Öz qəbrini qazan” –

insan talelərinin ədəbi salnaməsi

 

Kəmalə MirzəyevanınÖz qəbrini qazanadlı yeni kitabının təqdimat mərasimi ədəbi ictimai mühitin tanınmış simalarının iştirakı ilə keçirilib. Tədbir yalnız bir kitabın təqdimatı deyil, eyni zamanda insan taleyinə, yaddaşa, daxili mübarizəyə mənəvi seçimlərə həsr olunan geniş ədəbi müzakirə platformasına çevrilib.

Müəllif jurnalistlərə verdiyi açıqlamada bildirib ki, söz onun üçün sadəcə ifadə vasitəsi deyil, insanlar arasında mənəvi bağ yaradan, qəlbləri bir-birinə yaxınlaşdıran bir körpüdür. Yazıçı vurğulayıb ki, “Öz qəbrini qazankitabında məhz bu körpünü qurmağa, oxucu ilə səmimi dürüst dialoq yaratmağa çalışıb.

Kitaba daxil edilən hekayə, povest pyesləri birləşdirən əsas xətt insan taleyi, həyatın sınaqları, daxili ziddiyyətlər insanın öz vicdanı ilə üz-üzə qalmasıdır. Əsərdə gündəlik həyatın görünməyən tərəfləri, səssiz faciələri, ümid ümidsizlik arasında qalan insanın psixoloji vəziyyəti incə bədii çalarlarla təqdim olunur.

Kəmalə Mirzəyeva bildirib ki, kitabda yer alan əksər süjetlər yaşanmış hadisələrə, real müşahidələrə insan talelərindən süzülüb gələn həqiqətlərə əsaslanır:

Mən istəyirdim ki, oxucu bu əsərlərdə yalnız obrazları deyil, özünü görsün. Bəlkə kitabdakı qəhrəmanlar elə oxucuların özləridir. Ədəbiyyat insanı insanla üz-üzə gətirir, məsafələri aradan qaldırır qəlblərdə gizli qalan suallara cavab axtarır. Yazarkən əsas məqsədim oxucu ilə səmimi, dürüst mənəvi dialoq qurmaq olub.”

Təqdimat mərasimini ədəbiyyatşünas Əsəd Cahangir aparıb.

Kitabın rəyçisi, yazıçı əməkdar jurnalist Bəxtiyar Qaraca ön sözün müəllifi, xalq yazıçısı Çingiz Abdullayev kitabın ideya xətti, müəllifin bədii dünyası insan taleyinə yanaşması barədə düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirdə çıxış edən əməkdar jurnalist Şəmsiyyə Kərimova, yazıçı-dramaturq Hüseynbala Mirələmov, yazıçı Haçı Qəni Camalzadə, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, ictimai xadim Xəyyam Nəsibov, Folklor İnstitutunun əməkdaşı , elmi işçi Fəridə Mirişova, yazıçı-publisist Qəni Camalzadə  eləcə tanınmış idman xadimləri İsmayıl İsmayılov, Xəzər İsayev Hicran Şərifov kitab haqqında fikirlərini bölüşüblər.

Çıxışlarda vurğulanıb ki, “Öz qəbrini qazantəkcə bədii mətnlər toplusu deyil, həm insanın daxili dünyasına, taleyin sərt sınaqlarına mənəvi məsuliyyətə işıq tutan dərin düşüncə mənbəyidir.

Natiqlər qeyd ediblər ki, kitabın dili, mövzu seçimi psixoloji dərinliyi onu geniş oxucu auditoriyası üçün maraqlı təsirli edir. Əsərin həm ədəbi çevrələrdə, həm adi oxucular arasında geniş rezonans doğuracağı, müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutacağı, oxucuları düşünməyə, öz daxili dünyalarına boylanmağa insan taleyinə daha həssas yanaşmağa sövq edən əlamətdar ədəbi hadisəyə çevriləcəyi xüsusi vurğulanıb.

Təqdimat mərasimi səmimi ədəbi müzakirələr, oxucu-müəllif dialoqu kitabın ideya-məzmun xəttinə həsr olunan fikir mübadilələri ilə yadda qalıb.

 

Ədəbiyyat qəzeti.- 2026.- 20 fevral, ¹6.- S.19.