Darıxma
Yazılmayıb bəxtimizə yox vüsal,
Xəyallarda məni anıb darıxma.
Qoy üzməsin ürəyini bax, bu hal,
Heç özünü naçar sanıb, darıxma.
Qarışmağa ruh, hissinə, duyğuna,
Çağır gəlim qonaq hər gün uyğuna,
Cavab verim min bir sual,
sorğuna,
Gerçəkləri belə danıb, darıxma.
Qat başını, qat, birtəhər
iş-gücə,
Köklən xırda uğurundan
sevincə,
Gileyinlə demə edim bəs necə,
Qismətin bu, qəbullanıb,
darıxma.
Ümidsizlik qoy üzməsin
heç səni,
Bitir getsin dilindəki naləni,
"Ah"-"uf"unun olar xeyri de, yəni?
Hünərini halsız danıb,
darıxma.
Gül çöhrəni soldurmasın
həsrətin,
Köksü qəmlə doldurmasın
həsrətin,
Hoqqa, oyun bol qurmasın
həsrətin,
Bundan hər an səssiz yanıb, darıxma.
Yetişdi
Arzusuydu
gen-bol ola imkanı,
Ona-buna
"ata-ata" yetişdi.
Dilə
düşə ucuz, puç şərəf-şanı,
Ətrafını "sata-sata" yetişdi.
Xəyallarda nə umdusa o,
buna,
Nail ola, girdi hər an min dona.
Baş qoşmaqla şər, hoqqayla oyuna,
Hey marığa yata-yata yetişdi.
Marağıydı yekələnə, böyüyə,
Yetə,
çata "ucalığ"a,
lap göyə.
Yalmanmaqla
harda kimsə böyüyə,
Dil dilinə qata-qata yetişdi.
Hər bir kəsdən umacağı çoxdu, çox,
Nəfsi
acdı gözə girən qarnı tox.
Lap görsə də ələ gələ ümid yox,
Yavaş-yavaş çata-çata yetişdi.
Qalaqlaya
mal-dövləti, pul,
malı,
Gözləmədi heç haramı,
halalı.
Gendən
çəkdi diqqət
onun bu halı,
Günahlara bata-bata yetişdi.
Əvəzsizim
Hamıdan gizlinim olan nə ki, var,
Sənə söyləməyə tələsirəm çox.
Azalar belə də köksümdən qübar,
Sanaram zərrəcə heç
dərd-sərim yox.
Təkimsən elə ki, açıb
qəlbimi,
Sərəm süfrə təki
önünə hər
dəm.
Ruhum ortağısan, könlüm
həmdəmi,
Çətinmi belədə dinəm,
sirr deyəm?!
Məni
anlayırsan bircə kəlmədən,
Olur, yetər bəsim, inan, təkcə bu.
Sualım
bir sorğun olsa hər nədən,
Cavabın, şübhəsiz, qanunum,
tabu.
Sanıb
Tanrı lütfü varlığını bil,
Zövq,
ləzzət duyuram yaxınlığından.
Bunu ürək deyir, demir təkcə dil,
Uzaqda dayanma, yox-yox, bircə an.
Dinlə,
qəbul eylə etirafımı,
Birlikdə bütövük, yarımsan
mənim.
Ziyan edir nura qərq
ətrafımı,
Əvəzsiz dövlətim, varımsan
mənim.
Sanma ki haqsan
Susuram önündə, düşünmə
haqsan,
Dinsəm,
bezəcəyəm boş
hədyanından.
Belədə özünə kənardan
baxsan,
Görərsən havayı ötürmürəm
an.
Puçluğun bəllidir axı
hər kəsə,
Qurursan heç nədən küy, mübahisə.
Sözünü arada kimsə az kəsə,
Coşursan, elə bil, sanki düşüb qan.
Aşkar
həqiqətə kəskin
etiraz,
Adət,
vərdişindir şəksiz,
danılmaz.
Səni
qandırmağa gərək
telli saz
Ala aşıq ələ, söyləyə dastan.
Guya ağıllısan, kamilsən,
ustad,
Bundandır hər kəsə
tutmağın irad,
Ətrafın əlindən edir
aman, dad,
Keçənlər girinə olur kor-peşman.
Dediyin nə ki var gümanla, zənnlə,
Sus, nə olar, azacıq
kimisə dinlə.
Yormaq istəmirəm özümü
sənlə,
Düşün yenilmişəm, sevin,
uğur san.
Arzuların
Arzundur,
dünyaya gələ
övladın,
Davam olmaq üçün soyun, kökünə.
Fikrində lap çoxdan tutmuşdun
adın,
Yaraşan yaşamda oğul
ilkinə.
Arzundur,
dinləmək mışıltısını,
Nənnidə sakitcə uyuyan
zaman.
Məsum
baxışlarla qığıltısını,
Sevinc bəxş eyləyə köksünə ümman.
Arzundur,
dil aça, bircə söz deyə,
Səsləyə sizləri "ata,
ay ana".
Uçasan bax, onda fərəhdən göyə,
Kökləyə ağlını təkcə
"can-can"a.
Arzundur,
ayağa dura, yeriyə,
Yavaş,
qorxa-qorxa hər addımında.
Başı yıxılanda yerə
dəyməyə,
Müntəzir olasan hər dəm yanında.
Arzundur,
yetirib ata borcunu,
Onu çatdırasan müsəlmanlığa.
Qurduğun bu büsat, bu məclis onu
Səsləyə, hər işdə
qəhrəmanlığa.
Arzundur,
böyüyə, gedə
məktəbə,
"Beş"lərlə güldürə
hər gün arzunu.
Böyük uğuruyla ola tələbə,
Ötə, qalaqlaya neçə
yüzünü.
Arzundur,
vətənə öz
xidmətində,
Bərkiyə ruhunun arta qüdrəti,
Millətə dayağa dönə
çətində,
Artmaqda
mərd, igid, ər qətiyyəti.
Arzundur,
qazana bir sənət ki o,
Adı
dastan ola, düşə dillərə.
Qürurun olacaq bil, əlbət ki o,
Eşitcək uğurun şəksiz
hər kərə.
Arzundur,
ən ülvi, qurub toy, düyün,
"Vağzalı" çaldırıb
gətirmək gəlin.
Götürülə çiynindən
yükü yer, göyün,
Qızına dönməsi bir
şux gözəlin.
Bax, gör arzuların böyüyür necə
Günbəgün, ilbəil körpə
balanla.
Hələ umacaqsan nəvə-nəticə,
Gələcək onlar da, yəqin zamanla.
Hələ ki bu günə
mübarək deyək,
Hamımız ucadan, bir də ürəkdən.
Ona hərəmizdən olan xoş dilək
Qoruyar bəxtinə əsən küləkdən.
Arzular, arzular, arzular neçə
Olub, olacaq da lap çoxdan
da çox.
Biz də arzulayaq təkcə sevincə
Yol aça hər biri, qəm, kədərə yox.
Tanımağa hər kəsi
Rəftar
qurmaq heç də deyil çox
asan,
Bambaşqadır söz, əməldə
hər insan,
Düz sandığın görürsən
ki, "vurur yan".
Xislətindən doğruluğu, tərs,
nəhsi,
Haqqı
tanı, tanımağa
hər kəsi.
Hiyləgər var, addımında aldadan,
İnandıra hey eyləyən and-aman,
Dilində cəm "ay əzizim",
"qurban can".
Çaşdırmaya hər söz-sovu,
kəlməsi,
Haqqı
tanı, tanımağa
hər kəsi.
Qəddarlar var, yazıq, fağır
görkəmi,
Zarımaqla ötən, keçən,
hər dəmi,
İmkan
düşsə ağrı-acı,
ələmi
Yaradır ki, arta kefi, nəşəsi,
Haqqı
tanı, tanımağa
hər kəsi.
Dilində puç, hədər,
hərzə, hədyanı,
Başda
görmək hər məclisdə nadanı,
Adiləşib, heçdən ucuz
ad-sanı.
Məşhurluğa tükənməyən
həvəsi,
Haqqı
tanı, tanımağa
hər kəsi.
Haqqı
tanı, bu, ən dürüst, düz meyar,
Həqiqətə göz kor olmaz, qulaq kar,
Onda dərkin ədalətə
yol açar.
Qoru müdam, ruhundakı bu "bəs"i,
Haqqı
tanı, tanımağa
hər kəsi.
Bağışlamaz
Etmə
hər kəsə etibar,
Qurma açıq, gizlin rəftar,
Vicdanlılar, çox pak, saflar
Tək,
var şəksiz, naxələf
də,
Bağışlamaz xırda səhvdə.
Sanma doğru, kim nə desə,
Nadanlarla
girmə bəhsə,
Söylə haqqı qısa,
kəsə.
Bil şeytan var hər tərəfdə,
Bağışlamaz xırda səhvdə.
"Düz"ə tələ
quranlar çox,
Hər işini buranlar çox,
Hay-küyüylə yoranlar çox,
Şər söyləyə duran
səfdə,
Bağışlamaz xırda səhvdə.
Addımında diqqətli ol,
Düz
get, vurma nə sağ, nə sol,
Cəhd,
səyiylə azdıran
bol,
Qurmağıyla tor, kələfdə,
Bağışlamaz xırda səhvdə.
Arxayın ol özünə,
tək,
Um ağlın, dərkindən
kömək,
Yox, deyil, yox, hamı
mələk,
İnsafsız var edə məhv
də,
Bağışlamaz xırda səhvdə.
Yaradandan əfv dilə
Deyilsən mələyi uca
Allahın,
Azdırsa ruhunu nəfsin,
tamahın,
Keçməz and-amanın onda
vay, ahın.
Qansan, etirafı tez gətir dilə,
Dilə,
Yaradandan dilə, əfv dilə.
Ayrılıb bir ömür sənə vaxt, zaman,
Dünya
gərdişində bu
adicə an.
Et ki, ibadəti olma da peşman,
Qalıbsa bu vacib gələn ay, ilə
Dilə,
Yaradandan dilə, əfv dilə.
Çıxarsa əlindən əgər
bir xəta,
Bundan xəcalətdən alnı
tər tuta.
İtə yaşam eşqin,
bitə həyata,
Axa gözün yaşı, dönə çay, selə,
Dilə,
Yaradandan dilə, əfv dilə.
Olar yönəldənlər, salan
bəd yola,
Vurasan belədə haqdan sağ-sola,
Uyasan işrətə, haramdan
bola.
Bax, gör naqislikdə qalxmısan "zil"ə,
Dilə,
Yaradandan dilə, əfv dilə.
Bəndəsən, şəksiz ki, günahların
var,
Bildiyin,
qalanlar dərkindən
kənar.
Gizlinlər, bəllilər hamıya
aşkar,
Böyüklər, kiçiklər, zərrə,
bir gilə,
Dilə,
Yaradandan dilə, əfv dilə.
Nəcməddin MÜRVƏTOV
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, ¹35.- S.23.