Bakı Xoreoqrafiya Akademiyasında

"Tarixi şəxsiyyətlərin ədəbi fəaliyyəti"

adlı silsilə tədbirlər çərçivəsində

növbəti elmi-mədəni görüş keçirilib

 

Bakı Xoreoqrafiya Akademiyasında "Tarixi şəxsiyyətlərin ədəbi fəaliyyəti" adlı silsilə tədbirlər çərçivəsində növbəti elmi-mədəni görüş keçirilib. Budəfəki tədbir görkəmli Azərbaycan şairi dramaturqu Hüseyn Cavidin həyat yaradıcılığına həsr olunub.

Tədbirin əsas məqsədi gənclərə milli-mənəvi dəyərlərimizi, zəngin ədəbi irsimizi çətin dövrlərdən keçərək xalqına sədaqətlə xidmət etmiş tarixi şəxsiyyətləri tanıtmaq, onları örnək kimi təqdim etməkdir. Görüş çərçivəsində tələbələr Hüseyn Cavidin həyat yolu, ideyaları, repressiya illərində yaşadığı ağır sınaqlar, eləcə Azərbaycan dünya ədəbiyyatına verdiyi töhfələr barədə araşdırmalar apararaq təqdimatlar ediblər.

Tədbirə tanınmış elm ədəbiyyat nümayəndələri dəvət olunub. Görüşdə filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə çıxış edərək Hüseyn Cavid irsinin milli düşüncə tarixində xüsusi yerini vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan öz çıxışında Cavid yaradıcılığının çağdaş dövrdə aktuallığını, onun ideyalarının gənclərin milli-mənəvi dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova "Hüseyn Cavid düşüncəsində qadın" mövzusunda məruzə ilə çıxış edərək böyük sənətkarın əsərlərində qadın obrazlarının fəlsəfi mənəvi mahiyyətini təhlil edib.

Filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva "Hüseyn Cavid yaradıcılığında türkçülük" mövzusunda təqdimatında Cavid irsində milli kimlik, türkçülük ideyaları ümumtürk mədəni dəyərlərinin əks olunmasını vurğulayıb.

Kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva "Hüseyn Cavid irsinin Nizami Muzeyində təbliği" mövzusunda çıxış edərək sənətkarın irsinin qorunması gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin böyük elmi işçisi Məmmədova Nübar Səfiyar qızı isə muzeyin fəaliyyəti, Hüseyn Cavid irsinin tədqiqi təbliği sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Qonaqlar tələbələrin hazırlıqlarını yüksək qiymətləndirərək onların araşdırma, təqdimat elmi düşünmə bacarıqlarını xüsusi qeyd ediblər.

Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan dili ədəbiyyatı müəllimi Mehriban Haqverdiyeva, təşkilatçılarından biri isə tarix müəllimi Qurbanova Aygüldür. Layihə çərçivəsində gələcəkdə Azərbaycan tarixində, ədəbiyyatında mədəniyyətində mühüm iz qoymuş digər görkəmli şəxsiyyətlərə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılır.

 

Ədəbiyyat qəzeti.- 2026.- 20 fevral, №6.- S.7.