazma" romanlarının hər ikisində əlyazma onun taleyi mərkəzi mövzu kimi çıxış edir. U.Eko əsərində Aristotelin məşhur əsərinin gülüş haqqında hissəsinin ehtimal olunan varlığını təsvir edir, amma əsərin finalında o əlyazma məhv olur. Kamal Abdulla qələmində isə əlyazma naməlum şəkildə mövcudluğunu davam etdirir, əsər oxucuya müxtəlif sonluq imkanları yaradır. Hər iki yazıçı da dilin, mətnin, mənanın çoxqatlılığı ilə maraqlanır, tarixi mifoloji elementləri müasir reallıqla sintez edərək oxucunu düşünməyə, onu da mətnin yaradılmasında iştirak etməyə dəvət edir. U.Ekonun əsərlərindəki semiotik oyunlar, simvolizm gizli mənalar Kamal Abdullanın yaradıcılığında da öz əksini tapır. Lakin Kamal Abdulla, U.Ekonun əsərindəki əlyazmasının məhv olması ilə yaradılan qapalı sonluqdan fərqli olaraq, oxucuya açıq qapı buraxır. Bu onun postmodernist yanaşmasının daha bir göstəricisidir: mətnin tamamilə bitmiş bir obyekt olmaqdan çıxıb oxucunun təxəyyülündə yenidən doğulması. Beləliklə, Kamal Abdulla, Umberto Ekonun qoyduğu intellektual təməl üzərində, özünəməxsus Azərbaycan ruhu ilə yeni bir postmodern ədəbi məkan yaradır.

Kamal Abdullanın "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Sirlərin sərgüzəşti", "Laokoon, Laokoon" romanları milli postmodern poetikanın əsas nümunələrindəndir. Kamal Abdullanın son romanında Laokoon motivi, Troya atı simvolikası, həmçinin bənövşəyi rəng - obraz vasitəsilə mifoloji mətnin postmodern mətnə çevrilməsi prosesi göstərilir. Oxucu labirintvari struktura daxil olur, qəhrəmanların taleyi fonunda yenə əlyazmanın - mətnin gücü ön plana çıxır. Kamal Abdullanın yaradıcılığında mifoloji kodların dekonstruksiyası postmodern şəkildə yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Onun romanlarında zaman məkan anlayışları qeyri-müəyyənləşir, tarixi faktlar əfsanələr bir-birinə qarışır, nəticədə oxucu üçün yeni, alternativ bir reallıq yaradılır. Müəllif, klassik ədəbiyyatdan götürdüyü obrazları süjetləri müasir kontekstdə təqdim edərək, ənənəvi dəyərlərə fərqli yanaşma sərgiləyir. Bu, həm milli kimliyin mədəni irsin yenidən düşünülməsi, onların müasir dövrün tələblərinə uyğunlaşdırılması cəhdidir. Kamal Abdullanın romanları oxucunu düşünməyə, sual verməyə öz şəxsi interpretasiyasını yaratmağa sövq edən çoxqatlı mətnlərdir.

Kamal Abdullanın yaradıcılığında labirint, dairə çevrə motivi. Postmodern labirint yalnız məkan deyil, həm şüurun mürəkkəb strukturudur. Burada tək həqiqət yoxdur, çoxlu yollar təfsirlər var. Borxes Eko kimi, Kamal Abdulla mətnlərində labirint obrazı əsas poetik vasitəyə çevrilir. Onun mətnlərində labirint həm zamanın, həm şəxsiyyətin parçalanmasını, həm kosmos xaosun sonsuz mənalandırma prosesini əks etdirir. "Sirri-zəmanə" hekayəsi klassik Borxes labirintinin təfsiridir. Kamal Abdulla əsərlərində dairə çevrə simvolikasına geniş yer verir. Bu məqam həm sufi ənənəsi, həm Azərbaycan mifoloji düşüncəsi ilə bağlıdır. Dairə labirintin ilkin formasıdır, sonsuzluq reinkarnasiyanı ifadə edir. Məmməd Araz poeziyasının leytmotiv poetik nümunəsi olan "Dünya sənin, dünya mənim" şeirində bu motiv sevdanın, dünyanın ümidin simvolu kimi təqdim olunur. Kamal Abdulla mətnində isə obrazlar daim dairəvi hərəkətdədir, sirdən-sirrə qayıdır, labirintin dolanbaclarında özünü axtarır. Bu labirintdə hər bir döngə yeni bir anlam, yeni bir təcrübə təqdim edir. Kamal Abdulla, oxucunu yalnız xarici dünyaya deyil, eyni zamanda daxili aləmə səyahət etməyə dəvət edir. Onun personajları labirintin içində itkin düşmüş ruhlar kimi öz kimliklərini tapmağa çalışır, zamanın məkanın sərhədlərini aşaraq, öz varoluşlarının mənasını axtarırlar. Kamal Abdulla, labirintin içindəki bu axtarışları, insanın özünütanıma prosesinin bir simvolu kimi təqdim edir. Hər bir döngə oxucunu yeni suallarla üzləşdirir, yeni perspektivlər açır.

Kamal Abdullanın nəsrində hipertekstuallıq intertekstuallığın əsas təzahür xüsusiyyətlərindən biri yazıçının romanlarında əvvəlki əsərlərinin qəhrəmanlarının yenidən, fərqli yöndən, fərqli "qiyafədə" oxucu qarşısına çıxmasıdır. Bu, Kamal Abdulla yaradıcılığının özünəməxsus bir xüsusiyyəti olmaqla yanaşı, onun əsərlərini daha dərin, çoxqatlı oxucu üçün daha cəlbedici edir. Qəhrəmanların bu "yenidən doğulması" yalnız adların təkrarlanması deyil, həm onların keçmişdəki obrazlarının yeni kontekstdə yeni mənalar qazanması, yeni psixoloji çalarlarla zənginləşməsidir. Bu texnika Kamal Abdullaya müəyyən bir mövzunu, ideyanı ya fəlsəfi axtarışı müxtəlif əsərlərində fərqli rakurslardan işıqlandırmağa imkan verir. Əvvəlki obrazın hər bir yeni "səhnəyə çıxış"ı onu tamamlayır, onun yeni tərəflərini açır oxucunu bu qəhrəmanların taleyini, düşüncələrini mübarizələrini daha dərindən anlamağa vadar edir. Bu, bir növ, "postmodern mətnlər şəbəkəsi"dir bu şəbəkədə hər bir roman digərlərinə istinad edir, onları tamamlayır ya onlara yeni bir baxış bucağı gətirir.

"Sirlərin sərgüzəşti" romanında Kamal Abdullanın postmodern poetikanı daha da dərinləşdirərək artıq onun intellektual postmodernizminə bələd olan oxucu üçün tam yeni labirint təklif edir. Belə ki əsərdə üç əlyazma paralel mövcuddur - biri Səyyahın yazdığı, digəri Həsən müəllimin dəyişdirdiyi, üçüncüsü isə gələcəkdə meydana çıxacaq mətn. "Sirlərin sərgüzəşti" əsərində Hacı Mir Həsən ağa Səyyahın Həsən müəllimin zamanlararası oxşarı kimi təqdim olunur. Beləliklə, K.Q.Yunqun "kölgə" anlayışı Kamal Abdulla mətnində "oxşar" motivi ilə ifadə olunur. Yunqun kölgə konsepsiyası, insanın özünütanıma prosesindəki çətinlikləri daxili mübarizələri əks etdirir. Kamal Abdulla isə bu motivi daha geniş kontekstdə, mədəniyyət identiklik məsələləri ilə birləşdirərək, oxucunu düşünməyə vadar edir. Müəllifin yaratdığı obrazlar, kölgə ilə işıq arasında gedən mübarizəni simvolizə edir, bu da insanın öz kimliyini tapmaq yolundakı çətinlikləri nümayiş etdirir. Bu kontekstdə, kölgə, həm insanın öz daxili dünyasına səyahət etməsi üçün bir açar rolunu oynayır. Dünya ədəbiyyatında doppelganger obrazı kimi tanınan bu motiv onun "Yarımçıq əlyazma"sında Şah İsmayıl Xızır obrazları vasitəsilə aktuallaşır. Kamal Abdulla "Platon, deyəsən, xəstələnib..." hekayəsində müəllim-tələbə münasibətləri fonunda oxşar motivini işləmiş, "Adaşlar" hekayəsində isə müəllif özünü obraz olaraq bədii mətnə daxil edərək üçqat oxşarlıq motivi yaratmışdır.

Kamal Abdulla Azərbaycan intellektual postmodernizminin əsas simasıdır. Onun yaradıcılığında labirint, dairə, oxşar, əlyazma, intertekstuallıq mifoloji motivlər birləşərək intellektual postmodern estetikanı formalaşdırır. Bu mətnlər yalnız milli ədəbiyyatın deyil, həm dünya postmodernizminin maraqlı nümunələri sırasında dayanır.

 

Elnarə QARAGÖZOVA

 

Ədəbiyyat qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.9.