AMEA-da
“Birinci Türkoloji Qurultayın
qurucuları və dərsləri:
tarix və müasirlik”
mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi
haqqında”kı 22 oktyabr 2025-ci il tarixli Sərəncamı eyni tarixi köklərə
və ortaq milli-mənəvi dəyərlərə
malik olan xalqların yeni tarixi mərhələdəki
qarşılıqlı əlaqələrinin
genişləndirilməsi və
daha da inkişaf
etdirilməsi üçün
böyük perspektivlər
açır.
Birinci Türkoloji
Qurultayın tarixi dərslərinin öyrənilməsi,
ənənələrinin yaşadılması
və yeni nəsillərə çatdırılması
müasir dövr üçün aktual və əhəmiyyətlidir.
Bu münasibətlə
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyində,
Elm və Təhsil Nazirliyində, Milli Elmlər Akademiyasında geniş tədbirlər planı hazırlanıb həyata keçirilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi
haqqında”kı 22 oktyabr 2025-ci il tarixli Sərəncamının
icrası ilə əlaqədar olaraq 27-28 fevral 2026-cı il tarixdə Milli Elmlər Akademiyasının
İstiqlaliyyət küçəsindəki
Böyük Akt Zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Qeyd etmək
lazımdır ki, yüz il əvvəl
də Birinci Türkoloji Qurultay 26 fevral – 6 mart 1926-cı il tarixlərində 10 gün müddətində
Azərbaycan Milli Elmlər Akademiyasının
İstiqlaliyyət küçəsinin
bu binasındakı həmin Böyük Akt Zalında keçirilmişdir.
Vaxtilə Birinci
Türkoloji Qurultayda Azərbaycan, Türkiyə,
Orta Asiya Respublikaları, Gürcüstan,
Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan,
Altay Muxtar Respublikalarından, Yakutiyadan
131 nəfər görkəmli
dilçi, ədəbiyyatçı,
tarixçi, etnoqraf alimlər, tanınmış
şair və yazıçılar iştirak
etmişlər. Birinci
Türkoloji Qurultayda ortaq tarix, ədəbiyyat,
terminologiya, orfoqrafiya,
etnoqrafiya məsələləri
müzakirə olunmuş,
türkologiya elminin əsasları yaradılmışdır.
Birinci Türkoloji
Qurultay 29 fevral
1926-cı il tarixdə
türk xalqları üçün vahid latın əlifbasının
qəbul edilməsi haqqında tarixi qərar qəbul etmişdir.
Keçmiş sovet rejimi Birinci
Türkoloji Qurultayın
iştirakçılarını sürgünə göndərmiş,
ölüm cəzasına
məhkum etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasında 27-28 fevral
2026-cı il tarixdə
“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik”
mövzusunda keçiriləcək
beynəlxalq elmi konfrans Birinci Türkoloji Qurultayda türk xalqlarının elmi-mədəni inteqrasiyasına
böyük töhfələr
vermiş, latın qrafikasına keçid haqqında tarixi qərar çıxarmış,
faciəli tale yaşamış görkəmli
alimlərin, şair və yazıçıların
xatirəsinə ehtiramın
ifadəsi və onların böyük ideallarının XXI əsrdəki
təntənəsidir.
“Birinci Türkoloji
Qurultayın qurucuları
və dərsləri:
tarix və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq
elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan,
Qazaxıstan, Türkmənistan,
Qırğızıstan, Şimali
Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən
gələcək tanınmış
elm adamlarının məruzələri dinləniləcəkdir.
Beynəlxalq elmi konfransın iştirakçılarının Xəzər Universitetində
Birinci Türkoloji Qurultayın 100 illiyinə
həsr olunmuş simpoziumda da iştirak və çıxış etmələri
nəzərdə tutulur.
Birinci Türkoloji
Qurultayın 100 illiyinə
həsr olunmuş konfransın iştirakçıları
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin I Fəxri Xiyabandakı məzarını ziyarət
edəcəklər.
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, ¹6.- S.7.