Andrey DEMENTYEV

(1928-2018)

 

XX yüzilin ikinci yarısında yetişmiş ən görkəmli rus-sovet şairlərindən biri olub.

Tver şəhərində doğulub, orta məktəbi orada bitirib. Ali təhsilini isə 1949-52-ci illərdə Qorki adına Ədəbiyyat İnstitutunda alıb.

İlk şeiri 1948-ci ildə, "Lirik şeirlər" adlı ilk kitabı 1955-ci ildə işıq üzü görüb. Xaricdə çap olunanlarla yanaşı, təkcə elə Rusiyada onun 50-dən çox şeir kitabı çap olunub.

Jurnalist nasir kimi fəaliyyət göstərib. 1972-ci ildən redaktor müavini işlədiyi "Yunost" jurnalının redaksiyasına 1981-92-ci illərdə rəhbərlik edib.

Uzun müddət radio televiziyada ədəbiyyata, incəsənətə, mədəniyyətə aid verilişlər aparıb. Şeirlərinə xeyli sayda mahnı bəstələnib.

Məhsuldar yaradıcılığına görə o, Ümumittifaq Lenin komsomolu (1981) SSRİ Dövlət mükafatlarına (1985), Bunin adına ədəbi ödülə, RSFSR-in Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

 

Qocalmaq hər kəsə qismət olmayır

 

Bir ömür yükünün ağırlığına

Qatlaşa bilənlər əcəb mətinmiş.

Ahıl yaşa gəlmək hünər sayılmaz -

Ləyaqətli qalmaq... daha çətinmiş.

 

Sən , gəl, yük olma öz dərd-sərinlə,

Axı kimə gərək bu ağrın, acın?!

Hərdən köks ötürüb, nəfəsini dər -

Heç kəsin öyüdə yox ehtiyacı.

 

Hamıdan bir qayğı, diqqət ummasan

Qəlbinə yol tapmaz inciklik, küsü.

Yoxsa deyinməklə, ağız büzməklə,

Biz yelə verərik öz ömrümüzü.

 

Nüfuz sırımaqla başqalarına,

Gəl, başa qaxmayaq təcrübəmizi.

Gənclərin fərqlidir dəyər ölçüsü -

Bunu bilsək, heç yanıltmaz bizi.

 

Hər şey könlümüzcə olmaya bilər,

Bunları dəyişmək... ömür-gün alar.

Hər başa bu ağıl qoymaq hüququn

haqla özünə verib qocalar?!

 

Daim sitəm edib, sızlamayaq biz,

Nikbin olaq, bizdə... qalsın ucalıq.

Gəl, ataq daşını deyingənliyin,

Ən çətin peşədir axı... qocalıq.

 

Zamanı tovlamaq qəlizdən-qəliz,

Sanma qırışların silinər, gedər.

Qocalmağa imkan tapdı-tapmadı,

Hər kəs yeriklərmiş... bu xoş nemətə.

 

Tənhalıq yazıla bilər bəxtinə -

Hazırla özünü sən o sınağa.

Ən çətin peşəymiş qocalıq,

amma

hər kəs layiq deyil qoca olmağa.

 

Təqdim etdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2026.- 6 mart, №8.- S.24.