İftixarla "üç bucaq - bir hədəf"

kontekstində milli-intellektual

teatra doğru teatro-kulturoloji diskurs

 

Bu diskurs sübut edir ki, qeyri-səlis məntiq teatrda texniki üsul deyil, düşüncə modeli kimi çıxış edir. Milli-intellektual teatr məhz bu açıq, dəyişkən və çoxmənalı idrak məkanında formalaşa bilər.

 

Teatroloq: Nərminə Ağayeva, kulturoloq: Yeganə Əliyeva, avanqard rejissor: Elvin Mirzəyev

 

III müstəvi

 

"Qeyri-səlis teatrı"n modelüstü mahiyyəti

və idrak-paradiqmatik konturları

 

Diskursun bu müstəvisində "Qeyri-səlis teatrı" artıq ayrıca estetik model kimi deyil, modelüstü bir idrak məkanı kimi çıxış edir. Burada teatr düşüncəsi sabit formalarla məhdudlaşmır, əksinə, sərhədsiz enerji axınına, birgə dərk prosesinə və sinergetik yaradıcılıq mühitinə çevrilir.

N.A.: - Postdramatik teatrda mətn sizin üçün başlanğıc impuls, vizual-akustik material, yoxsa tamamilə kənar elementdir? Müasir teatr sistemində mətnin statusu nə dərəcədə dəyişib: dramaturgiya hələ də əsasdırmı, yoxsa yalnız material rolunu oynayır?

İf.: - Mənim üçün mətn yalnız söz anlayışı deyil, ümumi anlayışdır - hiss, duyğu, intuisiya, hərəkət, jest, mimika, ştrix, işarə, təsvir... Çünki bütün sözlü və sözsüz ifadələrdə, canlı varlıqlarda və ya cansız hesab etdiyimiz hər bir əşyanın, hər bir detalın bətnində mətn mövcuddur.

Postdramatik teatra gəldikdə... mən bu modeli digər teatr modellərindən ayırmazdım. Çünki modellər "modernləşdirən" deyil, modelləşdirəndir. Postdramatik teatr və onun müəllifi müəyyən bir formanın təklifçisidir. Sənətin inkişafı isə fərqli müstəvilərdə, müxtəlif "material"larla, hüdudsuz, sərhədsiz və yaradıcı bir proses kimi qurulmalıdır."Qeyri-səlis teatrı" sistemi bizə təsəvvürlərimizdən başqa heç bir əlçatanlıqda görünməyən, sonsuz bir dərinliyə yol açır. Hər addım həm düşüncəni, həm duyğunu, həm də təsəvvürü işıqlandırır.

Y.Ə.: - Tarixən, teatr aləmində qeyri-səlis məntiqin işartıları mövcud olub. Bu gün isə sizin yaradıcılığınızda onun institusional nümunəsini müşahidə edirik. "Qeyri-səlis teatrı" keçici trenddir, yoxsa yeni estetik paradiqma?

İf.: - Tarixi təcrübə göstərir ki, teatr tarixində yaranan bir çox modellər yalnız model səviyyəsində qalıb və öz sərhədlərini aşa bilməyib. "Qeyri-səlis teatrı" isə modelüstü unikallığa malikdir. O, sabit estetik forma deyil, daim yenilənən, inkişaf edən və genişlənən canlı estetik sistemdir. Bu sistem bütün teatr modellərinin polifonik zənginliyini özündə birləşdirir, onları sintez edərək üzvi bağlılıq müstəvisinə çıxarır və nəticə etibarilə yeni estetik paradiqma yaradır.

E.M.: - Siz Kral Lir obrazı üzərində dərin axtarışlar aparmısınız. Bu obrazın düşüncə nüvəsində hansı bəşəri qanunauyğunluqları və ziddiyyətləri aşkarlamısınız?

İf.: - Kral Lir mənim üçün yalnız dramatik obraz deyil; o, bütöv bir fəlsəfi kateqoriya məkanıdır. Bu məkan psixoloji arena, düşüncə sahəsi, minalanmış ərazi və sürüşkən buz müstəvisidir. Buraya daxil olmaq emosional impulsdan daha çox, elmi-nəzəri hazırlıq, peşəkar intellekt və daxili etik məsuliyyət tələb edir. Səthi yanaşma Kral Lirin fəlsəfi ağırlığını emosiyanın destruktiv gücünə qurban verir və həm aktyorun, həm də tamaşaçının idrak sistemini zədələyir. Bu obrazın fəlsəfi aləminə daxil olduqdan sonra mən dünyaya Lir təfəkkürü prizmasından baxmağa başladım. Hakimiyyət, mərhəmət, səhv, gecikmiş idrak və insanın özünə qarşı məsuliyyəti bəşəri qanunauyğunluqlar kimi açılır; eyni zamanda insanın ali idrak potensialı ilə zəif nöqtələri arasındakı ziddiyyət üzə çıxır. Bu proses mənim üçün gündəlik daxili redaktə aktına çevrilib: şüurun rəndələnməsi, düşüncənin cilalanması və insan kateqoriyasının ali ölçülərinə uyğunlaşma.

Kral Lir məni "hakim" mövqeyindən deyil, "insan" mövqeyindən düşünməyə məcbur edir.

Maraqlı məqam ondadır ki, Kral miqyasında mən artıq ətraf mühitdə yalnız Mövlanə Cəlaləddin Ruminin işığını görməyə başladım. Bu səbəbdən məşqlər prosesində Ruminin "Kim olursan ol, yenə gəl" fəlsəfəsindən çıxış edərək, "Yenə gəl! - Mövlanə Cəlaləddin Rumi" pyesini məhz "Qeyri-səlis teatrı" sisteminin qanunauyğunluqları ilə ərsəyə gətirdim. Bu əsəri özbək əsilli qırğız yazıçısı Beqican Əhmədovla birgə tamamladıq. Burada idrakla qılınc - Mövlanə ilə Çingiz xan üzzə dayanır və təbii olaraq Nur "Qan çanağına" qalib gəlir. Kral Lirin daxili mübarizəsi ilə Mövlanənin nur məfkurəsi ruhumda vəhdət tapır.

Bu yaradıcılıq prosesində xüsusi olaraq qeyd etməliyəm ki, Elvin Mirzəyevin məşq mərhələsində apardığı dərin analitik yanaşmalar, avanqard düşüncə meyarları və obrazların yetkinləşməsi üçün verdiyi dəqiq, prinsipial şərhlər "Kral Lir" hadisəsini unikal interpretasiya səviyyəsinə yüksəltdi.

Mənim qənaətimə görə, Azərbaycan rejissorluq məkanında sizin kimi müasir və intellektual düşüncə tərzinə malik avanqard bir rejissorun mövcudluğu fərdi yaradıcılıq faktı yox, mədəni hadisədir və bu düşüncənin qorunması mənəvi məsuliyyətə çevrilməlidir.

N.A.: - Hans-Thies Lehmannın "dramın hegemonluğunun sona çatması" tezisini teatr tarixinin hansı mərhələsi ilə əlaqələndirirsiniz?

İf.: - Bu tezis tarixi hökm yox, sənətkar təfəkkürünün fərdi konseptual baxışıdır. Dramaturji material bütün dövrlərdə rejissor təxəyyülünün və performativ baxışın elastik, hərəkətli və transformativ vasitəsi kimi mövcud olub. Bu mənada, "dramatik hegemonluq" anlayışı mütləq xarakter daşımır. Georgi Tavstonoqovun irəli sürdüyü "ssenari dramaturgiyası" termini bunu daha aydın ifadə edir: dramaturji mətn səhnədə dəyişən, yenidən qurulan və rejissor təfəkkürü ilə aktiv dialoqda olan canlı strukturdur.

Y.Ə.: - Ustadftixarın qeyri-səlis teatrı" sistemi ustadagird yolu ilə ötürülür, yoxsa əsasən nəzəri müstəvidə mövcuddur?

İf.: - Bu sistemin yalnız ustadagird varisliyi ilə məhdudlaşmaq və ya sırf nəzəri səviyyədə qalmaq təhlükəsi yoxdur. Onun unikallığı ondadır ki, sistem intuisiya qaynaqlı yeni motivasion ovqat yaradır. Teatr mühitinə tam inteqrasiya olunduqca, müxtəlif təxəyyüllər bu metodologiya ilə yeni yaradıcılıq müstəvilərinə çıxacaq. Necə ki, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi zamanla texnogen sferada öz yerini tapdı, eləcə "Qeyri-səlis teatrı" düşüncələrə sirayət edərək yeni teatr erasının formalaşmasını təmin edəcək.

Şərq Qərb sivilizasiyaları bu kontekstdə qarşıdurma modeli deyil, simvolik-idraki sistemlər kimi dərk olunmalıdır. Lütfi Zadə Şərq intuisiya bütövlüyünü Qərb analitik düşüncəsi ilə birləşdirən nadir idrak modelinin daşıyıcısıdır. Müasir teatr da bu sinergetik inteqrasiya istiqamətində inkişaf edir.

Rejissor olaraq hər iki əsər üzərində işləyərkən, yaradıcı proses klassik səbəb-nəticə dramaturgiyasına deyil, açıq qeyri-səlis dramaturji sistemə əsaslanmalıdır. Bu yanaşma aşağıdakı əsas alqoritmlərlə reallaşır: qeyri-səlis dramaturji mizanlama; intuisiya rasional strukturun balansı; simvolik metaforik səhnə dili; subyekt-obraz sərhədlərinin dekonstruksiyası; mətnin performativ statusu.

Beləliklə, "Qeyri-səlis teatrı" sistemi aktyor, dramaturq rejissor fəaliyyətinin bütün qatlarını birləşdirərək modelüstü estetik-idraki məkan yaradır. Bu məkan Lütfi Zadənin elmi modelində olduğu kimi, Şərqin metafizik enerjisi ilə Qərbin strukturlaşdırıcı intellektini vahid səhnə məkanında kristallaşdırır müasir teatr düşüncəsinin yeni mərhələsini formalaşdırır.

E.M.: - Arxaik teatr ritus mifin sabit yaddaşına, modern teatr isə subyektin parçalanmış şüuruna əsaslanırsa, "Qeyri-səlis teatrı" bu iki başlanğıc arasında körpü rolunu oynayır, yoxsa onların hər ikisini aşaraq üçüncü - zamanüstü bir teatr idrakı formalaşdırır?

İf.: - Arxaik teatrla modern teatr arasında körpü qurmaq "Qeyri-səlis teatrı"nın əsas missiyası deyil. Körpü həmişə iki sahil arasında sabit keçid deməkdir, halbuki "Qeyri-səlis teatrı" sabit sahilləri tanımır. O, arxaik teatrın mifoloji bütövlüyünə qayıdır, modern teatrın parçalanmış subyektini əsas həqiqət kimi qəbul edir. Bu sistem hər iki başlanğıcı öz daxilində həll edərək aşır nəticədə üçüncü bir vəziyyətə - zamanüstü teatr idrakına keçid yaradır.

Arxaik teatrda ritual yaddaş insanı kosmik ilahi bütövlüyə bağlayırdı; fərd yox idi, kollektiv şüur vardı. Modern teatr isə bu bütövlüyü dağıdaraq fərdi, parçalanmış şübhə içində olan subyekti ön plana çıxardı. "Qeyri-səlis teatrı" bu iki ekstremumdan heç birini ideal vəziyyət kimi qəbul etmir. O, bütövlüyü miflə donmuş yaddaşda yox, davamlı dəyişən idrak prosesində, parçalanmanı isə böhran kimi yox, yaradıcılıq potensialı kimi dərk edir. Bu mənada, "Qeyri-səlis teatrı" sintez teatrı deyil. Sintez tamamlanma deməkdir. Burada isə tamamlanma yoxdur. Arxaik teatrın ritual enerjisi ilə modern teatrın analitik şübhəsi bu sistemdə daimi gərginlik vəziyyətində saxlanılır. Məhz bu gərginlik teatrı canlı, açıq gələcəyə yönəlmiş edir. Tamaşa artıq mifə sığınır, yalnız subyektiv psixoloji analizlə kifayətlənir; o, dərk edən insanın anbaan dəyişən mövqeyinə çevrilir. "Qeyri-səlis teatrı"nın zamanüstü xarakteri buradan doğur. Bu teatr üçün keçmiş ritual, bugünkü modernlik gələcək texnologiya xronoloji mərhələlər deyil, eyni anda mövcud olan idrak qatlarıdır. Aktyor səhnədə şaman, yalnız modern insan obrazıdır; o, bu qatlar arasında sərbəst hərəkət edən şüur daşıyıcısıdır. Rejissor isə mif yaradıcısıdır, psixoloji analitik - o, bu qeyri-səlis keçidlərin idarəedici düşüncə memarıdır.

Beləliklə, "Qeyri-səlis teatrı" arxaik teatrla modern teatr arasında dialoq qurmaqla kifayətlənmir; o, bu dialoqu keçmiş-indiki zaman müstəvisindən çıxararaq, insan idrakının daha dərin, daha açıq hələ tam adlandırılmamış bir sahəsinə yönəldir. Bu səbəbdən "Qeyri-səlis teatrı" keçmişə baxan nostalji formadır, modernliyin son nöqtəsi.

O, teatrın düşünmə üsulunun dəyişdiyi məqamdır.

N.A.: - Qeyri-xətti zaman strukturu tamaşaçı qavrayışını parçalayırmı?

İf.: - Xeyr. Əksinə, bu struktur tamaşaçının zehnini aktiv saxlayır, bütün səhnə elementlərini eyni vaxtda qavramağa imkan verir düşüncəni dərinləşdirir. Qeyri-xətti zaman tamaşaçını çaşdırmır, onun şüurunun çoxşaxəli sistemləşməsini sinergetik realizə imkanlarını genişləndirir.

Y.Ə.: - Sizcə, "Qeyri-səlis teatrı" sistemi gələcəkdə teatr məktəblərinə tədris proqramlarına hansı yollarla inteqrasiya oluna bilər? Siz bu istiqamətdə şəxsən çalışmalar barədə düşünürsünüz?

İf.: - "Qeyri-səlis teatrı" sisteminin gələcəkdə teatr məktəblərinə tədris proqramlarına mexaniki şəkildə inteqrasiya olunmasına ehtiyac qalmayacaq. Çünki bu sistem klassik mənada öyrədilən metodologiya yox, işlək idrak mexanizmi kimi artıq fəaliyyət göstərir. Necə ki, bu gün dünyada "qeyri-səlis məntiq" nəzəriyyəsi yalnız riyazi elmi sahələrdə deyil, texnogen idraki mühitlərdə praktik reallığa çevrilib, eləcə "Qeyri-səlis teatrı" sistemi teatr düşüncəsinin öz daxili tələbatından doğaraq, təbii şəkildə tədris məkanına sirayət edəcəkdir.

Bu unikal sistem özünün melodik zəngin polifonik ahəngi, elastik iradi-improvizasion performans modeli, çoxtipli koloriti, xaotik-mozaik rəngarəngliyi silsilələrlə ilmələnən harmoniyası vasitəsilə fərdi kollektiv şüurları öz cazibə arealına alır. Nəticədə inteqrasiya prosesi yuxarıdan-aşağıya tətbiq edilən proqram aktı kimi deyil, aşağıdan-yuxarıya inkişaf edən təfəkkür ehtiyacı kimi baş verir. Başqa sözlə, artıq proqramlar bu sistemə uyğunlaşmağa başlayır, tələbələr isə düşüncə səviyyəsində bu idrak modelinə tələsir.

"Qeyri-səlis teatrı" burada yalnız nəzəri-metodoloji çərçivə rolunu oynamır; o, intuisiya, təcrübə canlı səhnə aktı vasitəsilə öyrədilən, hiss edilən yaşanan bir sistemə çevrilir. Bu baxımdan sistem teatr təhsilində sabit texniki bacarıqların ötürülməsi ilə kifayətlənmir, tələbələrin təfəkkür elastikliyini, idraki çoxqatlılığını yaradıcı məsuliyyət hissini formalaşdırır.

Nəticə etibarilə "Qeyri-səlis teatrı" sistemi teatr məktəblərinə kənardan daxil olan yenilik kimi yox, təhsil mühitinin öz daxilindən doğan yeni estetik intellektual mərhələ kimi təşəkkül tapacaq. Bu sistem tələbənin təkcə aktyor, rejissor ya dramaturq kimi deyil, düşünən, dərk edən dəyişən insan kimi formalaşmasını hədəfləyir məhz bu səbəbdən onun tədris proqramlarına inteqrasiyası qaçılmaz deyil, artıq başlanmış bir prosesdir.

Mənim bu istiqamətdə şəxsən çalışmalarıma gəlincə isə, deyə bilərəm ki, mən bu yolda həmişə qapıları açıq məkandayam...

E.M.: - Əgər arxaik teatrda məna ritualdan, modern teatrda isə şüurdan doğurdusa, "Qeyri-səlis teatrı"nda məna harada yaranır?

İf.: - Öncə, ümumən mənalara münasibət bildirək: Arxaik teatr: məna - ritual; Modern teatr: məna - subyektin şüuru; "Qeyri-səlis teatrı" məna - səhnədə, aktyorda, tamaşaçıda onların birgə rezonansında daim yaranan açıq idrak sahəsi... Göründüyü kimi, "Qeyri-səlis teatrı"nda məna sabit bir yerdə yaranmır. O, arxaik teatrdakı kimi ritualın özüylə, modern teatrdakı kimi subyektin şüuru ilə məhdudlaşır. Məna anbaan qeyri-səlis idrak sahəsində doğulur - səhnədə, aktyorda, tamaşaçıda onların arasında formalaşan dinamik, polifonik enerjilər vasitəsilə...

Burada hər bir element yalnız öz rolunu oynayır; lakin məna yalnız qarşılıqlı təsir ani rezonansla yaranır. Aktyor hərəkətinin səhnənin qatları, tamaşaçının alqısı intuisiyası bir-birinə qarışaraq sabit nəticə verməyən, amma zənginləşdirən bir harmonik spektr meydana gətirir. Bu harmonik spektr isə məna olaraq təzahür edir - daimi dəyişən, açıq, gələcəyə yönəlmiş hər dəfə təkrarolunmaz.

Beləliklə, "Qeyri-səlis teatrı" məna istehsalını prosesin özü ilə identikləşdirir. Məna artıq bitmiş bir obyekt deyil; o, təcrübə edilən, hiss edilən, dərk olunan yenidən yaradılan canlı fenomenə çevrilir. Bu səbəbdən bu teatrın məqsədi tamaşaçıya sadəcə bir hekayə anlatmaq deyil, onu idarəolunan xaotik polifonik idrak sahəsinin iştirakçısına çevirməkdir.

 

 Ədəbiyyat qəzeti.- 2026.- 6 mart, №8.- S.14-15.