Ədəbi körpü memarı Alla Axundova
Əvvəli
51-52-ci sayımızda
Bu tamaşa həmin dövrdə Moskvanın ədəbi-mədəni mühitində
bədii hadisə kimi qarşılanmışdı.
Pyesin və tamaşanın yığcam
təhlilinə diqqət
yetirək. Əsərin
müsbət baş qəhrəmanları milli folklorumuzdan
yaxşı tanınan
Loğman, Nardan, Daşdəmir, Fatma və
başqalarıdır. Xeyir
qüvvələrə qarşı
mübarizə edən
şər qüvvələrin
başında "Melkumiya"
ölkəsinin padşahı
"Gülməli Melkum"un
durması xarici havadarlarına arxalanaraq (arxalı köpək qurd basar), özlərini
qorxunc göstərmək
istəyən, əslində
isə gülməli olan marionet dövlət statusunda Azərbaycana qarşı şovinist düşmənçilik siyasəti
yeridən qonşu ölkəyə sərrast
və birmənalı
işarə kimi qiymətləndirilə bilər.
"Melkum" adı
ayıq oxucu və tamaşaçı
üçün hər
şeyə güzgü
tutur. Ümumiyyətlə,
pyesdə düşmənə
qarşı rəmzi sarkastik üslubdan uğurla istifadə olunmuşdur ki, bunu da dramaturqun ezop dilindən məharətlə
bəhrələndiyinin nəticəsi
saymaq olar. Pyesin ilk şəklindəki
bazar səhnəsində Azərbaycan
və Şərqə
aid elementlərdən geniş
istifadə edilmişdir.
"Bazar, ay bazar", "araba", "şaravar",
"arxalıq", "xanım",
"rahat-lukum", "sandıq"
və başqa sözlər tamaşaya məxsusi milli kolorit verir. Pyesin son səhnəsi də bazarla bağlanır və burada əlavə olaraq, "anbar", "qazan",
"surquç" kimi
Azərbaycan leksemlərindən
istifadə edilmişdir.
Pyesin səhnə uğurunda quruluşçu rəssam,
tanınmış Azərbaycan
rəngkarı, qrafiki,
teatr tərtibçisi,
aktyor, Əməkdar incəsənət xadimi mərhum sənətkarımız
Elçin Məmmədovun
(1946-2001) da böyük zəhməti
vardı. Səhnələrin
irimiqyaslı, həcmli
tərtibatı, dekorasiya
və rekvizitlərin rəngarəng əvəzlənməsi
tamaşaçıda unudulmaz
təəssürat doğururdu.
Gözəl geyimlərin
çoxluğu aktyorlara
tez-tez libaslarını
dəyişib başqa
şəklə düşmək,
tanınmaz qalaraq ayrı-ayrı rollarda çıxış etmək
imkanı verirdi. Həqiqətən də bütün tamaşa sehrli və bayramsayağı tablo kimi seyr edilirdi.
Azərbaycanın Əməkdar
incəsənət xadimi
Cavanşir Quliyevin musiqisi isə sadəcə valehedici idi. Səhnədə oxuyub oynayanda zal musiqinin ahənginə
uyğun əl çalır, hətta bəzi gənc tamaşaçılar aktyorlara
qoşulub rəqs edirdilər. Rusiyanın əməkdar mədəniyyət
işçisi, tanınmış
baletmeyster Marina Suvorova
(1955) tamaşaya qəlbinin
bir parçasını
qoymuş və çox çətin bir işin öhdəsindən
gəlmişdi. Axı
bu, həm baletmeysterin, həm də tamaşada iştirak edən bütün aktyorların Azərbaycan musiqisi, xoreoqrafiyası ilə ilk görüşü idi. M.Suvorovanın əməyi
hədər getməmişdi:
aktyorların rəqsləri
plastik, hərəkətləri
sərbəst idi, ən başlıcası isə elə təəssürat yaranırdı
ki, səhnədə məhz
Azərbaycan personajları
rəqs edir, oynayır, hərəkət
edirlər. Tamaşada
səkkiz aktyor iştirak edirdi. Onların hər biri bir neçə
rol ifa edirdilər:
bazar alverçisi, keşikçilər,
oğlanlar, məhbuslar,
cəllad, carçı,
səfirlər və qonşu ölkənin sakinləri. Bu, hər bir aktyordan maksimum
cəldlik, intizam, anında başqa şəklə düşə
bilmək bacarığı
tələb edirdi. Təcrübəli aktyorlardan
Vladimir Pryançin (1954), Andrey Arzyayev (1962), Yuri Çexov
(1946-2021), Lyudmila Qavrilova (1941) demək olar ki, hər bir tamaşada
parlaq, peşəkar oyun nümayiş etdirirdilər. Onların gənc həmkarları
İrina Rudnitskaya (1965), Dmitri Çepenko (1959), Qalina Qladkova (1954) və Andrey Alekseyevin (1958-2020) tamaşadan
tamaşaya yaradıcılıq
baxımından necə
irəlilədiklərini müşahidə
etmək çox maraqlı idi. Tamaşanın belə layiqli uğur qazanmasının səbəbi
məhz pyesin bütün yaradıcı
kollektiv tərəfindən
Azərbaycan milli koloritinin
və mentalitetinin müvəffəqiyyətli səhnə
təcəssümü olmuşdur.
Alla Axundova üçün Azərbaycan koloriti və milli mentalitetinin özünün nəzm və nəsr, kino və dram əsərlərində
parlaq əks etdirilməsi səciyyəvi
cəhətdir və onun başlıca yaradıcılıq missiyasıdır.
O, daha geniş mənada iki böyük mədəniyyətin
- slavyan və türk mədəniyyətlərinin
təmsilçisidir, slavyan
dünyasının mənəvi
paytaxtı sayılan Moskvada yaşayır və qlobal anlamda bu iki
etnosun qarşılıqlı
anlaşmasına yardım
etmək üçün
məhz xeyirxahlıq toxumu səpən və ümumbəşəri
dəyərləri təqdim
edən bədii, obrazlı sözlə əlindən gələni
əsirgəməmişdir. Alla Axundovanın bütün mənalı həyatı və zəngin yaradıcılığının
dəyərli sənət
örnəkləri bu
müqəddəs amalın
parlaq təsdiqidir.
Tərcüməçilik fəaliyyəti.
Alla Axundova çoxsaylı bədii tərcümələrin də
müəllifidir. Onun
tərcüməçilik fəaliyyəti sayəsində
rusdilli oxucular Azərbaycan xalqının
qiymətli mədəni
irsi - folkloru ilə tanış ola bilmişlər. O, çoxlu
nağıllar, tapmacalar,
sayaçı sözlər,
lətifələr, laylalar,
oxşamalar, xalq nəğmələri, əfsanələr,
qaravəllilər, yanıltmaclar,
bayatılar, aşıq
şeirləri tərcümə
etmişdir: "Oxşamalar.
Azərbaycan xalq poeziyası nümunələri"
(Laskovıe pesenki. İz azerbaydjanskoy narodnoy pogzii. Pereskaz A.N. Axundovoy. Moskva,
"Detskaə literatura",
1971. 20 s.); "Şən bahar.
Azərbaycan folklorundan"
(Vesёlaə vesna. İz azerbaydjanskoqo folğklora. Stixi. Perevod: Alla Axundova.
Moskva, "Detskaə literatura",
1985. 32 s.); "Qızılgül deyəcəm, lalə deyəcəm: Azərbaycan
xalq mahnıları, bayatılar, sayaçı
sözlər, yanıltmaclar
və tapmacalar" (Skaju roza, skaju
mak: Azerbaydjanskie narodnıe pesni, baətı, sçitalki,
skoroqovorki i zaqadki. Perevod A.N.Axundovoy. Baku, "Qəndjlik", 1987. 140 s.); "Azərbaycan xalq nağılları" (Azerbaydjanskie
narodnıe skazki. Perevod Allı Axundovoy. İzdatelğ i avtor poslesloviə
Abuzar Baqirov. Moskva,
"İzoqrafusC", 2004. 206 s.); "Nağıllar. Göydən
üç alma düşdü..." (S neba upalo tri əbloka... Skazki. Perevod: Alla Axundova.
İzdatelğ, sostavitelğ
i avtor predisloviə:
Abuzar Baqirov. Moskva,
"İzoqrafC", 2006. 208 s.); "İnikas: seçilmiş
tərcümələr" (Otrajeniə: izbrannıe perevodı. İz azerbaydjanskoqo folğklora. Stixi. Perevod: Alla Axundova. Moskva,
"AATRONİK", 2009. 204 s.) və s.
Alla Axundovanın tərcüməçilik
yaradıcılığında ən qiymətli işi bütün oğuz türklərinin qəhrəmanlıq eposu
"Kitabi-Dədə Qorqud"un
("Kniqa otüa naşeqo Qorquda". Oquzskiy qeroiçeskiy gpos (perevod s drevnetörkskoqo, vstupitelğnoe
slovo i kommentarii
A.Axundovoy. Redaktor i avtor
predisloviə X.Q.Koroqlı. Xudojnik G.Mamedov). Baku, "Əzıçı", 1989. 216 s.) rus dilinə ilk bədii tərcüməsidir.
Eposun Alla Axundova tərəfindən
ərsəyə gətirilən
bu tərcüməsi,
sözün həqiqi
mənasında, mədəniyyətlərarası
kommunikasiya işinə
tərcüməçinin ən qiymətli töhfəsi olmuşdur.
Bu tərcümə məqalə
müəllifinin redaktəsilə
2009-cu ildə Moskvanın
"Xudojestvennaya literatura"
nəşriyyatında "Azərbaycanın ədəbi
abidələri və
folkloru" seriyasında
"Uduz salxımı"
("Zvezdnaə qrozdğ")
adlı kitabda bütövlükdə təkrar
nəşr edildi.
Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan
xalqının qədim
abidəsinin rus dilinə tam filoloji tərcüməsi 1922-ci ildə
məşhur rus şərqşünası, akademik
Vasili Vladimiroviç Bartold (1869-1930) tərəfindən
gerçəkləşdirilmişdir. Təəssüf ki, o dövrün
siyasi ab-havası üzündən həmin
işi nəşr etmək mümkün olmamış və adıçəkilən tərcümə
yalnız 1950-ci ildə
məşhur Azərbaycan
alimləri akademik Həmid Araslı
(1909-1983) və professor Məhəmmədhüseyn
Təhmasib (1907-1982) tərəfindən
çapa hazırlanmış
və Bakıda nəşr olunmuşdur.
Xalqımızın folklor irsi həddindən artıq rəngarəng və zəngindir. Folklor dünyanın bütün xalqlarının mənəvi birliyinin filoloji sübutudur. Dünya folklor nümunələri aydın göstərir ki, bəşəriyyətin bütün mənəvi dəyərləri - xeyirxahlıq, eşq, məhəbbət, vətən, yurd sevgisi, haqq-ədalət hissi, humanizm... - xalqların dünyagörüşündə eynidir. Hər bir tərcümə ustasının tərcümə üçün material seçimində öz qaydası vardır. Alla Axundovanın özünün də illərlə sınaqdan keçmiş kanonik qaydası mövcuddur: "Əgər mən nağılları və ya başqa folklor nümunələrini Azərbaycan dilindən rus dilinə çevirirəmsə, çalışıram ki, həmişə başqa xalqların folklorunda olmayan ən orijinal mətnləri seçəm". Elə buna görə də onun tərcümələrində "səyyar və ya oxşar süjetli" mətnlərə təsadüf olunmur.
Azərbaycan uşaq poeziyasının rus dilinə tərcüməsi sahəsində
də Alla Axundovanın əvəzsiz
xidmətləri olmuşdur.
O, tanınmış uşaq
şairlərimizdən Abbas
Səhhət (1874-1918), Abdulla
Şaiq (1881-1957), Teymur
Elçin (1924-1992), Hökumə
Billuri (1926-2000), Yusif Həsənbəy (1932), İlyas
Tapdıq (1934-2116) və
Məstan Günərin
(1935- 2010) kitablarını Moskva nəşriyyatlarında,
Mirzə Ələkbər
Sabir (1862-1911), Mirmehdi
Seyidzadə (1907-1976), Mirvarid
Dilbazi (1912-2001), Xanımana
Əlibəyli (1920-2007) və
Tofiq Mütəllibovun
(1929-1992) isə ayrı-ayrı
şeirlərini mərkəzi
qəzet, jurnal və almanaxlarda, ayrı-ayrı toplularda nəşr etdirmişdir. Alla Axundova müxtəlif
dövrlərdə yaşamış,
fərqli ədəbi
məktəblərə məxsus
və çoxyönümlü
yaradıcılıq istiqamətlərinə
malik ədəbi simaların əsərlərini
tərcümə etməkdən
çəkinməmiş və
həmişə uğur
qazanmışdır: Nizami
Gəncəvi (1141-1209), İmadəddin
Nəsimi (1369-1417), Şah
İsmayıl Xətai
(1487-1524), Səməd Vurğun
(1906-1956), Mikayıl Müşfiq
(1908-1939), Rəsul Rza
(1910-1981), Nigar Rəfibəyli
(1913-1981), Nəbi Xəzri
(1924-2007), Bəxtiyar Vahabzadə
(1925-2009), Fikrət Sadıq
(1930-2016), Nəriman Həsənzadə
(1931), Məmməd Araz
(1933-2004), Fikrət Qoca
(1935-2021), İsa İsmayılzadə
(1941-1997), Çingiz Əlioğlu
(1944), Sabir Rüstəmxanlı
(1946), Ramiz Rövşən
(1946), Hamlet İsaxanlı
(1948), Kamal Abdulla
(1950), Rüstəm Behrudi
(1957) və başqaları.
Hamlet İsaxanlının
"Təzadlar" (Qamlet
İsaxanlı. Kontrastı.
Stixi. Perevod: Alla Axundova. Moskva, "İzoqrafC",
2006. 128 s.) və Kamal
Abdullanın "Cənab
yollar" (Kamal Abdulla. Qospodin doroqi. Stixotvoreniə, drama. Predislovie
Lödmilı Lavrovoy.
Perevod: Alla Axundova. Moskva, "RİF-ROY", 2004. 125 s.) topluları da Alla Axundovanın tərcüməçilik
fəaliyyətinin məhsullarıdır.
Tərcüməçi qələmini
ingilis, ərəb, tacik, özbək, türkmən, qazax, başqırd və tatar dillərindən etdiyi bədii çevirmələrdə də
sınamışdır. Şairənin
öz şeirləri isə Azərbaycan, ingilis, fransız, yapon, ərəb, rumın və başqa dillərə tərcümə
edilmişdir.
Ümumiyyətlə, tərcüməçilər
ruhən, yaradıcılıq
düşüncələri, mövzu seçimi baxımından özlərinə
yaxın olan müəllifləri çevirməyə
çalışırlar. Alla
Axundova isə, adətən, tərcümə
üçün əsər
seçmə prosesində
tamamilə fərqli yanaşma nümayiş etdirmişdir: o, "doğma
orijinalda" bəyəndiyi,
istedadla yazılmış
istənilən poeziya
nümunəsini oxuduqda
həmin mətnin
"doğma rus" dilində necə səslənəcəyini "yoxlamaq"
istəmişdir. Onun uzunömürlü yaradıcılıq
qənaətinə görə,
bir xalqın milli sərvəti olan ən parlaq ədəbi əsərlər,
xüsusən də poetik nümunələr, tərcümənin köməyi
ilə digər xalqların da sərvətinə
çevrilməlidir. Alla
Axundovanın məhsuldar
tərcüməçilik fəaliyyətində xalqların
mədəniyyətlərarası qarşılıqlı anlaşma
prosesinə verdiyi qiymətli töhfələrin
meydana gəlməsində
onun başlıca seçim meyarı, yaradıcılıq kredosu
məhz səxavətə,
tolerantlığa köklənib
hər zaman.
Alla Axundovanın tərcümələrinin
əksəriyyəti orijinalda
olduğu kimi, rus dilində də dolğundur. Nadir rast gəlinən belə uğurun sirri, hər şeydən əvvəl,
İlahidən tərcüməçiyə
verilən poetik istedad, poetik qüdrətdir. Daha sonra, orijinalın dilini dərindən bilmək, tərcümə
zamanı geniş linqvistik araşdırmalar
aparmaq zəhmətinə
qatlaşmaqdır. Başlıcası
isə, məhz orijinaldan tərcümə
edə bilmək bacarığıdır. Bunsuz
tərcüməçilik işi heç də həmişə uğurla başa çatmır. Hələ
Sovet dönəmində
ədəbi ictimaiyyət
tərcümə işində
orijinalın dilini bilməyin vacibliyi və ya qeyri-vacibliyi
məsələsini qızğın
müzakirə edirdi. Təəccüblüdür ki, ədəbiyyatşünaslıqda bu məsələyə dair ikili yanaşma
hələ də mövcuddur. Söhbət bəzi ölkələrin
əcnəbi dillərindən,
məsələn, ingilis,
fransız, ispan, italyan, alman, ərəb, fars və digər
dillərdən edilən
tərcümələr barədə
gedəndə orijinalın
dilini bilməyin zəruriliyinə heç
kəs şübhə
etmir. Bəs nə üçün Azərbaycan, gürcü,
tacik, özbək, türkmən, qazax, qırğız və digər bu kimi
dillərdən edilən
tərcümələrdə orijinalın dilini bilməyin zəruriliyi və ya qeyri-vacibliyi
məsələsi mənasını
itirir?!
Ədalət naminə qeyd etmək lazımdır ki,
Sovet dövründə
orijinalın dilini bilən tərcüməçilərin
qıtlığını doldurmaq üçün sətri tərcümənin
köməyi ilə edilən bədii tərcümə xilasedici
həlqə, çarəsiz
vəziyyətdən çıxmağın
yeganə yolu olmuş və çoxlu yüksək səviyyəli tərcümələr
də yaranmışdır.
Lakin tərcümə prosesində
orijinalın dilini kamil bilmək tərcüməçiyə özünü
azad, mükəmməl
yaradıcı şəxsiyyət,
tərcümə olunan
mətnin mənəvi
həmmüəllifi kimi
hiss etmək üçün
hüdudsuz yaradıcılıq
imkanları verir.
Abuzər BAĞIROV
Ədəbiyyat
qəzeti.- 2026.- 9 yanvar, №1.- S.5.