Azadlıq, həsrət və məhəbbət
şairəsi - Mədinə Gülgün
Mədinə Ələkbərzadənin ilk qələm sınaqları
40-cı illərin əvvəllərindən
qəzet və jurnal səhifələrində
görünməyə başlayıb
və Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı
mübarizə illərinə
təsadüf etmişdir.
İlk şeirlərini 1945-ci ildə Təbrizdə -
"Vətən yolunda",
"Azərbaycan" qəzetlərində
çap etdirib. Mədinə Gülgünün
"Təbrizin baharı"
adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda
1945-49-cu illər ərzində
yazdığı şeirlər
toplanıb.
Onun poeziyası bütövlükdə
xalqa, doğma Vətənə məhəbbət
ruhuna köklənmişdir.
"Azad qız", "Həsrət",
"Mənim dostlarım"
"Savalanın ətəklərində"
kimi şeirlər onun "yazı masası", "bir parça daş", yatağı "tozlu səngər"(B.Vahabzadə)
olan yaradıcılığının
erkən çağlarına
aiddir. Artıq o müqəddəs vətənə
sahibdir, azad dili, azad sözü
var:
Təbriz
mənim doğma yurdum,
Elə bil ki, bir cənnətdir.
İftixarla deyirəm ki,
Artıq
mən də azad qızam;
nə ürəkdə nisgilim
var,
Nə köməksiz, nə yalqızam.
İndi mənə ilham verən
Bir müqəddəs vətənim
var...
Mədinə Gülgünün poeziyası
vətənə olan sevgi, azadlıq arzusu və doğma yurdun həsrəti ilə doludur. Şeirlərində
o, Təbrizlə Bakı
arasında gedib-gələ
bilməməyin doğurduğu
dərin qəlb yanğısını ustalıqla
əks etdirir:
Bir torpaq üstündə doğulmuşuq biz,
Bir qolum Bakıdır, bir qolum Təbriz.
Bu sətirlər onun vətən sevgisinin, o tay-bu tay Azərbaycanın
ayrılığının və eyni zamanda
bütövlüyə olan
inamının bariz ifadəsi idi.
"Müəllifin şeirlərində
ayrılıq, vüsal
həsrəti, vətən
nisgili dərin, inandırıcı boyalarla
ifadə olunmuşdur.
Bu, oradan qaynaqlanır
ki, şairə ayrılıq
faciəsini sadəcə
bir çoxları kimi, uzaqdan-uzağa duymamış, ömründə,
taleyində yaşamışdır".
İkiyə bölünmüş xalqı narahat edən, düşündürən
mühüm məsələlər
onun şeirlərində
öz bədii əksini tapmışdır.
Cənub həsrəti,
vətənpərvərlik, səmimi duyğular, saf və ülvi
məhəbbət bir
vəhdət yaradır.
Bunlar "Vətən
məhəbbəti", "Yora bilməz yollar məni", "Ərk qalası",
"Qurban olum",
"Vətənim mənim",
"Vətən məhəbbəti",
"Bir övladıq, bir
elik" kimi şeirlərində aydın
görünür:
Mənim,
ey dost, o sahildə
neçə
nəğməm, sözüm
qaldı,
Bahar fəsli alovlandı,
bağım,
bağçam, düzüm
qaldı.
İnan
ki, doymamışdım
mən vətənin laləzarından,
Yar oldu ömrümə həsrət,
o torpaqda
gözüm qaldı.
Vətən həsrətini, ayrılıq
dərdini özündə
əks etdirən
"Araz" şeiri
şairin yanıqlı
səsidir.
Dayan, salma məni dərdə,
Anam qalmış o ellərdə,
Min arzu var könüllərdə,
Axma Araz, gözüm Araz,
Sənə vardır sözüm
Araz.
Şairin
"Təbrizin gülləri
qönçə", "Təbrizin küçələri",
"Təbrizin baharı",
"Təbrizim mənim",
"Oxu, Təbriz gözəli", "Təbrizi
görməyincə", "Kaş durna olaydım", "Canım
vətən torpağı"
və başqa bu kimi şeirlərində
bu həsrət daha da aydın hiss olunur. Təbriz Mədinə xanımın
şeirlərinin qibləsidir.
Ömrü boyu Təbrizə yol alıb səfərə çıxmaq istəsə
də, bu, yuxuya, əlçatmaz ilğıma çevrilib.
İnsanı dərdin
dərinliyinə çəkən
belə hisslərini böyük təəssüf
və ağrı ilə yazırdı:
Sellər
dözmədi, dözmədi,
Yandı
sinəm, döymələndim.
Güllər dözmədi, dözmədi,
Mən yandıqca döndüm neyə,
Yandım,
vətən deyə, deyə.
Bu həsrət, bu qəribliyə
Ellər
dözmədi, dözmədi.
Təbrizin küçələrini seyrə çıxan şair yol salıb
"Küçəbağa, Əhrab, Qaradağ üstünə baş çəkir, Şeşkilanı
nəğməli görür.
Şamqazandan addayıb,
Qonka başına çatır. Maralanın
güllərdən xonça
tutur və Çərəndabın sözə
döndüyünü, Lilavada
çeşmələrin axdığını
görür". Amma bu
da ömür boyu gördüyü saysız
şirinli-acılı yuxulardan
biri olur:
Kim deyər, burdan keçmə,
Baxsın
həsrət köçümə
Təbrizin küçələri.
Mənim
söz dünyamsınız,
Sahilsiz dünyamsınız.
Xalq şairi Balaş Azəroğlunun ömür-gün
yoldaşı olmuş
Mədinə xanımın
taleyində bu evlilik mühüm rol oynamış, onun yaradıcılıq taleyinə böyük təsir göstərmişdir.
Bu iki cənub həsrətli şairin ailəsinin ilk övladı
dünyaya gələndə
ona "Araz" adını veriblər. Bununla da yolları yaxın etməyə, ayrılmış Vətənin
birləşəcəyinə inam ifadə etmişdilər. Qəlbi Cənub həsrəti ilə döyünən Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün
bir şair ömrünü mənsub
olduğu xalqa şərəflə, vicdanla
xidmətdə keçirib.
Mədinə xanım
Azəroğluya müraciətlə
yazırdı:
Nə yaxşı ki, sən var idin yer üzündə.
Nə yaxşı ki, ulduzumuz qoşa yandı.
...Nə yaxşı ki, el dərdini qoşa çəkdik.
...Nə yaxşı ki, yer üzündə biz də varıq.
Nə yaxşı ki, haqq yolunda əsgərik biz.
Akademik Bəkir Nəbiyev şairin əsərləri
haqqında yazırdı:
"əsərlərdəki duyğuları yaşamaq üçün şairin
təsvir və tərənnüm etdiyi hadisə, əhvalat və predmetlərə məhz Gülgünün
gözü ilə baxmaq lazımdır. Belə olduqda, şeirlərdə Xəzər
ləpələrinin pıçıldadığı
əbədiyyət nəğməsini
dinləmək, qar altından təzəcə
çıxmış nərgizin
qızıl düyməli
ağ ipək köynək geydiyini görmək, şəfəqdən
rəng alıb qızıl cama dönmüş lalənin
şeh damlalarından
içib bahar nəsimi ilə xumarlandığını müşahidə
etmək mümkündür".
Şair
sinəsi xalq yaddaşının can dəftərçəsidir.
Orda şirinli-acılı
xatirələr, həyatın
böyüklü-kiçikli problemi özünə yer alır. Onun şeirlərinin çoxu Vətən nisgili, yurd həsrəti
ilə yoğrulub.
Doğmalarından, anasından, Təbrizindən,
Savalanından ayrı
düşən bir insanın həsrət və nisgil dolu ürəyini, odlanan qəlbini, ruhunu elə onun həsrət və nisgilli misralarından duyuruq və oxuyuruq:
Dözürəm ümidlə həsrət
acıma,
Qarlar birəm-birəm qonur saçıma.
Min şirin
xəyalda, birdən bağçama
Bir körpə qaranquş endi, Savalan,
Könlüm qanadlandı, dindi, Savalan.
Mədinə Gülgün vətənimizin
istiqlaliyyəti uğrunda
döyüşən azadlıq
mübarizlərinə, zindanlarda
çürüyən fədailərə,
el uğrunda canından keçən oğul və qızlara, zəhməti ilə xariqələr yaradan əməksevər insanlara, ədəbi fəaliyyətində sevdiyi
sənətkarlara silsilə
şeirlər həsr
etmiş, onların bədii portretini yaradaraq əsərlərində
əbədiləşdirmişdir.
Yaradıcı insanın ilham gücü, həyat təcrübəsinin zənginliyi
onun əsərlərini
daha canlı və təsirli edir. M.Gülgün zəngin təcrübəyə
malik sənətkar idi. Güclü poetik düşüncəsi,
zəngin həyat təcrübəsi şeirlərində
də öz əksini tapırdı. Şeirləri yalnız şəxsi duyğuları
deyil, həm də bütöv bir millətin nisgilini ifadə edirdi.
Doğma Azərbaycanın
hər qarış torpağını qəlbinin
dərinliklərində sevən,
səhərlərini ümidlə
qarşılayan Mədinə
Gülgünün həsrəti
ömür boyu bitmədi. Onun həyat yolu Vətənin çətin
günləri ilə birgə yazıldı, arzuları isə ömrünə işıq
saçan çıraq
kimi parladı.
Pərvanə
MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 16 yanvar, ¹2.- S.16.