Məktəb
Nə vaxtdır baş çəkə bilmirəm sənə,
Gəl səni bağrıma basım, a məktəb...
O gecə yuxumda görmüşəm səni,
De, necə yuxumu yozum, a məktəb...
Qartopu oynayıb söylə qırdığım,
Pəncərə şüşəsi yozarmı desəm?
Ya heç ürəyimi əsir götürmüş,
İlk sevgi guşəsi yozarmı desəm?..
Nimdaş
paltarıma o ağız
büzən,
Qəlbimə toxunan qıza deyimmi?
Yoxsa ki payıza, ya şux günəşi,
Canımı isidən yaza deyimmi?
Hansı
sinifdəki yazı lövhəsi,
Yazsam, bu yuxuma çaş
qalar görən?
Eh, hansı müəllim bir çalışmatək,
Oxuyub yuxuma beş verər görən?
O şirin günlərin, şirin ayların,
Hansında ilişib qalmışam
görən?
Bir yuxu üzündən səni bu qədər,
İncidib, çətinə salmışam
görən?..
Səndə öyrənmişdim, səndə bilmişdim,
Qayğı bu həyatda nə deməkdisə...
Dostluğa sədaqət, sevgiyə
hörmət, -
Sayqı
bu həyatda nə deməkdisə...
A məktəb, sən mənim dərd ortağımdın,
Sənə söyləyərdim ürək sözümü...
İndi də yanından keçəndə hərdən,
Səndən çəkəmmirəm inan gözümü...
Köhnə divarların uçulub
gedir,
Ancaq ürəyimdə təzələnirsən...
Yayda səhraları xoşbəxt
eyləyən,
Yağıştək ruhuma səpələnirsən...
Sənə məhəbbətim tükənməz
mənim,
Sənə sədaqətim ömürlükdü
bil...
Səni
sevmək üçün
milyon səbəb var,
Səni
sevməməkçün yoxdur
bir dəlil...
Zənginin səsini eşidən kimi,
Bir həzin nəğməyə
dönərdi könlüm...
Pilləkən yuxarı qaçıb
çıxardım,
Pozmazdı heç zaman bu
şərti könlüm...
İlk sevgi məktubum, ilk sevgi şeirim,
İlk xoşbəxt anıma şahid olmusan...
Bəlkə də mən sənin o pəncərəndə,
Sən mənim qəlbimdə şəhid olmusan...
Özümə verdiyim ən asan sual,
Hələ tapmadığım cavabımsan
sən...
Çiynimdə mələklər sevərək
çəkən,
Ən böyük, ən ümdə savabımsan sən...
İlk dəfə özümü
səndə tapmışdım,
Səndə itirmişdim elə
ilk dəfə...
O qədər çox idi arzularım da,
Ömrüm çevrilmişdi qızıl
bir rəfə...
İndi o günləri
xatirələrdə,
Yaşada-yaşada yaşa
doluram...
Hər dəfə yuxumda görəndə səni,
Çevrilib yenidən uşaq
oluram...
...Nə vaxtdır baş çəkə bilmirəm sənə,
Gəl səni bağrıma basım, a məktəb...
O gecə yuxumda görmüşəm səni,
De, necə yuxumu yozum, a məktəb.
Qoşqar QARAÇAYLI
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, ¹8.- S.11.