Günəşli dünya
Yükləyib
sevgi dolu
xoş günləri,
arzuları,
istəkləri, ümidi
qaranlıqdan
uzaq,
aydın
səmalı,
günəşli
dünyaya
getmək
istəyirsən bəzən,
həyatın
gözəl olduğu
həmin
dünyada
ümidlərin
qönçə olmasını,
arzuların,
istəklərin
çiçək
açmasını istəyirsən.
Sevgi dolu
çiçəklərə
bürünəydi
həyat.
Həmişə
şirinliyi ilə
özünü
insana sevdirsə də,
acılığı
ilə onu dünyaya gəlməyinə
peşman
da edər həyat.
Peşmanlığın
olmadığı,
günahdan
uzaq,
günahkarın
dünyaya gəlmədiyi
həyata
açılaydı
o gözəl,
günəşli dünyanın pəncərələri.
Unudulmaq
qorxusu da olmazdı
günəşli
dünyada.
Unudulan
xain
olardı, çıxardı yaddan,
onun xəyanəti
isə
unudulmazdı.
Çəkiləydi
həyatın
zülməti,
günəşli
dünya olaydı,
qönçə
ümidlərin
arzu, istək
çiçəklərinin ləçəkləri
səpiləydi
xəyal
yollarına...
Ömür
karvanı kimi
Günəş
batacaq,
ay
çıxacaq,
biz də
yuxuya gedib, oyanacağıq...
Beləcə,
həyatımız asılacaq
ömür
hakimiyyətinin
dar
ağacı olan
saatın
əqrəblərindən
cinayətkar
kimi.
Torpaqda
gül-çiçək
də bitər, qanqal da.
Şumlanmayan,
becərilməyən
torpaqda
bar-bərəkət
görünməz
və o
xoş
sözə həsrət qalan
ürəyi
sevindirmək əvəzinə,
onun
sevgisinə
susmaqla, xəyanətlə
cavab verən
soyuqqanlı
sevgiliyə bənzəyər.
Sevgi
olmayan yerdə
bəzən
xəyanət olar.
Ağ
günlərin yanında
qara
günlərin də
rəngi
görünər onda,
xoşbəxtliyin
yanında
bədbəxtlik
gözə dəyər.
Amma
çox çəkməz,
ağrısı,
əzabı qalsa da,
özü
gedər,
yorulmaqdan
yorulsa da,
həyatın
ağır yükünü
daşımaqdan,
əziyyət
çəkməyi bacarmağından
zövq
alan,
bizi
yaşadan, dünyaya bağlayan
ömür
karvanı kimi...
Xəyanət
Kədərin
yorğun
yolçusuna çevrildin.
Günün
qaraldıqca
saçın
ağardı.
Qara
gün tərk etməsə də səni,
qara
saçlar tərk etdi.
Üzündə
qırışlar,
həsrətin
yollarında
ayaqların
iz açdı,
tənha
qadın.
O izlərə
Sevən
bir ürəyin
segisinə
layiq olmayan,
xain ərin
xəyanəti
səbəb oldu.
Sevgi sənə
Leyli nənədən
mənəvi
miras qalmışdı,
Sən o
mirasa layiq oldun.
Ərin
isə Məcnun babanın
sevgi
mirasına
ləyaqətlə
sahib çıxmadı,
Ruhunu
incitdi
sevginin əbədi
və ədəbi simvolu
Məcnunun.
Xəyanətə
tuş gələn qadın,
baxma bu həyata,
görmə
xainləri və onların xəyanətini.
Yum
gözlərini, tənha qadın!
Gördün
axı, gördün!
Onu da,
onun xəyanətini də
unutmaq, bəlkə
də
çətin
olacaq.
Söylə,
həyat, söylə,
sevgi kimi
gözəl hissi
belə
xainlərin xəyanətinə
qurban verməyə
dəyərmi?
Bir
ulduz qədər
Sevgi istəyirdin
-
Həyatın
qaranlıq
gecələrində
dünyaya
bir ulduz qədər
nur
saçsın.
Amma
görmədin.
O sevgini
qıymadı
sənə
həyatını
həsr etdiyin
adam.
Ürəyi
gəlmədi
kiməsə
xoş söz deməyə dili,
xeyirxahlıq
etməyə
əli gəlmədiyi
kimi.
Özünü
düşündü,
yalnız
özünü!
Ayrılıq
körpüsünü də
keçib
getdi,
səndən
gizlətdiyi sevgi şərbətini
başqası
ilə içdi.
Səni
heç düşünmədi ki!
Adın Səadət
olsa da,
O ad həyatına
işıq saçmadı.
Sevgi
dünyasının
qaranlığında
itirdiyin
adam da
səni
itirdi.
Özü
öz həyatına
bədbəxtlik
gətirdi.
Ana təbiətin
də öz hökmü var:
zülmət
gecələr
qara
libasdan çıxmaq üçün
həmişə
günəşə möhtac olar.
Sənin
sevgin idi
o günəş!
Xuraman
HÜSEYN
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, №2.- S.21.