Əlifba

 

Aqota KRİŞTOF

İsveçrədə yaşayan fransızdilli macar yazıçısı Aqota Kristof 30 oktyabr 1935-ci ildə Macarıstan krallığının Çikvand şəhərində anadan olub. Onun valideynləri ibtidai məktəb müəllimi Kalman Kristof və incəsənət professoru Antonia Turçani olub. 1956-cı il Macarıstan antikommunist inqilabı sovet ordusu tərəfindən yatırılanda 21 yaşında olan Aqota siyasi fəal olan əri və 4 aylıq uşaqları ilə Macarıstanı tərk etməyə məcbur olub. Mühacir həyatı yaşayan ailə İsveçrənin Neuşatel şəhərində məskunlaşıb. Bir yandan fabrikdə işləyən yazıçı, bir tərəfdən də, fransız dilini öyrənməyə başlayır. Beş illik sürgündən sonra fabrikdəki işini atıb ərini tərk edən yazıçı fransız dilində pyeslər yazmağa başlayır. A.Kristof yaradıcılığının ilk illərində şeirlər yazıb, lakin onun heç bir əsəri trilogiyası qədər səs-küylü olmayıb. O, 1986-ci ildə "Qalın dəftər" adlı ilk romanı nəşr etdirib. Bu, həm də "Əkizlər" trilogiyasının ilk kitabı idi, yazıçı bu romanla böyük uğur qazanıb. Roman 40-dan çox dilə tərcümə edilib. İki il sonra, 1988-ci ildə trilogiyanın "Sübut" adlı ikinci romanını yazıb. Trilogiyanın sonuncu kitabı - "Üçüncü yalan" isə 1991-ci ildə nəşr olunub. Bu trilogiyanın əsas mövzuları müharibə və dağıntı, sevgi və tənhalıq, azğın, ümidsiz və diqqəti çəkmək məqsədli cinsi münasibətlər, arzu və itki, həqiqət və uydurmadır. Yazıçı 1995-ci ildə o, yeni romanı olan "Dünən"i, 2004-cü ildə öz bioqrafiyasından bəhs edənlifba" ("L'analphabete") əsərini nəşr etdirib. Yazıçı avtobioqrafik əsərində oxumaq sevgisindən bəhs edir, biz onunla birlikdə internat məktəbinə, Avstriya sərhədinə və ardıyca İsveçrəyə səyahət edirik. Anti-kommunist üsyanının uğursuzluğu səbəbindən ölkəsini tərk etmək məcburiyyətində qalan yazıçı, Sürixdə daha yaxşı bir həyata ümid edir. Aqota Kristof 27 iyul 2011-ci ildə İsveçrədə, Neuşateldəki evində vəfat edib. Onun külliyyatı Berndəki İsveçrə Ədəbiyyat Arxivində saxlanılır.

 

İlk addımlar

 

Oxuyuram. Xəstəlik kimi şeydir bu. Əlimə nə keçsə, gözüm nə görsə oxuyuram: jurnallar, məktəb dərslikləri, elanlar, küçədə tapdığım kağız parçaları, yemək reseptləri, uşaq kitabları. Kağızda çap olunmuş nə varsa.

Dörd yaşım var. Müharibə təzə başlayıb.

O vaxtlar nəinki qatar vağzalı, hətta elektriki, suyu, telefonu belə olmayan balaca bir qəsəbədə yaşayırıq.

Atam qəsəbədəki tək müəllimdir. Birinci sinifdən altıncı sinfə qədər bütün şagirdlərə dərs keçir. Eyni sinifdə. Məktəblə evimizin arasında şagirdlərin tənəffüsə çıxdığı həyət yerləşir, məktəbin pəncərələri anamın bostanına baxır.

Qonaq otağının pəncərəsinə çıxanda sinifdə lövhəyə yazı yazan atam başda olmaqla bütün şagirdləri görə bilirəm.

Atamın sinfindən təbaşir, mürəkkəb, kağız, rahatlıq, sakitlik, qar iyi gəlir, yazda da.

Anamın böyük mətbəxindən ölü heyvan, qaynadılmış ət, süd, mürəbbə, çörək, nəm paltar, uşaq sidiyi, qarğaşa, səs-küy, yay istisinin iyi gəlir, qışda da.

Hava bayırda oynamağımıza imkan verməyəndə, mətbəxdə uşaq həmişəkindən çox ağlayanda, qardaşımla mən həddindən çox səs-küy salıb nadinclik edəndə anamcəzakimi bizi atamızın yanına göndərir.

Evdən çıxırıq. Qardaşım odunların üstündə oturur.

Mən burada qalmaq istəyirəm. Odun doğrayacağam.

Yaxşı. Anam da sevinər.

Həyəti keçib sinfə girirəm, qapının yanında dayanıram, gözlərimi yerə dikirəm.

Atam:

Yaxın gəl, – deyir.

Yaxınlaşıram. Qulağına pıçıldayıram:

Anam cəza verib...

Başqa?

Başqa?” soruşur, çünki hərdən anam atama çatdırmaq üçün nəsə tapşırır, əlavə şərh vermək lazım gəlməyən, sadəcə deməli olduğum bir söz: “həkim”, “vəziyyət pisdir”, ya da bir rəqəm: 38 ya 40. Hamısı da uşaqlıq xəstəlikləri keçirdən balaca qardaşıma görə.

Atama:

Yox, başqa heç , – deyirəm.

Mənə şəkilli bir kitab uzadır.

Keç otur.

Sinifin axırına gedirəm. Sinifin ən böyük uşaqlarının yanında həmişə boş yer olur.

Beləcə çox balaca yaşlarımdan, fərqində belə olmadan, təsadüfən sağalmaz bir oxumaq xəstəliyinə yoluxuram.

Anamın yaxınlıqdakı bir şəhərdə yaşayan ata-anasının işığı, suyu olan evinə qonaq gedəndə babam əlimdən tutur, bir yerdə qapı-qapı düşüb qonum-qonşunu gəzməyə çıxırıq.

Babam redinqotunun böyük cibindən qəzet çıxartır qonşulara deyir:

Qulaq asın!

Mənə deyir:

Oxu!

Mən oxuyuram. Axıcı şəkildə, səhvsiz, məndən gözlənildiyi kimi, sürətlə oxuyuram.

Nənəmlə babamın təriflərini bir qırağa qoysaq, oxumaq xəstəliyim şikayət tənbehlərlə qarşılaşmağıma səbəb olur.

Başqa heç eləmir. Dayanmadan oxuyur.

Əlindən başqa gəlmir ki.

Öyrənə-öyrənə gör nəyi öyrənib !

Tənbəldir!

Ən çox eşitdiyim isə:

    eləmək yerinə oxuyur.

eləmək yerinə?

Edilməli o qədər daha faydalı var ki. Elə deyil?

İndinin özündə səhərlər tək qalandan, qonşular işə gedəndən sonra mətbəx masasının arxasında oturub saatlarla qəzet oxuyanda özümü bir az günahkar hiss edirəm. Ev işləri, axşamdan qalan qabları yumaq, gedib bazarlıq eləmək, paltarları yuyub ütüləmək, mürəbbə ya tort bişirmək yerinə oxuyuram...

ən çox, ən çox da! Yazmaq yerinə...

 

Sözdən yazıya

 

Uşaqlıqdan bu yana nağıl danışmaqdan xoşum gəlir. Öz uydurduğum nağılları.

Nənəm hərdən anama kömək etmək üçün şəhərdən yanımıza gəlir. Axşamlar bizi yerimizə nənəm salır, sonra da yüz dəfələrlə eşitdiyimiz nağıllarla yatızdırmağa çalışır.

Yerimdən durub nənəmə:

Nağılı mən danışaram, – deyirəm. – Sən yox.

Məni dizlərinin üstündə otuzdurub yellədir.

Yaxşı, deyirəm ki? Danış.

Bir cümlə deyib danışmağa başlayıram, hər hansı bir cümlə. Dalı özü gəlir. Qəhrəmanlar peyda olur, ölür, ya da yox olurlar. Yaxşılar pislər, kasıblar varlılar, qalib gələnlər uduzanlar var. Nənəmin qucağında oturubsonra da... sonra da...” deyə-deyə danışdığım nəhayətsiz nağıllar.

Nənəm məni dövrəsi barmaqlıqlı çarpayıma uzadır, qaz lampasının işığını qısıb mətbəxə gedir.

Qardaşlarım yatır, mən yatıram nağıl yuxumda davam edir, gözəl qorxulu.

Balaca qardaşım Tilaya nağıl danışmaqdan çox xoşum gəlir. Anamızın dəyərlisidir o. Məndən üç yaş balaca olduğu üçün desəm, inanır. Məsələn, onu həyətin bir küncünə çəkib soruşuram:

Sənə bir sirr açım?

sirr?

Doğulmağın barədə.

Doğulmağım barədə sirr yoxdur ki.

– Var. And içsən ki, heç kimə deməyəcəksən, sənə açaram o sirri.

– And içirəm.

Onda deyirəm: sən götürülmə uşaqsan. Bizim ailədən deyilsən. Səni bir zəmidə atılmış, lümlüt halda tapıblar.

Tila:

Yalan deyirsən, – deyir.

Anamla atam sənə bunu gələcəkdə, sən böyüyəndən sonra deyəcək. Bir görəydin sənə necə yazığımız gəlirdi, lüt idin, elə balaca görünürdün ki!

Tila ağlamağa başlayır. Onu qucağıma götürürəm.

Ağlama. Səni doğma qardaşım kimi sevirəm.

– Yano qədər?

, o qədər. Hər necə olmasa da, Yano mənim doğma qardaşımdır.

Tila fikrə gedir.

Əgər sən deyən kimdirsə, onda üçün soyadımız eynidir? üçün anam məni sizdən daha çox sevir? Yanoyla səni həmişə cəzalandırır. Amma məni yox.

Ona izah edirəm:

Soyadımız eynidir, çünki səni rəsmi surətdə övladlığa götürüblər. Anam sənə bizdən yaxşı münasibət göstərir, çünki səni doğma uşaqlarından ayırmadığını göstərmək istəyir.

Mən onun doğma uşağıyam!

Tila səsi gəldiyi qədər qışqırıb evə qaçır.

– Ana! Ana!

Dalınca qaçıram.

– And içmişdin axı, heç kimə heç deməyəcəksən. Zarafat edirdim.

Gecdir artıq. Tila mətbəxə girib anamın qucağına tullanır.

Düzünü de, mən sənin oğlunam, elədir? Həqiqi oğlun. Sən mənim doğma anamsan.

Əlbəttə, bu kobud zarafatıma görə cəzalandırılıram. Otağın bir küncündə qarğıdalı sapının üstünə diz çökürəm. Bir az keçəndən sonra Yano əlində qarğıdalı sapı ilə gəlib yanımda diz çökür.

Soruşuram:

Sən üçün cəza aldın?

Bilmirəm. Tilanın başını sığallayıbsəni sevirəm, balaca tuladedim. Başqa heç .

Gülürük. Cəza almaq üçün qəsdən elədiyini bilirəm, öz aləmində mənə dəstək olur, həm ki, mənsiz qalanda darıxır.

Gələcəkdə Tila ilə daha pis zarafatlar edəcəyəm.

Yanoyla da belə zarafatlar etməyə çalışıram, amma mənə inanmır, çünki məndən bir yaş böyükdür.

Yazmaq istəyi sonralar gələcəkməni uşaqlığıma bağlayan gümüş iplər qopanda, pis günlər başlayanda həttaonları sevmirəmdediyim illər gələndə.

Anamdan, atamdan, qardaşlarımdan ayrılıb yad bir şəhərin internat məktəbində qalmağa başlayanda ayrılığın əzabına dözmək üçün bircə çarə gələcək ağlıma: Yazmaq!

 

Davamı olacaq

 

Aqota KRİŞTOF

 

Tərcümə etdi: Həmid Piriyev

 

Ədəbiyyat qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.24.