Akademik: Yaşar Qarayev elmi
fikrə poetik dəyər
qazandırıb
AMEA-nın Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
görkəmli ədəbiyyatşünas
və tənqidçi
alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin anadan olmasının 90 illiyinə
həsr edilmiş “Azərbaycan humanitariyasında
Yaşar Qarayev fenomeni” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbir iştirakçıları
İkinci Fəxri Xiyabanda alimin məzarını ziyarət
edib, alimin xatirəsini ehtiramla anıblar.
İnstitutun foyesində Yaşar Qarayevin elmi və yaradıcılıq
fəaliyyətini əks
etdirən sərgi nümayiş etdirilib.
Elmi sessiyanı
giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq
alimin Azərbaycan ədəbiyyatşünaslığının
inkişafındakı müstəsna
xidmətlərindən danışıb.
Akademik İsa
Həbibbəyli AMEA-nın
müxbir üzvü Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslıq
elmində yüksək
intellektual keyfiyyətləri
ilə seçilən
görkəmli elm xadimi olduğunu vurğulayıb. Qeyd edib ki, Yaşar
Qarayev ədəbi tənqidin, nəzəriyyənin
və ədəbiyyat
tarixinin ən incə detallarını belə özünəməxsus
şəxsiyyəti və
obrazlı təfəkkürü
ilə təqdim etməyi bacarıb, eyni zamanda elmi
fikrə poetik dəyər qazandırıb.
Sonra Ədəbiyyat
İnstitutunun Ədəbi
tənqid şöbəsinin
müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Yaşar Qarayev ədəbi tənqid haqqında”, Rəyasət
Heyəti aparatının
Elm və təhsil şöbəsinin
müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri “Yaşar Qarayev: analitik filoloji yanaşmadan fəlsəfi
kulturoloji konsepsiya”, millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova “Yaşar Qarayevin Azərbaycan humanitariyasına gətirdiyi
yeniliklər” adlı məruzələrlə çıxış
ediblər.
Tədbirdə, həmçinin filologiya elmləri doktoru Əlizadə Əsgərlinin
“Ədəbiyyat tarixi
və nəzəriyyəsi
fonunda nəzəri estetik fikrin təkamülü”, filologiya
elmləri doktoru Cavanşir Yusiflinin “Yaşar Qarayev: bədii mətnin ədəbiyyatşünaslıq mətninə çevrilməsi”,
filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Yaşar
Qarayev və riyazi ədəbiyyatşünaslıq”,
filologiya üzrə fəlsəfə doktoru Aynurə Mustafayevanın “Yaşar Qarayev dramaturgiya haqqında” məruzələri dinlənilib.
Daha sonra
görkəmli alimin həyat və yaradıclığından bəhs
edən videoçarx nümayiş etdirilib.
Sonda alimin
ailəsi adından çıxış edən
Yalçın Qarayev atasının xatirəsinə
göstərilən hörmət
və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib.
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, ¹8.- S.7.