Karxana - tarixin insanı yonduğu məkan

 

Qəni Camalzadənin "Karxana" romanı haqqında

 

Qəni Camalzadənin "Karxana" romanı XX əsr Azərbaycanının sosial-psixoloji mənzərəsini bədii məkanda əks etdirir. Əsər 1937-ci il repressiyalarının yaratdığı qorxu mühitindən başlayır, müharibədən sonrakı susqunluq mərhələsindən keçir, 1987-ci ildən etibarən idarəetmə sisteminin zəiflədiyi dövrdə inkişaf edir 1990-cı ilin qanlı Yanvar hadisələrinə qədər uzanan tarixi xətti vahid mətndə birləşdirir. Müəllif göstərir ki, siyasi ideoloji təzyiqdən keçən ictimai mühit romanın qəhrəmanlarının taleyini formalaşdırır, lakin onların seçimləri fərdi rol oynayır.

Birinci mərhələdə 1937-ci il terroru "xalq düşməni" damğası insanların taleyini əzir. Bu mühitdə böyüyən Sanı Abşeronski yetimxana həyatı zorakılıq altında formalaşmış, aeroport gül daşınması vasitəsilə paralel güc qeyri-rəsmi iqtisadi şəbəkə yaratmışdır. Sanının qəfil tutulması süjetdə dönüş nöqtəsidir. Onun həbs olunması təsadüfi deyil. Məqsəd Turşulu zonasında baş qaldıran milli qarşıdurmanı sakitləşdirmək üçün onu vasitəçi kimi istifadə etməkdir. Bu məqam mühümdür: dövlət artıq kriminal gücdən siyasi məqsədlər üçün yararlanmağa çalışır.

Burada romanın əsas ideya qatlarından biri açılır: dövlət, cinayət aləmi milli qarşıdurma bir-birinə qarışmış vəziyyətdədir.

Sanı həbsxana rəhbərliyinin təklifini rədd edir. O, "qanuni oğru" prinsiplərinə xəyanət etmir. Bu epizod onun xarakterini müəyyənləşdirir: Sanı sadiqdir, qaydalara bağlıdır dövlətlə açıq əməkdaşlığa getmir.

İkinci mərhələdə qorxu bir qədər səngiyir, lakin sistem dəyişmir. Bu mərhələdə Məlikəjdər ağa obrazı ön plana çıxır. O, dini inanc yerli ənənələrlə əlaqəli nüfuz sahibi, "ocaq sahibi"dir eyni zamanda geniş iqtisadi şəbəkəni idarə edir. Məlikəjdərin nəzarətində balıqçılıq, istilikxanalar, gül istehsalı, Rusiya bazarına çıxış hərbi əlaqələr var; o açıq cinayətkar deyil, amma rəsmi sistemin içində deyil gücünü himayədarlıq sədaqət prinsipləri üzərində qurur - bu model postsovet məkanında geniş yayılmış nüfuz mərkəzlərini xatırladır.

Sanı ilə gizli rəqabət iqtisadi nəzarət üzərində qurulmuşdur. Gül bazarı uğrunda mübarizə zahiri iqtisadi konflikt kimi görünsə , əslində bu, nüfuz uğrunda savaşdır.

Üçüncü mərhələdə səhnə dəyişir. 1987-ci ilin payızından başlayan xətt artıq dağılmaqda olan imperiyanın fonunda inkişaf edir. Dövlət formal olaraq mövcuddur. Həbsxana rəhbərliyinin "qanuni oğru" ilə hesablaşması, kriminal şəbəkənin siyasi proseslərə təsiri bu vəziyyəti açıq göstərir.

Yeni nəsil sahibkar təşəbbüskar tipini təmsil edən Hambaloğlu Rahib qorxu psixologiyasını daşımayan, praktik ambisiyalı bir fiqurdur; iqtisadiyyatın real idarəedicisinə çevrilir postsovet sahibkar tipinin ilkin modelini göstərir. Müəllif göstərir ki, yaranan boşluğu təşəbbüskar fərdlər doldurur: Məlikəjdər Rahibi maliyyələşdirir, o isə qısa müddətdə istilikxanaları sistemləşdirir, Rusiya bazarına nəzarəti gücləndirir gəliri artırır.

Əsərdə Hatəm (Məlikəjdərin oğlu) Səmayə xətti romanın insani qatını açır. Hatəm evlidir, lakin övlad sahibi ola bilmir. Daha sonra Səmayəyə aşiq olur.

Səmayə gözəlliyi cazibəsi ilə təsir göstərən qadındır. Nənəsi Mariya vasitəsilə Məlikəjdər ailəsinə yaxınlaşır. Eyni zamanda o, Sanı Abşeronski üçün informasiya kanalı rolunu oynayır iki güc mərkəzi arasında körpüyə çevrilir, planları, iqtisadi addımları ailədaxili münasibətləri Sanının çevrəsinə ötürür.

Mariya romanın mənəvi-psixoloji qatını daşıyır. Keçmişdə ehtiraslı sərhədsiz qadın sonralar əlil olur tənha qalır. Dinə yönəlməsi islamı qəbul etməsi daxili təmizlənmə keçmişlə barışmanın simvoludur. Keçmişdə Məlikəjdərlə gizli hisslərinin olması isə süjetə romantik kölgə əlavə edir.

Romanın adı ilk baxışda konkret məkana işarə edir. Lakin mətni oxuduqca aydın olur ki, "Karxana" fiziki məkandan çox, insan talelərini yonan sosial mexanizmdir. Romandakı obrazların hər biri sistemin daşyonan çarxında formalaşır.

Repressiya qurbanları, yetim böyüyən uşaqlar iqtisadi keçid dövründə sərtləşən yeni nəsil eyni çarxda formalaşır; keçmişlə indinin sərhədi bulanıqlaşır. Əsərin alt qatında azərbaycanlı-erməni münasibətləri milli qarşıdurma sosial psixologiya prizmasından təqdim olunur.

Dördüncü mərhələ 1987-1990-cı illəri əhatə edir tarixi açıq toqquşmalarla tamamlanır. Romanın finalında 20 Yanvar faciəsi digər qanlı hadisələr, həmin dövrlərdən keçən sosial-psixoloji gərginliyin açıq toqquşmaya çevrildiyini göstərir. Bu mərhələ həm tarixi, həm dramatik zirvə nöqtəsi kimi təqdim olunur.

Müəllif milli qarşıdurmanın sosial tarixi amillər fonunda mürəkkəb xarakter aldığını göstərir; müxtəlif maraq qrupları bu gərginlikdən faydalanır, kriminal mühit isə prosesin tərkib hissəsinə çevrilir. Sovet dövrünün bu mərhələləri eyni çarxın dişlilərini təşkil edir.

Turşulu zonasında baş verən hadisələr romanın ictimai-siyasi gərginlik xəttini gücləndirir. Sanının həbs edilməsi zonaya göndərilməməsi onun siyasi alət kimi saxlanması idi.

Romanın dərin qatlarında Mir Qədir ağa ilə Nazıoğlu Qulu xətti xüsusi rol oynayır. Mir Qədir ağa dini-mənəvi dəyərlərə, şərəf səbrə sadiq bir həyat modelini təmsil edir. Nazıoğlu Qulu isə uşaqlıq travmalarını hakimiyyət vasitəsilə kompensasiya etməyə çalışan, güc risk mühitində formalaşmış tipdir. 1933-cü il aclıq epizodu Mir Qədir ağanın mənəvi böyüklüyünü göstərir; dövlət zorakılığı iqtisadi fəlakət fonunda kəndli Əkilin onun qapısına gəlməsi təsadüfi deyil. Ağa artıq rəsmi dini fəaliyyətini dayandırmış, maddi baxımdan çətin vəziyyətdə olsa da, müridini əliboş qaytarmır sonunda Əkilin qızını nəvəsini evinə qəbul edir. Bu səhnə onun zahiri sərtliyinin arxasında dayanan insani mərhəməti göstərir. Nazıoğlu Qulu xətti isə eyni dövrün başqa istiqamətini təmsil edir: o, Fövqəladə Komissiyada keçmişlə hesablaşır, uşaqlıq travmalarını hakimiyyətlə kompensasiya etməyə çalışır, kəndini "ələkdən keçirir" şahidləri aradan götürür. Mir Qədir ağanın adı onun üçün ən böyük qorxu mənbəyidir. Siyasi hakimiyyətə malik olsa da, daxili rahatlıq tapa bilmir, şəxsi həyatı dağılır, ailə münasibətləri pozulur. Beləliklə, onların qarşıdurması köhnə ilə yeninin, mənəvi dayağın zorakı hakimiyyət travmatik intiqamçılıqla toqquşması kimi təqdim olunur.

Romanda hadisələrin fonunda görünən Simsar xanım, Əkil, Taxta Ravil, Gülü, Kürsüm, Bic Əbdül, Suçu Piri digər epizodik fiqurlar sosial panoramanı genişləndirir. Onlar süjetin mərkəzində dayanmasalar da, dövrün sərt sosial mühitini, küçə psixologiyasını güc münasibətlərinin gündəlik həyata sirayətini konkretləşdirirlər.

Bu obrazlar vasitəsilə tarixi zorakılığın şəxsi ehtirasların insan taleyinə təsiri göstərilir. Anuş, Mara Səmayə kimi qadın obrazları ailə institutunun necə sarsıldığını, münasibətlərin sosial təzyiq altında necə dəyişdiyini nümayiş etdirir. Güc ambisiyası şəxsi ehtirasların toqquşması ailələri dağıdır, uşaqları yetim qoyur yeni "Sanı"ları yetişdirir.

Sanı tam sovet adamı, yeni dövrün açıq kapitalistidir, o, sistem boşluğunda formalaşan tipdir. Obrazın daxili tərəddüdləri cəmiyyətin tərəddüdlərini əks etdirir onu keçid dövrünün simvoluna çevirir.

Məlikəjdər isə artıq fərqli mərhələnin nümayəndəsidir. O, sovetdənqalma əlaqələr şəbəkəsini postsovet iqtisadi reallığı ilə birləşdirə bilən tipdir. Onun gücü yalnız maddi imkanında deyil, informasiyanı münasibətləri idarə etmək bacarığındadır. Əgər xaotik mühitin içindən Sanı kimi fiqurlar doğursa, Məlikəjdər həmin xaosu sistemə çevirən tipdir.

Beləliklə, epizodik obrazlar romanın panoramasını genişləndirsə , mərkəzi dramatik xətt güc mərkəzlərinin toqquşmasında qalır. Əsərin əsas ideyası fərdi güclərin ön plana çıxmasında açılır.

"Karxana" klassik xətt süjeti ilə qurulmayıb. Kompozisiya xətti xəttilikdən uzaqdır; zaman paralel qatlarda hərəkət edir yaddaş süjetin struktur elementinə çevrilir.  Bu üsul müəllifə yüzillik panoramı vahid mətndə toplamaq imkanı verir.

Bəzən epizodlar sərt keçidlə verilir, bəzən paralel xətlər qəfil kəsişir. Bu dağınıqlıq təsiri əslində dövrün özünün dağınıqlığını əks etdirir.

Romanın son cümləsi belə bitir: "İyirmi Yanvar hadisələri kimi tarixə yazılmış qanlı olay on doqquz yanvar axşamı başladı". Hadisələrin 20 Yanvar faciəsinə qədər gətirilməsi əsərin tarixi xəttini tamamlayır. Susqunluq təzyiq dövrlərindən keçən proses sonda açıq toqquşmaya çevrilir. Müəllif göstərir ki, zorakılıq formasını dəyişsə , mahiyyətini itirmir romanın daxili gərginliyi tarixi nəticə ilə tamamlanır.

Romanın ideya qatında xeyirlə şərin, ədalətlə alçaqlığın mübarizəsi zamanla məhdudlaşmayan, davamlı paralel proses kimi təqdim olunur. Müəllif insan xarakterindəki bu qarşıdurmanı yalnız sosial mühitlə izah etmir; o, mənəvi başlanğıcın, irsi daxili meyillərin həlledici rol oynadığını göstərir. Təhsil sistem dəyişə bilər, lakin insanın daxilindəki halallıq ya haramlıq meyli seçim qarşısında qalır. Bu baxımdan roman yalnız tarixi hadisələrin deyil, insan təbiətinin dəyişməyən ziddiyyətlərinin bədii tədqiqidir.

Müəllif yüzillik tarixi əhatə etməklə, erməni-azərbaycanlı münasibətlərində qarşıdurmanın təsadüfi olmadığını göstərir. Müxtəlif dövrlərdə baş verən hadisələr eyni gərginlik xəttinin davamı kimi təqdim olunur. Romanda azərbaycanlı obrazlar daha çox barışığa münasibətləri qorumağa meyilli göstərildiyi halda, erməni obrazları isə bu qarşıdurmanı davam etdirən tərəf kimi təsvir edilir. Beləliklə, müəllif tarix boyunca təkrarlanan münasibət modelini bədii şəkildə ortaya qoyur.

Qəni Camalzadə bu romanla tarixin içində formalaşan insan tipologiyasını təqdim edir göstərir ki, dövlətin gücü zəifliyi dəyişə bilər, lakin qorxu, maraq ambisiya üzərində qurulan münasibətlər sistemi daim yeni formalarda təkrar istehsal olunur. Yazıçı Azərbaycanda "Qızıl xotuq", "Şeytana daş atanlar" "Kiaksarın axırıncı savaşı" kimi povest roman əsərləri ilə tanınır öz sosial bədii nəsrində real həyat həqiqətlərini dərin sosial baxımdan əks etdirən nümunələr yaradır, "Karxana"da isə bu konseptual baxışı cəmiyyətin mənəvi psixoloji çalarları ilə ustalıqla tamamlayır.

 

Adilə NƏZƏROVA

 

Ədəbiyyat qəzeti.- 2026.- 13 mart, ¹9.- S.16.