AMEA-da
"Uşaq ədəbiyyatında
ana dili
məsələsi" mövzusunda tədbir keçirilib
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
21 fevral - Beynəlxalq
Ana Dili Günü münasibətilə
"Uşaq ədəbiyyatında
ana dili məsələsi"
mövzusunda tədbir
keçirilib.
Tədbiri giriş sözü
ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
ana dilinin qorunması və inkişafının
əhəmiyyətindən söhbət açıb.
Ana dili və uşaq ədəbiyyatının
bir-birinə çox bağlı məsələlər
olduğunu qeyd edən akademik İsa Həbibbəyli vurğulayıb
ki, uşaq ədəbiyyatı
müstəqil Azərbaycanın
yeni nəslini ümummilli
və azərbaycançılıq
ideyaları əsasında
tərbiyə edilməsi
üçün olduqca
vacibdir. Qədim köklərə malik olan
uşaq ədəbiyyatının
ölkəmizdə böyük
ənənələri olduğunu
deyən akademik
İsa Həbibbəyli XX əsrin
əvvəllərində uşaq
ədəbiyyatının öz
qızıl dövrünü
yaşadığını bildirib.
"Dahi Mirzə Ələkbər Sabirin,
Abbas Səhhətin, Abdulla Şaiqin,
Rəşid bəy Əfəndiyevin uşaq ədəbiyyatındakı böyük
xidmətlərini bugünkü
uşaqlar üçün
də örnək hesab etmək olar. Bundan əlavə, sovet dövrü Azərbaycan uşaq ədəbiyyatında isə
Hikmət Ziya,
İlyas Tapdıq, Xanımana
Əlibəyli, Zahid Xəlil,
Ənvər Əlibəyli
və digər tanınmış simaları
qeyd etmək olar. Müstəqilliyimizin
bərpasından sonra
uşaq ədəbiyyatında
bir qədər çətinlik yaşansa
da, sonrakı dövrdə
bir çox nəşrlər ərsəyə
gətirildi. Bu gün
məsuliyyətlə deyə
bilərəm ki, filologiya
elmləri doktoru, millət vəkili Elnarə Akimovanın rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunun
Uşaq ədəbiyyatı
şöbəsi ölkəmizdə
bu sahəyə mühüm töhfə verir və bu
sahəni elmi cəhətdən koordinasiya
edən bir mərkəzə çevrilib.
Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
uşaq ədəbiyyatı
ilə bağlı məsələlərin elmi
tərəflərini öz
üzərinə götürmək
gücünə malikdir
və bu baxımdan, tədbirin məhz Beynəlxalq Ana
Dili Günü ərəfəsində
keçirilməsi təsadüfi
deyildir", - deyə
akademik İsa Həbibbəyli
qeyd edib.
Ölkə Prezidentinin AMEA-nın
80 illik yubiley yığıncağındakı nitqində və yerli televiziya kanallarına verdiyi müsahibədə ana dili
məsələsinin prioritet
istiqamətlərdən birini
təşkil etdiyini söyləyən akademik
İsa Həbibbəyli bildirib
ki, dövlət başçısı
tərəfindən ana dili
ilə bağlı verilən tapşırıqlar,
açılan imkanlar
həm dilimizi müasir səviyyədə
qoruyub saxlamağa xidmət edir, həm də milli ədəbiyyatın, həmçinin
uşaq ədəbiyyatının
inkişafına təkan
verir: "Cənab Prezidentin çıxışlarında
Azərbaycan dili 50 milyonluq bir xalqın,
millətin varlığının,
milli kimliyinin əsası
kimi götürülür.
Bu, dövlət başçısının
ana dilimizə sevgisini,
onu necə yüksək dəyərləndirdiyini
aydın şəkildə
göstərir. Bu istiqamətdə
Akademiyada mühüm
işlər həyata
keçirilir və əvvəlki illərlə
müqayisədə proses sürətlə
davam edir".
Akademik
İsa Həbibbəyli bildirib
ki, uşaq ədəbiyyatı
söz yaradıcılığının
xəzinəsi olmaqla yanaşı, həm də uşaq yazıçılarının dilimizin daşıyıcılarının
hələ körpə
vaxtlarından onların
yaddaşına həkk
olunan məsələlərdir.
Qeyd edib ki, bu baxımdan, uşaq ədəbiyyatının
üzərinə böyük
məsuliyyət düşür
və dil yaradıcılığına, dilə münasibətə
daha şəffaf, daha sadə yanaşma tələb edir: "Uşaq yazçılarının vəzifələrindən
biri də uşaqları yeni terminoloji
təfəkkürə hazırlamaqdır.
Bu gün rəqəmsal
texnologiyalar, internet, süni
intellektə aid məsələlər
uşaq ədəbiyyatında
da öz əksini tapmalıdır. Bu gün
haqlı olaraq uşaq ədəbiyyatı
yazıçıları bu
məsələyə diqqət
ayırırlar. Lakin bu,
elə aparılmalıdır
ki, zəruri halları
saxlamaq şərtilə
dilimizin yad terminlərdən
qorunmasına diqqət
yetirilsin. Hansı konsepsiya, hansı dövrdə yayılmağından
asılı olmayaraq
ana dili məsələsi
ədəbiyyatın ən
aktual problemidir. Ana dilində kim daha çox öz fikirlərini yaxşı ifadə edə bilibsə, onun imkanlarını, qatlarını poetik şəkildə xalqla danışa bilibsə, xalqın böyük ədəbiyyatını yarada
bilib. Ana dili faktoru ədəbiyyatda millilik faktorudur, dövlətçilik təfəkkürüdür,
vətənpərvərlikdir".
Sonra Milli
Məclisin deputatı,
Ədəbiyyat İnstitutunun
Uşaq ədəbiyyatı
şöbəsinin müdiri
filologiya elmləri doktoru Elnarə Akimova çıxış
edərək hər
il Beynəlxalq Ana Dili Gününün
qeyd olunmasının
AMEA-da ənənəyə çevrildiyini qeyd edib. Bildirib ki, bu gün
uşaq yaradıcılığı
ilə məşğul
olan dəyərli yazarlarımız var və onlar bütün
varlıqları, milli
kimlik duyğuları ilə bu prosesdə
fəal iştirak edirlər: "Cənab Prezidentin ana dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı çağırışları
bu baxımdan mühüm əhəmiyyət
daşıyır. Zaman-zaman
ana dilimizin qorunmasının keşiyində
dayanan alimlərimiz, şairlərimiz böyük
əmək sərf ediblər".
Elnarə Akimova
qeyd edib ki, etno-mədəni sistemi qorumaq üçün bir qayə olmalıdır və burada ana dili və
uşaq ədəbiyyatı
mühüm faktordur. Vurğulayıb ki, bizim dilə olan münasibətimizin düzgün qurulması, uşaqlarımızın doğru
istiqamətə yönləndirilməsi
aktual məsələdir.
Daha sonra
uşaq yazıçısı,
filologiya elmləri doktoru, professor Zahid Xəlil çıxış edərək
uşaq ədəbiyyatında
ana dili məsələsi ilə bağlı fikirlərini bölüşüb. O, bu
sahənin uşaqların
dil və düşüncə tərzinin
formalaşmasında müstəsna
rol oynadığını
diqqətə çatdırıb
Filologiya üzrə
fəlsəfə doktoru,
dosent Aygün Bağırlı, filologiya
üzrə fəlsəfə
doktoru, dosent İlhamə Ağazadə,
filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Qəmbərli, Sumqayıt
şəhər 35 saylı
məktəbin müəllimi
Nigar Vəliyeva və başqaları uşaq ədəbiyyatı
və ana dili mövzusunda məruzələrlə çıxış
ediblər.
Tədbirə dəvət olunmuş digər uşaq şair və yazıçıları - Rafiq
Yusifoğlu, Qəşəm
İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, İbrahim
Yusifoğlu, Mina Rəşid və Sevinc Elsevər də uşaq ədəbiyyatının çağdaş
problemləri ilə çıxış edib,
maraqlı fikirlər səsləndiriblər.
Sonda Suraxanı
rayonu Vaqif Mirzəyev adına 281 nömrəli tam orta məktəbin şagirdləri ana dilinə həsr olunmuş, vətənpərvərlik
ruhunda yazılmış
maraqlı şeirlər
səsləndiriblər.
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.6.