Ölümün fövqündə: Pərvanə

Bəkirqızının posthum nəşrləri  

 

Adı, soyadı

Açılır mötərizə,

Doğduğu il, tire, öldüyü il, bitdi,

Bağlanır mötərizə.

O indi kitablarda bir ad, bir soyad,

Bir mötərizə içində doğum, ölüm illəri.

Ya səhifə altında, ya da bir az irəlidə

Əsərləri, zaman nəşr olunduğu

Qısa, uzun bir siyahı,

Kitab adları

Can verən quşlar kimi əlinizdə.

Mötərizə içindəki tire

varsa, orda,

Ümidi, qorxusu, göz yaşı, sevinci,

varsa, orda.

O indi kitablarda

Btirelik yerdə əsir.

 

Behçet NECATİGİL

 

Behçet Necatigilin "Kitablarda ölmək" şeiri insan ömrünün bioqrafik göstəricilərlə - ad, soyad, doğum ölüm tarixləri ilə - ifadə olunmasının məhdudluğunu poetik müstəvidə açır. Şeirdə mötərizə içindəki tire, iki tarix arasındakı sadə zaman göstəricisi deyil, insanın yaşadıqları, hissləri mənəvi dünyası ilə dolu bütöv bir ömür yolunun rəmzi kimi təqdim olunur. Şair bu yolla fiziki varlığı sona çatan insanın mətn kitab vasitəsilə davam edən mövcudluğuna diqqət çəkir.

Bu düşüncə xətti 13 fevral 2025-ci ildə itirdiyimiz f.e.d. Pərvanə Bəkirqızı İsayevanın (1969-2025) vəfatından sonra nəşr olunan elmi məqalə kitabları ilə məna baxımından səsləşir. Alimin adı artıq tərcümeyi-halında mötərizə içində yer alsa da, onun elmi irsi, araşdırmaları metodoloji yanaşmaları əsərləri vasitəsilə elmi dövriyyədə yaşamaqdadır. P.İsayevanın yaradıcılığı B.Necatigilin şeirində ifadə olunan "kitablarda qalmaq" anlayışının konkret real təcəssümünə çevrilir. Onun ömür yolu tərcümeyi-halındakı bir tire ilə (1969-2025) məhdudlaşmır; əksinə, kitab məqalələrdə yaşayaraq öz mövcudluğunu qoruyur.

Posthum (lat. posthumus) termini müəllifin vəfatından sonra işıq üzü görən əsərləri elmi irsi ifadə edir. Elmi baxımdan bu anlayış, tədqiqatçının fiziki varlığı sona çatsa da, onun düşüncə sistemi, metodoloji yanaşmaları elmi təsirinin zamanla davam etdiyini göstərir. Posthum nəşrlər alim irsinin qapalı yekun bir bütöv olmadığını, əksinə, sonrakı mərhələlərdə oxunan, şərh edilən elmi dövriyyədə yaşayan bir dəyər kimi mövcudluğunu qoruduğunu ortaya qoyur. Bu mənada, posthum anlayışı elmi fəaliyyətin bioloji ömürlə məhdudlaşmadığını ifadə edən termin kimi işlədilir.

Vəfatından sonra nəşr olunan kitab məqalələr Pərvanə İsayevanın elmi fəaliyyətində əsas yer tutan metodoloji yanaşmaların fənlərarası tədqiqat istiqamətinin sonrakı mərhələdə davam etdirildiyini göstərir. Bu nəşrlər alimin elmi yaradıcılığının yekun mərhələsini əks etdirən mühüm mənbələrdir. Onun tədqiqatları, xüsusilə, mifoloji poetik ünsürlərin bədii mətn kontekstində təhlili sahəsində, milli ədəbi irsin elmi əsaslarla öyrənilməsinə mühüm töhfələr vermişdir. P.İsayeva araşdırmalarında yalnız nəzəri biliklərlə kifayətlənməmiş, eyni zamanda Azərbaycan ədəbiyyatının mədəni yaddaşının mifoloji qatlarının dərinləşdirilməsinə yönəlmiş konseptual yanaşmalar irəli sürmüşdür.

Pərvanə Bəkirqızı İsayeva elmi fəaliyyətə 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində başlamışdır. Bu mərhələ Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatında köklü dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf edir. Sovet İttifaqının süqutu, müstəqillik uğrunda mübarizə Birinci Qarabağ müharibəsi ölkənin ictimai, mədəni elmi mühitinə ciddi təsir göstərmişdir. Sözügedən tarixi proseslər Azərbaycan ziyalılarının dünyagörüşünün, elmi mövqelərinin tədqiqat istiqamətlərinin formalaşmasında mühüm rol oynamış, elmi düşüncədə milli kimlik, tarixi yaddaş mədəni irs problemlərinin aktuallaşmasına zəmin yaratmışdır. Müstəqillikdən sonrakı mərhələdə elm təhsil sahəsində əsaslı struktur dəyişiklikləri həyata keçirilmiş, sovet ideoloji çərçivəsindən uzaqlaşmaq, milli elmi düşüncə sistemini formalaşdırmaq beynəlxalq elmi mühitə inteqrasiya əsas məqsədlərdən birinə çevrilmişdir. Bu kontekstdə təhsil elmin milli kimliyin qorunması inkişafındakı rolu xüsusi əhəmiyyət kəsb etmişdir. Yeni elmi nəsil qarşısında bir tərəfdən, tarixi irsi yaşatmaq, digər tərəfdən isə, müasir metodoloji yanaşmalar əsasında milli ədəbiyyatşünaslığı inkişaf etdirmək vəzifəsi dayanmışdır. Pərvanə Bəkirqızı İsayeva məhz müstəqillik dövründə formalaşan alimlər nəslinin nümayəndəsi kimi, elmi fəaliyyətində Azərbaycan ədəbiyyatşünaslığının yeni nəzəri istiqamətlərinin inkişafına yönəlmiş tədqiqatları ilə seçilir.

Pərvanə Bəkirqızının vəfatından bir ay sonra onun elmi irsini əks etdirən nəşrlərdən biri Ankarada Qazi Yayınevi tərəfindən çap olunmuş "Mifo-poetik filoloji düşüncədə mif konsepsiyaları" adlı kitabdır. Əsər ədəbiyyat mifologiya arasındakı əlaqələrin nəzəri əsaslarını araşdıran elmi tədqiqatdır. Kitabda Azərbaycan ədəbiyyatında mifo-poetik düşüncənin əsas cizgiləri izlənilir, mifin ədəbi təfəkkürdə tutduğu yer funksiyası müxtəlif nəzəri yanaşmalar əsasında təhlil olunur. Müəllif mifoloji ünsürləri bədii mətnin struktur komponenti kimi dəyərləndirir onların ədəbi düşüncənin formalaşmasında oynadığı rolu göstərir. Əsər beş bölmədən ibarətdir.

Birinci bölmədə mifin ədəbi poetik təhlili ilə bağlı əsas nəzəri yanaşmalar təqdim olunur. İkinci bölmədə mifin ədəbiyyatda yeni formalarda təzahürü mədəni kontekstdə funksiyası müzakirə edilir. Üçüncü bölmə arxetiplərin neo-mifoloji yanaşmaların ədəbiyyatda tətbiqinə həsr edilmişdir. Dördüncü bölmədə XX əsrdən bu günə qədər ədəbiyyatda mifoloji ünsürlərin istifadəsi izlənilir. Son bölmədə isə mifologiya arxetiplərin bədii mətnlərdəki ümumi rolu qısa şəkildə ümumiləşdirilir. Kitabın nəticə hissəsində mifologiyanın müasir ədəbiyyatşünaslıq üçün əhəmiyyəti barədə ümumi qənaətlər irəli sürülür. Əsər Türkiyə türkcəsinə professor Vüsalə Musalı tərəfindən tərcümə edilmişdir.

Pərvanə Bəkirqızı İsayevanın vəfatından sonra nəşr olunan digər elmi məqaləsi "Bədii mətnin sinergetik quruluşu: Nizami Gəncəvinin "İsgəndərnamə"sində Həzrət Xızır" adlanır. Sözügedən məqalə Türkiyədə "Edeb Erkan" elmi-nəzəri jurnalının 2025-ci il, 7-ci sayında dərc edilmişdir (s. 27-45). Bu tədqiqat alimin elmi yaradıcılığında mühüm yer tutan mifopoetik sinergetik yanaşmanın davamı kimi diqqəti cəlb edir.

Məqalədə Nizami Gəncəvinin "İsgəndərnamə" məsnəvisində yer alan Xızır obrazı sinergetik yanaşma əsasında araşdırılır. Tədqiqatın əsas məqsədi Xızırın mifoloji statusunu, funksional xüsusiyyətlərini bədii mətn kontekstində tutduğu mövqeyi müəyyənləşdirmək, eləcə mitoloji obraz motivlərin mətn daxilində yayılma formasını mürəkkəb sistemdə oynadığı rolu təhlil etməkdən ibarətdir.

Pərvanə İsayeva vəfatından sonra da elmi irsi ilə elmi dövriyyədə yer almaqda davam etmişdir. Onun tədqiqatlarından biri nüfuzlu Brill nəşriyyatında işıq üzü görmüşdür (2025). "Synergetic Aspects of the Artistic Text Based on Nizami's İskandar-Nama" adlı məqalə "Exploring İntersections between Nizami and Dante" adlı kollektiv monoqrafiyanın VIII fəslində dərc olunmuşdur (s.142-158). Məqalə Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının müasir ədəbi-nəzəri yanaşma əsasında təhlilinə həsr edilmişdir. Müəllif burada bədii mətn daxilində mifoloji obraz motivlərin çoxşaxəli inkişafını, mifin informativ ornamental imkanlarını mürəkkəb açıq sistem kimi araşdırır. Tədqiqatın əsas metodoloji əsasını sistemli-sinergetik yanaşma təşkil edir. Müəllif mifoloji obrazı motivi bədii mətn daxilində dissipativ şəkildə yayılan, özünü qoruyan bərpa edən struktur kimi nəzərdən keçirir. Bu baxımdan mif yalnız süjet ya obraz səviyyəsində deyil, həm mətnin daxili nizamını formalaşdıran, onun semantik qatlarını əlaqələndirən əsas mexanizm kimi təqdim olunur.

Pərvanə Bəkirqızının vəfatından sonra "Ədəbiyyat qəzeti"ndə onun "Mifin bir qısa tərifi" adlı məqaləsi  dərc olunmuşdur (2025). Sözügedən yazıda müəllif mif anlayışına nəzəri fəlsəfi baxımdan yanaşaraq, bu məfhumun sadə birtərəfli izahla məhdudlaşdırılmasının mümkün olmadığını əsaslandırır. Məqalədə mif insanlığın minilliklər boyu həqiqət məna axtarışlarını əks etdirən rəmzi düşüncə forması kimi təqdim olunur onun mədəni yaddaşın formalaşmasındakı rolu vurğulanır.

Pərvanə Bəkirqızının vəfatından sonra çap olunan kitab məqalələr onun elmi baxışlarının konseptual bütövlüyünü ardıcıllığını aydın şəkildə ortaya qoyur. Bu nəşrlər alimin elmi fəaliyyətinin vəfatı ilə məhdudlaşmadığını, nəşr olunmamış əsərlərinin işıq üzü görməsi sayəsində elmi dövriyyədə yer aldığını təsdiqləyir. Pərvanə Bəkirqızının posthum nəşrləri göstərir ki, alim üçün son söz ölüm deyil, mətnin yaşamaq gücüdür.

 

Vüsalə MUSALI

 

Ədəbiyyat qəzeti.- 2026.- 14 fevral, ¹5.- S.16.