Mənə gəlsin
İlahi,
bir qara daşına çevir,
Varsa bir bəlası, qoy mənə gəlsin.
Məni
dünyamızın başına
çevir,
Hər qılınc yarası qoy mənə gəlsin.
Ən qərib əhvalın, halın yaşayım,
Ölüncə qeydinə qalım,
yaşayım,
Nə
ki, ağrısı var, alım,
yaşayım,
Başına gələsi qoy
mənə gəlsin.
Lap elə bircə yol, bir anlıq
eylə,
Çıxart bir tərəfə,
biryanlıq eylə,
Məni
İsmayıltək qurbanlıq
eylə,
Mübarək sədası qoy
mənə gəlsin.
Sən məni bir qara
daşına çevir,
Lap elə bir körpə
quşuna çevir,
Lap elə bir şəhid
başına çevir,
Ölümün əlası qoy
mənə gəlsin.
Hər gün
Hər gün adam olmaq
keçir könlümdən,
Hər gün özgə səmtə çəkirlər
məni.
Gah Adəm, gah iblis toxumu kimi
Yenidən bətnimə əkirlər
məni.
Özünün yazdığın yazıdı,
Tanrım,
Mələk də, iblis də məndə yaşayır.
Özün də bilmirsən
bu iki xislət
Kimdə
unudulub, kimdə yaşayır...
Hər gün ömr edirəm bir ayrı adla,
Səmtini itirmiş gəmi
kimiyəm.
Sən orda çaşqınsan, mən burda çaşqın,
Özün de, qınayım axı,
kimi mən?..
Nəriman Həsənzadəyə
Ağarmış saçıma kövrəldin,
ustad,
Mən yalqız halına kövrələn kimi.
Heç
nə əvəz etmir, heç nə həyatda
Yanından çəkilib gedən
itkini.
Ömür diləmişdik, qarşılığında
Ömür diləyənin ömrü
yoxuymuş.
Biz nələr qazandıq, nələr itirdik?! -
Bütün yaşananlar demə,
yuxuymuş.
O gün aramızda sükut yaşadı,
Ağarmış saçıma kövrəldin,
ustad.
Dönüb güzgüdəki şəklimə
baxdım,
Bir deyən olmadı "ay dadi-bidad"...
Tələbə yoldaşım Nübara
Bu yuxugörmələr canımı
alır,
Yuxu görürsənmi sən
də, ay Nübar?
Şəhərə gedirəm, səbrim daralır,
Sığışa bilmirəm kəndə, ay Nübar.
Gecəm
gündüz kimi, gün gecə keçir,
Yaz görüm, səninçün
gün necə keçir?
Canımdan min cürə vicvicə
keçir,
Belə
yaşayarmı bəndə,
ay Nübar?
Dönərmi qayğısız o günlər
geri?
Sinif otağımız... hər
kəsin yeri...
Mən yuxu görürəm illərdən bəri,
Gözdə yaş, yanaqlar nəmdə, ay Nübar...
Nəsə çatmayır
Getmək
istəyim yox işə, bazara,
Çətin məsələdi bazar da, iş də.
Abrını soyunub qoyasan gərək
Nimdaş
çəkmə kimi
sən o girişdə.
Neynəsən, başında çatlayan
çanaq
Sıxılmış paltara çevirir səni.
Ha şax dayansan da, bir qəfil qınaq
Min yerdən sındırıb
devirir səni.
Sonuncu manattək xırdalanırsan,
Özünə sıxırsan son hikkəni
sən.
Sükut
heykəlinə dönüb
qalırsan,
Bilinmir ölüsən, yoxsa dirisən...
Şoru
üzə çıxır
bazar balının,
Heç
kim bircə çimdik şəkər
qatmayır.
Deyirsən, necə də gözəldi həyat,
Amma bilirsən ki, nəsə çatmayır.
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, №9.- S.12.