Milli KitabxanadaBirinci Türkoloji Qurultay:

türk xalqlarının mədəni, elmi mənəvi inteqrasiyasında

tarixi mərhələmövzusunda Elmi Konfrans keçirilib

 

25 fevral 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuşBirinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi mənəvi inteqrasiyasında tarixi mərhələmövzusunda Elmi Konfrans keçirilib.

İlk olaraq Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları iştirakçıları salamlayaraq konfransı açıq elan edib, tədbirinBirinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq baş tutduğunu qeyd edib. Natiq 100 il öncə sovetlər ittifaqının dəmir barmaqlıqları arasında yaşayan türkdilli xalqların öz gələcək talelərini müəyyən etmək mənəvi özünəməxsusluqlarını qoruyub saxlamaq məqsədilə Bakıda toplaşmasından danışıb, qurultayın əhəmiyyətindən, müzakirə mövzularından onların bugünkü inikasından bəhs edib. Direktor, həmçinin kitabxananın yubileylə bağlı həm qurultayın stenoqramının, həm fundamental biblioqrafiyasının nəşrininin nəzərdə tutulduğunu söyləyib.

Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, tarixə qısa ekskurs etsək, o dövrün hərc-mərcliyində ziyalılar türk dünyasının dörd bir tərəfindən gələrək bir həftə ərzində ən əhəmiyyətli məsələləri həll etməyə çalışdıqlarını, onların irəli sürdükləri təkliflərin müzakirə etdikləri məsələlərin sovetlər ittifaqının geniş ərazisində səpələnmiş türkdilli xalqların milli oyanışında mənəvi inkişafında böyük rol oynadığını vurğulamışdır. Nazir müavini həmçinin nazirlik tərəfindən Cənab Prezidentin sərəncamının icrası ilə əlaqədar geniş tədbirlər planının təsdiq olunduğunu burada il ərzində Türkoloji qurultayın 100 illiyi ilə bağlı nəşrlərin hazırlanmasının, bədii-sənədli filmlərin çəkilməsinin, elmi dairələrin, xüsusən dəyərli ziyalıların iştirakı ilə həm ölkə daxilində, həm xaricdə, əsasən xarici ölkələrdəki mədəniyyət mərkəzlərimizdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Milli Məclisin üzvü, professor Günay Əfəndiyeva türk xalqlarının tarixində mühüm əhəmiyyəti olan Türkoloji Qurultayın türkçülüyün, türk ruhunun başlanğıcı, cəhdi, sıçrayışı olduğunu qeyd edib, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatının yaradılması, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının TÜRKPA-nın yaradılması, Türk Mədəniyyəti İrsi Fondunun təsis olunması, bu gün türkdilli xalqların sıx mədəni ədəbi birliyinin formalaşması, ortaq türk əlifbasının yaradılması istiqamətində atılan uğurlu addımların ziyalılarımızın 100 il bundan əvvəl Bakıda irəli sürdükləri ideyalarının həyata keçməsinin bariz nümunələri hesab olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Bosniya Hersoqovinadakı səfiri, professor Vilayət Quliyev videobağlantı vasitəsilə çıxış edərək Birinci Türkoloji Qurultayın əsas nəticələrinin latın əlifbasına keçidin genişləndirilməsi, türk dillərinin terminologiya orfoqrafiyasının vahidləşdirilməsi, elmi əlaqələrin möhkəmləndirilməsi türk xalqlarının mədəniyyətinin öyrənilməsi olduğunu söyləyib.

Daha sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmışBirinci Türkoloji Qurultay - 100” mövzusunda elektron məlumat bazasının (https://anl.az/el/emb/Turkoloji_qurultay/index.html) Elektron virtual sərginin (https://anl.az/el/vsb/Turkoloji_Qurultay/index.htm) təqdimatı olub.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Türkoloji Qurultay haqqında bülletenlərin, xatirələrin olduğunu, lakin əsas mənbənin stenoqrafik hesabat hesab edildiyini bildirib. Qurultayın stenoqrafik hesabatının tam olmadığını, rus dilində qurultayın keçirildiyi il gecikdirilmədən çap edildiyini, sonradan yenidən nəçr olunduğunu qeyd edib. O, terminologiyada anlaşılmazlıqların olduğunu söyləyib. Akademik qurultayın gedişatı, iclasları, müzakirə olunan məsələlər, iştirakçıları, çıxış məruzələr haqqında ətraflı danışıb.

Milli Məclisin komitə sədrinin müavini, professor Jalə Əliyeva Cənab Prezidentin Milli Məclisdəki andiçmə mərasimində böyük fəxrlə söylədiyiBizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdırkimi müdrik fikrinin bu gün bütün türk dünyasını qardaşlıq əlaqələri ilə birləşdirən ən güclü əbədi çağırış adlandırıb türk dünyasını birləşdirən qurultaya həsr olunmuş konfransın təşkilinə görə kitabxananın rəhbərliyinə təşəkkür edib.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli öz çıxışındabu günlərdə nəşr olunan “1926-cı il Birinci Türkoloji Qurultay:tarixi zəmində, arxiv sənədlərində, millimətbuatdaadlı kitabını tədbir iştirakçılarına təqdim edərək bu kitabın Siyasi Sənədlər Arxivindəki  indiyədək tədqiq olunmayan arxiv sənədləri əsasında yazıldığını, Qurultay haqqında indiyədək açılmayan reallıqların əks olunduğu bir mənbə kimi xarakterizə etmişdir. Eyni zamanda həmin kitabda müvafiq faktları yeni  fikirləri təsdiqi kimi arxiv sənədlərinin skan versiyasının verildiyini diqqətə çatdırmışdır.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva,  AMEA-nın Əlyazmalar institutunun direktoru, akademik Teymur Kərimli,  AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, fil.ü.f.d. Azər Turan Birinci Türkoloji Qurultayın tarixi, elmi əhəmiyyəti, iclasları haqqında danışıblar, qurultayın bütün aspektləri ilə öyrənilməli olduğunu, bu mövzuda çox ciddi elmi konseptual əsərlər ortaya qoyulmalı olduğunu diqqətə çatdırıblar.

Sonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş ənənəvi kitab sərgisi ilə tanışlıq olub.

 

Ədəbiyyat qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.24.