Qəni Camalzadanın 70

illik yubileyi qeyd olundu

 

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" zalında tanınmış yazıçı, AYB üzvü Hacı Qəni Camalzadənin 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbiri Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açıb.

Tədbirdə ədəbiyyat xadimləri yazıçının yaradıcılığını yüksək qiymətləndirib, həmçinin onun çoxcildlik "Seçilmiş əsərləri"nin təqdimatı baş tutub.

Yubiley tədbirində tanınmış ziyalılar, şairlər tənqidçilər çıxış edərək Qəni Camalzadənin ədəbi mühitə verdiyi töhfələrdən bəhs ediblər. Çıxış edənlər arasında Vaqif Yusifli, Elçin Hüseynbəyli, Zemfira Məhərrəmli başqaları olub. Tədbir çərçivəsində yazıçının uzun illər ərzində qələmə aldığı ən dəyərli nümunələri əhatə edən çoxcildlik "Seçilmiş əsərləri"nin təqdimatı da baş tutub.

Sonda Hacı Qəni Camalzadə yubiley mərasiminin təşkilində əməyi keçənlərə iştirakçılara təşəkkürünü bildirib.

 

Aynur Hətəmova

 

Ədəbiyyat qəzeti.- 2026.- 14 fevral, №5.- S.11.