Düşüncə qatarı
Rəngli
işıqlardan bir qatar keçir,
Bilinməz
məchula aparır məni.
Dəmir
yollarında düşüncəm axır,
Tənhalıq
dünyadan qoparır məni.
Bir vaqon
içində min arzu yatır,
Tək
bir bilet alıb o gələcəyə.
Sözlərim
buxara dönür, dağılır,
Yollarım
uzanır zülmət gecəyə.
Baxışım
yolları sayır birbəbir,
Bulud
göz yaşını səpir içimə.
Bu qatar mənimdir,
səmtini bilmir,
Ürəyim
xətləri çəkir içimə.
Yol gedir təlaşla,
gedir xatircəm,
Varlıqla
yoxluğun boş kölgəsində.
Təkərin
taqqataq səsi - düşüncəm
Səslənir
beynimin dar döngəsində.
Relslər
qarışıqdır, yol əyri, dərin,
Bir xətdə
ağlıma ayrılıq gəlir.
Bir arzu
altında qalır təkərin,
Bir fikir
doğulur, ölür bir fikir.
Sevək
bu dünyanı, sonuna qədər
Sevək
bu dünyanı sonuna qədər,
Yaşasın
bir ömür bizim sevdamız.
Yazaq məhəbbətdən,
qalsın bir əsər,
Birlikdə
var olsun qoy eşq yuvamız.
Sevək
bu dünyanı, sevək doymadan,
Hər
doğan sabaha ümidlə baxaq.
Danışaq
sevgidən onu danmadan,
Eşqin
zirvəsinə bir yerdə qalxaq.
Sevək
bu dünyanı, biz sonsuzadək,
Hər
qışın ardınca bahar gələcək.
Yaşayaq,
sevgiyə ümid bəsləyək,
Bilək
ki, bəxtimiz səhər güləcək.
Sevək
bu dünyanı, birlikdə, gülüm,
Sevək
ömrümüzün hər bir anını.
Bizi
ayırmasın qoy vaxtsız ölüm,
Gəl
yazaq birlikdə eşq dastanını.
Sevək
bu dünyanı, sonuna qədər,
Hamı
sevgimizə qoy olsun əmin.
Bir vaxt
bizdən sonra gələn nəsillər
Bizi
xatırlarkən desinlər: "Amin!"
Ay gəncliyim,
salamat qal, salamat
Ömrün
bahar çağı yaman xoş idin,
Ay gəncliyim,
salamat qal, salamat.
Xəyalında
min arzunu daşıdın,
Ay gəncliyim,
salamat qal, salamat.
Qartal kimi
göy üzündə uçardın,
Günəş
kimi ürəyə nur saçardın.
Yel
qanadlı arzularla qaçardın,
Ay gəncliyim,
salamat qal, salamat.
O gəzdiyim
dərələr var, düzlər var,
Görmək
üçün doymadığın üzlər var,
Xatirətək
yaddaşımda izlər var,
Ay gəncliyim,
salamat qal, salamat.
Bahar kimi
çöl-çəmənlə, çiçəklə,
Dalğa
kimi oynadın sən küləklə,
Yaman oldu
zarafatın ürəklə,
Ay gəncliyim,
salamat qal, salamat.
Ömür
getdi, qocalığı seçdin sən,
Köhnə
yoldan karvan kimi keçdin sən,
Zaman gəldi,
keçmişimə köçdün sən,
Ay gəncliyim,
salamat qal, salamat.
Nadir
QÜDRƏTOĞLU
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, №5.- S.19.