Qədəri
Kim olursan, var-dövlətin
Əyninin bezi qədəri.
Gileylənmə, ömrün sənin
Bir varaq yazı qədəri.
Şeytanların gülə bildi,
Cahillərin belə bildi,
Kasıbın da ölə bildi,
Ölümün bozu qədəri.
Adın
haqqın qələmində,
Canı
solub lalənin də,
Məcnun
da eşq aləmində
Sevginin tozu qədəri.
Uca dağlar buzu sevdi,
Şair
olan sözü sevdi,
Tanrımız da bizi sevdi,
Qurbanlıq quzu qədəri.
Nə anlarsan?!
Arif deyilsən, ey qafil,
Bu dünyadan nə anlarsan?!
Allaha yolun bağlıdır,
Bu mövladan nə anlarsan?!
Eşqin
meyini içməyib,
Hər gün göylərdən
keçməyib,
Sözün dürrünü seçməyib,
Bu dəryadan nə anlarsan?!
Zövqün bağında bitmədin,
Dərdə xuraman getmədin,
Haqqı
ki yəqin etmədin,
Bu "guya"dan nə anlarsan?!
Bu aləm çox naşı yanır,
Mamır
üçün daşı
yanır,
Saman səndən yaxşı yanır,
Bu sevdadan nə anlarsan?!
Yel aparar sözlərini,
Yağış yuyar izlərini,
Ölüm açar gözlərini,
Bu röyadan nə anlarsan?!
Qarışdırır
Səndən gələn mələklər
Sözünü qarışdırır.
Xəyalın ürəyimdə
Közünü qarışdırır.
Hələ də yaram dərin,
Nə deyim, acın şirin,
Gecələri gözlərim
Duzunu qarışdırır.
İndi
zaman özgədir,
Bu eşq nimdaş, əskidir,
Ruhum köhnə güzgüdür,
Üzünü qarışdırır.
Dedim, eşqi bitirəm,
Bir olandan gedirəm,
Tellərində xatirəm
Yüzünü qarışdırır.
Gəlim
Camalında Tanrı üzü,
Qoy nuri Xudaya gəlim.
Səndə təcəlla etməyə
Qoy Turi Sinaya gəlim.
Bu könlümün dəyəri
sən,
Vəhylə gələn xəbəri
sən,
Məhəbbətin şəhərisən,
Qoy səndə dünyaya gəlim.
Dağılmış könlümün
səfi,
Ram olmaz ruhumun divi,
Qədəmində Kəbə evi,
Qoy sənə duaya gəlim.
Həsrətin bir qan salacaq,
Əlim
qoynumda qalacaq,
Dərsim
çətin dərs
olacaq,
Qoy sənə - mövlaya gəlim.
Yolunda Həllac Mənsurəm,
Ölümümü gərək görəm,
Gərək dara şair verəm,
Qoy sənə vidaya gəlim.
Mən Xanlaram, nə var şama,
Hər atəşə atəş
demə,
Çağır məni cəhənnəmə,
Mən də o sevdaya gəlim.
Yaxın qoymaz
Sevgisinə üz göstərər,
Günəş yeri yaxın qoymaz.
Güvənmə bizə, Allahım,
Səni
biri yaxın qoymaz.
Lazımdın ona yolacan,
Uyu qəbirdə, anacan,
Dünya
özü bir bilməcə,
Aman, kiri, yaxın qoymaz.
Sən ulduzlara baxandan,
Hər gün asıldı yaxandan,
Seytan hamıya mehriban,
Haqqın
koru yaxın qoymaz.
Dedim, şair, bir gələsən,
Qəminə ömür dilə,
sən,
Haqq üçün gərək
öləsən,
Səni
diri yaxın qoymaz.
Gəlməz
İlqar Fəhmiyə
Bu sevginin saç ömrü daha tumarə gəlməz,
Çəkər darağı möhnət,
kefin xumarə gəlməz.
Bu get-gəlin içində çətin, əlin gətirsin,
Bu bəxt ilən o səbrin durub qumarə gəlməz.
Saçında qaldı, dondu, ağ əllərin buz oldu,
O əllərin o dağdan enib hamarə gəlməz.
Payızdı, məndə yarpaq tökübdü köhnə
duyğu,
O atəşinlə hissim dönüb damarə gəlməz.
Çəkibdi kirpiyintək gözündən
eşqin həsrət,
O qədri incəlibsən,
qolun bimarə gəlməz.
Qəmin çörək
verir, ye, keç iynənin gözündən,
Ki, Tanrı
sirridir qəm, çəkək, kənarə
gəlməz.
Bu sevgi
candı, Xanlar, əzizlə, bəslə
illə,
Di gəl,
bu boy-buxunda bu intizarə gəlməz.
Xanlar HƏMİD
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, №3.- S.23.