Tariximizin mühüm məqamları

bir əlyazma abidəsində

 

Əlyazma irsini araşdıran alim tədqiqatçıların ümdə vəzifəsi ədəbi şəxsiyyətlərin bütün yaradıcılığını üzə çıxarmaq, onların işini tam şəkildə xalqa çatdırmaqdır. Əsərlərinin bir hissəsi hələ tədqiq nəşr olunmayan XX əsr Azərbaycan ədəbiyyatının müqtədir nümayəndəsi - şair, pedaqoq, tarixçi Mirzə Xosrov Şaiq Axundzadə belə ziyalılardandır. Bu dövrün şairinin, ziyalısının böyüklüyü onun təkcə şeir yazması ilə ölçülmür, həm yeni ədəbiyyatın inkişafında, tamamilə yeni pedaqoji tərzin yaranmasında, ümumiyyətlə, ictimai fikrin təşəkkülündə oynadığı rolla ölçülməlidir. Bu baxış bucağından  çıxış edərək deyə bilərik ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun "Türkdilli əlyazmaların tədqiqi şöbəsi"nin əməkdaşları Gülər Əsədullayeva   Aysel Acalovanın üzə çıxarıb transfoneliterasiya, Ön söz lüğətlə birlikdə nəşrini həyata keçirdikləri Mirzə Xosrov Axundzadənin (Şaiq) "XIX əsrdə Şuşada yaşayıb-yaratmış şair yazıçıların yaşadıqları tarixi yerlər" adlı əlyazmasını vərəqlədikcə görürük ki, tarixi, ədəbi, coğrafi faktları özündə ehtiva edən, "Zümrüd taclı" Şuşamızın tarixi abidələrini tanınmış şəxsiyyətlərini yaşadan ensiklopedik bir əsərdir. S-944/9897 şifri altında qorunan əlyazması haqqında vaxtilə İnstitutun tədqiqatçı alimləri - Mehri Məmmədova, Azadə Musabəyli Tahirə Nurəliyeva tərəfindən müxtəlif aspektlərdə məlumat xarakterli yazılar yazılmış, əlyazmasının adı "Türkdilli əlyazmaların toplu kataloqu"na salınmışdır. Əlyazmanın müəllifi Mirzə Xosrov Şaiq Axundzadənin adına Qarabağ ziyalısı kimi, "Qulam Məmmədli Təzkirəsi"ndə rast gəlirik.

Əlyazmada müəllif Şuşanın 1757-ci ildə Pənah xan tərəfindən bina olmasından başlayaraq, şəhərin quruluşunu, ikiqapılı İrəvan Gəncə qapısından ibarət olduğunu qeyd edir, Natəvanın bağına çəkilmiş hasarın yaxınlığında olan Gəncə qapısının sökülmüş vəziyyətinin təfərrüatı ilə təsvirini vermişdir.

Qeydlərə əsasən, Molla Pənah Vaqif İbrahim xanın xanlıq dövründə Şuşaya gəlir Saatlı məhəlləsində yaşayır. "Köhnə məscid" adı ilə tanınan məsciddə müəllimlik edir İbrahim xan tərəfindən saraya aparılması tarixi faktlar olaraq maraq doğurur. Mirzə Xosrov Xurşidbanu Natəvanın evini, binanın sahəsini, otaqların sayını, bağçasını həmin bağçada "Məclisi-üns"ün üzvlərinin görüşlərini dəqiqliklə izah etmişdir. Əsərdə İbrahim xanın sıldırım qaya içində bina tikdiyi haqda da geniş məlumatla tanış oluruq. Mirzə Xosrovun verdiyi məlumata əsasən, Məhəmməd şah Qacar bu yerdə qətl olunduğu sovet dövründə bu yer Stalinin adı ilə tanındığı da qeyd edilmişdir.

İbrahim xanın qardaşı oğlu Məhəmməd bəyin evinin təsviri onun haqqında tarixi faktların verilməsi diqqətçəkicidir. Müəllif Məhəmməd bəyin evini təsvir edərək yazır ki, "bu binadan ancaq bir otaq, bir dalanlı darvaza qalsa da, darvazanın üstündəki daşın üzərində ev sahibinin adının binanın tikiliş tarixi həkk olunmuşdur". Müəlifin qeydi gələcək nəsillərə çatdırmaq üçün mühüm tarixi fakt kimi çox dəyərlidir. Gövhər ağa məscidi, Qarabağ xanlarından Nəcəfqulu xanın nəvəsi, Hidayət ağanın oğlu Nəcəfqulu ağanın yaşadığı binanın yerləşdiyi ərazi binanın tikilmə tarixi əlyazmada çox dəqiqliklə öz əksini tapmışdır.

Şuşanın Hacı Yusif məhəlləsində yerləşən ikimərtəbəli binanın XIX əsr Azərbaycan poeziyasında tənqidi realizmin nümayəndəsi, satirik şeirin təkrarolunmaz təmsilçisi, yaradıcılığında şifahi xalq ədəbiyyatına əsas qaynağı ilə bağlı olan, zəmanəsinin etibarlı övladı, ehtiraslı vətəndaşı Qasım bəy Zakirə aid olduğunu qeyd edən müəllif binanın vəziyyəti tarixi haqqında ətraflı məlumat vermişdir. Məlumatla tanış olduqca XIX əsr ədəbiyyatımızın görkəmli tədqiqatçısı, professor Kamran Məmmədovun Qasım bəy Zakirin həyat yaradıcılığına həsr etdiyi "Qasım bəy Zakir" adlı dəyərli monoqrafiyada Q.Zakirin doğulduğu, boya-başa çatdığı Şuşa şəhərinin onun dünyaya göz açdığı evinin təsviri göz önünə gəlir.

Şuşalı professor K.Məmmədov sözsüz ki, Şuşanın gözəlliklərinə bələd idi şəhərin real gözəlliklərini belə təsvir etməli idi. Lakin özünün dediyi kimi, o, Şuşanın mütəfəkkirlərindən monoqrafiya yazdığı zaman Əlyazmalar İnstitutunun arxivində işləmiş oradan xeyli faydalanmışdır. Faktların üst-üstə düşməsi onu göstərir ki, K.Məmmədov Mirzə Xosrovun bəhsikeçən əlyazmasından  lazımı qədər istifadə etmiş bəhrələnmişdir.

Mirzə Xosrovun Şuşanın tarixi əsəri bununla bitmir. Əsərdə şuşalı mütəfəkkirlərin, Süleyman Saninin yaşadığı Culfalar məhəlləsi evi, Əbdürrəhim bəy Haqverdiyevin yaşadığı Mamoy məhəlləsi bu məhəllədə yerləşən dörd binanın təsviri əmisi Mamoy bəyin övladları ilə yaşaması kimi dəyərli məlumatlar qeydə alınmışdır. Məlum olduğu kimi, Ə.Haqverdiyev valideynlərini tez itirmiş o, əmisi ilə yaşamaq məcburiyyətində qalmışdır. Sonralar Ə.Haqverdiyev xatirələrində bu barədə ürək ağrısı ilə yazırdı. Mirzə Xosrov, Ə.Haqverdiyevin yaradıcılıq fəaliyyətini əsərində əks etdirmiş, "Bəxtsiz cavan", "Şah Qacar", "Ovçu Qasım", "Mirzə Səfər" kimi məşhur əsərlərini məhz gözəl Şuşada - onun səfalı, pak havasından qidalanaraq yazdığını qeyd edir.

Mirzə Xosrov əsərində Mirzə Cəlilə xüsusi rəğbətlə yer ayırmışdır. Müəllif Mirzə Cəlilin Naxçıvandan Şuşaya köç edib orada öz ailəsilə xoşbəxt yaşadığı məhəlləsindən, evinin tarixçəsindən söhbət açmış bu illər ərzində istər Mirzə Cəlilin, istərsə Həmidə xanımın məhsuldar fəaliyyətlərini qələmə almışdır. Bundan başqa, əlyazmada Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Mirzə Rəhim Fəna, Məşədi Eyyub Baki, Üzeyir bəy qardaşı Ceyhun bəy Hacıbəyovların məhəllələri, yaşadıqları binalar göstərdiyi yaradıcı fəaliyyətləri öz əksini tapmışdır. Hacıbəyov qardaşlarının yaşadığı yer haqqında məlumatda Nikolayski məktəbinin yanında, Çöl-qala məhəlləsində yerləşdiyini qeyd edir, Üzeyir Hacıbəyovu "Dəyərli musiqi həkimi" adlandırır.

Zəngin tarixi faktlar verən əlyazma abidəsində  müəllif ömrünü Şuşa şəhərində keçirən, zamanının gözüaçıq ziyalısı, ədəbi məclislərin üzvü, "Məclisi-Fəramuşan"ın yaradıcısı aparıcısı, "Təzkireyi-Nəvvab" təzkirəsinin müəllifi, mesenat-şair, rəssam nəhayət, Natəvanın sadiq dostu Mir Möhsün Nəvvabın Mamayi məhəlləsində, ikimərtəbəli binada yaşamasını yazır evi belə təsvir edir: "Bina ikimərtəbəlidir. Evin ikinci mərtəbəsində yerləşən iki kiçik otaq bir iri salon vardır. Alt qat isə anbardan ibarətdir. Otaqların divarları Nəvvabın fırçası ilə bəzədilmişdir".

Bu əsərdə Qarabağımızın gülşən guşəsi, mədəniyyət mərkəzi olan Şuşanın tarixi abidələri, hasar binaları, bağ bulaqları o qədər gözəl dəqiqliklə təsvir edilmişdir ki, məlumatları oxuduqca sanki insanın gözü önündə o dövrki Şuşa bir kinolent kimi canlanır.

 

Aybəniz RƏHİMOVA

 

Ədəbiyyat qəzeti.- 2026.- 9 yanvar, ¹1.- S.15.