Gedin,
bütün adamlar!
Sizlərlə
yarım qalmaqdansa,
Tənhalığımla
bütün olaram!
Adımı
bilmək,
Üzümü
seçmək
Məni
tanımaqdır məgər?
And
içərəm bütün quşların dən ümidinə,
Tora
salınan balıqların yem sevincinə,
Göy
üzünün mavisinə,
Bəyazına...
Məni
tanıyan kimsə olmadı bu həyatda.
Ruhumdan
soyunub atsam bədənimi,
Yenə
yad olaram qardaşıma, bacıma...
Mən
ortaq istəmirdim ağrıma, acıma,
Allah
versin öz əlacıma...
Sadəcə
tanınmaq, bilinmək arzusu...
Sözdən,
bədəndən, maddədən uzaq...
Azərbaycan
dilini deyə bilmərəm,
Həyat
dilində
Heç
bir şəxs mənsubiyyət qəbul etmir.
Hamımız
tənhayıq!
***
Dənizdəki
daşların içini bilmək istəsən,
Sahildəki
qumlara bax.
Hər
ovuc qum bir daş parçasıdır.
Qum və
daş...
Buz suyun
yaralar almış halıdır,
Su hələ
cavandır,
Buz hər
şeydən halıdır...
Buzun
içini bilmək istəsən,
Axıb
gedən sulara bax.
Su və
buz...
İçində
od gəzdirir
Yaşıl
ağaclar,
Özündən
kəsir özünü,
Özündən
yandırır özünü,
İllər
boyu bəsləyir közünü,
Yaşıllar
dönüb boz olur,
Yaşıl
və boz...
Bu adla
bürünmüşəm bu bədənə,
İçindəki
mənəmmi, sanırsan?
Tüstün
çıxmırsa,
Nə
bilsinlər, yanırsan?
İçimdəkini
bilmək istəsən, güzgüyə bax.
Bax...
Sən və
mən...
***
Bu gözəl
göy üzünün altında
Çirkin
adamlar
Elə
gözəl yaşayırlar ki, Fyodor!
Bu gözəl
göy üzünün altında
Gözəl
adamlar elə gözəl
Yaralar
daşıyırlar ki...
Bu gözəl
göy üzünün altından
Ya gərək
dişini sıxıb gedəsən.
Ya da bir
ömür
Ürəyini
sıxıb ölüm güdəsən.
Olmur,
Fyodor, olmur.
Adamları
daha göy üzünün
Gözəlliyinə
də güzəştə getmək olmur...
***
Deyim, biləsən...
Möhtəşəm
gedişlərim var mənim,
Bu gün
istəsən, canımı verərəm.
Sabah elə
bir şey edərsən,
Canın
çıxsa, qayıtmaram,
Canım
çıxsa, qayıtmaram.
Sevəndə
ölümünə sevərəm,
Gedəndə
ölümünə gedərəm.
Qəfil...
Heç
olmamış kimi...
Gedişlərin
sevgiyə nə dəxli?
Bir də
qırıqlar var,
Bu gün
bir dənə,
Sabah
qalaq-qalaq qırıqlar.
Bu gün
bərəlmiş gözlərlə,
Sabah dərin
bir ah,
O biri
gün sakitcə,
Səssizcə
qarşılanan qırıqlar.
Mən
ağlamağı da bacarmıram,
Ağladılacağım
yerdə dayanmağı da.
Deyim, biləsən...
Möhtəşəm
gedişlərim var mənim.
Elə
gedirəm, elə qəfil...
Heç
olmamış kimi...
Bir az da
vicdansız gedirəm.
Ciblərimə
doldururam günəşi,
Prometey
kimi oğurlayıram atəşi.
(Sonradan
didilsə də ciyərim)
Çantamda
yaz çiçəkləri,
Qollarımda
bir qucaq göy üzü...
Mən
gedəndə məğrur gedirəm,
Gedirəm
dağ kimi,
Qalıram
dağ kimi...
***
İçimdə
kədərli bir qız uşağı,
Güzgülərə
ağlayan,
"Dünyanın
ən çirkini"
Gözəl
bir qız...
Saçına
dəyməyən sığalların
Ürəyində
əbədilik izi var.
Gözəl
olduğunu deməmişdilər,
Bilməmişdi...
Qısılmışdı,
utanmışdı,
Ürəkdən
gülməmişdi.
Gizlincə
qayçını götürüb
Saçını
kəsməyi...
Əllərinin,
bədəninin əsməyi,
O həyəcanlı
macəra
Özü
də bilmədən
Ən
böyük üsyanı idi.
İçimdə
qanadları qırıq qız uşağı...
Yandırdığı
kekin "Afərin"inə,
Sındırdığı
qabın "Eybi yox"una həsrət...
İçimdə
çılğın bir qız uşağı,
Evdəki
qırmızı yastıqların anası,
Gəlinciksiz,
kuklasız...
İçimdə
xoşbəxt bir qız uşağı...
İllər
sonra yenidən gələn,
Deyən,
gülən, rəqs edən...
Oğlumun
möhtəşəm oyun dostu...
Kimsəyə
buraxmaram,
Bu dəfə
özüm böyüdəcəyəm onu.
Gülay
TAHİRLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, №3.- S.8.