Vaxtın şeiri
Qaralır qaş, sozalır
göz, düşür
şər,
Qaşın enən, gözün
dolan vaxtı var.
Adamların ruh halıdır
çiçəklər,
Qara yelin ləçək yolan vaxtı var.
Gecə
aydır, gündüz gündür saçılan,
Bir söz varmı mərd adına qaçılan?
Al güllənin ağ alında açılan,
Qəbir
üstə gülün
solan vaxtı var.
Qəbri
düşdü nə dərin ki vətənə,
Qan payıdır qədərinki
vətənə.
Can borcudur əsgərinki vətənə,
Torpağın da vətən olan
vaxtı var.
Yaddaş
qəzası
Dağların
qoynunda qalan bir kənd var,
O mənə doğmadır,
mən ona naşı.
Məni
kim xatırlar, kim yada salar?!
Özünə qarışıb dünyanın
başı.
İllərdi
ömrümə yazılır qayıb,
Dəyişən adını una salıqdan.
Orda doğmalıqdan bir şey qalmayıb,
Təkcə köhnə addır
doğulmalıqdan.
Amma...
son gününü yadında
tutub,
İlk günün zəngini qorxa çalan kəs.
Həyat
məktəbində dərsi
unudub,
Şapalaq qarışıq iki
alan kəs...
Əyri
döngələri, bəlkə də qardı,
Bəlkə də bağlıdır
tar ilə sağ-sol.
Gedəsi
olsaydım uğurlayardı,
Gəlməz ayağıma o palçıqlı
yol.
Deyirlər,
qürbətdir o üzü dağın,
Tanrının qədərə yazmağı
kimi.
Çiyələk yığmağa gedən
uşağın
Beyqəfil yolunu azmağı
kimi.
Necə
daşıyasan arana dağı?!
Hər işin başında cansağlığı var.
Biz küncə qoyulduq bir ömür axı,
Hər kəsin bir ömür dustaqlığı var.
Həyat
doğuş ilə ölüm arası,
Haqdan asayiş um, gözəl
çağ istə.
Qırılan dizimə enib qara su,
O vaxtdan qalmışam bir ayaq üstə.
İlk
sevgi, son arzu
Çoxdan
tərk edilmiş daxmadı qəlbim,
Barısı barlamış, himi
dağınıq.
Çölü xarabazar qalaya bənzər,
İçi qarət olmuş
kimi dağınıq.
Göy
üzü görünür uçuq damından,
Çürük çatqıları bulud saxlamaz.
Baxıb
qayğılanmaz çat
sütunları,
Yağışa düşəndə səssiz ağlamaz...
Küləyin
səsindən xoflanar həyət,
Kimin kölgəsidir sınıq
qapıda?
Üzünə dirənər yol
da adamın,
Dizinə
dayanar ayaqqabı da.
İndi
başqa cürdür ürək ağrısı,
Bir yanı umudur, bir yanı küsü.
Bir də and içərsəm
gözüm ağarsın,
Qaçıb bərəkətin, çörək
kürsüsü...
Çoxdan
lasa yatmır yonca tayası,
İtib
itiləyən çapanı
əyri?
Hardadı "girzavoy" çəkmənin
tayı?
Topuğu
yeyilmiş, dabanı əyri.
Qar deyil,
qaralan qanıdı dağın,
Kolların telinə köçüb
ağlığı.
Yaman keçəlləşib yaldakı
meşə,
Çəkib sinəsinə yol
uzaqlığı.
Hər
şey olduğu tək qalıb gözümdə,
Arada tər basır tor eynəyimi.
Bir azca köhnəlib nə varsa, olsun,
İlk sevgi, son arzu xatirə
kimi...
Vaxt
axır səssizcə bir vadi qəmdə,
Şəhər havasına axmadı
qəlbim.
Bir kənd daşıyıram
soyuq sinəmdə,
Çoxdan tərk edilmiş
daxmadı qəlbim.
Kölgə
ilə söhbət
Daha təsəllidən
keçib və xeyli,
Sümüyə dirənən bıçaq
da kütmüş.
Nə dünya kefsizdir, nə mən gileyli,
Amma ağrıları nəsə
hürkütmüş.
O kölgə
bilmirəm, kimdi, nə güdür,
Qırılır dünyanın harasında
yol.
Günahlı, savablı insan
ömrüdür
Keçmişlə gələcək
arasında yol.
Ölüm
gələndə də xoş sayıla, dost,
Gəlib
də çıxmadı
yolu yomrulu.
Yoxdu qılınc çəkən
Əzrayıla, dost,
İndi hardan alaq dəli
Domrulu?
Zaman hövsələmi
çoxdan daşırmış,
Həmişə həyatın rəngi
ağ olmur.
Adam qocaldıqca uşaqlaşırmış,
Dönüb başlanğıca qayıtmaq
olmur.
Baxma
köks ötürüb nəfəs dərə, dost,
Dayanıb gözləmə sonu...
de, keçib.
Mən çoxdan öyrəşdim
itkilərə, dost,
Daha təsəllidən keçib
e, keçib.
Ağ
qoşma
Axı
indi çıxıb hər işin ağı,
Vardığın yolların ağıdı,
ey dost.
Göydən zəhər yağır
şeh düşən çağı,
Doğan
gün sabahın ağıdı, ey dost.
Bir gizli
"hə" olar hər aşkar "yox''da,
Ümid
yeri yoxsa özünə, toxta.
Timsah gülüşünə aldanma
çox da,
Qaralan gözünün ağıdı,
ey dost.
O kimdi
qatlamaq istəyir "yüz"ü,
Ayırmaq da olmur yalandan
düzü.
Nə olsun, qaradır torpağın üzü,
Kəfən ki ölümün ağıdı,
ey dost.
Süleyman ABDULLA
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, №2.- S.21.