Birinci ümumittifaq Türkoloji
Qurultayda əlifba məsələsi
16 mart
1925-ci ildə Azərbaycan Sovetlər Qurultayının qərarı
ilə I dərəcəli məktəblər latın qrafikasına keçidə başladı. Qurultayın elmi,
siyasi,
maliyyə
və digər təşkilati məsələləri bütövlükdə
Moskva tərəfindən hazırlanmışdı. 1926-cı ilə qədər vəziyyət bu
şəkildə
davam etmişdi. Lakin SSRİ
siyasi elitasının türk xalqları üçün əlifbanın bu qədər "asanlıqla"
dəyişdirilməsinə razılıq verməsi diqqətəlayiq və müəyyən mənada düşündürücüdür. Bu mövqe,
əsasən, geosiyasi məqsədlərlə
- türk xalqları arasında bütövlüyün zəiflədilməsi və
xüsusilə,
Türkiyə
ilə ideya-mədəni yaxınlığın qarşısının alınması
niyyəti ilə
izah olunur.
Qurultayın ən mühüm
və eyni zamanda ən çox mübahisə doğuran məsələsi
əlifba ilə bağlı olmuşdur. Müvafiq bölmədə
SSRİ-də yaşayan
türklərin istifadə
etdikləri ərəb
əlifbasının dəyişdirilməsinin
məqsədəuyğunluğu müzakirə edilmiş, onun yerinə kiril, latın əlifbasının, yaxud
bu ərazidə yaşayan türklər üçün ortaq, ya da ayrı-ayrı əlifbaların tətbiq
olunmasının daha uyğun olacağı məsələsi ətrafında
müzakirələr aparılmışdır.
Müzakirələr beş
iclasdan sonra tamamlanaraq səsverməyə
qoyulmuş, həlledici
səslə latın əlifbası qəbul edilmişdir. Beləliklə,
Egey sahillərindən
Çin sərhədlərinə
qədər ərazilərdə
yaşayan bütün
türklər latın
əlifbası istifadə
edəcəkdi.
Azərbaycanın və ümumtürk
dünyasının tanınmış
maarifçiləri, mütəfəkkirləri
- M.F.Axundov, İ.Qaspıralı, A.Baytursunov,
Ü.Hacıbəyli, M.Şahtaxtinski,
H.Cavid, F.Köçərli,
V.Xuluflu və başqaları ərəb
əlifbasının modernləşdirilməsi,
islah edilməsi və ya latın
qrafikası ilə əvəz olunması məsələsini müxtəlif
dövrlərdə müzakirə
mövzusuna çevirmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti
dövründə "Azərbaycan"
qəzetində təşkil
olunan geniş ictimai müzakirələr
bu prosesin cəmiyyət üçün
necə aktual olduğunu bir daha sübut edir. Türklərin latın əlifbasını
qəbul etməsi, aydın olur ki, onların gələcəkdə
kiril əlifbasına keçməsi üçün
zəruri bir mərhələ idi. Məhz bu səbəbdən
Sovet mərkəzinin nümayəndələri I Ümumittifaq
Türkoloji Qurultaydan əvvəl türk xalqları arasında latın əlifbasının
qəbul edilməsi yönündə təbliğat
işi aparmışdılar.
Yeni Əlifba Komitəsinin
Türkmənistana, İdil
(Volqa) boyu respublikalarına, Xivə və Krım hökumətlərinə müraciətlərinin
əsasında yeni əlifbaya
keçid məsələsi
dayanırdı. 20 oktyabr
1923-cü ildə Azərbaycan
hökuməti "Yeni türk
əlifbasının dövlət
əlifbası kimi qəbul edilməsi" haqqında qərarını
elan etdi. Komitə yaradıldığı zaman Cəlil
Məmmədquluzadənin rəhbərliyi
ilə "Yeni yol"
qəzeti latın qrafikası ilə nəşr olunmağa başlamışdı. Lakin buna baxmayaraq, həm latın, həm də ərəb qrafikası paralel şəkildə istifadə
olunmaqda davam edirdi.
16 mart
1925-ci ildə Azərbaycan
Sovetlər Qurultayının
qərarı ilə I
dərəcəli məktəblər
latın qrafikasına
keçidə başladı.
Qurultayın elmi, siyasi, maliyyə və digər təşkilati məsələləri
bütövlükdə Moskva tərəfindən hazırlanmışdı.
1926-cı ilə qədər
vəziyyət bu şəkildə davam etmişdi. Lakin SSRİ siyasi
elitasının türk
xalqları üçün
əlifbanın bu qədər "asanlıqla"
dəyişdirilməsinə razılıq verməsi diqqətəlayiq və müəyyən mənada
düşündürücüdür. Bu
mövqe, əsasən,
geosiyasi məqsədlərlə
- türk xalqları arasında bütövlüyün
zəiflədilməsi və
xüsusilə, Türkiyə
ilə ideya-mədəni
yaxınlığın qarşısının
alınması niyyəti
ilə izah olunur. SSRİ latın qrafikasına keçidin təbliğini 1920-ci illərin
əvvəllərindən etibarən
sistemli şəkildə
aparmağa başlamışdı.
Latın qrafikasının
tətbiqi məsələsi
ilk dəfə 1920-ci il iyulun
3-də Azərbaycan Xalq
Maarif Komissarlığının
kollegiya iclasında qaldırılmışdı. Həmin
il, noyabrın 11-də Azərbaycan
Xalq Maarif Komissarlığının qərarı
ilə türk əlifbasının islahatı
layihəsini hazırlamaq
üçün xüsusi
komissiya yaradılmış,
sədr professor Jüze
təyin olunmuşdu. Digər tərəfdən,
Türkiyədə M.K.Atatürkün rəhbərliyi
ilə aparılan əlifba islahatı regionda tamam fərqli istiqamət almışdı. 1926-cı il qurultayının
müzakirələrini və
nəticələrini diqqətlə
təhlil edən M.K.Atatürk T.Menzel, Y.Messaroş, F.Köprülüzadə, Ə.Hüseynzadə
kimi mütəxəssislərin
elmi məsləhətlərindən
faydalanaraq strateji qərar verməyə zəmin yaratdı.
Türkiyədə yaşayan azərbaycanlı
siyasi mühacirlər
latın qrafikasına
keçid məsələsində
fəal iştirak etmişlər. Onların təşəbbüsləri M.K.Atatürkün ideoloji-modernləşdirici
xətti ilə üst-üstə düşürdü.
Atatürk Osmanlı dövrünün
idarəçilik və
mədəniyyət modelindən
uzaqlaşaraq, yeni - dünyəvi
bir nəsil yetişdirməyi qarşısına
məqsəd qoymuşdu.
Mühacirlərin təşəbbüsləri
bu strategiyanın praktik təzahürü kimi dəyərləndirilə
bilər və latın qrafikasına keçidin yalnız texniki deyil, həm də siyasi-mədəni əhəmiyyətini
ortaya qoyurdu. Bu proses, həmçinin türk dünyasında dil və mədəniyyət
birliyinin təşviqi
ilə regionda ideoloji nüfuzun gücləndirilməsi məqsədini
daşıyırdı. 1926-cı ildə Maarif Vəkalətinin tapşırığı
ilə bu mövzuda macar alimi Kuhne əlavə
hesabat hazırlamışdı.
Hesabatında qeyd edirdi ki, yazı texnikası yalnız tədris deyil, həm də birinci dərəcəli sivilizasiya məsələsidir.
Onun fikrincə, türklər macar və fin dillərindəki
kimi transkripsiya sistemi qəbul etsələr, bu, Qərb mədəniyyətinə
inteqrasiyanı asanlaşdıracaq.
Kuhnenin hesabatından qısa müddət sonra M.K.Atatürk
macar əlifbasını
araşdırmağa başlamış,
1927-ci ilin iyununda latın qrafikasının
qəbul edilməsinin
zamanı çatdığına
qərar verərək,
Maarif Vəkalətinə
latın əlifbasının
tətbiqi üçün
lazımi hazırlıqların
başlanması üçün
göstəriş vermişdi
(bax: Mustafa Öner.
1926 Bakü I Türkoloji
Kurultayı. Ankara, 2008.). Latın
qrafikasına keçidin
Azərbaycanın və
digər türk respublikalarının ərazisində
tətbiqi Atatürk Türkiyəsi
üçün mürəkkəb
və ikili xarakter daşıyan bir proses idi.
1920-ci illərin ortalarında
SSRİ-də başlanan
latınlaşdırma hərəkatı
zahirən türk xalqları üçün
modernləşmə tədbiri
kimi təqdim olunsa da, Ankara bu prosesin arxa planındakı
siyasi məqsədləri
diqqətlə izləyirdi.
Sovet rəhbərliyinin
latın qrafikasına
keçidi təşviq
etməsi, ilk baxışda,
Türkiyənin islahat
xətti ilə paralel görünürdü,
lakin bu, mahiyyətcə tamamilə
fərqli ideoloji bazalara söykənmişdi.
Moskva üçün latın
əlifbası türk
xalqlarını ərəb-islam
mədəniyyət çevrəsindən
uzaqlaşdırmaq və
gələcəkdə kiril
qrafikasına keçid
üçün mərhələ
yaratmaq vasitəsi, Türkiyə üçün
latın qrafikası
modern millət quruculuğu
və Qərbə inteqrasiyanın rəmzi idi. Bu səbəbdən
SSRİ məkanında aparılan
əlifba islahatlarının
Ankarada həm maraq, həm də narahatlıq doğurması təbiidir.
Bir tərəfdən, müstəqilliyini
itirmiş türk respublikalarının yeni yazı
sisteminə keçməsi
mədəni yaxınlaşma
üçün nəzəri
imkanlar yaradırdı,
digər tərəfdən
isə, həmin prosesin sovet nəzarəti altında aparılması bu yaxınlaşmanın Ankara tərəfindən
yönləndirilə bilməyəcəyi
anlamına gəlirdi.
Beləliklə, latın
qrafikasına keçid
Türkiyə üçün
strateji baxımdan həm fürsət, həm də geosiyasi risk mənbəyi idi. Məhz bu ikili vəziyyət
Türkiyə mətbuatının
və ictimaiyyətinin
1926-cı il I Ümumittifaq Türkoloji Qurultayına münasibətini müəyyənləşdirmişdi.
Dövrün qəzetləri
qurultay barədə məlumat versələr də, açıq dəstək göstərmədən,
əsasən müşahidəçi
mövqe nümayiş
etdirdilər. Qurultaya dəvət olunan şəxslərin latın
əlifbasını dəstəkləyənlər
olmasına xüsusi diqqət yetirilmişdir. Məhz bu səbəbdən
Türkiyə alimləri
qurultayda iştirak etmək istəməmişlər
və ictimaiyyət də belə qurultaya gözlənilən
maraq göstərməmişdir.
Qurultaya Türkiyədən
heç bir jurnalist göndərilməmiş,
ictimai rəy və mətbuat qurultayla bağlı xəbərlərə, demək
olar ki, yer verməmişdir. Mətbuatda
yayılan yazılar diqqətlə təhlil edildikdə, Türkiyənin
həmin prosesə ideoloji deyil, daha çox ehtiyatlı diplomatik tərəfdən yanaşdığı
görünür. Bu ehtiyatlılıq
həm Sovet İttifaqı ilə münasibətlərin kəskinləşməsinə
yol verməmək, həm də SSRİ daxilində latınlaşmanın
uzunmüddətli strateji
nəticələrini dəqiq
qiymətləndirmək zərurəti
ilə bağlı idi. Bu dövrün mətbuat müzakirələri
Türkiyədə müxtəlif
ideoloji cərəyanların
mövqelərini açıq
şəkildə üz-üzə
gətirmişdi. M.K.Atatürkün modernləşdirici
xəttini təmsil edən "Hayat" jurnalı
və "Hakimiyet-i Milliye" qəzeti latın qrafikasına keçidi zəruri bir islahat kimi
təqdim edirdisə, turançı çevrələrin
platforması sayılan
"Türk Yurdu"
jurnalı və "İkdam" qəzeti bu məsələni daha ehtiyatlı, hətta tənqidi mövqedən qiymətləndirirdi.
Latın qrafikası ilə bağlı müzakirələr yalnız
bir neçə orqanın mövqeyi ilə məhdudlaşmamış,
əksinə, həmin
dövrün, demək
olar ki, bütün türkcə qəzet və jurnallarında geniş şəkildə
işıqlandırılmışdı.
Mətbuat ictimai fikrin formalaşdırılmasında əsas vasitə rolunu oynayır, müxtəlif intellektual qrupların əlifba məsələsinə münasibətini
ictimaiyyət izləyirdi.
Atatürkün mövqeyini
əks etdirən qəzetlərdə latın
əlifbasının qəbul
edilməsinin zəruriliyi
və bu məqsədlə mütəxəssislərdən
ibarət xüsusi bir komissiyanın yaradılması ideyası
ardıcıl şəkildə
ictimaiyyətin diqqətinə
çatdırılırdı. Bu nəşrlərdə latın
qrafikasına keçid
Türkiyənin modernləşmə
strategiyasının tərkib
hissəsi kimi təqdim edilir, islahatın həm praktik, həm də mədəni üstünlükləri vurğulanırdı.
Əks cəbhədə
isə "İkdam"
qəzetinin baş redaktoru, turançı ziyalı Əhməd Cövdət Oran latın əlifbasına qarşı
çıxmış, bu
keçidin türk xalqları arasında mədəni parçalanma
yaradacağı barədə
xəbərdarlıq etmişdi.
Onun fikrincə, müxtəlif coğrafiyalarda
yaşayan türklərin
fərqli yazı sistemlərinə keçməsi
ümumtürk mədəni
vahidliyini zəiflədə
bilər. Diqqətəlayiq
məqamlardan biri də odur ki, həmin dövrdə
liberal-turançı mühitin
aparıcı simalarından
sayılan Mehmet Fuad Köprülüzadə
ərəb qrafikasının
qorunması istiqamətində
fikirlər səsləndirirdi.
Bu, Türkiyə intellektual
mühitində əlifba
məsələsinin nə
qədər mürəkkəb
və çoxqatlı
bir ideoloji problemə çevrildiyini
göstərir. Nəticə
etibarilə, Türkiyə
ictimaiyyəti və siyasi dairələri Bakı qurultayına nə tam rəğbətlə,
nə də rəddedici şəkildə
yanaşmışdır. Onların
mövqeyi daha çox ehtiyatlı müşahidə və uzunmüddətli geosiyasi çərçivəni nəzərə
almaq prinsipi üzərində qurulmuşdu.
Bu mövqe həm modernləşmə strategiyası,
həm də dövrün beynəlxalq reallıqları ilə uzlaşırdı. Türkiyə
1928-ci ildə ərəb
qrafikasından latın
qrafikalı əlifbaya
keçidi rəsmi şəkildə bəyan
etdi - bu islahat Moskva üçün
həm sürətli,
həm də gözlənilməz addım
idi.
(Davamı olacaq)
Nadir
MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, №3.- S.6.