"Hitler çəhrayı dovşanı oğurlayanda"

əsərindən hissələr

 

Alman əsilli yazıçı və illüstrator Cudit Ker, XX əsr Avropa tarixinin ən qarışıq dövrlərindən birini, xüsusən də, uşaqların gözü ilə təsvir edən əsərləri ilə ədəbiyyat dünyasında silinməz iz buraxıb. 14 iyun 1923-cü ildə Berlində anadan olan Ker, məşhur yəhudi teatr tənqidçisi Alfred Kerin qızı idi. Nasist rejiminin yüksəlişi ilə o ailəsi 1933-cü ildə Almaniyadan qaçmaq məcburiyyətində qalıblar. Əvvəlcə İsveçrə Fransaya sığınan Ker ailəsi sonradan İngiltərədə məskunlaşıb. Ker ömrünün çox hissəsini İngiltərədə keçirib, orada təhsil alıb Britaniya vətəndaşı olub. O, həm uşaq kitabları, həm böyüklər üçün romanlar yazıb. Onun ən məşhur əsəri1968-ci ildə nəşr olunmuş "Çaya gələn pələng" ("The Tiger Who Came to Tea") adlı uşaq kitabıdır. Kitab nəşr olunandan qısa müddət sonra məşhurlaşdı dünya klassikasına çevrildi. Milyonlarla uşaq üçün ilk oxu təcrübələrindən biri oldu. Lakin onun ən vacib əsəri yarı-avtobioqrafik romanı "Hitler çəhrayı dovşanı oğurlayanda" (When Hitler Stole Pink Rabbit (1971)) əsəridir. Romanda sadə, lakin güclü bir üslubdan istifadə edərək, Nasist Almaniyasından qaçan bir uşağın sürgün təcrübəsi təsvir olunur. Əsər bütün dünyada geniş marağa səbəb olub. 22 may 2019-cu ildə Londonda vəfat edən yazıçı uşaqlara həm ümid təxəyyül aşılayan, həm böyüklərə tarixin qaranlıq tərəfini xatırladan güclü ədəbi irs qoyub. Müəllifin "Hitler çəhrayı dovşanı oğurlayanda" kitabından parçaları ilk dəfə Azərbaycan dilində təqdim edirik.

 

***

 

- Bilmirəm, sənə deyim, yoxsa yox? Sən xəstəsən... Deyirlər ki, xəstəyə bu haqda deməzlər, amma sən xəstə olandan o qədər şey baş verib ki...

- Məsələn, ?

- olacaq? Hitler seçkilərdə qalib gəldi. Atamın dediyinə görə, o, hökumətin nəzarətini tez bir vaxtda ələ keçirib ona qarşı bir kəlmə olsun danışmağa icazə vermir. Danışan hər kəsi həbsxanaya yollayır...

Anna tərəddüdlə:

- Haympi (Heimpi - tərc.) Hitlerə qarşı nəsə deyib?

- Əlbəttə ki, yox. Amma atam dedi. Deməyə davam da edir. Almaniyada heç kim onun dediklərini demir. Belə ki, burada o pul qazana bilir, bizim Haympi üçün pul xərcləməyə imkanımız çatır.

Anna:

- Başa düşürəm.

Qısa müddət sonra Anna yenidən soruşur:

- Deməli, biz kasıbıq?

Maks:

- Deyəsən, bir az elədir. Amma atam bəzi İsveçrə qəzetləri üçün yazmaq istəyir. Əgər bu baş verərsə, biz yenidən əvvəlki vəziyyətimizə qayıdacağıq.

 

***

 

- Hansı kitablar? Elə bilirdim, nasistlər ancaq əşyalarımızı götürüblər. Kitabları yandırdıqlarını bilmirdim.

Yulius əmi:

- Qızım, onlar atanın kitabxanasından deyildi. Onun özünün yazdığı kitablar idi. Nasistlər şəhər meydanında böyük tonqal yandırdılar. Tapa bildikləri bütün dəyərli kitabları içinə atdılar. Təkcə atanın deyil, bir çox digər görkəmli yazıçıların əsərlərini yandırdılar. Məsələn, Eynşteyn, Freyd, H.C.Uels b.

Kədərlə başını yellədi:

- Məsləhətimə qulaq asıb seçki nəticələrini gözləməməyiniz yaxşı oldu. Baxmayaraq ki, bu vəziyyət uzun sürməyəcək!

Bağda nahar etdikdən sonra Yulius əmi yenidən ölkənin vəziyyəti haqqında xəbərlər verdi. Haympi başqa ailənin yanında tapmışdı. Əlbəttə ki, bu asan olmamışdı. Annanın ailəsi üçün işlədiyini eşidəndən sonra heç kim onu işə götürmək istəmirdi.  Evləri hələ satılmamışdı, boş qalırmış.

Yulius əminin bəzən gedib köhnə evlərini gördüyünü deməsi Annaya qəribə gəldi. Küçəboyu aşağı düşüb, küncdəki dəftərxana ləvazimatları mağazasının yanından dönərək boyalı darvazanın yanında dayana bilərdi. Pəncərələr bağlı olmalıydı. Açar varsa, ön qapıdan içəri girə bilərdi. Giriş həmişə qaranlıq olurdu. Yuxarı mərtəbəyə çıxar, ya da birbaşa qonaq otağına gedərdi. Bir az irəlidə Haympinin otağı vardı. Anna hər şeyi güzgü kimi aydın xatırlayırdı. Yulius əmi valideynləri ilə danışarkən, o, köhnə evlərini başdan-ayağa gəzib dolaşdı.

Yulius əmi atasından soruşdu:

- Sizdə vəziyyət necədir, yaza bilirsiniz?

Atası bir qaşını qaldırdı:

- Yazmaqla bağlı problem yoxdur. Amma yazılarımın dərc olunması böyük problemə çevrilib.

- Heç bir mümkünatı yoxdur?

- Təəssüf ki, qəti yoxdur. Görünür, isveçrəlilər təbii mühitlərinin pozulmasından çox qorxurlar. Onlar, hətta antinasistlərin əsərlərini belə, dərc etmək istəmirlər.

 

***

 

Geri qayıdarkən bir küncə qısılıb gözünü suya zillədi. Gəmi Sürixə yola düşmüşdü. Oradaca donub qaldı. Onuncu doğum günündə azca da olsa, xoşbəxtlik axtardı, amma heç tapmadı. Qollarını bir-birinə sıxıb susdu. Dalğalar altlarından geri axdıqca isti meh saçlarını oxşadı. Bütün fikri doğum gününün geridönməz itkisinə yönəlmişdi.

Bir müddət sonra çiyninə bir əl toxundu. Bu, atası idi. Onun necə məyus olduğunu başa düşmüşdümü? Anna heç belə düşünmürdü.

- Bəli, indi mənim on yaşlı qızım var. Amma düzünü desəm, səni on yaşında saya bilmirəm hələ. Axşam saat altıda doğulmuşdun. Hələ iyirmi dəqiqən qalıb.

Niyəsə, o iyirmi dəqiqə ona maraqlı gəldi:

- Doğrudan?

- Bəli, amma mənə elə uzun görünmür. Təsəvvür elə, kimin ağlına gələrdi ki, Hitler mühaciri bir adam Sürix paraxodunda ad gününü qeyd edəcək?..

Anna:

- Mühacir olmaq öz vətənini tərk etmək deməkdir? Başqa ölkədə sığınacaq axtarmaq deməkdir?

- Düşünmürəm ki, belə adam olmağa çalışacağam.

- Bütün ömürboyu bir ölkədə yaşamaq absurddur. Bəzən bizim kimi, quldurlar tərəfindən soyulub soğana çevrilib, sonra da bayıra atılırsan.

Atası bunu o qədər şən dedi ki, Anna ondan "Sən heç kədərlənmirsən?" soruşmaqdan özünü saxlaya bilmədi.

 

***

 

Bu Miladda uşaqlara verilən xərclik əvvəlki illərdən fərqli olaraq çox az idi. Lakin Fernandsların sayəsində daha xoşbəxt idilər. Fransada əsl bayram Miladdan daha çox, Yeni ildə olurdu. Onlar Fernandsların evində idilər. Uşaqlara gecə yarısına qədər oyaq qalmağa icazə verilmişdi. Uşaqlar üçün xüsusi şam yeməyi hədiyyələr hazırlanmışdı. Anna xərcliyinin (bayram şirinliyinin - tərc.) bir hissəsi ilə pişik üçün şokolad aldı. Axşam yeməyindən sonra Maks Fransinlə oynamaq əvəzinə, yemək otağının küncündə pişiyi yedizdirməklə məşğul idi. Anaları ilə xanım Fernan qabları yuyurdular. Ataları cənab Fernan içkilərini içib kreslolarında ciddi söhbətlərinə dalmışdılar.

 

***

 

Son vaxtlar heç danışmasa da, indi cənab Fernanla dayanmadan söhbət etdiyini görmək xoş idi.

Atası:

- Eybi yoxdur!.. Sən azad ölkədə yaşayırsan!

Cənab Fernan:

- Elədir, amma...

Anna başa düşdü ki, o, yenidən devalvasiya haqqında düşünür özünü pis hiss edir.

Cənab Fernanın əhvalını pozan tək şey yenə bu söz idi: "Devalvasiya". Anna ondan dəfələrlə bunun demək olduğunu soruşdu. Onun başa düşdüyü qədəri ilə Fransada bu, hər kəs üçün daha az daha az pul deməkmiş. Cənab Fernanın bəzi dostları işdən çıxarılmışdı. O, "devalvasiya"dan danışanda atası ona Yulias əminin vəziyyətini azad ölkədəki həyatını xatırladırdı. Atası həmişəkindən daha sentimental həssas görünürdü.

Cənab Fernan onunla xeyli mübahisə etdikdən sonra ucadan güldü. pişik təəccüblənərək ağzını açanda kiçik şokolad parçasını yerə saldı. Anna cənab Fernanın atasının stəkanını doldurarkən çiyninə toxunduğunu gördü. Gülməli nəsə dedi. Adamın hər kəsdən daha kədərli olduğu halda, hər kəsdən daha şən görünməsi!...

Anası ilə xanım Fernan qayıdanda gecə yarısı idi. Sonra Yeni il şərəfində hamı, hətta uşaqlar belə, qədəhlərini qaldırdılar. Cənab Fernan qışqırdı:

- 1935-ci iliniz mübarək!

Hamı bir ağızdan cavab verdi:

- 1935-ci iliniz mübarək!

 

Cudit Ker

 

Tərcümə etdi: Nilufər Hacılı

 

Ədəbiyyat qəzeti.- 2026.- 23 yanvar, №3.- S.24.