Könül şeirləri  

 

Bu günlərdə "Elm təhsil" nəşriyyatı istedadlı şair İlham İnamın "Şeir könül işidir" adlı sayca 9-cu şeirlər kitabını çapdan buraxmışdır. Bu, həm şairin 50 illik yubileyinə bir ərməğandır. Kitaba müəllifin yeni şeirləri daxil edilmişdir. Bu poetik nümunələri oxuduqca bir daha görürük ki, şeir hər bir şairin könlündən süzülüb gələn məhrəm səmimi duyguların məhsuludur. Başqa qələm adamları kimi məlum ifadə ilə desək, İ.İnam da könülsüz şeir yazmır. O, yalnız öz könlünün səsi diktəsi ilə yazıb-yaradır. Elə buna görə hər bir şeirində şairin könül çırpıntı döyüntüləri aydın hiss olunur.

İ.İnam şeirdən-şeirə öz yaradıcılıq ustalığını artıran, poetik üslub deyim tərzini təkmilləşdirən, məzmun forma axtarışlarını uğurla davam etdirən şairlərimizdəndir. Ənənəvi mövzulardan yazanda da o, daim yeniliyə can atır, fikir düşüncələrini özünəməxsus, orijinal poetik biçimdə ifadə edir. Buna görə müəllifin şeirləri bədii cəhətdən müsbət təsir bağışlayır oxucular tərəfindən rəğbətlə qarşılanır.

İ.İnamın qəlbi həmişə Vətən, doğma el-oba sevgisi ilə döyünür. Vətən şairin ən böyük qürur ilham mənbəyi, yaradıcılıq istedadına təkan verən, həyatını gözəlləşdirən ilahi bir nurdur. Elə bu səbəbdəndir ki,  torpaqlarımız işğal olunanda şair qələmi süngüyə çevirdi, düşmənə nifrətini, kin qəzəbini ifadə edən çoxlu sayda şeirlər yazdı.

Onu da qeyd edək ki, şairin Vətən sevgisi türkçülük, turançılıq məfkurəsi ilə birləşəndə daha mənalı möhtəşəm olur. "Ey mənim ulu türküm" adlı şeirində oxuyuruq:

 

Göyçə, Dərbənd, Borçalı, Sivas, Urmu sənindi,

Bu torpaq, bu dağ, meşə, bu dəniz, su sənindi.

Min-min istək sənindi, milyon arzu sənindi,

Sənindir Mərənd, Təbriz, sənindir Bolu, türküm,

Ey mənim ulu türküm!

 

"Ey mənim ulu türküm"

 

Bu cür misraların sayını artırmaq da olar. İstər klassik ədəbiyyatımızda, istərsə aşıq şeirində müşahidə edilən dünyadan narazılıq motivləri bugünkü poeziyamızda yeni bir əhval-ruhiyyə ilə davam etməkdədir. Çağdaş şeirimizdə dünyadan narazılıq iki səbəbdən qaynaqlanır. Bu səbəblərdən biri cəmiyyətdə nəzərəçarpan ictimai eyib nöqsanlarla, ikinci səbəb isə hər bir müəllifin şəxsi həyatında baş verən xoşagəlməz hadisələrlə bağlıdır. İlham İnamın şeirlərində qeyd etdiyimiz səbəblərin hər ikisi, yəni həm ictimai, həm fərdi narazılıq ovqatı qabarıq şəkildə özünü göstərir.

Heç kimə sirr deyil ki, yaşadığımız dünya təzadlarla doludur.Yaxşı ilə yaman, ağla qara, gecə ilə gündüz, xeyirlə şər qoşa yaşayır. Bu təzadlar şair təxəyyülündə yeni mənalar kəsb edir, onu çeşidli düşüncələr burulğanına atır. Bir qələm adamı kimi nədir İ.İnamı narahat edən? Haqq ədalətin bəzən öz yerini ala bilməməsi, rüşvətxorluq, özbaşınalıq, tamahkarlıq, talançılıq, insanların taleyinə biganəlik s. bu kimi xoşagəlməz hallarla üzləşən şair mənən sarsılır, öz etiraz giley-güzarını qorxub-çəkinmədən, sərt bir şəkildə dilə gətirir:

 

Doğrun örkən kimi yalandan keçir,

Mələyin işi şeytandan keçir.

Dağıt varlığımı, talandan keçir,

Fikrində tutubsan yağmalıq, dünya.

 

"Dünya"

 

Əlbəttə, burada şairlə həmfikir olmamaq mümkün deyil. Əslində ədəbiyyatın da başlıca vəzifəsi həyatda cəmiyyətdə  müşahidə olunan eyib nöqsanlara öz etirazını bildirməkdən ibarətdir. İ.İnam da bu ənənəvi missiyanın daşıyıcılarından biri olaraq, belə məqamlarda qətiyyətli mövqe tutmağı, bədii sözdən islahedici silah kimi istifadə etməyi bacarır.

İ.İnam dünyanın ağrılı problemlərini, məhrumiyyət mənəvi əzablarını öz şəxsi taleyində yaşayır  elə buna görə onun şeirlərində dünyanın bədii obrazı daha çox tünd boyalarla rəsm olunur. Şəxsi müstəvidə şairin dünyadan inciklik narazılığı daha çox ata-ana itkisi ilə əlaqədardır. Şair öz valideynlərinin itkisi ilə barışa bilmir məruz qaldığı bu acılara görə dünyanı tənbeh edir. Bu mövzuda yazdığı şeirlərdə diqqəti çəkən ən ümdə məziyyət müəllifin öz ata-anasına olan sonsuz sevgisidir. Şair doğmalarının yoxluğuna üzülür  bir övlad kimi keçirdiyi ruhi sarsıntıları ürək ağrısı təsirli bir dillə qələmə alır, bizi öz kədərinə şərik edir:

 

Verdim tabutuna çiyinlərimi,

Ağladım, içimdən göynədim, dünya.

Aldın əllərimdən əzizlərimi,

Atamı, anamı neylədin, dünya?!

 

"Dünya"

 

İ.İnam ata-anasının itkisi ilə bağlı silsilə şeirlər yazmışdır ki, bu şeirlərin hər biri qəmli notlara kökləndiyindən oxucuların qəlbində kövrək duyğular oyadır. Eyni mövzuda yazılmasına baxmayaraq həmin poetik nümunələr bədii emosional təsir gücü ilə bir-birindən fərqlənir, maraqla oxunur  yadda qalır. Bu dünyanın müxtəlif xarakterlərə malik olan, fərqli həyat tərzi davranışları ilə seçilən insanları da şairin diqqətini cəlb edir  o, bu insanlarla bağlı müşahidələrini real bədii boyalarla  ifadə edir.

Müəllifin insan dünya münasibətlərinə dair son qənaəti maraqlıdır:

 

Bir qarpız yol gedir bəlkə yüz əldə,

Haqqa rişxənd edir fitnə , fel .

Bəlkə bu dünyanı gəlib düzəldə

Uçan boşqablarda fəza adamlar. 

 

"Adamlar"

 

Əslində isə bu bir zarafatdır. Müəllif dünyanın insan cəmiyyətinin gələcəyi barədə nikbin təsəvvürdədir. O, yer üzündə gec-tez əbədi səadətin bərqərar olacağına ürəkdən inanır belə bir inamla yaşadığını şeirlərində yeri gəldikcə hiss etdirir.

İ.İnam həm məhəbbət mövzusunda yazılmış çoxlu sayda şeirlərin müəllifidir. Bu kitabda həmin qələm məhsullarından bir neçəsi yer almışdır. Sevən bir qəlbin hiss həyəcanları müəllifin qələmində dolğun inandırıcı şəkildə öz bədii əksini tapmışdır. İ.İnam məhəbbəti mənəvi paklıq ucalığın ali göstəricisi kimi mənalandırır. Şairə görə, sevmək insanı saflaşdırır, gözəlləşdirir, həyata daha möhkəm tellərlə bağlayır. Əlbəttə, məhəbbətin tərənnümündə yeni poetik təsvir ifadə vasitələri axtarıb tapmaq çətindir. İ.İnam bu çətinliyin öhdəsindən məharətlə gəlmiş, öz fikir düşüncələrini bədii cəhətdən yeni, orijinal  bir tərzdə ifadə etməyi bacarmışdır. Bir nümunə:

 

Bax, gör ürəyinə, orda varammı,

Sevməklə sevilmək bizə harammı?

Səni sevdiyimçün günahkarammı?

Məndən sevgi istə, qəlbimi verim.

 

Xumar gözlərində bir eşq gizlənib,

Elə bil bu sevgi çox əzizlənib.

Duyğu saflaşıbdı, ruh təmizlənib,

Məndən sevgi istə, qəlbimi verim.     

 

"Məndən sevgi istə..."

 

İ.İnamın şeirlərinin mövzu dairəsi geniş rəngarəngdir. O, nədən yazır-yazsın, bədii söz sənətinin tələb prinsiplərinə yüksək səviyyədə əməl edir, yaradıcılıq axtarışlarını uğurla davam etdirir.

Mən əziz qələm dostumu həm 50 illik yubileyi, həm yeni kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir ona yeni yaradıcılıq uğurları arzulayıram.

 

Sahib İBRAHİMLİ

 

Ədəbiyyat qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.21.