Yolun sonunda Günəş var
Yolun
sonunda Günəş var;
uca
dağların başında,
pambıq
buludlar qoynunda.
Rəngi əməlindən
aslı;
parlaq
olur, solğun olur...
Əgər,
yol alsan payızda,
ilk salam, yarpaq
səsidir;
şütüyüb
keçər yanından,
ya da qalar
ayaq altda.
Bu yolun
daş yaddaşında
payızın
barmaq izləri,
neçə
ananın gözləri,
neçə
min ilin sözü var.
Səni
görən kimi külək,
qamışların
dili ilə
haray
salar, xəbər yayar,
hamı
bilər;
sən gəlirsən...
Günəş
dayanıb yerində,
üfüqün
lap kənarında,
səni
gözlər.
Kölgə
susar, səni görməz.
İşıq
görər, işıq gülər...
Sən
davam et!
Heç
aldırma;
vızıltıya,
sızıltıya,
uğultuya.
Sən
davam etdikcə ayağın altda
vaxt
xırdalanır,
yarpaqlar
keçmişi
yumşaq
səslə bağışlayır.
Hər
addımda
sən
daha az qorxursan,
daha
çox yola çevrilirsən.
Bu yol
qaçış
deyil,
qayıdış
da yox!
Bu yol
özünə doğru
sakit bir
irəliləyişdir.
Sükut
danışır,
sözlər
kölgə salmır.
Qamışlar
baş əyir:
- Keç,
amma iz
qoymadan yox,
ürək
qoyaraq keç.
Günəş
doğur,
yalnız
səmanın deyil,
sənin
də yolunun üstünə.
Və sən
anlayırsan:
işıq
haradan gəldiyini soruşmur,
hara
getdiyini də.
Yolumuza
Günəş doğsun!
Yolumuza
davam edək!
Biz getməsək,
adi yoldu,
biz gedəndə
dünya olur...
Oxu
İlk
söz - "Tanrı" idi;
daş
üzərində yazılmış,
sükutun
sinəsində doğulan ad.
Söz hələ
nəfəs idi,
zaman hələ
ölçü bilmirdi,
işıq
belə öz kölgəsini tanımırdı.
Sonra
Tanrı danışdı -
amma
danışmaq deyildi bu,
bu bir
çağırış idi:
"Oxu!"
Səssizliyə
atılan ilk ox
və ya
toxum.
Kağızdan
əvvəl yazılan cümlə,
insanın
alnına deyil,
ruhuna
yazılan əmr.
Oxu -
daşı,
suyu, küləyi oxu!
özünü
hərəsi bir dərədə olan
Pazl
parçalarından yenidən qur...
Oxu -
əlifban
olmayan gecələri,
qorxudan
titrəyən səhərləri,
adını
unutmuş şəhərləri oxu.
Tanrı
dedi: "Oxu!" -
çünki
bilmədən inanmaq korluqdur,
inanmadan
yaşamaq isə
uzun bir
susqunluq.
Və
insan oxudu -
gözləri
ilə yox,
yaraları
ilə,
yıxıla-yıxıla,
qalxa-qalxa.
İndi hər
kitab bir yol ayrıcıdır,
hər sətir
bir imtahan,
hər
sual Tanrıya tərəf
atılan
addımdır.
İlk
söz "Tanrı" oldu,
ilk əmr
"Oxu!"
Və
dünya hələ də
bir
sözdən ibarət
o cümləni
tam oxuyub
bitirməyib.
Ey huricamal
"Gərçi
məndən surətin qaibdir, ney huricamal,
Sanma
kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!"
İmadəddin
Nəsimi
Camalın
pünhan sanıldı,
Çünki,
gözlər görməz onu.
Gözlər
görməz, könül görər,
könülsə,
hərfə möhtac...
Mən səni
gözlə gəzmədim,
Çünki,
göz zahiri görür.
Bütün
zahirlərsə, hicab.
Səni hərflərdə
gördüm -
"əlif"də
qaim vücudun,
"be"də
bükülən sirrin var.
Həqiqətlər
"nöqtə"də cəm...
Hərf
oxunur, yox olmur,
oxunmadan
da mövcuddur.
Sənin
camalın da belə:
nə
görünməklə var olur,
nə də
gizlənməklə itir.
Mən sənə
heç "gəl" də deməm,
Çünki
"gəlmək" də bir hicab...
Üfurdüyün
ruh canımda,
Dik tutan
iliyimdəsən!
Ədn
cənnəti
Külək
oynadır pərdəni,
Kölgələr
gəzir üzündə.
Kirpiklərin
enir, qalxır,
Arzular
axır gözündə...
Kölgələrlə
qaçdı-tutdu
Oynayırıq
ağ bədəndə...
Elə
bil ki, kəpənəkdir
Cövlan
edir göy çəməndə.
Dodaqlarım
yaxalayır,
Aman vermir
kölgələrə...
Kəpənəklər
təslim olur,
Qonur fərqli
bölgələrə...
Sağ
ol, Günəş, sağ ol, pərdə,
Bir də
yaylı, düz yatağım...
Şükür,
ey uca Yaradan,
Əsl cənnətdir
otağım!
Zaur
USTAC
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, №3.- S.19.