“Ortaq
dilin və elmi
təfəkkürün yüzillik yolu”
10 fevral 2026-cı ildə Azərbaycan Yazıçılar Birliyi-nin
Natəvan klubunda professor, türkoloq Tofiq Məliklinin aparıcılığı ilə
Bakı Birinci Türkoloji Qurultayının
100 illiyinə həsr
olunmuş elmi-praktiki konfrans keçirilib.
Konfransı AYB-nin sədri, Xalq yazıçısı
Anar açaraq
1926-cı ildə Bakıda
keçirilmiş Birinci
Türkoloji Qurultayın
türk dünyasının
elmi və mədəni tarixində mühüm mərhələ
olduğunu vurğulayıb,
bu mötəbər toplantının milli dil siyasətinin formalaşmasına və ortaq elmi düşüncənin
inkişafına verdiyi
töhfələrdən danışıb.
Türk Dünyası
Araşdırmaları Mərkəzinin
başqanı, professor
Tofiq Məlikli qurultayın tarixi, ideya əsasları və nəticələri
barədə geniş
məruzə ilə çıxış edib,
həmin dövrün
elmi mühitini və qəbul olunmuş qərarların
əhəmiyyətini təhlil
edib.
Tədbirdə Xalq yazıçısı
Sabir Rüstəmxanlı,
millət vəkili Nizami Cəfərov, Slavyan Universitetinin professoru Nuridə Novruzova, tarixçi alim Minaxanım Təkləli, “Ədəbiyyat
qəzeti”nin baş redaktoru Azər Turan çıxış edərək
qurultayın tarixi missiyası, əlifba islahatları, dilimizin inkişaf mərhələləri
və türkoloji elmin perspektivləri barədə fikirlərini
bölüşüblər, maraqlı elmi və ictimai təkliflər səsləndiriblər.
Çıxışlarda xüsusi olaraq qeyd olunub ki,
Bakı Birinci Türkoloji Qurultayı yalnız tarixi fakt deyil, həm
də müasir dövrdə ortaq elmi-mədəni platformaların
formalaşması üçün
aktual örnəkdir.
Konfrans geniş fikir mübadiləsi şəraitində keçib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, ¹5.- S.11.