Azərbaycan Yazıçılar Birliyində Dilimizkimliyimiz

mövzusunda ədəbi-ictimai müşavirə keçirilib

 

Yanvarın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açıb. O, Azərbaycan dilinin qorunması saflığı ilə bağlı ölkə Prezidentinin çıxışlarını xatırladaraq, bu mövzunun bu gün həm elmi, həm ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Elçin Hüseynbəyli qeyd edib ki, XIX əsrin sonlarından etibarən Azərbaycan türk dili Qafqazda aparıcı ünsiyyət mədəniyyət dili olub, sonrakı dövrlərdə müəyyən tarixi-siyasi səbəblərdən sıxışdırılıb. Lakin Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan yenidən regionda söz sahibi olan dövlətə çevrilib bu proses Azərbaycan dilinin nüfuzunun artmasına da güclü təkan verib. O inamla bildirib ki, yaxın gələcəkdə Azərbaycan dili regionun aparıcı dillərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

Tədbirdə çıxış edən digər natiqlər dövlət dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi bədii mühitdə dil mədəniyyətinin qorunması məsələləri geniş müzakirə olunub.

Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Kamal Abdulla, Muxtar İmanov, Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Milli Məclisin deputatları Elnarə Akimova, Jalə Əliyeva, Səyyad Aran, professorlar Nadir Məmmədli, Telman Vəlixanlı, Kərim Tahirli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, şair tərcüməçi Səlim Babullaoğlu, Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir çıxış edərək Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin borcu olduğunu qeyd ediblər.

Müşavirə elmi-ədəbi müzakirələr aktual təkliflərlə yadda qalıb.

Müşavirə iştirakçılarının çıxışlarını təqdim edirik.

 

Elçin HÜSEYNBƏYLİ

Azərbaycan Yazıçılar Birliyinin katibi

 

Əziz dostlar, tədbir iştirakçıları. Bu gün bizim üçün, ədəbiyyatı sevənlər üçün əlamətdardır. Çünki söz məbədi olan Azərbaycan Yazıçılar Birliyində dilimizin qorunmasından, saflığından danışacağıq. Bilirsiniz ki, möhtərəm Prezident İlham Əliyev həm AMEA-nın yubileyində, həm yerli telekanallara son müsahibəsində dilimizin qorunmasının vacibliyindən danışıb, əcnəbi sözlərin yersiz müdaxiləsinin zərərlərini qeyd edib. Hələ XIX əsrdən başlayaraq Azərbaycan türk dili Qafqazda ünsiyyət vasitəsi olub bunu əcnəbi səyyahlar öz səyahətnamələrində qeyd ediblər. Lakin Azərbaycan Rusiyanın, sonralar isə SSRİ-nin tərkibinə daxil olduqdan sonra, xristian təəssübkeşliyi üzündən ölkəmiz , dilimiz sıxışdırılıb. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra mənzərə dəyişib, dilimizin qorunmasında onun göstərdiyi çabalar öz bəhrəsini verib. Bilirsiniz ki, dili saxlayan, zənginləşdirən əsasən qələm adamlarıdır ulu öndərin onlara dəstəyi bu istiqamətdə vacib rol oynayıb. Möhtərəm Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan yenidən regionda söz sahibinə çevrilib Qafqazda liderliyə yüksəlib. İnanıram ki, çox keçməz, dilimiz yenə Qafqazda işlək dilə çevrilər.

 

İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti, akademik

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizdə geniş əks-səda doğurmuşdur. Müsahibədə müstəqil dövlətimizin beynəlxalq regional miqyasda tutduğu mövqenin, apardığı məqsədyönlü siyasətin, qazandığı nailiyyətlərin real geniş mənzərəsi canlandırılmışdır. Eyni zamanda Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının, xarici təsirlərdən qorunub saxlanılması daxili imkanlar hesabına zənginləşdirilməsinin dövlət siyasətinin əsas müddəalarından biri olduğunu bəyan etmiş, yad kəlmələrdən yersiz istifadəni sərt şəkildə "təxribat" adlandırmışdır.

Prezident İlham Əliyev geniş mənada dünya Azərbaycanlılarının milli kimlik möhürü pasportu olan ana-dilimizin - dövlət dilimizin qorunub saxlanılmasını hər bir Azərbaycan vətəndaşının, yazıçı şairlərin, jurnalistlərin, ziyalıların, alimlərin məsuliyyətli şərəfli borcu hesab edir: "Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir o kəlmələri istifadə edənləri daha ağıllı etmir... Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir milli kimliyimizi sarsıdır... Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik gedəcək, ondan sonra dövlətçilik gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz , necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm hamını bu mübarizəyə dəvət edirəm".

Azərbaycan dilinin saflığının qorunması istiqamətində AMEA-da atılmış addımlar haqqında da bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm.

Son illərdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinin leksik tərkibinə dair çap edilmiş izahlı lüğəti yüksək qiymətə layiqdir. Azərbaycan Dilinin iki cildlik Frazeoloji lüğəti çoxillik böyük zəhmətin nəticəsində meydana çıxmış mühüm xidmətdir. Hazırda Dilçilik İnstitutunda yeni Orfoqrafiya lüğəti tamamlanmaq üzrədir. Orfoepiya lüğəti üzərində isə davam etdirilir. Azərbaycan dilinin izahlı lüğətinə ciddi ehtiyac vardır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunda professor Mayıl Əsgərovun hazırladığı "Salam, Azərbaycan dili" proqramı çap etdirdiyi eyni adlı dərs vəsaitləri faydalı ola biləcək hazır materiallardır.

AMEA Nəsimi adına Dilçilik İnstitutundakı "Müasir Azərbaycan dili" şöbəsinin bazasında "Müasir Azərbaycan dili nitq mədəniyyəti" şöbəsinin yaradılması haqqında qərar qəbul edilmişdir. Fikrimizcə, əvvəllər ali məktəblərin filologiya fakültələrində tədris edilmiş "Nitq mədəniyyəti" fənninin bərpa edilməsi faydalı olar.

Hazırda terminoloji lüğətlərin rəqəmsallaşdırılması, Milli Terminologiya Korpusunun yaradılması, geniş istifadə üçün onlayın lüğətlərin yaradılması zərurəti meydana çıxmışdır.

Fikrimcə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdindəki Terminologiya Komissiyasının tərkibinə yenidən baxılması fəaliyyətinin canlandırılmasının da zamanı çatmışdır.

Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanalları qarşısında "Sizin üçün torpaq nədir" sualına cavab verərkən torpaq haqqında dediyi ürək sözləri ölkə rəhbərimizin müstəqil dövlətçilik Azərbaycançılıq baxışlarının obrazlı ümumləşdirilmiş ifadəsindən ibarətdir: "Bilirsiniz, bizim hamımız üçün torpaq anlayışı, ilk növbədə, itirilmiş torpaqlarla bağlı idi... Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün... Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi. deyim, noyabrın 8-dən sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə?.. Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu.

İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur... Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq... Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var".

Bu, ana torpaq haqqında dövlət başçısı səviyyəsində verilmiş vətənpərvərlik dərsləridir. Prezident İlham Əliyevin ana torpaq sevgisi torpağı qorumaq andı hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Ana dilini qorumaq inkişaf etdirmək Ana torpaq fəlsəfəsinin üzvü tərkib hissəsi davamıdır.

 

Rafael HÜSEYNOV

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi

adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

 

Xalqlar var ki, tarix axarında özləri qeyb olublar, dilləri qalıb - sahibi olmayan, ölü dil yaşayır, yaşadıqca da artıq olmayan xalqı diri saxlayır. Dillər var ki, bir neçə min, bəzənsə bir neçə yüz adamın nitqində mövcuddur, bir kənddən qıraqda anlaşılmır. Xalqı xalq edən, milləti millət edən yeganə amil dil deyilsə , hər halda dil milli varlığın ən vacib bünövrə kərpiclərinin birincilərindəndir. Yer üzünün 3 minədək dili sırasında ana dilimiz ən şərəfli, həm keşməkeşli bir tarix yaşamış dillərdəndir. Xalqımız, sərvətlərimiz, torpağımız kimi, tarix boyu dilimiz, dilimizin yazı görüntüsü olan əlifbalarımız da təcavüzlərə, qəsblərə, çeşidli basqılara məruz qalıb.

Ona görə indi, yeni zamanda üçüncü minilliyin üçüncü onili bitməkdəykən ölkə Prezidenti cənab İlham Əliyevin dilimizin qayğıları, bu ali sərvətimizin saflığının qorunması ilə əlaqədar məsələni düşüncə dövriyyəsinə gətirməsi həm başadüşülən, həm vaxtında edilən bir çağırışdır.

Azərbaycan Yazıçılar Birliyi, onsuz da var olduğu bütün müddət boyunca dilimizin yaşaması, güclənməsi, inkişafını təmin edən əsas dayaqlardan olub. Lakin üçüncü minillik, sürətli çevik dəyişən vaxt, rəqəmsallaşan aləm, süni intellekt epoxası Azərbaycan dilinin həm bu qlobal məkana inteqrasiyasının ən uyğun üsul yollarını tapmağımızı, həm dünyayla qaynayıb-qarışmamızın getdikcə sərhədsizləşdiyi bir dönəmdə qoruyuculuq səylərimizi artırmağımızı tələb edir. Vətən torpağı, yurd hüdudları kimi, dilin ərazisi var, üstündə yaşadığın torpağı əkib-becərdiyin, köksündə ocaq tüstüləndirdiyin, sərhədlərində keşikçilər qoyub arzu olunmayanları içəri buraxmadığın sayaq, gərək dilin qulluğunda daimi durasan, onun sözlərini, ifadələrini danışığında, yazında yaşadasan, dilin ocağını həmişə közərdəsən, dili kəc baxışlardan, naməhrəm təcavüzlərdən qoruyasan. Qövmümüzün milli özlüyünü hər gələcək zamanda dərk etməsinin ən ilkin açarlarından birinin dil, söz olduğunu duyan Mahmud Kaşğari irqimizin tarixindəki ali qəhrəmanlığı göstərdi. O, cəsur döyüşçü idi. Amma bir toplayıcı, alim, dilçi kimi gördüyü qol bədən zorundan qat-qat artıq idi. O, dilimizə heykəl yapdı. Etiraf edirdi: "Bu kitab ömrümü tükətdi". Amma həm inanırdı: "Adımı dünyanın sonuna qədər yad etdirmək sonsuz hörmət qazanmaq üçün Allahdan kömək istəyib yazdığım bu kitaba "Divan-i lüğət it-türk" adını qoydum".

XXI əsrin başlanğıcında Azərbaycan dili milli dil olaraq inkişafının yüksək bir səviyyəsinə yetişsə , ədəbiyyatdan, elmdən tutmuş siyasətə, dövlət işinə qədər təkmilləşmə, cilalanma yaşasa da, problemlər hələ lap çoxdur.

Dövlət başçımızın dilimizin saflığının qorunması, yad dillərdən gələn kəlmələrin terminlərin dil həyatımıza daxil olarkən diqqətli olmaq çağırışları məhz dil sərhədinin mühafizəsi deməkdir. Bu çağırışı edən şəxsiyyət torpaqlarımızın üzərindəki sərhədləri qorumağı, ərazimizin bütövlüyünü təmin etmiş liderdir. Torpağımızda nail ola bildiyimiz nizamın dildə təmin edilməsinə yönələn bu çağırış çox rəmzidir. Ancaq biz Prezidentimizin dilimizlə bağlı düşüncələrini daha geniş çərçivədə qavramalıyıq. O, dil məsələləri ilə əlaqədar bir müşavirədə geniş çıxış etməyib, vaxtca bir-birinə yaxın olan iki toplantıda dilimizin sabahı ilə bəzi mülahizələrini bölüşüb. Ona görə Prezidentimizin qaldırdığı problemlər sırf onun dilə gətirdiyi konkret məsələlərlə məhdudlaşmamalı, dilimizin qorunması inkişafı ilə əlaqədar daha geniş spektri əhatə etməlidir - terminlərimizdən tutmuş mətbuatımızın dilinədək, alınma sözlərdə riayət edilməli şərtlərdən başlamış dərsliklərimizədək, Azərbaycan Respublikası vətəndaşlarının danışdığı dilin bugünkü qayğılarından ta dünya boyu 50 milyondan artıq soydaşımızın ana dili qarşısındakı məsuliyyətinədək vacib mövzular. Ona görə istər Yazıçılar Birliyində, istərsə digər qurumlarda bu qəbil dil müzakirələri yalnız qeydiyyat səciyyəli 1-2 müzakirə ilə bitməməli, mütəmadi davam edən platformaya çevrilməlidir.

 

Kamal ABDULLA

Xalq yazıçısı, akademik

 

Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində Azərbaycan dili ilə bağlı mövzuya bir daha toxunması olduqca önəmlidir. Sözsüz ki, ölkə başçısının ikinci dəfə dil mövzusuna müraciət etməsi, onun qorunması, inkişafı ilə bağlı söylədiyi fikirlər bir dilçi üçün qiymətli sözlərdir. Ölkə başçısının bu tövsiyəsi ilə Azərbaycan dilinin geniş surətdə yayılması, dərinləşməsi üçün çox işlər görmək olar.

Bu istiqamətdə artıq konkret işlər görməyin zamanı çatıb. Azərbaycan dilinin qorunması təkcə onun leksikoloji qatında deyil, bütün sahələrə dair zəruri bir məsələdir. Dilimizi kənar təhdidlərdən, yad ifadələrdən, sözlərdən qorumaqla yanaşı, həm ədəbiyyatımızın təbliğinə fikir verməliyik. Ən başlıcası, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini intensivliklə yaya bilsək, bunun mexanizmi müəyyənləşdirilsə, bu, dilimizin qorunması üçün çox yaxşı stimul yaradar. Bədii tərcümə məsələlərində sistemlilik olmalıdır. Bu sahə diqqətdə saxlanılmalıdır. Ana dili ədəbiyyat dərsliklərinin hazırlanmasında görkəmli yazıçılarımız, alimlərimiz yaxından iştirak etməlidir. Bu gün yazılan bədii əsərlərdə, televiziya verilişlərində, ictimaiyyətə təqdim edilən dillə bağlı materiallarda dilin təmizliyi ön plana çəkilməlidir. Ona nəzarət edən qurumlar da artıq fəaliyyətə başlamalıdır. Ölkə başçısı da son dərəcə vacib olan dil məsələsini bir daha qaldırmaqla çox gözəl nöqtələrə işarə etdi. Bəyan edildi ki, dil olmasa millətin, dövlətin olması mümkün deyil. Dilə kiçik müdaxilələr gələcəkdə böyük təhdidlərə yol aça bilər. Bununla elə indidən mübarizə aparmaq vacibdir. Sözsüz ki, ölkə başçısının dillə bağlı toxunduğu məqamlar çox gözəl göstərişlər oldu. Bunların da hamısı təkcə dil daşıyıcıları üçün deyil, bu sahənin mütəxəssisləri üçün vacib olan tövsiyələrdir.

Dillə bağlı belə vacib bir müşavirəni keçirdiyinə görə Azərbaycan Yazıçılar Birliyinə təşəkkür edirəm.

 

Nizami CƏFƏROV

akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı kimi dövlət dilinin qorunub inkişaf etdirilməsilə bağlı imzaladığı bir neçə ciddi rəsmi sənədlə yanaşı, ayrı-ayrı görüşlərdə bu mövzu ətrafında müəyyən mülahizələr söyləməyə ehtiyac duyur. Prezidentin Azərbaycan xalqının, Azərbaycan dövlətinin dili barədə bəzi nigarançılıqları, əlbəttə, Azərbaycan ziyalılarını düşündürməyə bilməz.

Azərbaycan Respublikası kimi Azərbaycan dili son illər beynəlxalq aləmdə yüksək mövqelər fəth etməkdədir. Bu, eyni zamanda xalqımıza dilimizə qarşı fərqli münasibətlərin ortaya çıxması ilə müşayiət olunur. Bu gün Azərbaycan dili ingilis, rus (Şimalda) fars (Cənubda) təsirlərinə məruz qalır. İngilis təsiri beynəlxalq təsir olduğundan ümumən mütərəqqidir, rus təsirini neytrallaşdırmaq ya nizamlamaq artıq mümkündür, fars təsiri isə heç bir hədd-hüdud tanımayıb Cənubda Azərbaycan dilini, həqiqətən, məişət dilinə çevirməkdədir. sonuncu təsirə qarşı həm Cənubda, həm Şimalda Azərbaycan ziyalıları, cənab Prezidentin söylədiyi kimi, mübarizəni genişləndirməlidirlər. Bu, insan hüquqları məsələsidir.

Azərbaycan ədəbi dilinin bugünkü normaları, onlara əməl olunması vəziyyəti haqqında onu deyə bilərəm ki, ədəbi dil beş funksional formada təzahür edir: bədii, elmi, publisistik, rəsmi-işgüzar ailə-məişət üslubları. Bədii, elmi rəsmi-işgüzar üslublar peşəkarların - yazıçı, alim dövlət məmurlarının səlahiyyətində olduğuna görə onların qorunub inkişaf etdirilməsi tamam ayrı səviyyədə müzakirə olunur. Bədii elmi üslublarda daim yenilənən fərdi yaradıcılıq, rəsmi-işgüzar üslubda isə, əksinə, müəyyən standartlar öz hökmünü verir.

Müstəqilliyə qədər Azərbaycan ədəbi dilinin ən çox inkişaf edən, ən enerjili üslubu bədii üslub idi. Müstəqillikdən sonra isə publisistik üslub sürətlə önə çıxmış, eyni zamanda öz janr-texnologiya imkanlarını görünməmiş bir şəkildə genişləndirmişdir. Müəyyən qeyd-şərtlə sosial şəbəkələrin dili buraya daxildir. Bütövlükdə cəmiyyətin dil-üslub maraqlarını əks etdirdiyinə, kökündən kütləviliyinə görədir ki, ədəbi normalar ( ümumən ədəb-ərkan) da ən çox bu üslubda təhlükə altında qalır.

Ailə-məişət üslubuna gəldikdə, burada tarixən olduqca təzadlı bir vəziyyətlə qarşılaşırıq. Bir tərəfdən, bu üslub canlı xalq dilinin təmsilçisi olaraq ədəbi dili, xüsusilə, onun bədii üslubunu qidalandırmış, digər tərəfdən, həm dialekt-şivələrin, həm əcnəbi dillərin təsirinə məruz qalaraq ədəbi keyfiyyətdən, demək olar ki, məhrum olmuşdur. Görünür, bu, Azərbaycan aristokratiyasının günahıdır ki, bu günə qədər öz təsirini göstərir.

Biz ziyalılar Azərbaycan Prezidentinə, həmçinin ona görə minnətdar olmalıyıq ki, o, ərazidən dilə qədər, milli varsa, keşiyində durmağın Ulu Öndər təcrübəsini yalnız davam yox, eyni zamanda dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirir.

 

Çingiz ABDULLAYEV

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi

 

Biz çox vacib məsələni müzakirə edirik. Kamal müəllim  düzgün qeyd edir  ki, ədəbiyyatımızın dilimizin təbliğatı hal-hazırda prioritet məsələlərdən biri olmalıdır. Bir şeyi başa düşə bilmirəm ki, hansı səbəbdən bəzi məmurlarımız bütün dünyada bu təbliğatın vacibliyini anlamırlar? Azərbaycan əsərlərinin xarici dillərə tərcümə olunması vacibdir. Həmçinin xarici əsərlərin bizim dilimizə tərcümə olunması zəruridir. Biz bir sıra Nobel mükafatı laureatlarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişik. Hətta Nobel mükafatçısı olan Cənubi koreyalı yazıçı Xan Qanın kitabını artıq tərcümə etmişik. Bizə dəstək verən akademiklərə dərin təşəkkürümüzü bildiririk.

 

Elmira AXUNDOVA

Xalq yazıçısı

 

Məni bu mövzu fərqli cəhətdən maraqlandırır, çünki 1990-cı ildən bu barədə yazıram. 2008-ci ildə məşhur diskussiyada iştirak eləmişəm. "525-ci qəzet"də böyük məqaləm çıxmışdı. Hesab edirəm ki, Azərbaycanda çoxdan baza (əsas) təhsil dövlət dilində olmalıdır. Bu diskussiyadan 17 il keçib, amma vəziyyət yenə dəyişmir. Rusdilli məktəblər xüsusən Bakıda çoxdur.

Rus bölməsinin birinci sinfinə 30 nəfərin yerinə 45-50 nəfər şagird götürürlər. Hazırda respublika üzrə rus bölməsində ümumən yüz əlli, yüz altmış min nəfər oxuyur, bu da bütün şagirdlərin 9,3 faizini təşkil edir. Rus dilini bilməyən valideyinlər övladlarının məhz rus bölməsində oxuması üçün dəridən-qabıqdan çıxırlar. Sonra isə təhsil naziri Emin Əmrullayevin dediyi kimi, proqramı mənimsəmək çətin olduğu üçün birinci sinifdən həmin uşaqları repititor yanına göndərməyə məcbur olurlar, çünki özlərinin rus dilindən bilgiləri olmur.

Sual çıxır: əgər siz problemi görürsünüzsə niyə onu həll etmirsiniz? Bu uşaqları rus bölməsinə qəbul etmək nəyə lazımdır? Birinci sinfə qəbulun müsabiqəsi imtahanı zamanı təkcə şagirdləri yox, valideynləri yoxlamaq lazımdır. Rus dilini bilməyirsənsə uşağına hansı köməyi edə bilərsən? Apar övladını Azərbaycan bölməsinə qoy.

Ermənistanda vətəndaşların rus məktəblərinə uşaq qoyması qanunla qadağan edilib. Gürcüstanda bütün məktəblərdə təhsil dövlət dilindədir.

Mən bununla rusdilli məktəblərin tamamilə ləğv olunmasını demirəm. Onların sayı az da olsa qalmalıdır ki, gələcəkdə MDB ölkələrindən bizim ölkəmizə işləməyə gələn diplomatların, rus, ukrain, tatar millətinə mənsub vətəndaşlarımızın uşaqları özlərinə doğma bildikləri bu dildə oxuya bilsinlər. Bakıda bütün tədrisi ingilis dilində aparan məktəblər var. Onların hamısı ödənişlidir. Məncə, yavaş-yavaş rus bölməsini önədişli təhsilə çevirmək lazımdır. Bax, onda bu məktəblərin sayı azalacaq. Ümumiyyətlə, azərbaycanlılar öz doğma dilində təhsil alsa yaxşıdır ki, gələcəkdə "tam" "yarımçıq" rusdillilərə, azərbaycandillilərə bölünməyi dayandıraq.

 

Nadir MƏMMƏDLİ

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində, həmçinin 5 yanvar 2026-cı ildə jurnalistlərlə görüşü zamanı etdiyi proqram xarakterli çıxışlarında müasir dövrdə elmin qarşısında duran çağırışları dərindən təhlil etmiş, ölkənin gələcək inkişafında innovasiya texnologiyaların həlledici rolunu xüsusi vurğulamışdır. Bununla yanaşı, strateji əhəmiyyət kəsb edən bir sıra mühüm məsələlərə diqqət yönəltmişdir. Cənab Prezident çıxışlarında Azərbaycan dili ilə bağlı narahatlığını da açıq şəkildə ifadə etmişdir. Qeyd etmişdir ki, son on il ərzində bu sahədə müəyyən addımlar atılsa da, mövcud vəziyyət hələ qənaətbəxş deyil: "Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə dilin vəziyyəti ilə müntəzəm olaraq tanış olur, bu məsələni diqqətdə saxlayır zəruri tədbirlər görürəm". Dövlət başçısı Azərbaycan ziyalılarını, xüsusilə, şair yazıçıları bu məsələyə fəal münasibət bildirməyə dilin qorunmasına dəstək verməyə çağırmışdır. O, çıxışında xüsusi vurğulamışdır ki, son illər ədəbi dilimiz yad sözlərlə yüklənir, əgər biz öz dilimizi qorumasaq, onu təmiz saf şəkildə yaşatmasaq, zamanla ana dilimizi itirmək təhlükəsi ilə üz-üzə qala bilərik. Fikrimcə, bu sahədə görüləcək tədbirlər kompleks sistemli xarakter daşımalıdır: 2 Dövlət dilinin işlənməsi üzrə yeni standartların hazırlanması - ictimai idarəetmə, kütləvi informasiya vasitələri, rəqəmsal platformalar təhsil mühitində dil normalarının qorunmasını təmin edən tələblərin formalaşdırılması; 2 Terminologiyanın vahid konsepsiya əsasında yenilənməsi - sürətlə inkişaf edən elmi texnoloji sahələrdə mövcud termin boşluğunun aradan qaldırılması, yeni anlayışların Azərbaycan dilinin daxili imkanları əsasında qarşılanması; 3 Süni intellekt dil texnologiyalarının normativ tənzimi - Azərbaycan dilində nitqin tanınması sistemləri, avtomatik tərcümə alqoritmləri digər dil texnologiyaları üçün dövlət standartlarının hazırlanması tətbiqi; 4 Rəsmi üslubun təkmilləşdirilməsi - dövlət idarəçiliyində dəqiq, aydın standartlaşdırılmış yazı normasından istifadənin təmin olunması.

 

Səlim BABULLAOĞLU

Şair, esseist, tərcüməçi

Azərbaycan Yazıçılar Birliyinin katibi

 

Hörmətli xanımlar cənablar!

Möhtərəm cənab Prezidentin dillə bağlı çıxışını həm AMEA-nın yubiley tədbirində canlı dinləmək imkanım olub, sonradan mətbuat üçün açıqlamalarında təkrar dinləmişəm, görmüşəm.

Cox ciddi vəzifələr qoyulub həm alimlərin, həm ədiblərin, həm medianın ictimaiyyətin qarşısında.

Elə bu salonda çıxışları dinləyə-dinləyə Sİ- 3 sorğu verdim; ingilis, türk rus dillərində olan elektron resursların sayı ilə bağlı. İngilis dilində 2 milyard resurs var, 25 faizi aktivdir. Türk dili dünyadakı elektron resursların aşağı-yuxarı, 2, 1-2,2 faizində istifadə olunur, bunun içində digər türk dilləri ilə yanaşı, bizim dilimiz var bu, ümumi göstəricinin 0,1 faizidir. Türk dillərinin vəziyyəti çin ərəb dillərindən daha yaxşıdır, qədər inanılmaz görünsə .

Rus dili ilə bağlı vəziyyət bu göstəricilərə görə 3,7-5 faiz təşkil edir, bu da dünyada 7-ci yer deməkdir.

Bunu niyə deyirəm? İndi elektron resurslar əsridir. Dilimizin düzgün tədrisində təbliğində elektron resurslardan maksimum istifadə eləmək lazımdır, özü bunu mütəxəssislər etməlidirlər, həvəskarlar yox.

Sonra Bakı şəhərində, rayonlarımızda restoran, kafe, dükanların adları, bəzən şirkət adları ən əvvəl əcnəbi dildə, yalnız sonra ana dilimizdə yazılır. Bir görürsən ki, yazılıb: "Sale" bir dünya markasının adı... Niyə belə olsun? Misal gətirmək istəməzdim, amma məcburam, qonşu Gürcüstanda, Tiflisdə, hətta "Mcdonalds"ın adının belə transkripsiyası gürcü əlifbası ilə yazılır. İndi Bakı küçələrində bütün dillərdə əlifbalarda adlara rast gəlmək olar. Bu, doğru deyil.

Ölkəmizin dörd bir yerində gözəl istirahət mərkəzləri, otellər inşa edilir, istifadəyə verilir. Gedirsən birdən girişdə başa düşürsən ki, burda ingiliscə otelin ya mərkəzin adı yazılıb, amma ana dilimizdə yox.

Məgər biz torpaqlarımızı ona görə aldıq ki, sonra ora dirçələndə, orda başqa dillərdə nəsə yazaq?

Bu dediklərim vacib məsələlərdir, insanlar, xüsusən, uşaqlar yeniyetmələr gözləri ilə informasiya alırlar ki, bu da ümumi informasiya kütləsinin 60-70 faizi deməkdir; dil tərbiyəsi deməkdir. Özünə hörmət deməkdir. Düşünürəm ki, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Turizm Agentliyi, Bakı şəhəri İcra Hakimiyyəti bu istiqamətdə işlər görməlidir.

ən nəhayət... Bunu dəfələrlə demişəm, bir deyim: klassik ədəbi mətnlər, bütün şifahi yazılı ədəbiyyat həm ona görə ölməzlik qazanıb ki, təməl sözlər üzərində, təməl mənalar üzərində qurulub.

Kiçik izah verim: "Günəş" təməl sözdür. "Yol" təməl sözdür. Amma deyək ki, "lampa", "çilçıraq", "şosse", "magistral" - bunlar törəmə sözlərdir. Təməl sözlər mənaların özüdür. Onların ən yaxşı istifadəsi klassik mətnlərdə, xüsusən, poeziyada əks olunub. Bizim təhsildə hökmən bu mətnlərin tədrisi ağırlıq təşkil etməlidir. Yalnız bu halda biz savadlı mütəxəssislərlə yanaşı, ləyaqətli vətəndaşlar da yetişdirə bilərik. Bu baş verirmi? Məncə, yox! Halbuki təməl sözləri, ana mənaları düzgün anlamadan inkişaf yalnız görüntü olur, səthi olur, yarımçıq olur.

nəhayət. Bədii tərcümə işi ana dilinin dünya dilləri ilə sinxronlaşmasını, çağdaşlıq statusunu saxlamaq üçün ən yaxşı vasitədir. Xalqlar var ki, 130 ildir, hər ay tərcümə jurnalı buraxır. Bunu I II Dünya müharibəsi zamanı da edib, pandemiya vaxtı da. Heç bir hadisə nəşrə mane ola bilməyib.

Amma şəxsən mən bir tərcümə jurnalının nəşri məsələsini 20 ildən artıq vaxtdır ki, qaldırsam da, bu mümkün olmayıb.

Deyəcəklərim bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.

 

Muxtar KAZIMOĞLU

Akademik

 

Elm texnologiyanın inkişafı ilə bağlı olaraq dilə yeni-yeni sözlər gəlməlidir gəlir . Təsadüfi deyil ki, ölkə başçısı dil məsələlərindən danışarkən, beynəlxalq leksikanın mövcudluğundan bu leksikadan istifadə etməyin zəruriliyindən bəhs edir. Milli varlığını qorumaqda xüsusi seçilən yaponlar 1991-2000-ci illər arasında təkcə ingilis dilindən 11500 söz alıblar. Bu sözləri alıb yapon dilinin lüğət tərkibinə daxil etmək məhz elm texnologiyanın ayrı-ayrı sahələrində yaranmış yeni anlayışlardan vaxtında xəbərdar olmaq, bu anlayışlar barədə danışıb fikir bildirmək ehtiyacından doğub. Qulu Məhərrəmlinin tərtib edib 2021-ci ildə çap etdirdiyi "Yeni alınma sözlər lüğəti"ndən bəlli olur ki, son 25-30 ildə Azərbaycan dilinə 2500-ə yaxın yeni söz daxil olub ya daxil olmaq üzrədir.

Mən o fikirdəyəm ki, müxtəlif müəssisə adlarının ingiliscə qoyulması; rus ingilis dilləri ilə müqayisədə Azərbaycan dilinin orta məktəblərdə qismən zəif tədris edilməsi yolverilməzdir. Amma bu yolverilməz halları aradan qaldırmağın ən optimal üsulu inzibati tədbirlər görməkdir. Məsələn, yuxarı səviyyədə qərar qəbul edilə bilər ki, əcnəbi dildə müəssisə adlandırmağa, Azərbaycan dövlət dilini lazımi səviyyədə bilməyənlərin işə götürülməsinə məhdudiyyət qoyulur.

Ana dilinin, xüsusən, bu dilin sintaktik quruluşunun yad təsirlərdən qorunmasında yazı-pozu adamlarının da öhdəsinə xeyli düşür. Bu gün elmi-publisistik əsərlərdə bölmə 1, bölmə 2, otel Bakı, otel Göy göl şəklində ifadələrə rast gəliriksə, bu o deməkdir ki, həmin ifadələrdə söz sırası türk dillərinə yad olan flektiv dillərin təsiri ilə qurulub. Belə yad təsirlər, çox təəssüf ki, tədricən cümlə quruluşunda da özünü göstərməkdədir. Feili sifət feili sifət tərkibini bir qırağa qoyub, rus dilinin təsiri ilə "hansı ki" bağlayıcı sözündən tez-tez istifadə edilməsi belə neqativ hallardandır.

Ədəbi dilimizi varvarizmlərdən, morfoloji sintaktik zədələnmələrdən elə qorumalıyıq ki, bu dil dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, xüsusən 30-40 milyonluq Güney Azərbaycan türkləri üçün nümunəvi danışıq yazı dili olsun.

 

Əsəd CAHANGİR

Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri

 

Hər şeydən öncə, ana dilimizn qorunması ilə bağlı məsələ qaldırdığına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Anar müəllim başda olmaqla, tədbirimizin təşəbbüskarlarına, bu mötəbər tədbirin aparıcısı olmaq kimi məsuliyyətli işin öhdəsindən üç saatdır ki, uğurla gələn Elçin Hüseynbəyliyə minnətdarlığımı bildirirəm. Otuz ilə yaxındır ki, bu zalda ən müxtəlif tədbirlər görmüşəm. Mübaliğəsiz deyirəm - canlı, dinamik dartışmalar şəraitində keçən bugünkü tədbiri Natəvan zalında indiyəcən gördüyümüz tədbirlərin ən yaxşılarından biri adlandırmaq olar. Hörmətli Elmira xanım Axundova, özəlliklə sizə məzmunlu çıxışınız üçün minnətdarlığımı bildirmək istəyirəm. Siz ən ağrılı, həlli vacib, aktual məsələyə toxundunuz, məhz mənim demək istədiklərimi dediniz. Bu gün yüksək dövlət qulluğuna qəbul üçün xarici dil bilmək əsas tələblərdən biridir - vaxtilə rus dili, indi isə ingilis. Odur ki, imkanı olanlar öz övladlarını əcnəbi dil təmayüllü məktəblərə qoyur, onların xarici ölkələrdə təhsil almasına çalışırlar. Həm orta, həm ali məktəbdə yad dildə təhsil alan şəxsin ana dilini yüksək səviyyədə bilməsində isə istər-istəməz problemlər yaranır. Cəlil Məmmədquluzadənin "Lisan bəlası" felyetonunun personajı kimi küftəyə "qofta" deyəcək səviyyədə öz ana dilini bilməyən adam savadlı, professional ola bilər. Amma onun öz xalqına xeyrindən daha çox, ziyanı olur. Bu, aksiomdur. Odur ki, hörmətli Elmira xanım, baza təhsilini ana dilində, ali təhsili digər dillərdə almaq zərurətinə dair fikrinizdə tamamilə haqlısınız. Peyğəmbər əfəndimizə məxsus ünlü bir deyim var ki, uşaqlıqda öyrənilən bilgilər daş üzərinə cızılmış sözlər kimidir. İstənilən bir məsələnin gedişi aqibəti onun başlanğıcından asılıdır. Dilə münasibətdə hər şey ailə təhsildən başlayır. Sözümün sonunda bir təklifim var. Sabir vaxtilə parlamentdəki müzakirələrə dair bir şeirində yazırdı:

 

Parlamandır, axı balam, burada

Kim danışdı, söz ünvan oldu.

Hansı bir məsələdən bəhs edilib,

Hasili millətə elan oldu.

 

Gəlin, biz bəhs etdiyimiz məsələnin hasilini Təhsil Nazirliyinə yazacağımız məktubda ümumiləşdirək. Həm bu dəyərli müzakirəmiz tarixi sənəd statusu qazansın, həm boşuna vaxt itkisi olmasın. Diqqətinizə görə sağ olun.

 

Jalə ƏLİYEVA

Filologiya elmləri doktoru, professor,

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini

 

Dil bir yaddaşdır, bir tarixdir, bir millətin mövcudluğudur. dil həm bir strategiyadır. Bir dövlət strategiyasıdır.

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində bütün ölkə ziyalılarına, mediaya, ictimaiyyətə xitabla dilimiz haqqında söylədikləri, bizcə, bu gün sadəcə bu sahənin mütəxəssisləri üçün deyil, hər bir azərbaycanlı üçün, aid olduğumuz ölkə, xalq, millət üçün bir şərəf, bir heysiyyət, bir qeyrət məsələsidir.

Cənab Prezident bir həyəcan təbili çalır. Dilimizə gətirilən yad ünsürlər, tez-tez qarşılaşdığımız qrammatik, üslub səhvləri, ədəbi dil normalarının pozulması, dialekt tələffüzləri, öz doğma dilini sevən, bu dilə biganə olmayan hər kəsi narahat edir etməlidir.  Mən yazıçı ailəsində böyümüşəm anamın hər kitabı nəşr edilərkən onun nəinki hər bir səhifəsini, hər bir cümləsini, hər bir kəlməsini, hətta hər bir durğu işarəsini dəfələrlə yoxladığının, həm redaksiyanın, həm kitab müəllifinin böyük məsuliyyətinin, cavabdehliyinin şahidi olmuşam.

Bugünkü müşavirədə Azərbaycan dilinin, Azərbaycan ədəbiyyatının bel sütunları iştirak edirlər. əlbəttə ki, bu gün burada açıqlanan fikirlərin hər biri çox vacibdir, əhəmiyyətlidir.

Hamımıza məlumdur ki, 2004-cü ildə ölkə Prezidenti İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2007-ci ildə isə "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" sərəncamlar imzaladı. Bu sərəncamlar, ölkə rəhbərinin ana dilinə qayğısının sevgisinin nümunəsi, öz vətəndaşlarını daha savadlı, daha məlumatlı görmək arzusu idi. Bu sərəncamlar xalqın özünə qayıdışına, xüsusilə, gənc nəslin, böyüməkdə olan uşaqlarımızın milli dəyərlərimizə, milli mənəviyyatımıza daha sürətlə uğurla sahib çıxmasına ölkə rəhbərinin göstərdiyi yardım idi.

 

Elnarə AKİMOVA

Milli Məclisin deputatı,

Filologiya elmləri doktoru

 

Son vaxtlar dillə bağlı müzakirələr rasional qata keçib, səmərəli fikirlər, təkliflər səsləndirilir bu, çox yaxşıdır. Dil amili ümümmilli məsələdir onun ətrafında maarifçi hərəkatın, məfkurə dalğasının yaradılması vacibdir. Bu gün dilimiz kifayət qədər çevik potensiallıdır, problem onun imkanlarında deyil, dil mədəniyyətinin formalaşmasındadır. Dilin inkişafı yalnız korlanmadan, daxili qanunlarına, arxitekturasına uyğun yeni anlayışların yaradılması ilə mümkündür. Burada əlbəttə ki, terminologiya, tərcümə mədəniyyəti dil nəzarəti mexanizmləri həlledici rol oynayır. Dil kimlikdir onun işlədilməsi yalnız texniki bacarıq deyil, milli məsuliyyət tələb edir. Bu baxımdan, məktəb, media rəsmi diskurs dil məsuliyyətinin formalaşdırılması üçün əsas məkandır biz əsas diqqəti məhz, bu istiqamətlərə yönəltməliyik. Məni narahat edən əsas məsələlərdən biri dərsliklərində ana dilimizə olan münasibətdir. Aydındır ki, ana dilinə sevgini bünövrədən formalaşdıran instansiya məktəbdir, təhsildir. Bu gün dərs yükünün ağırlığı şagirdlərə əlavə mütaliəyə imkan vermir, dərsliklərdə verilən mətnlər isə zəifdir. Axı hər hansı bədii nümunə ancaq bilik qazandırmalı deyil, o, həm Azərbaycan dilinin funksional, estetik semantik üstünlüyünü nümayiş etdirməlidir. Biz bu işin haqqını verən bədii nümunələrlə uşaqlarımıza dillə bağlı lazımı sevgini aşılaya bilirikmi? Digər məsələ, balaca uşaqların rus, ingilis dilinə, türkiyə türkcəsinə aludəliyi məsələləri bizi narahat etməlidir. Buna imkan yaradan səbəblərdən biri həm budur ki, televiziyalarımızda normal uşaq verilişləri yoxdur, öz cizği filmlərimiz çəkilmir. Başqa ölkələrin uşaq kanalları ilə böyüyən uşağın milli ruhu da, dil anlayışı da zəif olacaq, çünki kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablanır, onların təbliğ etdikləri dəyərlər öz xalqlarının mentalitetinə maraqlarına uyğun formalaşır. Ona görə gələcək nəslin istər dünyagörüş, istər danışıq vərdişləri, istərsə düşüncə tərzinin səviyyəsi bizi narahat etməlidir. Mən bu məsələləri daim önə çəkmişəm, təhlil yazılarımda dərsliklərdəki qüsurları, uşaq verilişləri ilə bağlı boşluqları geniş işıqlandırmışam. Təəssüf ki, lazımı qurumlar müvafiq addımlar atmır. Azərbaycan uşaqlarının təlim-tərbiyələri, dilə milli şüura sevgi ruhunda böyümələri üçün ciddi addımlar atılmalıdır. Heç olmasa möhtərəm Prezidentimiz İlham Əliyevin bu çağırışı məsuliyyət borc narahatlığı yaratsın hər kəsdə.

 

Qəzənfər PAŞAYEV

Professor, Əməkdar elm xadimi

 

Möhtərəm Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı işığında Azərbaycan Yazıçılar Birliyində Azərbaycan dilinin qorunması inkişaf etdirilməsinə dair mötəbər yığıncağın keçirilməsi təsadüf deyildir. Ulu öndərimiz Heydər Əliyev yazıçı şairləri dilin qurucuları milli sərvətimiz adlandırıbdı. Burada görkəmli yazıçı alimlərimiz, millət vəkilləri həddən artıq əhəmiyyətli çıxışlar etdilər.

Mənə belə gəlir ki, dilin qorunmasında mətbuatın, radio televiziyanın, nəşriyyatların rolu böyükdür. Nəşriyyatlarda əvvəllər redaktorlar, korrektorlar olardı. İndi onlar qeyb olublar. Kitablar səhvlərlə çıxır. Burada dərsliklərin qənaətbəxş səviyyədə yazılmadığından, orta məktəb şagirdlərinin başa düşmədiyi məsələlərin dərsliklərdə baş alıb getməyindən, dərsliklərdə səviyyəsiz şeirlərin yer almasından danışıldı. Əvvəllər dərsliklərin yazılışı bu sahədə saç ağardan, səriştəli müəlliflərə həvalə olunurdu.

Onu da deyim ki, ABŞ İngiltərədə qrammatika, demək olar ki, keçilmir. Orada yazıçı şairlərin əsərlərindən istifadə ilə dil mükəmməl şəkildə öyrədilir.

Mən şagirdlərə dili necə öyrətdiklərini oxuyanda həmişə M.Ə.Sabirin "Gəl, gəl, a yaz günləri", "Dərsə gedən bir uşaq" şeirləri yadıma düşür göz önünə ulu öndərin hədəfə düz dəyən "Yazıçı şairlər dilin qurucularıdır" kəlamı gəlir.

Heç şübhəm yoxdur ki, Yazıçılar Birliyində keçirilən bu yığıncaqda ortaya qoyulan məsələlər Azərbaycan dilinin qorunmasına inkişafına yardımçı olacaqdır.

 

Azər TURAN

"Ədəbiyyat qəzeti"nin baş redaktoru

 

Dəyərli dostlar, dilimizin lüğət tərkibinin zənginləşməsi barədə dərindən düşünməliyik. Bunun üçün ilk istinad edəcəyimiz dil arealı türkdilli xalqların lüğət tərkibidir. Bu mənada Mahmud Kaşğari Divanı təkcə alimlərimizin deyil, bütün türklərin stolüstü kitabı olmalıdır. Lakin təəssüf ki, bu günə qədər Azərbaycanda Türk dilinin etimoloji lüğəti yaradılmayıb. Amma yaradılmalıydı, yaxud gec da olsa, yaradılmalıdır. Müqayisəm, bəlkə qəribə səslənəcək. Amma kim razılaşmaz ki, bu günə qədər bu sahədə yaranmış kitabların ən üstünü bütün həyatını türk sözlərinin etimolojisini araşdırmağa həsr etmiş erməni əsilli türkoloq Ervard Sevortyanın səkkiz cildlik "Türk dilinin etimoloji lüğəti" kitabıdır?! Mən demirəm ki, Sevortyanın kitabı dilimizə tərcümə olunsun. Amma könül istərdi ki, kaş, bizim dilçi alimlərimizdən kimsə meydana Sevortyanın hazırladığı etimoloji lüğətdən daha qapsamlı, daha zəngin daha dəyərli bir kitab çıxarsın. O zaman biz ayrı-ayrı türk xalqlarının dilində, ayrı-ayrı türk dil ailələrində işlənən dilimizin harmoniyasına, arxitekturasına uyğun sözləri lazım gələndə öz halal sözümüz kimi Azərbaycan dilinin lüğət tərkibinə daxil edə bilərdik.

 

Teymur KƏRİMLİ

Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd Füzuli adına Əlyazmalar

İnstitutunun direktoru, akademik

 

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində Azərbaycan dilinin inkişafına saflığına verdiyi böyük önəm heç təsadüfi sayılmasın gərək. Ana dilini dövlət atributları arasında ən mühüm faktorlardan biri sayan Prezidentimizin  əlamətdar bir arzusunu qeyd etmək istərdim. Cənab Prezident dedi ki, Azərbaycan dili təkcə Azərbaycan Respublikasında yaşayan 10 milyondan artıq insanın deyil, həm bütün dünyadakı 50 milyondan artıq azərbaycanlının ana dilidir, ancaq yazıq ki, qırx milyondan artıq soydaşımız Azərbaycan dilində bizim kimi mükəmməl danışa bilmir xüsusən, xaricdəki gənc azərbaycanlılarda bu problem özünü daha kəskinliklə göstərir.

Bu problemi aradan qaldırmağın yollarından biri kimi cənab Prezident xaricdə yaşayan azərbaycanlılar üçün onlayn məktəblərin təşkil edilməsinə xüsusi önəm verdiyini vurğuladı. Azərbaycan dilinin dövlət dili kimi qarantı olan respublikamızda bizim danışdığımız səviyyədə xaricdə yaşayan azərbaycanlıların da danışa bilməsi haqqında öz arzusunu dilə gətirən möhtərəm Prezident, bu baxımdan bizim ziyalıların, qələm adamlarının, pedaqoqların da üzərinə məsul vəzifələr düşdüyünü bildirdi bu gün məhz Yazıçılar Birliyində cənab Prezidentin irəli sürdüyü vəzifələrin müzakirə edilməsi çox əlamətdardır.

 

Həsən HƏSƏNOV

Tarix elmləri doktoru

 

Hörmətli Prezidentimiz İlham Əliyevin bu yaxınlarda dediyi: "Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik gedəcək, ondan sonra dövlətçilik gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz , necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm hamını bu mübarizəyə dəvət edirəm" - ifadəsi nəinki alimlərin, həmçinin hər birimizin qarşısına ali məqsəd olaraq Azərbaycan dilinin saflığını qorumaq kimi mühüm vəzifə qoyur. Mən bir neçə fikrimi bölüşmək istərdim.

Mərkəzi Asiyadakı türk qardaşlarımız ilə görüşəndə sovet dövründə olduğu kimi, hələ rus dilində danışırıq. Hadisələrin inkişafı əsas verir ki, yaxın gələcəkdə yeni nəsil ingilis dilində danışsın. Biz heyfsilənirik ki, XII-XIII əsrlərdə dillərimiz bir-birindən xeyli uzaqlaşdılar. Bu tarixi səhvi aradan qaldırmaq məqsədi ilə təklif edirəm ki, dilçi alimlərimiz 10-20-30 min söz toplayıb tövsiyə etsinlər ki, sinonim olaraq müasir türk xalqlarımızın lüğətlərinə əlavə olunsunlar. Yəni hamımıza məlum olan sözləri qat-qat artsın.

Dilimizin çoxminillik yaşı var, lakin tarixin keşməkeşləri dilimizin qrammatik sistemini yad sözlərin hesabına orijinaldan xeyli uzaqlaşdırıb. Misal üçün, sırf aglyutinativ sistemlə qurulan dilimizin çox böyük hissəsi indi flektiv, yəni prefiksli sözlərlə əvəzlənib dilimizi fərqləndirən sinqarmonizm keyfiyyəti üstünlüyünü xeyli azaldıb. Dilimizdə çox sayda fars əsilli "Bəd", "Bi", "Na" prefiksi ilə başlanan sözlər yayılmaqdadır. Söhbət getmir ki, bu prefikslə yazılan bütün sözlər əvəzlənsin, söhbət rasional yanaşmadan gedir. Maraqlıdır ki, bir çox halda bu sözlər süni yaranmış sözlərdi. Yəni ərəb əsilli sözə, fars əsilli prefiks əlavə olunur nəticədə yeni sintetik, guya Azərbaycan mənşəli söz əmələ gətirilir. Əslində isə elə ərəb köklü sözə türk əsilli şəkilçi əlavə edib söz yaratmaq da mümkündür.

Bizim toponimlərə qarşı da qərəzli münasibət var. Toponimlərimizin mövcud yozumunun müəyyn təftişə ehtiyacı var. Mən şəxsən araşdırdığım nəşr etdiyim elmi nəticələrdə Azərbaycan, Bakı, Badu-kübə toponimlərimizin sözün əsl mənasında türk mənşəlı olduqları aydın oldu, lakin əfsuslar olsun ki, yeni elmi nəticələrdən istifadə olunmur. Söhbət tək bu toponimlərdən getmir, daha genişmiqyaslı yanaşma tələb olunur.

Dilimizin qədim köklərinə tərəf inkişafı məncə, ən vacib vəzifələrdəndir. Bu səbəbdən ən əlverişli mənbə sözsüz ki, Mahmud Kaşğaridir. Yeni ortaq əlifbamız tərtib olunarkən mən təklif etdim ki, onun adı Mahmud Kaşğariyə əsaslanaraq Bitiq adlansın. Əfsuslar olsun ki, bu baş vermədi. bu gün yeni ortaq türk əlifbamızın adı azərbaycanlılarda ərəb "Əlifba" Türkiyədə latın "Alfabe" sözləri ilə adlanır. Bu halda ki, Mahmud Kaşğari tövsiyə etdiyi "Bitiq" sözü istifadə oluna bilərdi. Yeri gəmişkən, qeyd etməliyəm ki, akademik Rafael Hüseynov öz təşəbbüsü ilə tərtib etdiyi Əlifba kitabında bu sözdən istifadə edərək presendent yaratmışdı.

Bu gün dərsliklərimizin dilindən narazılıqlar səsləndi. Mən əlavə etmək istərdim ki, məktəblilərin Tarix dərsliklərinin əsaslı konseptual yenilənməyi tələb olunur. Əslində dərsliklərimizin müəllifləri hələ tariximizi köhnəlmiş konsepsiya əsasında yazıb yeni nəslə təqdim edirlər.  

 

Səyyad ARAN

Milli Məclisin deputatı, yazıçı-publisist,  filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycanla bağlı taleyüklü məsələlərdə, milli düşüncə milli ruhla əlaqədar problemlərin müzakirəsində həmişə olduğu kimi "İlkin səs verdi" Anar AYB. Var olun Anar müəllim!

Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan dilinin saflığı qorunması ilə bağlı söylədiyi fikirlər həyatı əhəmiyyətə malikdir. Bundan əvvəl AMEA-nın 80 illiyilə bağlı keçirilən yığıncaqda öz narahatlığını  bəyan etmişdi. Təkrar bu mövzuya qayıtmaqda Prezidentin dərin strateji məqsədi alqışa layiqdir. Çünki dil varsa millət var. Dil ölərsə, tarixin səhnəsindən silinərsə, millət yox olar.

Burada AMEA-nın prezidenti İsa Həbibbəyli olmaqla akademiklər Rafael Hüseynov, Kamal Abdulla, Nizami Cəfərov, Muxtar İmanov, adlı-sanlı professorlar, millət vəkili Elnarə Akimova, Jalə Əliyeva digər iştirakçılar qiymətli fikirlər söylədilər, öz narahatlıqlarını bildirdilər, dilin saflığı, necə qorunmasıyla təklif istiqamətlərini söylədilər. Tədbirin aparıcısı, AYB-nin katibi Elçin Hüseynbəyli bütün iştirakçılara səxavətlə vaxt ayırdı. 3 saatdan çox davam edən məclisdə zəngin akademik rəylər, yorumlar, təhlillər, ideyalar səsləndi. Amma mən düşünürəm ki, əsas "döyəcəyimiz" məkan orta məktəbdir. Dilin əsası orta məktəbdə qoyulur, dilin qorunması orta məktəbdə qoyulur. Dilin qorunması orta məktəbdən başlayır, ailədən formalaşır. Dərsliklə çox ciddi münasibət bəslənməlidir. Dərsliklərin müzakirəsi ilə bir televiziya verilişində Təhsil Nazirliyinin əməkdaşı bildirdi ki, dərsliklərin bizə dəxli yoxdur, o, nəşriyyatların işidir, məsuliyyət onlarındır. Belə laqeyd münasibət olarmı? Nəşriyyatlar təhsilə vaxtdan yön verən olublar? Belə münasibət dilimizə öldürücü zərbə vurar. Ona görə Azərbaycan dili ədəbiyyatı kitabları bərbad vəziyyətdədir. Təhsil Nazirliyi dil-ədəbiyyatla bağlı dərsliklərin çapı ilə bağlı müsabiqə elan etməli, orta məktəblərin tanınmış dil-ədəbiyyat müəllimləri görkəmli alimlərin iştirakı ilə yeni, dolğun, orijinal, samballı dərsliklərin meydana çıxmasına nail olmalıdır.

Təhsil Nazirliyi bu işi boynundan atmaqla bağışlanmaz yanlışa yol verir.

Dərsliklərin birində qaçışda birinci yeri tutandan soruşurlar ki, necə oldu sən belə nailiyyət qazandın, yəni çenpion oldun? Cavaba baxın:

 

Sən belə bərk qaçardın

Məşqçin tülkü olsa...

 

Bu zehniyyət, düşüncədir, məsləhətdir, "yoldur" Vətən balalarına məsləhət görülür?

İstər klassik ədəbiyyatımızda, istərsə müasir yazarlarımız içərisində kifayət qədər uşaq ədəbiyyatımızın məşhur nümayəndələri var ki, onların pelaqoji əxlaqi, mənəvi baxımdan parlaq nümunələri var ki, neçə-neçə dərslikləri bəzəyə bilər. Dünya "tanınmış" dərslik nümayəndələri bunları görmürlərmi?

 

Kərim TAHİROV

M.F.Axundov adına Milli Kitabxananın direktoru, professor

 

Bu tədbir hörmətli cənab Prezidentimizin həm Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında, habelə bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə habelə Azərbaycan dilinin saflığının qorunması təbliğinin gücləndirilməsi ilə əlaqədar hamımızın qarşısında qoyduğu çox ciddi vəzifələr baxımından həddən artıq əhəmiyyətlidir.

Məncə, bu gün Azərbaycan dili ədəbiyyatının təbliği istiqamətində görüləcək işlərdən danışmalıyıq. Biz Milli Kitabxana olaraq dünyanın 90-dan artıq ölkəsi ilə kitab mübadiləsi edirik onlara həm klassik, həm müasir ədəbiyyat nümunələrini, dilimiz ilə bağlı lüğətləri digər ədəbiyyatları göndəririk. onu da bildirmək istəyirəm ki, onların əsas sorğuları müxtəlif ölkələrdə yaradılan dil kurslarında istifadə etmək üçün müvafiq ədəbiyyatların göndərilməsindən ibarət olur. Lakin çox təəssüflər olsun ki, biz Azərbaycan dilinin qanunauyğunluqlarına uyğun (yad sözlərdən geniş istifadə olunmayan) kitabları tapıb onlara göndərə bilmirik. Eyni zamanda Azərbaycan klassiklərinin müasir yazıçılarımızın xarici dillərə - ingilis, fransız, ərəb, ispan s. dillərə tərcümə olunmuş əsərləri , demək olar ki, yox dərəcəsindədir.

Bir məsələni qeyd etmək istəyirəm. Bu yaxınlarda xarici ölkələrdən birində Azərbaycan dili kursu təşkil edən bir ictimai təşkilat bizə müraciət edərək bugünkü tələblərə cavab verə biləcək əlifba kitabının onlara göndərilməsini xahiş etmişdir. Siz təsəvvür edirsinizmi, biz bugünkü əlifba kitabını 1964-cü ilin əlifba kitabı ilə müqayisə edərkən, bugünkü əlifba kitabını o ölkəyə göndərməyə cəsarət etmədik. Mənə elə gəlir ki, biz buradan başlamalıyıq. Dilin öyrənilməsinin, dilin təbliğinin, dilin yad ünsürlərdən qorunmasının təməli məhz buradan başlayır.

Diqqətinizə görə təşəkkür edirəm!

 

Telman CƏFƏROV

Filologiya elmləri doktoru, professor

 

 İstənilən dilin inkişafı, işlənmə dairəsinin genişlənməsi ölkədə icra olunan təhsil proqramlarından mövcud tədris standartlarından asılıdır. 1) Dövlət dilinin mənimsədilməsi istifadəsi "Milli Kvalifikasiya Çərçivəsi"nin tələblərinə uyğun həyata keçirilməsi, ölkədə təlim qeyri-dövlət dillərində aparılan bütün sinif qruplarda Azərbaycan dilinə tədris dili statusu verilməsi dövlət dilimizin təlim dili statusu ilə tədris olunması; 2) ali təhsilin bakalavriat səviyyəsində "Təlim qeyri-dövlət dillərində aparılan sinif qruplar üçün Azərbaycan dili" ixtisasının təsis edilməsi bu ixtisas üzrə mütəxəssis hazırlığı aparılması məqsədilə AR NK tərəfindən ixtisasların təsnifatına dəyişiklik edilməsi; 3) ölkədə ikidilli çoxdilli təlim konsepsiyasının hökumət səviyyəsində təsdiq olunması; 4) bütün təhsil pillə səviyyələrində tədris proqramlarının dil problemlərinin həlli məqsədilə dillərarası mədəniyyətlərarası təcrübələrin tədris prosesinə, praktik fəaliyyətə tətbiqinə çalışılması; 5) ali məktəblərə tələbə qəbulu sifarişində tədris ixtisas dillərinin düzgün müəyyən edilməsi, bu yolla mütəxəssis hazırlığı proqramlarının icrasının səmərəliliyinə nail olması təklif edildi. 

 

Paşa QƏLBİNUR

Azərbaycan Tibb Universitetinin Göz

xəstəlikləri kafedrasının müdiri, professor

 

Demensiya (demans) - yaddaş, düşünmə davranışın tədricən zəifləməsi ilə xarakterizə olunan bir sindromdur ən çox Alzheimer xəstəliyi nəticəsində yaranır. Alzheimer xəstəliyi - intellektual qabiliyyətlərin sosial bacarıqların getdikcə pisləşməsi, yaddaş itkisi, gündəlik tapşırıqların icrasında yaranan çətinliklər, əhval-ruhiyyə dəyişiklikləri ünsiyyət pozuntuları fonunda şəxsiyyətin tam deqradasiyası ilə nəticələnən, müalicəsi hələlik mümkün olmayan beyin patologiyasıdır.

Uzunmüddətli çoxsaylı müşahidələrdən əldə edilən digər bir qiymətli elmi nəticə isə budur: əgər uşaq ana dilində dil açıb orta məktəbin ən azı 9-cu sinfinə qədər bu dildə təhsil almasa, onun istedad potensialı təxminən 50% azalır.

 

***

 

AYB-nin sədri, Xalq yazıçı Anar tədbiri bu sözlərlə yekunlaşdırdı:

- Cənab Prezidentin dediyi məsələlər, məsələlərin mahiyyəti bir yana, amma o, sözün həqiqi mənasında, olduqca səlist, aydın, məntiqli bir şəkildə, əsl Azərbaycan dilində danışdı. Hər sözü dəqiq aydın şəkildə dilə gətirdi. Bu, əslində, dövlət başçımızın dil siyasəti məsələsində xalqımıza ötürdüyü bir mesajdı. Çağırışdı. Yəni, dilimizin aydınlığını, səlistliyini, ənənəvi mahiyyətini, tarixi yerini qorumaq mesajı. Azərbaycan dili xalqımızın ən böyük mənəvi sərvətlərimizdən, milli kimliyimizin əsas sütunlarından biridir. Tarix boyu Azərbaycan xalqı öz ana dilinə sahib çıxmaqla, milli varlığını qoruyub, onu ədəbi, elmi ictimai, beynəlxalq müstəviyə çıxarıb. Ölkə başçısı bu dəyərləri, təcrübəni qorumağa çağırır buna israrlıdı. Onun dilimizə verdiyi dəyər, ana dilimizin qorunması inkişafı ilə bağlı dediyi fikirlər alimlərimizin, dilçi, şair yazıçılarımızın qarşısında mühüm vəzifələr qoydu. Dilin qoruyucularından biri ədəbiyyatdır. bu baxımdan ədəbiyyatın, söz adamlarının üzərinə böyük məsuliyyət düşür.

 

Ədəbiyyat qəzeti.- 2026.- 16 yanvar, ¹2.- S.2-6.