Bənövşən kolunda ölüb qalacaq
Üzünə gəlməsə, səni
sevənlər,
Sağında, solunda ölüb
qalacaq!
Öləcək üzüyün barmağındaca,
Qolbağın qolunda ölüb
qalacaq!
Görüb açacaqsan sənin
özün də,
Açacaq nə desən,
çiçək üzündə.
Nərgizin çölündə, lalən düzündə,
Bənövşən kolunda ölüb qalacaq!
Sevgim ağlamasa, sevgim gülməsə,
Hər gün sizə gedib, sizdən gəlməsə,
Ürəyim dərdindən ölə
bilməsə,
Ayağım yolunda ölüb
qalacaq!
Mənim də sevdiyim qız bənövşədir
Baxın
yağışına gülən
bu yazın,
Birinci çaldığı saz
bənövşədir!
Dəlisinə dönən gələn
bu yazın,
Çoxu
mən özüməm,
az bənövşədir!
Neçə dərdimizdən keçək,
bənövşə,
İkimizə bir dərd seçək, bənövşə,
Duruşu,
baxışı çiçək,
bənövşə,
Mənim
də sevdiyim qız bənövşədir!
Bax, o qızın gözü məni tutalı,
Bir azca olmuşam sevgi butalı.
Güneyli-quzeyli, doğu-batılı,
Təpədən-dırnağa yaz bənövşədir!
Məndə məndən xəbər
yoxdur
Gedərdim, axı getdiyim
O yerlərdən xəbər
yoxdur!
Gedən
gün getdi, qayıtmaz,
Gələn gündən xəbər
yoxdur!
Neyləyirsən məndən gendə,
Nəyi
tapmırsan ki məndə?!
Yaşamırsan səndə sən
də,
Səndə səndən xəbər
yoxdur!
Buludlar
ki sağdır burda,
Gəl bir yağış yağdır burda,
Bu dağ necə dağdır burda,
Duman-çəndən xəbər yoxdur?!
Durmuşdum, niyə çəkdiyim,
Çəkmişdim, nəyə çəkdiyim,
Yerdən
o göyə çəkdiyim
Ahdan, ündən xəbər yoxdur!
Hər vardan-yoxdan uzağam,
Sanma ki,
haqdan uzağam,
Mən məndən çoxdan uzağam,
Məndə məndən xəbər
yoxdur!
Gözümün ən gözəlisən
Ara soyuğumun, ara istimin,
Hər iki üzümün ən gözəlisən!
Sönəndə külümün, qara
tüstümün,
Yananda közümün ən gözəlisən!
Sevgisi tapşırıb o dağı
çənə,
Yuvası
sevgidir o quşa yenə.
Ürəyimdə sevgim yaşayır
sənə,
Dilimdə sözümün ən
gözəlisən!
Dışda ağ alnımın,
içdə bağrımın,
Bir yalanım yoxdur, nə var doğrumun.
Sinəmdə dərdimin, başda
ağrımın,
Canımda dözümün ən
gözəlisən!
Dərdimi üstümə yıxan
gözəlim,
Dərdindən açılıb yaxan,
gözəlim,
Yolumun üstünə çıxan
gözəlim,
Yolumun, izimin ən gözəlisən!
Çıx doğ işığına,
yax işığına,
Duru suya dönüb ax işığına,
Gözümün gözəli, bax
işığına,
Sən mənim gözümün
ən gözəlisən!
Olmuşuq hər şeyi iki bölən, dost
Alim dostum İlham Həsənova
Dost gəlir, dost olur, dost gedir, olmur,
Axı hamı olmur xoşagələn dost.
Qoy səni həmişə bu cürə görüm,
Ürəyi atlanan, gözü
gülən dost.
Ayaqla qazmağa yeri hazırsan,
O uca başınla göyü qazırsan,
Tarix oxudursan, tarix yazırsan
Tarixi tarixtək yaxşı bilən, dost.
O qarın üstündə
o ağa bir bax,
O suyun üstündə o bağa bir bax,
Başını qaldır da, o dağa
bir bax,
Var hələ aşmağa neçə bələn,
dost.
İşıq ver, işığa
saç o tarixi,
Qaçır özün ilə,
qaç o tarixi,
Sən öz olduğuntək aç o tarixi,
Sənin
açdıqların deyil
ölən, dost.
Sən demə, bulud yox, Sahib buludmuş,
Yağıb da yağıştək, qarı unutmuş,
Sən birləşdir, biz ki torpaqdan
tutmuş,
Olmuşuq hər şeyi iki bölən, dost.
Sinəmin dağını düzünə
atdım
Gözümü çəkmədim, baxdıqca baxdım,
Gözümü o qızın üzünə
atdım.
Sevgimlə bir yerdə, görən gördümü?
Baxışımı baxan gözünə atdım.
Yox, dedim, qanımı içəninə yox...
Dərdinə canımı seçəninə
yox...
Kül olanına yox, keçəninə yox,
Ürəyimi yanan közünə
atdım.
Canından oymuşdu Allah sinəmə,
Dərdini soymuşdu Allah sinəmə,
Bir ürək qoymuşdu
Allah sinəmə,
Qaytardım, onu da özünə
atdım.
Baxdı,
mənə baxan gözünü seçdim,
Yandı,
mənə yanan közünü seçdim.
Dilimin ən yaxşı sözünü seçdim,
Sözümü ona yox, sözünə atdım.
Gəlirsən, yanıma gəl,
qəmə görə,
Boyuma
boy oldum kölgəmə
görə,
Dağına çıxmışdım sevgimə görə,
Onu da o dağın düzünə
atdım.
Sahib
CAMAL
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, ¹8.- S.17.