Naxçıvan teatrı Kamal Abdullanın
tamaşasını Bakıda nümayiş etdirib
Fevralın 24-də C.Məmmədquluzadə adına
Naxçıvan Dövlət
Milli Dram Teatrı paytaxt tamaşaçıları qarşısında
uğurla çıxış
edib. Tamaşa Xalq yazıçısı
Kamal Abdullanın “Kim dedi ki,
simurq quşu var imiş” əsəri əsasında
hazırlanmış “Simurq
quşu” səhnə işi ilə təqdim olunub.
Layihə Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyi, Naxçıvan
Muxtar Respublikası Mədəniyyət Nazirliyi
və Akademik Rus Dram Teatrının
təşkilati dəstəyi
ilə ərsəyə
gəlib. Naxçıvan
teatrının Bakı
səfərinin baş
sponsoru Babək
SİRAB ASC olub.
Tamaşada əsas
rolları əməkdar
artistlər Səməd
Canbaxşiyev, Günay
Qurbanova, xalq artisti Şirzad Abutalıbov, əməkdar
artist Behruz Haxverdiyev, aktyorlar Əlizamin Abbasov, Anar Eyvazov, Zakir
Fətəliyev, Şəbinəm
Qaybalıyeva, Uğur
Nəsirli, Xəlil Hüseynov və Ələsgər Quliyev canlandırıblar.
Səhnə əsərinin yüksək
bədii səviyyədə
hazırlanmasında teatrın
yaradıcı heyətinin
böyük zəhməti
olub. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov,
quruluşçu rəssamı
Araz Xudiyev, musiqi tərtibatçısı
Əfsanə Şirəliyeva,
rejissor assistenti isə Leyla Yaqubova olub.
Tamaşanın sonunda əsərin müəllifi, xalq yazıçısı Kamal
Abdulla aktyor və yaradıcı heyəti təbrik edib, tamaşanın yüksək bədii-estetik
məziyyətlərini vurğulayıb,
kollektivə gələcək
yaradıcılıq fəaliyyətlərində
uğurlar arzulayıb.
“Simurq quşu”
tamaşası Naxçıvan
teatrının Bakı
səfəri çərçivəsində
mədəniyyətlərarası yaradıcılıq əlaqələrinin
möhkəmləndirilməsi və milli teatr
sənətimizin təbliği
baxımından əlamətdar
hadisə kimi yadda qalıb.
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.5.