Mənim pəncərəmdə oynayan
Günəş
Mənim
pəncərəmdə oynayan
Günəş
Gah qaçıb gizlənir,
gah üzə çıxır.
Bir ayağı dağda, biri aranda,
Bir ayağı gedib dənizə çıxır.
Mənim
pəncərəmdə oynayan
Günəş
Kəpənəyə dönür, böcəyə dönür.
Çiçəyə çevrilir, böcəyə dönür,
Cığıra çevrilir, küçəyə
dönür.
Masanın üstündə dolçaya
dolur,
Güldanda ətirli qonçaya
dolur,
Fincanda buğlanan çayıma dolur
Mənim
pəncərəmdə oynayan
Günəş...
Gəzir
künc-bucağı, hər
yan sevinir..,
Ayağım altında soyuq döşəmə,
Başımın üstündə tavan
sevinir.
Üç yaşlı qızcığaz
qaçır dalınca,
Bir oyun başlayır, aləm sevinir...
Günəşin nurunda dəstəmaz
alır,
Pəncərəm çevrilir üzü
qibləyə.
Zamanın axdığı məsum
yerdəyəm,
Üzüm qibləyədi, sözüm
qibləyə.
Ölüm deyil quşcuğazın
gedişi
Uçub
gedər gözlərimdən
quş kimi,
Ölüm deyil quşcuğazın
gedişi.
Bir ömürlük yuva idim, indisə
Bir yuvalıq uçuş yolu çəkirəm.
Bir dualıq əl açıram Tanrıma,
Bir dualıq ah qoyuram üstünə.
Ağır gəlsin, ağır
başa gəlməsin,
Bir atımlıq daş qoyuram üstünə.
Yolub gedir lələyini quşcuğaz,
Görüb gedir bələyini
quşcuğaz.
Açıb gedir örpəyini
quşcuğaz,
Mən də burda baş
qoyuram üstünə.
Kimdi orda, əl eyləyir
aşağı,
Kimdi baxıb yol eyləyir aşağı?
Aman gündü, incitməyin uşağı,
Aman gündü, darıxmasın
quşcuğaz.
Üzər məni quşcuğazın
gedişi,
Sezər
bunu gözlərimdən
dostlarım.
Duyar məni, sevər məni dostlarım...
Təsəllitək oxuyaram özümçün
Ölüm deyil quşcuğazın
gedişi...
Əllərimə lələk düşdü buluddan
Elə hər şey bir kəlmədən başladı.
Elə qəfil, elə birdən başladı.
Mən gördüm ki, daşqın
gəlir üstümə,
Sel özü də çaşqın gəlir
üstümə...
Əvvəl bir az mən özümü itirdim,
Kimsə
dedi: qaç, - tez ayaq götürdüm.
Su üzündə köpük,
kötük.., nə
ki, var
Kömək umdum, əl uzatdım.., itirdim.
Sonra kimsə yetib çatdı arxadan,
Kürəyimdən çəkib tutdu arxadan.
İlan
kimi su qıvrıldı
yol boyu,
Biz ikimiz su üstündə
qol-boyun...
Yanımda bir quş yuvası axırdı,
İki məlul göz üzümə baxırdı.
İnanmazdım quş beləcə
ağlayar,
Quş naləsi insan bağrın dağlayar...
Kimsə
dönüb mənə
baxdı buluddan,
Dönüb birdən qanad oldu qollarım.
Dönüb birdən quşa
döndü əllərim,
Əllərimə lələk düşdü
buluddan...
Sonra..,
Sonra elə o sel məni apardı,
Bircə
anlıq macal məni apardı.
Bir əl tutub çəkdi
məni özünə,
Çox
yol vardı məndən, səndən
onacan,
Bir yol vardı.., o yol məni apardı...
Şəhər də qəribdi, mən də qəribəm
Şəhər də qəribdi,
mən də qəribəm..,
Elə dalanından tininə qədər,
Quru torpağından suyuna qədər,
Neçə mərtəbəli öyünə
qədər...
Gedirəm, küçəsi mənə
dar gəlir,
Adamlar birtəhər baxır üzümə.
Köhnə yurd yerində təzə cah-cəlal
Gendən
qəribliyi soxur gözümə.
Dost-doğma şəhərdə
gəzə bilmirəm,
Tapa da bilmirəm köhnə ünvanı.
Bax, elə bu yerdə
su köşkü vardı,
Bu yanda dondurma, kokteyl dükanı...
Qarşıma nə bir dost, nə tanış çıxır,
Bu boyda şəhərdə
tənhayam, təkəm.
Özüm zindanbazam, özüm
zindanam,
Şəhər boğazımda ilişən
rikə...
Gözəl, yaraşıqlı, mehriban şəhər,
Gecəsi,
gündüzü çıraqban
şəhər,
Səni
dəyişdirib zəhmətkeş
əllər,
Hüsnünə yaraşır bu
gözəlliklər...
Amma ki, qəribsən, qəribəm
mən də
O, tozlu-torpaqlı kəndimə
qədər.
Geydiyim çəkmənin, örtdüyüm
şalın,
Saçımın təbii rənginə
qədər...
Sən də nabatından qəndinə qədər..,
Köhnə feilindən fəndinə
qədər
istəsən çək, apar fikirlərimi,
Aldat,
lap sonuncu zəndimə
qədər...
Şahnaz ŞAHİN
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.19.