Milli Elmlər Akademiyasında ortaq türk

əlifbası ilə ilk poeziya antologiyası nəşr olunub

 

Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinBirinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqındaSərəncamının icrası ilə əlaqədar olaraq Milli Elmlər Akademiyasında müxtəlif tədbirlər həyata keçirilir, kitablar nəşr olunur. Milli Elmlər AkademiyasınınElmnəşriyyatı Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə akademik Nizami CəfərovunTürklər Birinci Türkoloji Qurultaydaadlı monoqrafiyasını çapdan buraxmışdır.

Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə 2024-cü ildə yeni qəbul edilmiş ortaq türk əlifbası ilə hazırlanmış ilk poeziya antologiyası işıq üzü görüb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ortaq türk əlifbası əsasında hazırlanmış ilk kitab nəşr olunub. “Azərbaycan Türk dünyası: ortaq əlifbada poeziyaadlı antologiyada Azərbaycan Türk dünyası arasında tarixi müasir ədəbi əlaqələr poeziya nümunələri vasitəsilə ortaq əlifbada təqdim edilib.

Qeyd edək ki, nəşrdə istifadə olunan latın qrafikalı 34 hərfli ortaq türk əlifbası Beynəlxalq Türk Akademiyasının rəhbərlik etdiyi Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 2024-cü ildə Bakı şəhərində keçirilmiş toplantıda qəbul edilmiş yekun qərara əsaslanır. Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr əvvəlcə orijinalda, yəni yazıldığı dildə, sonra isə ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib.

Nəşrdə Azərbaycan şairlərinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan İraq-türkmanları haqqında şeirləri Azərbaycan dilində, həmin türk ellərindən olan müəlliflərin Azərbaycan mövzusunda yazdıqları şeirlər onların öz türkcələrində yer alıb.

Azərbaycan Türk dünyası: ortaq əlifbada poeziyaantologiyası AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə hazırlanıb Türkoloji qurultayın dərsləri zəfəriadlı ön sözü ilə nəşr edilib. Kitabın tərtibçisi redaktoru filologiya elmləri doktoru Mehman Həsənlidir. Kitabın tərtibatı üzərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Kərimova, mətnlərin ortaq əlifbaya uyğunlaşdırılmasında isə Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Qətibə Quliyeva çalışıb. Kitabdakı şeirlərin bir çoxu Türk respublikalarının kitabxana fondlarından, digər resurslarından toplanmışdır ilk dəfədir ki, bir kitabda nəşr edilir.

Antologiya AMEA-nınElmnəşriyyatında çap olunub.

Nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə başlayır.

Akademik İsa HəbibbəylininTürkoloji qurultayın dərsləri zəfəriadlı ön sözündə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, son yüz ildə türkologiyanın inkişaf yolu perspektivləri şərh olunur, latın qrafikasına keçid haqqında qəbul edilmiş qərarın əhəmiyyətindən danışılır.

Antologiyanın ədəbi mətn hissəsi Azərbaycanın xalq şairi Səməd VurğununAzərbaycanşeiri ilə açılır. Nəşrin Azərbaycan-Türkiyə bölməsində Bəxtiyar VahabzadəninAzərbaycan-Türkiyə Yavuz Bülent BakilərinAzərbaycan ürəyimdə bir şahdamardırşeirləri verilmişdir. Azərbaycan-Özbəkistan bölməsində Xəlil Rza UlutürkünÖzbəkistan özbək şairi Abdulla AripovunAzərbaycanşeirləri yer almışdır. Antologiyanın Azərbaycan-Qazaxıstan bölməsində Zəlimxan YaqubunƏhməd Yəsəviyə Zəlimxan Salamı qazax şairi Ədilkərim ƏhmədovunSalam, Azərbaycan!”, Azərbaycan-Qırğızıstan bölməsində Xəlil Rza UlutürkünAzərbaycanTürk Salamı qırğız şairi Alıkul OsmanovunParavoz”, Azərbaycan-Türkmənistan bölməsində Süleyman RüstəminAşqabad türkmənlərdən İtalmaz NuriyevinAzərbaycanşeirləri oxuculara təqdim olunmuşdur. İlk dəfə olaraq Azərbaycan-Şimali Kipr bölməsində xalq şairi QabilinKipr Kiprdən Mahmut İslamoğlununHazarşeiri diqqətə çatdırılır. Azərbaycan-Tatarıstan bölməsində Bəxtiyar VahabzadəninAbdulla Tukay qarşı tərəfdən Məhəmməd MirzəninBakı-Kubarık Jil”, AzərbaycanBaşqırdıstan bölməsində Əli NəcəfxanlınınBaşqırdıstana Başqırdıstanın xalq şairi Mustay KəriminXuş Kildeqez!”, Azərbaycan-Altay bölməsində Sabir RüstəmxanlınınOxu, Altay Gözəli Altaylardan Pasley SamıkınAzerbaycan poeti Fikret Gocağaşeirləri oxuculara çatdırılır.

Azərbaycan-İraq-Türkman bölməsində isə xalq şairi Nəriman HəsənzadəninKərkük yaylağı Fevzi Əkrəm TərzininAzerbaycan Destanışeirləri yer alıb.

Kitabda Azərbaycan Türk dünyasından hər ölkənin səhifəsində həmin respublikanın tarixi memarlıq irsini əks etdirən foto-kollajlar da təqdim olunub.

Milli Elmlər Akademiyasının nəşr etdiyiAzərbaycan Türk dünyası: ortaq əlifbada poeziyaantologiyası Azərbaycanda yeni ortaq latın qrafikası ilə nəşr olunmuş ilk kitab kimi Birinci Türkoloji Qurultayın 100 illiyinə elmi töhfədir.

 

Ədəbiyyat qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.3.