İmpressionizm
İşıq fırçasıyla çəkir Tanrı
Dünyanın bütün rənglərini.
Dünyanın bütün boyaları
işıqdan keçir.
Bir dəfə çəkilir
təbiətin hər
anı.
Səmada
buludları,
Küləyin qaldırdığı tozu,
Dənizin ləpələrini,
Çayın axarını -
Həyatın hər anını
mümkün deyil təkrar çəkmək,
Hər vuranda ayrı duyğuyla döyünür
ürək.
Qaytarmaq
olmur ömürdən
ötən hər bir anı,
Hər
an ayrı baxışla
seyr edirik dünyanı.
Bir işığın min çaları
bir kölgədə gizlənir,
Fələklər də ulduz-ulduz,
işıq-işıq düzlənir.
Daş
da, torpaq da, dağ da,
qaya da
Yağışda yuyunur,
Günəş işığına bürünüb yaşayır
həyatı.
Tanrı
işıqla hər gün təzələyir
kainatı.
Bir eşqdə vəhdət tapır kainatda hər şey,
Yerin təki, göyün qatı.
İnsanın gözlərilə çəkilir
Allahın bir anlıq təəssüratı.
Abstraksizm
Allahın yaratdıqlarından uzaq,
Təbiətin ölçülərindən fərqli,
Sözlə çəkilən,
Eşqlə ölçülən,
Diqqətdən kənar görüntülər,
Düşüncələri yaran,
Çərçivəsinə sığmayan fikirlər,
Ölçüləri sındırıb
keçən xətlər,
Həddini aşan sədlər,
Rənglənmiş, boyalanmış
Rənglərə, boyalara sığmayan
Xəyal
dünyası.
Yaradıcı insan düşüncəsinin
Qeyri-adi
həyat kompozisiyası.
Ölümə üsyan edən
olum,
Batıya
üsyan edən Doğu,
Tanrının dərkolunmaz sonsuzluğu.
Klassizm
Həyat
gözəldir,
Gözəldir həyatın ağı,
qarası,
Gözəldir insanın yaşamaq
sevdası,
Yaşatmaq sevdası.
Başımız üstə bulud
gözəldir,
Ayağımız altında daş.
Gözəldir nəsildən-nəsilə,
Tarixdən-tarixə ötürülən
yaddaş.
İnsan
da gözəldir, mələk
də,
Torpaq da
gözəldir, fələk
də.
Ölüm də gözəldir,
həyat da.
Həyatda
Qədrini bilək hər
bir anın, saatın.
Dünyada ölüm olmasaydı,
Heç
bir mənası olmazdı həyatın.
Dağ
da gözəldir, düz
də,
Gecə
də gözəldir,
gündüz də.
Necə
də gözəldir eşq!
Necə
də gözəldir məhəbbət!
Gözəldir bu yolda çəkdiyin əzab
da,
Bu yolda etdiyin günah
da.
Dünya
gözəldir,
Gözəldir dünyanı gözəl
yaradan Allah da.
Kubizm
Riyazi ölçülərlə qurulub
cahan,
Riyazi ölçülərə sığışmır.
Həndəsi ölçülərlə yaranıb insan,
Həndəsi ölçülərə sığışmır.
İnsan
məkana sığışmır,
İnsan
zamana sığışmır.
İnsanın ölçülərində yaşayır neçə
qat dünya,
Üçbucaq dünya,
Rom dünya,
Kvadrat dünya.
Eşq oxunda dolanan dünyamızın
Xət-xətdir paralelləri, meridianları,
Kəsir
bir-birini əyrilər,
düzlər,
Üçbucaq çiyinlər,
Üçbucaq üzlər.
Dördbucaq döş qəfəsində
azadlıq
eşqiylə çırpınır
ürək,
Çıxa bilmir dairədən,
Çıxa bilmir çərçivədən.
Onunçun çəkilmiş çevrədə
Dolanır zamanın başına.
Vücudu
bənzəyir çoxüzlü
meteroid daşına.
Gözü nə qədər
açılsa da insanın
Yenə
baxışı kor bucaqdır.
Kor bucaq kimi gəzir
aranı, dağı,
Tanrı
eşqindən gözləyir
pənah,
Görmür yaxını, görmür
uzağı.
Dünyada hər şeyi görür ancaq Allah,
Kürə şəklindədir Allahın baxış bucağı.
Yerdəyəm
Tur dağında, Sinada
Nur olduğum yerdəyəm.
Haqqın
gözəlliyinə
Vurulduğum yerdəyəm.
Sudan, oddan süzülüb,
Təmiz
addan süzülüb,
Daş inaddan süzülüb
Durulduğum yerdəyəm.
Yalan dünyada gəzib,
Yaxşı, yamanı sezib,
Qandan, qadadan bezib
Yorulduğum yerdəyəm.
Tanrının əli altda,
Zamanın dili altda,
Eşqimin külü altda
Qor olduğum yerdəyəm.
Sığmıram hər qanuna,
Yolam vüsal anına.
Göylərin mizanına
Qurulduğum yerdəyəm.
Özünü axtarır dünya
Nazdan düşmüş qarı
kimi
Nazını axtarır dünya.
Kor ocağın qoru kimi
Közünü axtarır dünya.
Açıbdır fal kitabını,
Göyə tutub xitabını,
İtirib
haqq-hesabını,
Düzünü axtarır dünya.
Ələyir qəm ələyini,
Çalır şeytan tütəyini.
Dostla
halal çörəyini,
Duzunu axtarır dünya.
Sındırıb daş qəfəsini,
Ötmək istər nəğməsini.
Dara düşmüş haqq səsini,
Sözünü axtarır dünya.
Yolun azıb qaranlıqda
Dayanmayır bir anlıq da,
Hey gəzir bu viranlıqda,
Özünü axtarır dünya.
Xərcləyir könül varını,
Qıra
bilmir qəm torunu.
Geyinibdir
astarını,
Üzünü axtarır dünya.
Ağamir CAVAD
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, ¹3.- S.19.