Qobustanda bir günüm
Əcdadımın ruhlarının qonağı
Oldum, orda - Qobustanda bircə gün.
Yorulmurdum
seyr etməkdən
sol, sağı,
Tamam başqa əhvaldaydım,
büsbütün.
Möhtəşəmdi qayaların düzümü,
Durmuşdular əsgər təki
farağat.
Bacarmırdım ayırmağa gözümü,
Düşünürdüm, dil açarlar bu saat.
Hər birində bir işarə, bir yazı,
Min il əvvəl olunmuşlar bura həkk.
Qəlbimdəydi, duyam, qanam ən azı
Bircəsini heç olmazsa,
bu istək.
Dolandığım cığırları
yenə də,
Dönə-dönə, təkrar-təkrar
keçirdim.
Şahid
göylər bəlkə,
bəlkə dinə də,
Sirrin aça bir işarə seçirdim.
Gümanlıydım, nəsə deyər Qavaldaş,
Döyəclədim, osa verdi səs-səda.
Dərkimdəki tək fikirdən,
çaşdım-çaş,
Özümüzdə bəlkə səsik dünyada.
Xəyallarla döndüm orda
geriyə,
Daşlardakı şəkillərdi, bir də mən.
Ayılmadım da yolboyu qeyriyə,
Bircə
anlıq da yönələ
baxış, zənn.
Elə sən də
Arayırsan, doğru insan tapasan,
Uyğun
gələ dərkindəki
doğruna.
Çətin işdir, deyil bax, bu heç
asan,
Təsadüfən bəlkə çıxa
uğruna.
Zahirində görmək ölçü-biçini,
Mümkünsə də batinini necə bəs,
Duyasan
ki, dəyərlisi, heçini,
Bilmək
üçün odur,
deyil həmən kəs?
Yetər
olmur bir ömür də çox zaman
Öyrənməyə, tanımağa birini.
Min bir yana gedir
onda zənn, güman
Kəşf etdikcə xislətindən
sirrini.
Doğru-oğru, yaxşı-yaman, əyri-düz,
Bilən
yox ki, hansı çoxdur, hansı az.
Eyni deyil ildə gecə, həm gündüz,
İkicə gündə gəlmirlərmi
de, taraz?!
Bax, eləcə o saydadır
"doğru" da,
İnanmıram aramaqla tapasan,
Görsən onu ilahidən doğruda,
Elə sən də osan, həmən o insan.
Dostlarım
Sevincimdə, qəmimdə tez
yetişir hər biri,
Gecikənin azacıq aşkar
görünür yeri,
Hərəsinin gözümdə çox,
çoxdan da
dəyəri.
Arxamdırlar, dayağım, sonsuz
dövlətim, varım,
Etibarlı, qayğıkeş, vəfalıdır
dostlarım.
Oxuyurlar
elə bil, ürəyimdən keçəni,
Ayrılığım onlardan, bu mümkünmü
heç, yəni?!
Var neçəsi, özünə
məni qardaş seçəni.
Arxamdırlar dayağım, sonsuz
dövlətim, varım,
Etibarlı, qayğıkeş, vəfalıdır
dostlarım.
Düzüb-qöşar istəsəm diləyimi, həmin an,
Əsirgəməz, yolumda şəkk-şübhəsiz
verər can,
Hər birinə özüm də qurbanam, qurban, qurban.
Arxamdırlar, dayağım, sonsuz
dövlətim, varım,
Etibarlı, qayğıkeş, vəfalıdır
dostlarım.
Beləsi varımdır
Kimsən,
haralısan, nəçisən
də sən?!
Bilmirəm, qəlbimdə özəl
yerin var.
Dinsən,
ağız açıb
kəlmə söz desən,
Dönər qanunuma, bil, açıq, aşkar.
Həzz,
ləzzət duyuram bil, varlığından,
Tez-tez salamlaşıb görüşməsək də.
Sənlə məsləhətim olur
hər zaman,
Xəyalda, düşəndə çətinə, bərkdə.
Tək mən deyiləm ki heyran ağlına,
Dərkindən aqillik, müdrikliyinə.
Uyuram uşaq tək sanki nağlına,
Heyrətlə düşüncəm: "Allah deyir nə?!"
Ruhumuz birgədir, əkizlər kimi,
Ağrımız, acımız, sevincimiz
də.
Bizdə
doğmalığın Tanrıdan
himi
Qoyulub şərikik həm dərdimizdə.
Çıxdın uğuruma, olsa
da gec çox,
Şükür, bax buna da şükür,
şükür, min.
Şagirdin olmaqla uduzmaram, yox,
Danış, bildiyini et mənə
təlqin.
Bacarmıram
Düşünmə ki, sənintək
böhtançıyam, deyən
şər,
Kəf gəlməyi kiməsə
sanan böyük bir hünər,
Yoxdur sözüm, əməlim,
xəcalətdən tökəm
tər.
Hədyanım yağışdır, boş danışma, havayı,
Bacarmıram başqa iş,
yaxşılıqdan savayı.
Əndişədə qalmısan ki, ipini buraram,
Uğuruna yolunda tor, ya tələ quraram,
İmkanını edəm puç,
bəlkə xəlvət "vuraram".
Yox, deyiləm, a bədbəxt
bil, "curl"arının tayı,
Bacarmıram başqa iş,
yaxşılıqdan savayı.
Alıb
başdan ağlını, qul olmağın nəfsinə,
Baş kəsərsən qazanca, düşünmədən tərsinə,
Et diqqət el-obanın barəndəki bəhsinə,
Eşidərsən dilimdən təkcə
kəlmə "ay-hayı",
Bacarmıram başqa iş,
yaxşılıqdan savayı.
Şübhəlisən
hər kəsdən, çəkinirsən hər zaman,
Adi sözdən ağlını
hey çaşdırır zənn, güman,
Bezdirirsən saysızı eyləməkdən
and, aman.
Qatırsan bir-birinə köhnə,
təzə olayı,
Bacarmıram başqa iş,
yaxşılıqdan savayı.
Heç-puçluğun
bəllidir yaxınına, yada da,
Qalmaqal
var, boğuşma, ötüb-keçən
orada,
Nifrət
edir ətrafın soy-kökündən hər ada.
Olsan da hər cəzaya layiq
aşkar, dolayı,
Bacarmıram başqa iş,
yaxşılıqdan savayı.
Əmin,
arxayın yaşa, yox, çəkinmə məndən
heç,
Yaşamına bundan da lap beşbetər yolu
seç,
Dəyişməzsən, bilirəm, min yol desəm, ay bivec,
Baş qoşum, sən təklərin olum bənzəri, tayı?
Bacarmıram başqa iş,
yaxşılıqdan savayı.
Nəcməddin MÜRVƏTOV
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.17.