Pərvanə Bəkirqızının anım günü

 

13 fevral filologiya elmləri doktoru, ədəbiyyat nəzəriyyəçisi, mifşünas alim, mifopoetikanın incəliklərinə dərindən bələd olan, bu sahədə ciddi elmi axtarışları tədqiqatları ilə seçilən Pərvanə Bəkirqızı İsayevanın (1969-2025) anım günüdür. Pərvanə xanımın Azərbaycan filologiyasının, eləcə humanitar düşüncəsinin inkişafında xidməti danılmazdır. Konkret lokal mövzularla məhdudlaşmayan tutum, multidisiplinar metodologiya, filologiyanın təbiət dəqiq elmlərlə kəsişmə nöqtələrinə həssaslıq, sistemli yanaşma onun elmi dünyagörüşünün əsas göstəriciləridir. Pərvanə Bəkirqızı "Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri" (2003) mövzusunda namizədlik "XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu mifopoetik təfəkkür (nəsr dramaturgiya əsasında)" (2016) mövzusundakı elmlər doktorluğu dissertasiyalarının müəllifidir. Onun "XX əsr Azərbaycan dramaturgiyasında İblis obrazının dini-mifoloji qaynaqlarına dair", "Dastan poetikası nəsr", "Mifopoetika filoloji fikirdə mif konsepsiyaları", "Mifopoetika XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu", "Faciə janrının poetikası tədqiqi problemləri", "Mito-poetik ve filolojik düşüncede mit konseptleri" s. monoqrafiya məqalələri bu gün filoloji fikrin əsas istinad qaynaqları olmağa davam edir. Elmi əsərlərində faciə, mif, poetika, simvol, arxetip, struktur, mifopoetik təfəkkür, sinergetika, sinergetik enerji s. terminlərin işləkliyi Pərvanə Bəkirqızının tədqiqat trayektoriyasının genişliyini dərinliyini göstərir. Bu miqyas detalda bütövün harmoniyasını, bütövdə detalların xaotikliyini görə bilən, bu ikisi arasında sinergetik enerjini kəşf etməkdən zövq alan elmi erudisiyanın ifadəsidir. Pərvanə Bəkirqızı mətnləri şərh etməklə kifayətlənmir, mifi düşüncə modeli kimi dərk edir bu model vasitəsilə ədəbiyyata, mədəniyyətə insana yanaşmanın mümkünlüyünü göstərirdi. İfadə tərzi sakit dəqiq idi. Yazısında nitqində fikir tələsmir, haçalanmır, sözlər ölçülü, məntiqli ardıcıllıqla qurulurdu. Terminlərdən yerində ustalıqla istifadə edirdi. Onun dəqiqliyini müşahidə edən sakitliyi isə emosional durğunluq olmayıb, düşüncəsinin aydınlığı daxili nizamı ilə ölçülürdü. Mifin semantik qatları, mifoloji obrazların transformasiyası, ölüm ölümsüzlük anlayışlarının mifopoetik təfəkkürdə yeri, simvolik varlığın tarixi varlıqdan fərqi kimi mövzular ətrafında söhbətlərindəki yaşadığı şövqü hiss etdirməkdən qaçınmazdı.

Pərvanə Bəkirqızının mifdə ölüm haqqında fikirləri, əslində, insanın düşüncə daxilində necə yaşadığını izah edən bir modeldir. Mifdə qəhrəman öldüyü anda zamanın içindən çıxır, artıq tarixi mövcudluğa malik olmur, simvolik mövcudluğu başlayır. O, yaddaşda, düşüncədə, mətndə, mənalar sistemində yaşamağa davam edir. Bu artıq xatirələr səviyyəsində yaşamağın sərhədlərini aşmaq, özü-özünü yaşadan struktura çevrilməkdir. Prosesin baş tutması üçün fiziki yoxluğun düşüncədəki varlığın yanında kiçilib yox olması lazımdır. Qısa ömrünə rəğmən, şəxsiyyəti, vətəndaşlıq mövqeyi, peşəkarlığı, humanitar-filoloji fikirdə tutduğu yer, bütövlükdə həyatı elmi fəaliyyəti ilə Pərvanə Bəkirqızı mənalar dünyasında yaşamaq haqqını qazanmış nadir insanlardandır. Ədəbiyyatşünaslıq elminin mürəkkəb labirintlərində, xüsusilə ədəbiyyat mif arasındakı çoxqatlı tərs-düz əlaqələri araşdırmağa çıxan hər bir tədqiqatçı Pərvanə Bəkirqızı imzası ilə mütləq qarşılaşır qarşılaşmağa da davam edəcək. Onun imzası həmin labirintdə yolunu itirənlər üçün Ariadnanın ipi rolunu oynayır. Ədəbiyyatı yalnız estetik hadisə kimi deyil, mədəni yaddaşın mifoloji şüurun struktur daşıyıcısı kimi oxumaq istəyən hər kəsə ustalıqla yol göstərə bilir. Mətnin gizli semantik qatlarını görünən edib düşüncə mədəniyyətini formalaşdırır. Pərvanə Bəkirqızının elmi irsi ciddi peşəkar ədəbiyyatşünaslığın ayrılmaz tərkib hissəsi qaynağıdır.

Pərvanə Bəkirqızının aramızdakı fiziki yoxluğundan bir il ötür. Lakin o, zehni aydınlığı, elmi nəfəsi düşüncə enerjisi ilə bizimlə yaşamağa davam edir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi olaraq Pərvanə xanımı dərin ehtiramla anır, xatirəsini yaddaşımızdakı yerini əziz əvəzolunmaz hesab edirik.

Ruhunuz şad olsun, əziz Pərvanə xanım!

 

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutu Ədəbiyyat

nəzəriyyəsi şöbəsinin fil.e.d., prof.

Tahirə Məmməd şöbə əməkdaşları

 

Ədəbiyyat qəzeti.- 2026.- 14 fevral, №5.- S.15.