Əzizim Azər Turan!
Sənin Hadi haqqındakı
dəyərli yazını elə indicə
oxuyub,
çox təsirləndim.
Hadi mənim
üçün sirli-müəmmalı qalmış
bəxtsiz,
nakam bir şairdir. Onu yaxşı bilmədiyim,
tanımadığım üçün ürəyimdə
həmişə
bir Hadi göynərtisi duymuşam; lap erkən yaşlarımdan.
Bilgisizliyim ucbatından həmişə
özümü onun ruhu qarşısında günahkar və
borclu bilmişəm. Bu hissdən hələ də qurtula bilmirəm. Sənin dəyərli yazındakı
çoxu mənə yalnız indi məlum olan gerçək fərziyyələr, eyni zamanda sənin haqlı olaraq inanmaq istəmədiyin
"sovetlərdənqalma
şübhəli faktlar"
məni xeyli düşündürdü...
Vaxtilə
(birincini
24 yaşımda, ikincini,
deyəsən, 46 yaşımda) yazdığım iki
şeiri sənə göndərirəm. Çap üçün yox
(bu
şeirlər bir neçə dəfə
çap olunub), belə deyim: sənin yaddaş
arxivin
üçün. Təbii ki,
mən bu
şeirləri yazanda sənin yazındakı qiymətli əsaslandırmalardan bixəbər idim. Amma yazını oxuyanda həmin şeirlər yadıma düşdü, düşündüm ki, onları sənin kimi dəyərli söz adamına
- Hadi sevdalısına göndərməklə Hadinin ruhu qarşısındakı
mənəvi borcumu nisbətən yüngülləşdirmiş olaram...
Sayğılarımla, Mahir N.Qarayev... 16 fevral 2026
Məhəmməd Hadiyə
Yerdəsənsə əgər - yerin hardadır?
Göydəsənsə əgər - gorun hardadır?
Ordasan,
burdasan,
hardasan,
ustad? -
nataraz dünyanın sən harasında?
Yerin altındasan, ya göyün üstdə,
yoxsa yerlə göyün tən arasında?
Şamında,
Reyində,
Xorasanında -
ya yoxsa bir ayrı
xarabasında?
Öləndə
gözünü yuman oldumu?
Daddımı qəmindən kimsə
bir qədər?
Göylərdən mərhəmət uman
oldumu? -
Üzü göylərəmi dəfn
elədilər?
Yerə
taran olub girə bilmədim,
Ha çıxmaq istədim göyə... bilmədim!
Ha
çapdım,
ha yortdum -
bu gündən sabaha keçə bilmədim;
köhnə əsrlərin daş-qayasında
ayağı çarıqlı, əli
çıraqlı
ha gəzdim, ha baxdım,
seçə bilmədim...
Hardasan,
hardasan,
hardasan,
ustad?!
Neçə təpə keçdin,
neçə dağ aşdın,
hansı
yolla getdin -
çatılmaz oldun?
İlim-ilim itən iynələr
kimi
hara batırdılar,
necə
itirdilər - tapılmaz
oldun?
Kim
çapdı, kim qopardı?
Kim qapdı, kim apardı?
Allahı
bu qədər gəzən, axtaran -
Vallah, çoxdan tapardı,
Billah, yoxdan tapardı!..
Ha
qaçsaq,
ha yortsaq,
nə desək, nə sorsaq -
bilən
yox Tanrının sınağı nədir,
görən yox dünyanın
sabahı nədir...
Bir dəstə
çiçəyə nisgil qalmağa
Bir qarış torpağın
günahı nədir?..
Şeir
bazarı
Azğın soyuq
göy üzündə səfil-səfil
dolaşan
ruhları da qısnayanda məzara
-
şair
Məhəmməd Hadi
şeirlərini çəkmişdi bazara.
Bir
cüt tərəzi gözü kimi
Tanrının əlləri enmişdi
yerə:
Tanrının sol əlində
oturmuşdu Məhəmməd
Hadi -
Ürəyinin başından qoparıb
Tanrının sağ əlinə
atırdı şeirlərini.
Şeirlərin odu
isidirdi Tanrının sağ əlini,
Tanrının sol əlində
soyuqdan donurdu Məhəmməd Hadi...
Eləcə
oturmuşdu, baxırdı -
qəhərini güclə boğur,
boğulurdu;
tərəziyə atılırdı,
tərəziyə qatılırdı şeirləri,
isti təndirdən çıxan
buğda çörəyi kimi
buğlana-buğlana satılırdı
şeirləri...
Mahir N.QARAYEV
Ədəbiyyat qəzeti.- 2026.- 20 fevral, ¹6.- S.15.