Nicat MƏDƏTLİ
(Nejat Madatoğlu)
2001-ci
ildə əslən iğdırlı olan ana və atanın
övladı kimi Bakıda anadan olmuşdur. Şair atası
Paşa Mədətovun (Paşa Dalğın) yolu ilə gedərək,
uşaq yaşlarından yazı qabiliyyətini kəşf
etmiş və ilkin yaradıcılıq fəaliyyətinə
pyeslər qələmə almaqla başlamışdır.
Daha sonra Azərbaycan Dillər Universitetində Beynəlxalq
Münasibətlər və Regionşünaslıq (Yaponiya
üzrə) ixtisası üzrə bakalavr təhsilini başa
vurmuşdur. Orta məktəb illərində ssenari və hekayə
yazmağa başlayan müəllif, bu yaradıcılıq
prosesini universitet həyatı boyunca da ardıcıl şəkildə
davam etdirmişdir. Eyni dövrdə tanınmış türk
sənətçisi Tamer Levent tərəfindən
yaradılmış "SANATAEVET" sənət cəmiyyətinin
üzvü olmuş və fəaliyyətlərində
iştirak etmişdir. Azərbaycanda isə bu qrupun Bakı
qolunu "SƏNƏTƏ HƏ" adı ilə
formalaşdırmışdır. İlk əsəri olan
"Ölüm Sanatı" adlı hekayə kitabı
2020-ci ildə Azərbaycanda nəşr olunmuşdur.
Kitabın üz qapaq fotosunu və Ön sözünü rəssam
Akın Ekici hazırlamışdır. 2022-ci ildə isə ikinci
kitabı və eyni zamanda ilk romanı olan "Kader"
çap edilmişdir. Bu dövrdə Azərbaycan Milli Elmlər
Akademiyasının nəzdində fəaliyyət göstərən
Arxeologiya və Etnoqrafiya İnstitutunda "Antropologiya" və
"Arxeologiya" kafedralarında assistent vəzifəsində
çalışmışdır. 2023-cü ildə
İstanbul şəhərinə
köçmüşdür. Hazırda İstanbul
Universitetinin Türkiyə Respublikası Tarixi ixtisası
üzrə magistratura təhsili alır və ata yurdu
Türkiyədə mədəniyyət və diplomatiya sahələrində
fəaliyyətini davam etdirir.
Bu daşlar, bu səkilər
Bu
daşlar, bu səkilər
Bir vaxtlar
sevincimin ortaqları.
Necə də
dost görünürdünüz
Ruhum
hüzura qovuşduğunda.
Sizin
şahidliyinizdə daddım
İlk
sevinci, ilk həyəcanı.
Qoynunuzda
birləşdi dodaqlarım
Sevgilinin
narın yanaqlarıyla.
Ən məsud
gündüzlərimə,
Gecələrimə
yoldaşlıq etdiniz.
Sayənizdə
qovuşdu
Sevgi ilə
sərxoş ruhlarımız.
Keçib
getdi keçmişin xoş anları
Ötən
zamanla birlikdə.
Həsrət
yüklü bir ürək
Qaldı
geridə.
Bir vaxtlar
dost baxışlı
Bu
daşlar, bu səkilər
Düşman
görmüş kimi
Qaçırırlar
gözlərini.
Necə də
yaddılar indi.
Vecsiz
sürətləri ilə yola salırlar
Bir vaxtlar
bağırlarına basdıqları
Eşqə
boğulmuş sadəlövh gənci.
Bu
daşlar, bu səkilər
Çoxdan
unudub xatirələri.
Eşq, məhəbbət
adiləşib,
Bir məna
kəsb etməz artıq.
Yeni sevdalarına
Köhnə
sevgilinin
Şahidlik
edir
Bu
daşlar, bu səkilər.
25 may
2025,
Zekeriyaköy/Ormanada
Ey Adəm
oğlu!
Ey Adəm
oğlu,
Sev ürəyin
qədər,
Ürəyini
geniş tut.
Yerindədirsə
sağlamlığın,
Varsa taqətin
hələ,
Sev, sevgi
qığılcımını
Əsirgəmə
əsla, könlündən.
Sevgisiz mənası
yoxdur
Dünyanın,
anla.
Vara bilməzsən
heç bir şeyin
Gerçək
dadına.
Hədər
edər ömrünü,
Peşmanlıqla
köçərsən
Bu
dünyadan.
Sevgin qədər
xoşbəxt olar,
Hüzur
taparsan.
Yoxdursa
ürəkdə sevgi,
Zindana
dönər həyat.
Yaşamaq
istərsən əgər,
Bilməlisən:
nədir sevgi...
Aşiq
olmadan heç
Məşuq
olunarmı,
Ey Adəm
oğlu!
Saç ətrafa
sevgini,
Yeganə
sevgidir, paylaşıldıqca
Qarşılıq
tapan hər zaman.
İnsan
taleyi
Uşaqlıq
baxar Tanrıya:
"Haradadır
Tanrı?
İstəyirəm
görmək".
Gənclik
üsyan edər Tanrıya:
"Niyə
təsadüf etməz
Xeyir mənə?"
Yetkinlik
dua edər Tanrıya:
"Doğrunu,
xeyiri ayırd edə biləcək
Məntiq
ver mənə."
Qocalıq
pıçıltı ilə soruşar Tanrıdan:
"Nə
vaxt gələcək ölüm mənə,
Yoxdurmu
bir xilas yolu?"
Beşikdən
məzara
Süzülər
ömür.
Bir
düşüncədir
Çarxı
döndərən.
Elə
bir çarx ki, hər parçası
Bir bədəndir,
Zehinləri
gəzdirən.
16
oktyabr 2025,
Zekeriyaköy
Nicat
MƏDƏTLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, №1.- S.10.